Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-314/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 20 20-ci il tarixli, 2(104)579/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxxxxxx 2012-ci il tarixli, 216m/12 saylı əsas kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, xx xxxxxxxx 2017-ci il tarixədək, müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılmaqla 29700 manat məbləğində kredit verilməsi öhdəliyi götürülmüşdür. xx xxxxxxxx 2014-cü il tarixli 216m/14 saylı əlavə kredit müqaviləsi ilə “xxxx” KB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 23 % ödəmək şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx xxxxxxxx 2012-ci il tarixli Alqı-satqı və ip oteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 39 saylı binada yerləşən 14 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü etmişdir. xx xxxx 2015-ci il tarixli Sazişlə “xxxx” KB ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 216m/14 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilərək, kreditdən istifadəyə görə faiz dərəcəsi illik 21,5 %, müddət isə xx xxxx 2017-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 yuxarıda qeyd olunan krediti qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. “xxxx” KB ASC tərəfindən təqdim olunmuş xx xxxx 2018-ci il tarixli Arayışına əsasən Cavabdeh1 xx xxxx 2017-ci il tarixə əsas məbləğ üzrə 11987,53 ABŞ dolları, faiz üzrə 4284,88 ABŞ dolları, cərimə üzrə 13385,31 ABŞ dolları, cəmi 29657,72 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28847 nömrəli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin, həmin müqavilənin əsasında imzalanmış xx xxxx 2015-ci il tarixli Sazişin şərtləri əsas götürülməklə, Cavabdeh1 “xxxx” KB ASC-yə xx xxxx 2016-cı il tarixə (sualda soruşulan tarixə) olan cəmi borcu 16127,91 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 11909,96 ABŞ dolları, faiz borcu üzrə 4217,95 ABŞ dolları. Bundan əlavə iş materiallarında olan hesabdan ç ıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən xx xxxx 2017-ci il tarixdən sonra da, ayrı-ayrı tarixlərdə ümumilikdə 500 ABŞ dolları məbləğində ödəniş etdiyi müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx xxxxxxxx 2012-ci il tarixli 216m/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 216m-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 11987,53 ABŞ dolları, faiz borcu üzrə 4284,88 ABŞ dolları, cərimə borcu üzrə 13385,31 ABŞ dolları, cəmi 29657,72 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 39 saylı binada yerləşən 14 saylı mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxxx 2012-ci il tarixli 216m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, xx xxxxxxxx 2014cü il tarixli 216m-3/14 saylı əlavə kredit müqaviləsi üzrə 29657,72 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetinin il kin satış qiymətinin 33000,00 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 39 saylı binada yerləşən 14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla, yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(044)200/2019 nömrəli qətnaməsi ilə (hakim G.Ə.Şirinov) iddia qismən təmin edilmiş, Cavabdeh1 əsas borc üzrə 11987,53 ABŞ dolları, faiz borcu üzrə 4284,88 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 16282,41 ABŞ dollarının ödən iş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun “xxxx” KB ASC-nin xeyrinə tutulması, tutmanın öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 39 saylı binada yerləşən 14 saylı mənzilə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiyməti 50000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 39 saylı binada yerləşən 14 saylı mənzilin açıq hərracda satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan 16282,41 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun “xxxx” KB ASC -yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apelyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(044)-200/2019 qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-579/2020 nömrəli qətnaməsi ilə (hakim N.N.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovdan və Ş.M.Əliyevadan ibarət tərkibdə) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(044)-200/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş, Cavabdeh1 əsas borc üzrə 11987,53 ABŞ dolları, faiz borcu üzrə 4284,88 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 16282,41 ABŞ dollarının “xxxx” KB ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilərək, Cavabdeh1 əsas borcunun 11909,96 ABŞ dolları, faiz borcunun 3727,95 ABŞ dolları, cəmi borcun isə 15637,91 məbləğində müəyyənləşdirilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri müqavilə üzrə kredit borcunun düzgün hesablanmadığından ibarət olmuşdur. Apelyatorun bu dəlilinə qiymət verilməsi üçün ekspertiza keçirilmi şdir. Ekspert rəyindən müəyyən edilmişdir ki, kredit borcunun düzgün hesablanmadığı barədə apelyatorun şikayətinin dəlilləri qismən əsaslıdır. Ona görə də şikayət qismən təmin edilməli və qətnamə cavabdehin kredit borcunun məbləği hissədə dəyişdirilməlidir. Məhkəmə həmçinin cavabdehin ödədiyi 500 ABŞ dollarını onun cərimə və faiz borcundan çıxmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-579/2020 qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə mübahisəsinin gedişatın a istinad olunan kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edərkən apelyasiya məhkəməsi qüsurlu ekspertiza rəyinə əsaslanmış, təkrar ekspertiza keçirməmiş, ödənişin xarici valyutada tutulmasının qanunsuz olmasını nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi və digər cavabdeh gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkə mə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktik i hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apelyasiya məhkəməsi qətnaməni Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun, kredit borcunun müəyyən edilməsi hissəsində yoxlamış və borc məbləğini azaltmışdır. Kasasiya şikayətini yalnız həmin cavabdeh eyni dəlillərlə bağlı verdiyindən kasasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin borcun müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqav ilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci ma ddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli Qərarına əsasən
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəs inin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin pul öhdəliyi manatla ifadə edilməlidir müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən t ərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olun an məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kasasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc xarici valyutada (ABŞ dollarında) verildiyindən, tələbin həmin valyutada irəli sürülməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Mülki Məcəllənin 439.1-ci maddəsinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə mübahisələndirilən hissədə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbu l etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-579/2020 nömrəli qətnaməsi mübahisələndirilən, borcun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.