Məhkəmə qərarları › İş №2(102)-3145/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3145/2019

06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3145/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12399/2018 nömrəli iş üzrə 04 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Rasim Kazımov) 2(005)-3123/2009 saylı, 14 dekabr 2009-cu il tarixli qiyabi qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 27225,05 ABŞ dolları borcun, kredit üzrə əsas borc qaytarılanadək kreditə hesablanacaq iki qat faizlərin və dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun banka girov qoyulmuş **-UB-*** dövlət qeydiyyat nişanlı, «BMW-X5» markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə olunmuş məbləğ kredit borcunu ödəməzsə borcun qalan hissəsinin cavabdehin digər əmlaklarına yönəldilməsi barədə iddia tələbi təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmişdir. Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Fuad Abdıyev) 30 aprel 2018- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10134 ABŞ dolları əsas, 2702,17 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12846,17 ABŞ dolları borcun (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə savabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilğşö, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd olunmuşdur. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Banka olan 27225,05 ABŞ dolları borcunun və kredit üzrə əsas borc qaytarılanadək kreditə hesablanacaq iki qat faizlərin və dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun Banka girov qoyulmuş **-UB-*** dövlət qeydiyyat nişanlı, «BMW-X5» markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ kredit borcunu ödəməzsə, borcun qalan hissəsinin cavabdehin digər əmlaklarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqavilələrinin şərtlərini pozmuş, tələb olunan məbləğdə borcu yaranmış, lakin borcunu ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya ş ikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında tərəflər arasında bağlanmış kredit müqavilənin və ipoteka müqaviləsinin kserosurətləri mövcuddur. Ümumi hüquq nəzəriyyəsinin hüquq düşüncəsi və hüquqi idrak institutlarının təməl prinsiplərini yuxarıda göstərilən mülki hüquq münasibərinə tətbiq etdikdə, belə nəticə çıxarmaq mümkündür ki, tərəflər arasında faktiki kreditor-borcalan münasibətləri mövcud olmuşdur. Bu fakt cavabdeh tərəfindən də etiraf edilmiş və bu barədə məhkəmə iclas protokolunda da qeyd aparılmışdır. Cavabdeh tərəf həmin bankla aralarında faktiki olaraq müqavilə münasbitlərini etiraf etsə də, başqa münasibətlərin olduğunu iddia etmiş, lakin bu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçı tərəfindən müqavilələrin surəti əlavə edilməklə, tərəflər arasında olan münasibətə dair ən azından “alibi” irəli sürülmüşdür. Həmçinin iddiaçı tərəfindən məhkəməyə hesabdan çıxarış məlumatları əlavə edilmişdir. Buradan da görünür ki, pul məbləği cavabdehin hesabına köçürülmüşdür. Digər tərəfdən ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və müvafıq icra hakimiyyəti orqanında ipoteka predmetinə dair qeydiyyat aparılmışdır. Lakin bu barədə məhkəmə araşdırma aparmamış, ümumiyyətlə işin mü vəffəqiyyətli həll edilməsi məqsədi ilə və həqiqətə nail olmaq üçün bu faktı araşdırmamışdır. Tərəflərin izahatları: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından göründüyü kimi, Cavabdeh “Azərxxxx” SB (hazırda Ləğv prosesində olan “xxxx” ASC) Nəsimi filial ına ünvanladığı 04.07.2008-ci ci il tarixli ərizəsinin surətinə əsasən o, 37000 ABŞ dolları dəyərində olan “BMW-X5” avtomobilinin alınması üçün 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kreditin verilməsini xahiş etmiş, eyni zamanda, alınan avtomobilin dəyərinin bir hissəsinin, yəni 12000 ABŞ dolları məbləğində vəsaitin öz hesabına ödəyəcəyini və kreditin təminatı kimi alacağı avtomobili girov qoyacağını bildirmişdir. “Azərxxxx” SB-nin 04.07.2008-ci il tarixli sərəncamının surətinə əsasən Cavabdeh “BMW-X5” markalı avtomobilin alınması məqsədi ilə 36 ay müddətinə 5000 ABŞ dolları məbləğində illik 25% dərəcəsi ilə faizin hesablanması şərti ilə kreditin erilməsi qərara alınmışdır. İddiaçı SB ilə Cavabdeh arasında bağlanmış 04.07.2008-ci il tarixli, 39/08A nömrəli kredit müqaviləsinin sur ətinə əsasən nəqliyyat vasitəsinin alınması məqsədi ilə İddiaçı Cavabdeh 36 ay müddətinə illik 25% dərəcəsi ilə faiz ödəmək şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan Cavabdeh isə “İddiaçı" ASC-dən həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməsi barədə öhdəlik götürmüşdür. İddiaçı SB ilə Cavabdeh arasında bağlanmış 04.07.2008-ci tarixli, 39/08A nömrəli kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh 36 ay müddətində, yəni 04.08.2008-ci il - 04.06.2011-ci il tarixlərdə hər ay 994 ABŞ dolları məbləğində kredit ödəməli idi. İddiaçı SB-nin maliyyə arayışın a əsasən 04.07.2008-ci il tarixli, 39/08A ömrəli kredit müqaviləsi üzrə Cavabdeh 20.07.2009-cu il tarixinə banka olan əsas borcu 18624 BŞ dolları, faiz borcu 2702,17 ABŞ dolları, cərimə borcu 1485,88 ABŞ dolları, cəmi borcu 7235,05 ABŞ dolları təşkil edir. 04.07.2008-ci il tarixli, 39/08A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh müvafiq hesabından çıxarışlara əsasən 20.07.2009-cu il tarixdən sonra kredit müqaviləsi üzrə 16.10.2009-cu il tarixdə 3000 ABŞ dolları, 19.03.2010-cu il tarixdə 9913 ABŞ dolları məbləğində kredit ödənilmişdir. “xxxx” ASC-nin maliyyə arayışına əsasən 04.07.2008-ci il tarixli, 39/08A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh kredit müddətinin bitdiyi, yəni 04.07.2011-ci il tarixinə Banka 10134 ABŞ dolları məbləğində əsas, 5955,29 ABŞ dolları məbləğində faiz, 1542,15 ABŞ dolları məbləğində cərimə, cəmi 17631,44 ABŞ dolları məbləğində borcu yaranmışdır. Nəqliyyat vasitəsinin AB seriyalı, 153841 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə asasən “BMW - 5X” minik markalı, **-UB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində olmuşdur. X2 ilə Cavabdeh arasında bağlanmış 04.07.2008-ci il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən X2 mülkiyyətində olan “BMW - 5X” minik markalı, **-UB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh satmışdır. Nəqliyyat vasitəsinin AB seriyalı, 154866 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə asasən “BMW - 5X” minik markalı, **-UB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. İddiaçı SB ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2008-ci il tarixli ipoteka müqaviləsinin surətinə əs asən İddiaçı SB ilə Cavabdeh oğlu arasında bağlanmış 04 iyul 2008ci il tarixli, 39/08A nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq ipotekaqoyan mülkiyyətində olan “BMW-X5” minik markalı avtomobili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin girov müqaviləsinin qeydiyyatı haqqında 04 iyul 2008-ci il tarixli, AG 153760 saylı şəhadətnaməsinin surətinə əsasən Cavabdeh məxsus **-UB-*** dövlət qeydiyyat nişanlı “BMW-X5” minik markalı avtomobilin girova qoyulması dövlət qeydiyyatına alınmışdır, girov saxlayan İddiaçı SB-nin Nəsimi filialıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 13.03.2017-ci il tarixli, 016-29207-1217 nömrəli cavab məktubuna əsasən **-UB-*** dövlə t qeydiyyat nişanlı “BMWX5” minik markalı avtomobil 10.11.2008-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və İddiaçı SB Nəsimi Filialı ilə bağlanmış girov müqaviləsinə əsasən özgəninkiləşdirilməsi qadağan edilmişdir. 10.03.2011-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bundan sonra həmin avtomobil 4 dəfə müxtəlif şəxslərə satılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilmiş saxlama müddəti keçdiyindən qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlər müvafiq qaydada məhv edilmişlər. İddia tələbin rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc müqaviləsi üzrə kreditor müqavilədə nəzərdə tutulmuş məbl əği və faizləri borcludan tələb etmək üçün həmin pulu borcluya verdiyini sübut etməlidir. Baxılan iş üzrə iddiaçı pul tələbinin əsası kimi istinad etdiyi 04.07.2008-ci il tarixli, 39/08A saylı kredit müqaviləsinin kserosurətini təqdim etmiş, müqavilədə nəzərdə tutulmuş məbləğin cavabdehə verildiyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Tərəf öz tələbinin əsası kimi istinad etdiyi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməlidir. Bu baxımdan hazırkı iş üzrə iddiaçı pul tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilmədiyinə görə iddia həmin hissədə əsassızdır və təmin edilə bilməz. Eyni zamanda pulun tutulması tələbi əsassız olduğundan iddia tələbi pul öhdəliyinin təminatı qismində yüklü edilmiş ipotekaya tutma yönəldilmə si hissəsində də təmin oluna bilməz. Digər tərəfdən iş materiallarından görünür ki, ipoteka predmeti olmuş avtomobil hal-hazırda cavabdehin mülkiyyətində deyil. Məhkəmə baxışı zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, ipoteka predmeti qarşılıqlı razılıq əsasında satılmış və satışdan əldə edilmiş 9913 ABŞ dolları vəsait cavabdehin kredit hesabına mədaxil edilmişdir. Cavabdeh iddiaçı ilə aralarında kredit və ipoteka hüquq münasibətlərinin yarandığını etiraf etsə də, hal-hazırda iddiaçıya heç bir borcunun olmadığını, ipoteka predmeti olmuş avtomobilin satışından əldə edilmiş vəsait hesabına qalıq borcun tam bağlandığını bildirmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında 2008-ci ildə kredit və ipoteka hüquq münasibətlərinin yaranması Bankın cavabdehə ha nsı məbləğdə pul verdiyini və hal-hazırda tələb olunan məbləğdə və ya daha az məbləğdə borcun yarandığını birmənalı təsdiq edən hal deyil. Eyni zamanda bu hallar iddiaçını öz tələbini sübut etmək yükündən azad etmir və cavabdehin üzərinə tələb olunan məbləğdə borcun olmadığı barədə sübutlar təqdim etmək vəzifəsini qoymağa əsas ola bilməz. Həmçinin cavabdeh iddiaçının kserosurətlərini məhkəməyə təqdim etdiyi müqavilələrin də mötəbərliyini mübahisələndirmişdir. Bununla yanaşı, tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmetinin satılması, həmin alqı-satqıdan əldə edilmiş 9913 ABŞ dolları vəsaitin 19.03.2010-cu il tarixdə cavabdehin kredit hesabına daxil edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq növbəti 7 ilə yaxın müddət ərzində Bankın icra sən ədinin icrasına heç bir maraq göstərməməsi borc öhdəliyinə icra nəticəsində xitam verildiyi barədə cavabdehin etirazının dəlillərini təsdiq edir. Bu baxımdan kredit müqaviləsinin bağlanmasından çox uzun müddət keçməsi də Bankın zəruri sübutları təqdim edə bilməməsinə haqq qazandıra bilməz. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayıti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görnür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdehlə bank arasında bağlanmış kreditin verilməsi ilə bağlı borcalan Cavabdeh banka yazılı müraciətlərinin, kredit və ipoteka müqavilələrinin, kredit müqaviləsinə 1 saylı əlavənin, əmlakın qiymətləndirilməsi bartədə aktın, nəqliyyat vasitəsinin sığorta etdirilməsi barədə şəhadətnamənin və s. sənədlərin sürətləri əlavə edilmişdir. Göstərilən sənədlər Cavabdeh tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən 04.07.2008-ci il tarixli, 39/08A saylı kredit müqaviləsinin kserosurətinin təqdim edilməsini, müqavilədə nəzərdə tutulmuş məbləğin cavabdehə verildiyi barədə məhkəməyə heç bir sübut təqdim edilməməsini əsas gətirərək iddia tələbini rədd etmiş, iddiaçı tərəfindən təqdim olunmuş yuxarıda göstərilən sən ədləri kserosürət olduğuna görə sübut kimi qəbul etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında borc münasibətlərinin yaranması, həmin kredit müqaviləsi üzrə bank əməliyyatlarının aparılması, cavabdehin iddiaçı bankdan kredit alması, bu barədə müqavilə bağlaması, həmin kreditin qaytarılması üçün ipoteka müqaviləsinin bağlamasını cavabdeh mübahisələndirməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi işin halları ilə tərəflər arasında kredit və ipoteka müqaviləsinin yaranmasını özü müəyyən etməsinə baxmayaraq iş üzrə müəyyən etdiyi hala zidd nəticəyə gəlmişdir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, ipoteka predmeti qarşılıqlı razılıq əsasında satılmış və satışdan əldə edilmiş 9913 ABŞ dolları vəsait cavabdehin kredit hesabına mədaxil edilmişdir. Cavabdeh iddiaçı ilə aralarında kredit və ipoteka hüquq münasibətlərinin yarandığını etiraf etsə də, hal-hazırda iddiaçıya heç bir borcunun olmadığını, ipoteka predmeti olmuş avtomobilin satışından əldə edilmiş vəsait hesabına qalıq borcun tam bağlandığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Normanın məzmunudan göründüyü kimi, qanunvericilikdə faks, elektron və ya digər rabitə vasitəsi ilə, o cümlədən başqa üsullarla əldə edilmiş sənədlərin həqiqiliyini müəyyən etməyin mümkün olacağı təqdirdə sübutların məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilə bilməsini təsbit edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit və ipoteka müqavilərinin bağlanması cavabdeh tərəfindən etiraf edilsə də, həmin hallar bankın cavabdehə hansı məbləğdə pul verdiyini və hal-hazırda tələb olunan məbləğdə və ya daha az məbləğdə borcun yarandığını birmənalı təsdiq edən hal deyil. Cavabdeh kredit və ipoteka münasibətlərinin yaranmasını etiraf etsə də, sənədlərin əsli əlavə edilmədiyindən müqavilələrin mötəbərliliyini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsaslı hesab etmir. İlk növbədə qeyd etmək lazımdıdr ki, iddiaçı iş materiallarına kredit və ipoteka müqavilələrinin surətlərini əlavə etsə də, maliyyə arayışı və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə aparılmış əməliy atlar barədə məlumatları əks etdirən hesabatın əslini əlavə etmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 77-ci maddəsində qanunverici nəinki iddiaçının, həmçinin cavabdehin də üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoymuşdur. Baxmayaq ki, tələb iddiaçı tərəfindən irəli sürülür, hazırki işdə olduğu kimi cavabdeh tərəf heç də həmişə ona qarşı irəli sürülmüş tələblə razılaşmır və iddiaya qarşı etirazlarla çıxış edir və bununla da hüquqi nəticə etibarı ilə iddianın rədd edilməsini tələb edir. İddianı rədd etmək tələbi də hüquqi mahiyyət etibarı ilə tələbdir və cavabdehin bu tələbin in və tələbi əsaslandıran şifahi və ya yazılı etirazda göstərdiyi dəlillərinin sübut edilməsinə zərurət yaranır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 89.3-cü maddəsində “lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir” müddəasını təsbit etməklə qanunverici bir sıra məqsədləri, o cümlədən saxta, şübhəli, habelə həqiqəti və həqiqi münasibətləri əks etdirməyən sənədlərin təqdim edilməsinin qarşısını almaq məqsədi güdmüş və bununla da belə sənədləri mötəbər sübut kimi qiymətləndirməmək üçün hüquqi əsas yaratmışdır. Cavabdeh tərəf öz etirazında, o cümlədən iddia ərizəsinin rədd edilməsi tələbində bu mövqedən çıxış etmiş, müqavilədə və digər aidiyyəti sənədlərdə möhürün, imzanın həqiqi olmasını şübhə altına almış, o cümlədən nüqavilə ləri məzmun baxımından və səhifələrinin tamlığı baxımından mübahisələndirmişdir. Cavabdeh belə bir mövqedən çıxış etməsinə baxmayaraq, öz tələb və etirazlarının təsdiqi olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan, o cümlədən kredit və ipoteka müqavilələrindən məzmun baxımından fərqlənən sübutlar, o cümlədən həmin müqavilələrin hər hansı digər məzmunda olan nüsxəsini təqdim etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməsi vəzifəsi Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsində bilavasitə təsbit edilmişdir. Hər bir halda, məhkəmə tərəfindən təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən 04.07.2008-ci il tarixli, 39/08 saylı kredit müqaviləsinin fərqli məzmuna malik olan nüsxəsi məhkəməyə təqdim edilməm işdir. Cavabdeh tərəf ümumiyyətlə iddiaçı ilə aralarında hər hansı kredit öhdəliklərinin yaranması, o cümlədən “BMW-X5” markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobilin hansı əsaslarla onun mülkiyyətinə keçməsi məsələsinə aydınlıq gətirməkdən yayınmış və kredit borcunun götürülməsini istisna etməsə də, iddiaçı tərəfindən sənədlərin surətlərinin təqdim edilməsi səbəbindən bu məsələyə münasibətin bildirilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 13.03.2017-ci il tarixli, 016-29207-1217 saylı məktubuna əlavə edilmiş məlumatan da açıq aydın görünür ki, “BMW-X5” markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobil 2008-ci il tarixdə cavabdehin mülkiyyətinə keçmiş və girov müqaviləsinə əsasən İddiaçı SB (Nəsimi filialı) qarşısında ipoteka ilə yüklü edilməklə özgəninkiləşdirilməsi qadağan edilmişdir. “BMW-X5” markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh mülkiyyətində olmasını təsdiq edən AB seriyalı, 154866 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində də həmin avtomobilin özgəninkiləşdirilməsinin qadağa edilməsi ilə bağlı qeyd aparılmışdır. Həmin şşəhadətnamə 04.07.2008-ci il tarixdə, yəni 39/08 A nömrəli kredit və İpoteka müqaviləsinin imzalandığı gün verilmişdir. Həm AB seriyalı, 154866 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində, həm Baş X4 İdarəsinin 13.03.2017-ci il tarixli məktubuna əlavə edilmiş çıxarışda, həm də AG seriyalı, 153760 nömrəli girov müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamədə girov saxlayan qismində “Azərdəmiryol Bank” SB-nın Nəsimi filial ı göstərilmişdir. Lakin 04.07.2008-ci il tarixli, 39/08 nömrəli kredit və İpoteka müqavilələrinin həqiqiliyini mübahisələndirən və bununla da onların saxtakarlığı mövqeyindən çıxış edən cavabdeh “BMW-X5” markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobilin girov müqaviləsinə əsasən İddiaçı SB (Nəsimi filialı) qarşısında ipoteka ilə yüklü edilməsi barədə qeydlərə, habelə həmin nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə keçməsində “Azərdəmiryol Bank” SB-nın hansı hüquqi əsaslarla iştirak etməsi məsələsinə hər hansı aydınlıq gətirə bilməmişdir. İddiaçı isə kserosurət olsa da, xeyli sayda, hətta “BMW-X5” narkalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobilin alınmasına dair cavabdehlə digər şəxs arasında bağlanmış alğı-satqı müqaviləsinin, cavabdehin pulun ona ayrılması müraciətini əks etdirən ərizənin, pulun alınması barədə sərəncamın surətini məhkəməyə təqdim etmişdir. İşə baxan məhkəmə bu hallara əhəmiyyət verməmiş, tərəflər arasında sübutetmə yükünü düzgün bölüşdürməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, prosessual normaların tədqibində səhvə yol vermiş, beləliklə də düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 387-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəf li araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC Əmanətlərin Sığortalanması Fondununkassasiya şikayəti qismən təmin e dilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12399/2018 nömrəli iş üzrə 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar