Məhkəmə qərarları › İş №2(102)-3148/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3148/2019

03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3148/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhкəməsinin MК-nın 30 yanvar 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkilin kassasiya şiкаyəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov, İş № 2(103)-545/2019) apellyasiya şikayəti təmin edilm əyərək hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (V.Həsənov, iş Ns 2(008)-12430/2017) İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, 16 saylı Dövlət Notaiat Kontorunun keçmiş dövlət notariusu Cavabdeh3 və “Qum Adası” NQÇİ MKT-ya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, yaşayışyeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi: İ.S.Şirinov T.S.Səmədov, E.C.Kazımov, iş N° 2(103)-3171 /2018) İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya ərizəsində göstərilən xüsusatlarla bağlı yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarilxi qərarı ilə (hakimlər G.Quliyev, Ə.Mirzəliyev və T.Qoldman) kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. İddiaçı və onun vəkili Vəkil Bakı Apellya siya Məhkəməsinin MK-nın 30 yanvar 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Abbasağa oğlu və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qərardadı qəbul edərkən, mülahizələrə əsaslanmış, işi tam və obyektiv araşdırmadan və sadəcə AR Mülki Prosessual Məcəllənin 261.0.2-ci ə 391-ci maddələrinə istinad edərək apellyasiya şikayətini təmin etməmişdir. Belə olan halda anlaqsız və ruhi xəstə olan İddiaçı hüquqları pozulmuşdur.Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2019-cu il tarili qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini x ahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçılar İddiaçı və Qanuni nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə коllеgiyаsının iclаsının yеri və vахtı bаrədə digər tərəflərə lаzımi qаydаdа bildiriş göndərilmiş оlsа dа, digər tərəflər üzürlü səbəblər оlmаdаn məhкəmə коllеgiyаsının iclаsınа gəlməmişlər. Аzərbаycаn Rеspubliкаsı МPМ-nin 415.3-cü mаddəsinə əsаsən коllеgiyа işə gəlməyən digər tərəflərin iştirакı оlmаdаn bахılmаsını mümкün hеsаb еdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 30 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Həmin qətnamə Sabunçu Rayon Məhkəməsi tərəfindən 2-911/2006 nömrəli iş üzrə 25.07.2006-cı il tarixində qəbul olunub və iddia rədd olunub. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin lmk6365/2006 nömrəli iş üzrə 12.10.2006-cı il tarixində qəbul etdiyi qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnamə si dəyişdirilmədən saxalanılıb (iş materiallarına əlavə edilib). Ali Məhkəmənin 2(102)-2870/2009 nömrəli iş üzrə qəbul etdiyi 13.10.2009-cu il tarixli qərar ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb (iş materiallarına əlavə edilib). Həmin işdə iddiaçının İddiaçı adından iddianı başqa qəyyumu qaldırmışdır, hazırkı işdə isə başqa qəyyumu qaldırıb. Qəyyum qanuni nümayəndədir, mülki prosesdə tərəfin nümayəndəsinin dəyişməsi tərəfin dəyişməsi demək deyil. Ona görə də Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normaları ilə əsaslandırmışdır. Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barə sində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinə görə apellyasiya icraatı zamanı belə əsaslar olduqda işin icraatına xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassatorun qanunvericiliyin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi düzgün olaraq bu qənaətə gəlmidir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə olan halda Bakı Apellyasiya M əhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəfin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərardad qanuni və əsaslı olmaqla, hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 30 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar