Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3147/2020 01.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, Cavabdeh1tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)53/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şuşa rayon məhkəməsinin (hakim Allahverən Həsənov) xx xxxxxx 2 017-ci il tarixli 2(077)-751/2017 saylı qətnaməsi ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3179,05 ABŞ dolları məbləğində əsas borc, 1239,96 ABŞ dolları məbləğində faiz borcu, 12 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 4431,01 ABŞ dolları borcun ödənilən vaxtı manata məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 50 manat ekspertiza xərclərinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Aqil Abbasov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Telman Məmmədov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləİddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Şuşa rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(077)-751/2017 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1239,96 ABŞ dolları məbləğində faiz borcu tutulması hissəsində dəyişdirilmiş, İddiaçı ASC-nin xeyrinə ödəniş gününün milli manat ekvivalentində faiz borcu üzrə 1683,57 ABŞ dolları pul tutulması müəyyən edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun Cavabdeh1 alınaraq dövlət büdcəsinin hesaba keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi imzalanmışdır. Həmin m üqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə illik 32 faizlə, hər ay 381 ABŞ dolları, sonuncu ay isə 321,83 ABŞ dolları ödəniş etmək şərti ilə 5650 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi bankla cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli 410005386/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələr bağlanan vaxt cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir. Bunabaxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Ona görə də tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə dəyişiklik edilərək xx xxxxx 2015-ci il tarixli 452/Tİ saylı əlavə saziş bağlanmış və cavabdehə verilən 7000 ABŞ dolları kreditin qalıq məbləği 5016,22 ABŞ dolları xx.xx.2018-ci i l müddətinə verilmişdir. Əlavə sazişə əsasən bankla Cavabdeh3 və Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli 410005386/ZM saylı zaminlik müqaviləsinə dəyişiklik edilərək xx xxxxx 2015-ci il tarixli 452/Tİ saylı əlavə saziş bağlanmışdır. Cavabdehin imzaladığı kredit müqaviləsinə görə xx.xx.2017-ci il tarixə əsas borc 3179,05 ABŞ dolları, həmin tarixə faiz borcu 1683,57 ABŞ dolları və cərimə kimi 312,2 ABŞ dolları hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. İddiaçı bank iddia tələbinin əsası kimi Mülki Məcəllənin 21, 445.2.1, 467, 472 və 501-ci maddələrinə istinad etmişdir. İş üzrə yuxarıda gö stərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh1kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bir müddət borclarını vaxtıvaxtında ödəsə də, sonradan ölkədə baş vermiş devalvasiya nəticəsində maddi imkanı aşağı olmuş və borcunu ödəyə bilməmişdir. Sonradan ölkə Prezidentinin Fərmanı ilə dollar kreditləri ilə bağlı vətəndaşlara kompensasiya verilsə də, ona güzəşt edilməmiş, bu barədə iddiaçı banka müraciət etsə də müraciəti nəticəsiz qalmışdır. Bank ondan şişirdilmiş borc tə ləb etmiş, apelyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməyərəki iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kasasiya şikayəti verdiyindən qətnamə onun kasasiya şikayətinə əsasən kasasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilini izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə i lik 32 faizlə 5650 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 452/Tİ saylı əlavə sazişdən (i.v.7) görünür ki, xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə dəyişiklik edilərək, kreditin qalıq məbləği 5016,22 ABŞ dolları, kreditin müddəti isə xx.xx.2018ci il müəyyən edilmişdir. İddia ərizəsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixinə 3179,05 ABŞ dolları əsas, 1683,57 ABŞ dolları faiz, 312,2 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-cı il tarixli 27798 saylı rəyindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixinə İddiaçı ASC-yə xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə əsas borcu 3 858,65 ABŞ dolları, faiz borcu 1239,96 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına, o cümlədən ekspert rəyinə əsasən iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmasını, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmasını, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdehin üzərinə düşən öhdəlikləri pozmasını müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 385.2, 386, 421.2, 422.2, 427.3, 442, 445.2.1, 448.1, 449.1, 460, 472 739 və 741-ci istinad edərək əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı bank apelyasiya şikayəti verərək iddia tələbinin faiz borcu hissədə məhkəmənin gəldiyi nəticəni mübah isələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə qətnamənin mübahisələndirilən hissəsinə, yəni cavabdehlərdən faiz borcunun tələb edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixinə 1683,57 ABŞ dolları faiz borcu vardır. Birinci instansiya məhkəməsində iş üzrə ekspertiza təyin edilmiş, ekspert qarşısında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi barədə sual qoyulmuş və rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-cı il tarixli 27798 saylı rəyinə əsasən cavabdehin İddiaçı ASC-yə xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə əsas borcunun 3858,65 ABŞ dolları, faiz borcunun 1239,96 ABŞ dolları olması müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi də ekspert rəyinə əsasən cavabdehlərdən faiz borcuna görə 1239,96 ABŞ dolları pul tutulmasını qət etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert qarşısında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun nə qədər olması barədə sual qoymuşdur. Halbuki xx xxxxx 2015-ci ildə Əlavə saziş bağlandığı və sazişə əsasən qalıq borcun məbləği 5016,22 ABŞ dolları müəyyən edildiyi üçün ekspert qarşısında da əlavə sazişə uyğun borcun nə qədər olması barədə sual qoyulmalı idi. İddiaçı təşkilat da apelyasiya şikayətində məhz bu xüsusatı mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2018-ci il il tarix li qərardadı ilə hazırki iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə saziş üzrə (xx.xx.2015-ci il tarixdən sonra ödədiyi məbləğlər nəzərə alınmaqla) Cavabdeh1 xx.xx.2017-ci il tarixinə nə qədər faiz borcunun olması barədə sual qoyulmuşdur. Həmin qərardad əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019cu il tarixli 11611 saylı rəyində xx.xx.2017-ci il tarixə Cavabdeh1 faiz borcunun 1683,57 ABŞ dolları olması müəyyən edilmişdir. Göründüyü kimi, xx xxxxxxx 2019-cu il tarixli 11611 saylı ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh1 banka ödənilməmiş faiz borcu 1683,57 ABŞ dolları təşkil edir ki, bu da faiz borcunun iddia ərizəsində olan məbləği ilə eynidir. Apel yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi xx xxxxxxx 2017-ci il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edərkən ekspert qarşısında cavabdehin xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə borcunun müəyyən edilməsi barədə sual qoymuşdur. Halbuki tərəflər arasında xx xxxxx 2015-ci ildə Əlavə saziş də bağlanmış və əlavə saziş üzrə cavabdehin qalıq borcunun 5016,22 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin borcunun xx xxxxx 2015-ci il tarixli əlavə sazişin şərtlərinə uyğun nə qədər olması barədə sual qoymadığından və borc tələbi də məhz əlavə saziş üzrə tələb edildiyindən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-cı il tarixli 27798 saylı rəyi əsaslı hesab edilə bilməz. Çünki həmin rəy xx xxxxxx 2014-cü il tari xli müqavilə əsasında verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11611 saylı ekspert rəyinə gəldikdə, rəydən görünür ki, cavabdehin borc məbləği xx xxxxx 2015-ci il tarixli əlavə sazişə, başqa sözlə, cavabdehin qalıq borcunu müəyyən edən müqaviləyə əsasən hesablanıb. Ona görə də apelyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11611 saylı ekspert rəyini əsaslı hesab edərək və həmin ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərdən faiz borcu üzrə iddia tələbində qeyd edildiyi kimi, yəni 1683,57 ABŞ dolları məbləğində pul tutulmalıdır. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qətnamə cavabdehlərdən 1239,96 ABŞ dolları məbləğində faiz borcunun tutulma sı hissəsində dəyişdirilməli, yuxarıda göstərilənlərə əsasən cavabdehlərdən faiz borcuna görə 1683,57 ABŞ dolları pul tutulmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kasasiya şikayətində qeyd etdiyi hallar qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Əvvəla ona görə ki, cavabdeh iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməmiş, borc məbləği və yaxud da digər halları mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçı bankın apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin faiz borcu hissədə yoxlamışdır. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Digər tərəfdən cavabdehin kasasiya şikayətində qeyd etdiyi hallar (ölkədə devalvasiya baş verməsi, onun güzəştə düşməməsi və s.) müqavilə üzrə üzərinə götürən öhdəliklərin yerinə yetirilməsindən azad edilməsi üçün əsas deyildir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kasasiya şikayətinə əsasən dəyiş dirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kasasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-53/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi, Cavabdeh1 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3147/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3147/2020
01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver