Məhkəmə qərarları › İş №2(102)-3143/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3143/2019

14.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3143/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-8082/2019 saylı qərardadından cavabdeh “xxxx” MMC direktoru X1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-8082/2018 saylı qərardadı ilə (hak imlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) cavabdeh “xxxx” MMC direktoru Xəyal Abdullayev və vəkili Vəkil həmin məhkəmənin 03 may 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh təşkilat və vəkili Vəkil qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC qarşı “girov müqaviləsinin ləğv edilməsi və girov predmetinin qaytarılması” barədə iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış 11 may 2013-cü il tarixlimüqavilənin ləğv edilməsi, girov qoyulmuş3 ədəd sep, 2 kulon (yantar qaşlı), 2 ədəd üzük, 1 ədəd saat, 1 ədəd 5-lik (qulplu), 1 ədəd komplekt (abadok), hil (38 ədəd) muncuq- ümu mi çəkisi 77,6 qram (təmiz çəkisi 70 (yetmiş) qram) olan 583 əyar üzrə qızıl-zinət əşyalarının cavabdeh təşkilatdan alınıb iddiaçıya qaytarılması, eləcə də girov qoyulan qızıl-zinət əşyalarına görə iddiaçıdan ödənilməmiş qalan 690manat pulun tutulub cavabdeh təşkilata verilməsi qət edilmişdir. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 20 sentyabr 2018-ci il tarixdə iddiaçı, 25 sentyabr 2018-ci il tarixdə cavabdeh təşkilat “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktublara imza etməklə qətnamənin sürətini almış, 22 yanvar 2019-cu il tarixdə cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti vermişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, onun qətnamədən verdiyi kassasiya şikayətini əsassız olaraq geri qaytarmışdır. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, prosessual müddətin buraxılmamış hesab edilməsi və kassasiya şikayətinin icraata qəbul edilərək baxılması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak et sə də vəkillə birgə təmsil olunmadığı üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. Cavabdeh “xxxx” MMC və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən, sonuncunun 25 sentyabr 2018-ci il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini almasına, 22 yanvar 2019-cu il tarixdə qətnamədən kassasiya şikayəti verməsinə və bununla da cavabdeh təşkilatın qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə və buraxılmış prosessual müddətin bərp ası barədə vəsatət verməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 405, 408.1.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 03 sentyabr 2018-ci il tarixdə elan edilmiş, 10 sentyabr 2018-ci il tarixdə qətnamənin surəti poçtla işdə iştirak edən şəxslərə, o cümlədən cavabdeh təşkilatın hüquqi ünvanına göndərilmi ş, 20 sentyabr 2018-ci il tarixdə iddiaçı, 25 sentyabr 2018-ci il tarixdə cavabdeh təşkilat “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktublara imza etməklə qətnamənin surətini almışlar (iş vərəq-68, 69). İşdən, kassasiya şikayətindən görünür ki, cavabdeh təşkilatın qətnamədən verdiyi kassasiya şikayətinin surəti 22 yanvar 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin akt larını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsində göstərilir ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 27 iyun 2007ci il tarixli qərarında prosessual müddətin buraxılması və onun hüquqi nəticələri barədə hüquqi mövqeyini belə ifadə etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, cavabdeh təşkilat qətnamənin surətini 25 sentyabr 2018-ci il tarixdə aldığı halda, həmin qətnamədən 22 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verməklə qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, cavabdeh təşkilatın qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürməsi mülki iş materialları ilə istisna edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq kassasiya şikayəti geri qaytarılmış və sadalanan prosessual normaların tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh “xxxx” MMC direktoru X1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019cu il tarixli, 2(103)-8082/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar