Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3147/2019 12.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXXvə Cavabdeh kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-3329/2018, hakim E.A.Nuriyev) i ddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilmiş, 05 avqust 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış 4811 ABŞ dolları əsas, 140 ABŞ dolları faiz borcunun manata olan məzənnəsinin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11780/2018, hakimlər X.A.Mərdanova, F.F.Babayev və E.M.Həsənov) iddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verdikləri kassasiya şikayətlərində iddiaçı qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini, Cavabdeh iddia ərizəs inin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: Tərəflər arasında bağlanmış 05 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor borcluya 27% ilə 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı 11.08.2016-cı il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit müqaviləsi üzrə 4811 ABŞ dolları əsas, 1133 ABŞ dolları faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə təyin edilmiş 31 oktyabr 2017-ci il tarixli ekspertiza rəyi ilə müqavilə bitən tarixə əsas borc üzrə 4965 ABŞ dolları, faiz borcu üzrə 140 ABŞ dollarının olduğu müəyyən edilmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol verdiyinə görə ona ikiqat faiz hesablanmışdır. Məhkəmə işin qeyd olunan halını nəzərə almadan maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkməsi tərəfindən iddia ərizəsi baxılmamış saxlanıldığı halda ləğv edicinin ərizəsi əsasında iş üzrə icraatın təzələnməsi barədə əsassız qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsə lələr: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas və faiz borcunun borcludan tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mü lkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materiallarından görünür ki, kreditor kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini borcluya ödəmiş, lakin borclu kredit müqaviləsi üzrə öhdəlik ləri tam yerinə yetirməyərək banka borclu qalmış, əsas və faiz borclarını vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsi ilə ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi əsasları müəyyə n edilmişdir. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilmişdir Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv
Məhkəmə qərarları › İş №2(102)-3147/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3147/2019
12.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver