Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3144/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı2 vəkili X3 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı7 Ziyarədin oğlunun, İddiaçı1, İddiaçı8, İddiaçı9, İddiaçı6 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 2(105)-547/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və digərləri məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-dən cəmi 133.475 (yüz otuz üç min dörd yüz yetmiş beş) manat məbləğində vurulmuş ziyanın tutularaq, İddiaçı1 28.575 manat, İddiaçı2 26.825 manat, İddiaçı3 6000 manat, İddiaçı4 5700 manat, İddiaçı5 4500 manat, İddiaçı6 15.500 manat, İddiaçı7 9.775 manat, İddiaçı8 26.825 manat, İddiaçı9 9.775 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağladıqları saxlanc müqavilələrinə əsasən, Quba rayonu, Bakı-Quba yolun da yerləşən soyuducu anbarda İddiaçı1 140 ton simirenko, 140 ton palmet, 70 ton qrandsmit, İddiaçı2 140 ton simirenko, 140 ton palmet, 70 ton qrandsmit, 70 ton fuji, İddiaçı3 70 ton pinqler, İddiaçı4 70 ton qızıləhmədi, İddiaçı5 70 ton palmet, İddiaçı6 70 ton palmet, 70 ton qrandsmit, 70 ton qızıləhmədi, İddiaçı7 70 ton simirenko, 70 ton palmet, İddiaçı8 140 ton simirenko, 140 ton palmet, 70 ton qrandsmit və İddiaçı9 70 ton simirenko, 70 ton palmet meyvəsi saxlanılmışdır. Onlar, tez-tez soyuducu anbara gedərək, meyvələrin saxlanılması şəraiti ilə tanış olmuş və nəzarət etmişlər. 29.10.2018-ci il tarixdə İddiaçı1 və daha bir neçə iddiaçı günorta vaxtı soyuducu anbarda olarkən anbarın elektrik enerjisi təchizatı kəsilmişdir. Bu saat 13 radələrində baş vermişdir. Onlar anbarın işçilərindən, h əmçinin Cavabdeh1 nümayəndəsindən elektrik enerjisi təchizatının kəsilməsi səbəbini soruşduqda, işığın kəsilməsi barədə enerji təchizatı təşkilatı “xxxx” ASC və onun rayondakı struktur bölməsi tərəfindən heç bir xəbərdarlığın olmadığını bildirmişlər. Onlar işığın kəsilməsi ilə əlaqədar “xxxx” ASC-nin X9 müraciət etdikdə, onlara soyuducu anbarda X2 qaydaları pozulduğuna görə 14.09.2017-ci il tarixdə 02721 saylı akt tərtib olunduğunu, soyuducu anbara 70000 manatdan çox itirilmiş enerji sərfiyyatının hesablandığını və əgər bu borc ödənilməzsə enerji təchizatının bərpa olunmayacağını bildirmişlər. Bundan sonra, onlar X6 müraciət etmişlər. O, isə bildirmişdir ki, akt əsassız tərtib olunmuş və aktın ləğv olunması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 24.09.2018-ci il tarixli, 2-2(85)-496/2018 saylı qərardadı ilə qeyd olunan soyuducu anbara elektrik enerjisinin verilməsinin dayandırılması “xxxx” ASC-nə və struktur bölmələrinə qadağan olunmuşdur. Həmçinin Sumqayıt Apelyasiya Məhkəməsinin 29.10.2018-ci il tarixli, 2-2(1050)-104/2018 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin qeyd edilən qərarı qüvvəsində saxlanılmışdır. Habelə, “xxxx” ASC-nin tərtib etdiyi 14.09.2017-ci il tarixli, 022721 saylı akt Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 28.01.2019-cu il tarixli, 2-2(085)-37/2019 saylı qətnaməsi ilə qanunsuz sayılmış və akt üzrə hesablanmış 70.068.87 manat borc silinmişdir. Onlar bir neçə dəfə X9 gedərək, işığın qoşulması üçün məsul şəxslərdən xahiş etmişlər, lakin xahişlərinin heç bir nəticəsi olmamışdır. Həmçinin enerji təchizatının bərpa olunmasından qanunsuz olaraq imtina olunduğundan, X8 rəisi X15 Rayon Məhkəməsinin 3(027)-1004/2018 saylı, 12.11.2018-ci il tarixli qərarı ilə 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. 01 noyabr 2018-ci il tarixə qədər meyvələrin saxlandığı kameralarda temperatur qalxdığından, meyvələr xarab olmağa başlamış və “xxxx” ASC-nin qeyd edilən hərəkətləri nəticəsində kameralarda saxlanılan meyvələrin müəyyən hissəsi xarab olmuşdur. Onlar vurulmuş zərərlə əlaqədar X16 İnkişaf Mərkəzinə müraciət etmişlər və Quba DAİM tərəfindən xarab olan meyvələrin miqdarı və onlara dəymiş maddi ziyanın məbləği müəyyən olunmuşdur. Quba DAİM tərəfindən tərtib olunmuş 01.11.2018-ci il tarixli akt-rəyə əsasən İddiaçı1 cəmi 28.575 manat ziyan, İddiaçı2 cəmi 26.825 manat ziyan, İddiaçı3 cəmi 6000 manat ziyan, İddiaçı4 cəmi 5700 manat ziyan, İddiaçı5 cəmi 4500 manat ziyan, İddiaçı6 cəmi 15.500 manat ziyan, İddiaçı7 cəmi 9.775 manat ziyan, İddiaçı8 cəmi 26.825 manat ziyan və İddiaçı9 cəmi 9.775 manat ziyan olmaqla, ümumilikdə 133.475 manat maddi ziyan vurulmuşdur. Onlara dəymiş maddi ziyan ilə bağlı cavabdehlər Cavabdeh1 İkram qızına və enerjitəchizatı təşkilatı- “xxxx” ASC-nə dəfələrlə müraciət etsələr də, heç bir nəticə əldə olunmamışdır. Quba Rayon Məhkəməsinin (hakim Rəhim Həsənov) 07 may 2019-cu il tarixli, 2(027)1132/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilib, maddi ziyanla bağlı iddiaçılar İddiaçı6 xeyrinə 15500 (on beş min beş yüz) manat, İddiaçı5 xeyrinə 4500 (dörd min beş yüz) manat, İddiaçı2ağa oğlunun xeyrinə 2 6825 (iyirmi altı min səkkiz yüz iyirmi beş) manat, İddiaçı4 xeyrinə 5700 (beş min yeddi yüz) manat, İddiaçı7 xeyrinə 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat, İddiaçı3 xeyrinə 6000 (altı min) manat və İddiaçı1 xeyrinə 28575 (iyirmi səkkiz min beş yüz yetmiş beş) manat, ümumilikdə 96875 (doxsan altı min səkkiz yüz yetmiş beş) manat pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən tutulması, İddiaçı8 və İddiaçı9 iddiasının təmin edilməməsi və iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Telman Quliyev- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Fərmayıl Zeynallı) 15.01.2020-ci il tarixli 2(105)-547/2020 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədovun verdiyi apelyasiya şikayəti tə min edilməyərək iş üzrə Quba Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(027)1132/2019 saylı qətnaməsi cavabdeh “xxxx” ASC-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” ASC-in nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla qanunsuz və əsassızdır. Belə ki, işə baxan məhkəmələr iddiaçılara ümumilikdə 96.875 manat məbləğində maddi ziyanın vu rulması nəticəsinə gələrkən həmin ziyanın mövcudluğunu təsdiq edən sübut kimi yalnız X16 İnkişaf Mərkəzi tərəfindən təsdiq edilmiş 01.11.2018-ci il tarixli akt-rəyə əsaslanmış, soyuducu kameraların qapıya yaxın hissələrində temperatur balansının pozulmasını meyvələrin xarab olmasının səbəbi kimi müəyyən etmiş və mübahisənin düzgün və ədalətli həlli üçün xüsusi bilik tələb edən qeyd edilən məsələlərlə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilib müvafiq ekspert rəyinin alınmasını təmin etməmişlər. İddiaçılardan İddiaçı1 "xxxx" ASC-yə 06.02.2020-ci il tarixli ərizə ilə müraciət edərək, Quba rayonu ərazisində yerləşən, Cavabdeh1 məxsus soyuducu anbarın enerji təchizatının dayandırılması nəticəsində onun məhsulunun xarab olmadığını və ona heç bir maddi və ya mənəvi zərər dəymədiyini bild irmişdir. İşə baxan məhkəmələr cavabdeh "xxxx" ASC-nin iddiaçılara iddia edilən məbləğdə maddi ziyanın vurulmasına səbəb olan təqsirli, hüquqazidd hərəkəti kimi onların meyvə məhsullarının saxlanıldığı soyuducu anbara verilən elektrik enerjisi verilişinin qanunsuz dayandırılmasını hesab etmişlər. Halbuki, həmin soyuducu anbarın enerji təchizatının dayandırılması "X2 Qaydaları"nın tələblərinə uyğun olmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən digər Cavabdeh1 məxsus soyuducu anbarda tərtib edilmiş 14.09.2018-ci il tarixli R seriyalı 022721 saylı akta əsasən elektrik enerjisi uçotu və "X2 Qaydaları"na riayət olunması vəziyyəti yoxlanılarkən, obyektin elektrik sayğacının quraşdırıldığı qutuya vurulmuş nəzarət, alt qapaq və dövlət möhürlərinə müdaxilə izlərinin olduğu aşk ar edilmişdir. 17.09.2018-ci il tarixli 111470 saylı laborator müayinə protokoluna əsasən, möhürlərə müdaxilə edilməsi, sayğacın daxilində hər 3 fazada gərginlik dövrəsinin kommutasiya naqillərinin kəsilib təkrar calaq olunması barədə rəy verilmişdir. Aşkar edilən pozuntu ilə əlaqədar istehlakçı ilə 149 gün müddətinə yenidən hesablaşma aparılaraq, 778543 kvts əlavə sərfiyyat (70.068,85 manat əlavə ödəniş) hesablanmışdır. Akta əsasən aparılan yenidən hesablaşma EEİQ-nin 8.17-ci bəndinin tələblərinə əsaslanmışdır. Akta əsasən hesablanmış borc məbləğinin digər Cavabdeh1 tərəfindən ödənilməməsi ilə bağlı soyuducu anbarın elektrik şəbəkəsindən açılması EEİQ-nin tələblərindən irəli gəlmişdir. EEİQ-nin 9.13.2-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisi nin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Belə olan halda isə, EEİQ-nin 10.2.3-cü bəndinə əsasən, bu Qaydaların 9.12, 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar enerjitəchizatı müəssisəsi dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır. İddiaçıların meyvə məhsullarının saxlanıldığı soyuducu anbara enerji təchizatının dayandırılmasını şərtləndirən təqsirli, hüquqazidd əməl - elektrik enerjisi borcunu vaxtında ödənilməməsi həmin anbarın sahibi olan Cavabdeh1 tərəfindən törədilməklə, iddia edilən maddi ziyanın vurulmasına görə məsul şəxs o olmuşdur. İddiaçılarla meyvə məhsullarının saxlanc müqavilələri Cavabdeh1 ilə bağlanmaqla, həmin müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət onun üzərinə düşmüşdür. Lakin məhkəmə Azərbaycan Respublikası MPM-in maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 vəkili X7 məhkəmə iclas ında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 01 oktyabr 2018-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh1 (saxlayan) İddiaçı1 (tapşıran) məxsus 350 ton alma məhsulunu 01 oktyabr 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 2100 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 01 oktyabr 2018-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh1 (saxlayan) İddiaçı2 (tapşıran) məxsus 420 ton alma məhsulunu 01 oktyabr 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 2520 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 01 oktyabr 2018-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh1 (saxlayan) İddiaçı3 (tapşıran) məxsus 70 ton alma məhsulunu 01 oktyabr 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 420 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 01 oktyabr 2018-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh1 (saxlayan) İddiaçı4 (tapşıran) məxsus 70 ton alma məhsulunu 01 oktyabr 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 420 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 01 oktyabr 2018-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh1 (saxlayan) İddiaçı5 (tapşıran) məxsus 70 ton alma məhsulunu 01 oktyabr 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 420 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 01 oktyabr 2018-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh1 (saxlayan) İddiaçı6 (tapşıran) məxsus 210 ton alma məhsulunu 01 oktyabr 2 018-ci ildən 01 aprel 2019-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 1260 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 01 oktyabr 2018-ci il tarixli saxlama müqaviləsinə əsasən Cavabdeh1 (saxlayan) X1 (tapşıran) məxsus 140 ton alma məhsulunu 01 oktyabr 2018-ci ildən 01 aprel 2019-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 840 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 01.11.2018-ci il tarixdə Quba rayonu, Quba-Bakı yolunda yerləşən soyuducu anbarın ərazisində tərtib olunmuş akta əsasən 29 oktyabr 2018-ci il tarixdə saat 13:43-də soyuducu anbarın elektrik enerjisi təchizatı “xxxx” ASC-nin Quba rayon elektrik şəbəkəsi tərəfindən soyuducu anbarın sahibkarına və anbarda işləyən şəxslərə heç bir xəbərdarlıq edilmədən dayandırı lmışdır. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının “xxxx” ASC-nin Quba rayon elektrik şəbəkəsinin vəzifəli şəxslərindən tələb etmələrindən sonra soyuducu anbarın enerji təchizatı 29 oktyabr 2018-ci il tarixdə saat 19:09 radələrində bərpa olunmuşdur. xxxx” ASC-nin Quba rayon elektrik şəbəkəsinin vəzifəli şəxsləri soyuducu anbarın elektrik enerjisi təchizatının dayandırılmasının səbəbi kimi 14.09.2017-ci il tarixdə soyuducu anbarda X2 qaydalarının pozulması barədə 022721 saylı aktın tərtib olunmasını göstərmişlər. Lakin həmin akt Sumqayıt İnziabti-İqtisad Məhkəməsində mübahisələndirilməklə, məhkəmədə “xxxx” ASC-nə qarşı aktın ləğv olunması və akt üzrə hesablanmış məbləğin silinməsi barədə iddia qaldırmışdır. Sumqayıt İnziabtiİqtisad Məhkəməsinin 24.09.2018-ci il tarixli, 2-2(8 5)-496/2-18 saylı qərardadı ilə Cavabdeh1 məxsus Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbara elektrik enerjisinin verilməsinin dayandırılması “xxxx” ASC-nə və onun struktur bölmələrinə qadağan olunmuşdur. Lakin, 30 oktyabr 2018-ci il tarixdə 13:00-da soyuducu anbarın eketrik enerjsi təchizatı “xxxx” ASCnin Quba rayon elektrik şəbəkəsi tərəfindən soyuducu anbarın sahibkarına və işçilərinə heç bir xəbərdarlıq edilmədən yenidən kəsilmiş, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının “xxxx” ASC-nin Quba rayon elektrik şəbəkəsinin vəzifəli şəxslərindən enerji təchizatının bərpa edilməsini tələb etmələrinə baxmayaraq, enerji təchizatının bərpa edilməsindən imtina edilmişdir. Buna görə də, soyuducu kameralarda temperaturun qalxması nəticəsində alma məhsulu xarab olmağa başl amışdır. 01.11.2018-ci il tarixdə Quba rayonu, Quba-Bakı yolunda yerləşən soyuducu anbarın ərazisində tərtib olunmuş akta əsasən Cavabdeh1 məxsus Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbara 30 oktyabr 2018-ci il tarixdə saat 13:00-da dayandırılmış elektrik enerjisinin təchizatı 01 noyabr 2018-ci il tarixində, saat 16:30-da bərpa edilmişdir. X16 İnkişaf Mərkəzi tərəfindən təsdiq edilmiş 01 noyabr 2018-ci il tarixli akt-rəyə əsasən İddiaçı5 məxsus 10000 kq palmet sortundan olan alma və həmin almanın 1 kq orta satış qyməti 0.45 manat olmaqla cəmi 4500 manat ziyan, İddiaçı6 məxsus 10000 kq palmet, 10000 kq qransmit, 10000 kq isə qızıləhmədi sortlarında olan almalar və həmin 1 kq palmetin satış qiyməti 0.45 manat, 1 kq qransimitin satış qiyməti 0.50 manat və 1 kq qızıləhmədinin satı ş qiyməti 0.60 manat olmaqla cəmi 15500 manat ziyan, İddiaçı2ağa oğluna məxsus 18000 kq simirenko, 18500 kq palmet və 19000 kq qransimit sortlarında olan almalar və həmin 1 kq simirenkonun orta satış qiyməti 0.50 manat, 1 kq palmetin orta satış qiyməti 0.45 manat və 1 kq qransimitin orta satış qiyməti 0.50 manat olmaqla cəmi 26825 manat ziyan, İddiaçı4 məxsus 9500 kq qızıləhmədi sortunda alma və həmin 1 kq qızıləhmədinin orta satış qiyməti 0.60 manat olmaqla cəmi 5700 manat ziyan, İddiaçı7 məxsus 9500 kq palmet, 11000 kq simirenko sortlarında olan almalar və həmin 1 kq palmetin orta satış qiyməti 0.45 manat və 1 kq satış qiyməti 0.50 manat olmaqla cəmi 9775 manat ziyan, İddiaçı3 məxsus 10000 kq pingled sortunda alma və həmin 1 kq pingledin orta satış qiyməti 0.60 manat olmaqla cəmi 6000 manat ziyan və İddiaçı1 məxsus 18500 kq palmet, 19000 kq simirenko və 21500 kq qransmit sortlarında olan almalar və həmin 1 kq palmetin orta satış qiyməti 0.45 manat, 1 kq simirenkonun orta satış qiyməti 0.50 manat və 1 kq qransimitin orta satış qiyməti 0.50 manat olmaqla cəmi 28575 manat ziyan dəymişdir. Beləliklə yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 96875 manat maddi ziyan dəymişdir. Soyuducu kameraların qapıya yaxın hissələrində temperatur balansının pozulması meyvələrin xarab olmasına səbəb olmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2-2(85)-496/2018 saylı qərardadı ilə Quba rayonu, Bakı-Quba yolu ərazisində yerləşən Cavabdeh1 məxsus soyuducu anbarına elektrik enerjisinin verilməsinin dayandırılması “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və onun struktur bölmələrinə qadağan olunması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli 2-2(105)-104/2018 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2-2(85)-496/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli 2-2(085)-37/2019 saylı qətnaməsi ilə “xxxx” Açıq Səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70.068.87 manat borcun silinməsi qət edilmişdir. Məhkəmələr iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 822, 824.1, 827, 1096.1, 1097.1, 1099.1, 1100, 1115-ci maddələrinə i stinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdırlar ki, sadalanan maddi hüquq normalarının dispozitiv şərtlərinə əsasən iddiaçılara dəymiş zərər Cavabdeh1 hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmamış və onlara dəymiş zərərdə Cavabdeh1 təqsiri mövcud deyildir. Çünki, anbar sahibi olaraq o, üzərinə düşən vəzifəni vicdanla icra etmiş, elektrik enerjisinin kəsilməsində təqsiri olmamış və elektrik enerjisinin bərpa olunması üçün lazimi bütün tədbirləri görmüşdür. Lakin baxılan iş üzrə yuxarıda sadalanan əsaslar yəni, iddiaçılar İddiaçı7, İddiaçı3, İddiaçı6, İddiaçı2ağa oğlu, İddiaçı5, İddiaçı4 və İddiaçı1 dəymiş zərərin mövcud olması, onlara dəymiş zərərin “xxxx” ASC-nin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran “xxxx” ASC-nin təqsirli olması iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habel ə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. - 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 824.1-ci maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. - 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. - 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsi zlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud o lması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırki iş üzrə kassasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyini yoxlayaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara məxsus olan saxlanca verilmiş məhsulun bir hissəsinin xarab olması və buna soyuducu anbara verilən elektrik enerjisinin “xxxx” ASC tərəfindən kəsilməsinin səbəb olması iş materialları ilə təsdiq edilir. Həmçinin A.Zülbalıyevaya məxsus anbara verilən elektrik enerjisinin kəsilməsinin qan unsuz olması, buna əsas olan aktın və hesablanmış cərimənin əsassız olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunur. Həmçinin anbarın elektrik enerjisinin kəsildiyi 29.10.2018, 30.10.2018- 01.11.2018-ci il tarixlərində cavabdeh “xxxx” ASC-nin istinad etdiyi yoxlama aktı və hesablanmış cəriməyə görə Cavabdeh1 məxsus soyuducu anbarına elektrik enerjisinin verilməsinin dayandırılmasının “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və onun struktur bölmələrinə qadağan olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı mövcud olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh “xxxx” ASC tərəfindən qeyd edilən qərardad icra edilməyərək elektrik enerjisi dayandırılmış və enerji təchizatının bərpa olunmasından qanunsuz olaraq imtina olunduğundan, X8 rəisi X15 Rayon Məhkəməsinin 3(027)1004/2018 saylı, 12.11.2018-ci il tarixli qərarı ilə 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Göstərilənlərə əsasən, elektrik enerjisinin verilməsinin dayandırılmasından ibarət “xxxx”ASC-nin hərəkətlərinin “X2 qaydaları”nın tələblərinə uyğun olması barədə kassatorun dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və qeyd edir ki, Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, qeyd edilənlər təsdiq edir ki, saxlanca verilmiş məhsulun xarab olması anbar sahibinin öz müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsi deyil, onun iradəsindən asılı olmayan hal “xxxx” ASC tərəf indən elektrik enerjisinin verilməsinin dayandırılması səbəb olmuşdur və bu dayandırmaya əsas olan pozuntuya da “xxxx” ASC-nin iddia etdiyi kimi anbar sahibi tərəfindən yol verilməmişdir. Azərbaycan Respublikası MM-nin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kre ditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Buna görə də, məhkəmə kollegiyası kassatorun iddiaçıların meyvə məhsullarının saxlanıldığı soyuducu anbara enerji təchizatının dayandırılmasını şərtləndirən təqsirli, hüquqazidd əməl - elektrik enerjisi borcunu vaxtında ödənilməməsi həmin anbarın sahibi olan Cavabdeh1 tərəfindən törədilməklə, iddia edilən maddi ziyanın vurulmasına görə məsul şəxs olması saxlanc müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətin onun üzərinə düşməsi barədə dəlillərini əsassız hesab edir. Kassasiya şikayətinin iddiaçılara ümumilikdə 96.875 manat məbləğində maddi ziyanın vurulması nəticəsinə gələrkən həmin ziyanın mövcudluğunu təsdiq edən sübut kimi yalnız X16 İnkişaf Mərkəzi tərəfindən təsdiq edilmiş 01.11.2018-ci il tarixli akt-r əyə əsaslanması, soyuducu kameraların qapıya yaxın hissələrində temperatur balansının pozulmasını meyvələrin xarab olmasının səbəbi kimi müəyyən edilməsi və mübahisənin düzgün və ədalətli həlli üçün xüsusi bilik tələb edən qeyd edilən məsələlərlə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilib müvafiq ekspert rəyinin alınmasının təmin edilməməsi, həmçinin iddiaçılardan İddiaçı1 "xxxx" ASC-nə ünvanladığı 06.02.2020-ci il tarixli ərizəsi ilə ona maddi və mənəvi ziyan dəyməməsini bildirməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). İşdən görünür ki, cavabdeh “xxxx” ASC nə birinci instansiya məhkəməsində, nə apellyasiya şikayətində, nə də apellyasiya instansiya məhkəməsində işə baxılarkən vurulmuş ziyanın məbləğini mübahisələndirməmiş, iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən isə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya məhkəməsi yeni sübutla r qəbul etmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sü butları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 2(105)-547/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3144/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3144/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver