Məhkəmə qərarları › İş №2(102)-3149/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3149/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3149/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4546/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva, iş № 2(012)-2146/2019) İddiaçı cavabdeh N Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdeh N Cavabdeh İddiaçı xeyrinə 56.000 manat tutulması, N Cavabdeh müqavilənin etibarsız hesab edil məsi tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova, F.Ə.Məmmədov və M.Ə.Rzayev) N Cavabdeh apelyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd edilməsinə, N Cavabdeh isə qarşılıqlı iddiasının təmin edilərək tərəflər arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilmişdir. İşin halları: xx xxxxxxxx 2010-cu il tarixdə N X12 ilə N Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə N X12 tərəfindən N Cavabdeh xx xxxxxxxx 2016-cı il tarixə kimi qaytarmaq şərti ilə 56.000 manat məbl əğində borc verilmişdir. xx xxxxx 2014-cü il tarixdə borc verən Abasov X12 vəfat etmiş, xx xxxxxxx 2014-cü il tarixdə onun oğlu İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2019-cu ilin aprel ayında X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun qaytarılma vaxtının 2016-cı ilin sentyabr ayında bitməsinə baxmayaraq, Cavabdeh Nin indiyə kimi borcu qaytarmaqdan boyun qaçırmasını əsas göstərməklə cavabdeh Ndən onun xeyrinə 56.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh N Cavabdeh qarşılıqlı iddia verərək xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsində göstərilmiş məbləği iddiaçının atası N deyil, onun mərhum əmisi N borclu olmasını, sonuncunun 2010-cu ildə vəfat etməsi ilə əlaqədar hazırkı borc müqaviləs ini Nla bağlamasını, borc müqaviləsinin bağlanmasının formal xarakter daşımaqla yalan əqd olmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən etibarsız olmasını əsas göstərməklə M X12 ilə N Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli borc müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və onun iddiasının təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edər ək təmin edilməsini, cavabdehin vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd, qarşılıqlı iddia tələbini isə təmin edib borc müqaviləsini etibarsız hesab edərkən 2008-ci ildə iddiaçının əmisi X10 ş əhərində evini N Cavabdeh satmaq barədə razılaşmasını, 2010-cu ilin sentyabr ayında Nun vəfat etməsini, bundan sonra onun qardaşı, yəni iddiaçının atası Nun xx xxxxxxxx 2010-cu il tarixdə həmin borcu sığortalamaq üçün N Cavabdeh ilə 56.000 manata dair borc müqaviləsi bağlanmasını, lakin həmin müqavilə ilə əlaqədar ona hər hansı bir məbləğdə borcun verilməməklə həmin müqavilənin başqa əqdi pərdələmək üçün bağlanmasını, borc müqaviləsinin bağlanmasının tərəflər arasında öhdəliyin yaranması üçün müraciət etməsini və tələb olunan borcun həqiqətən də verilməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübutun təqdim olunmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiya məhkəməsinin həmin nəticəsi heç bir mötəbər sübuta söykənməməklə işdə olan qiymətləndirilməmiş sübutlarl a təkzib olunduğundan qətnamə qanuni sayıla bilməz. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi Nla borc müqaviləsinin Cavabdeh N arasında olan borc müqaviləsinin pərdələmək məqsədi ilə bağlanmasını işin müəyyən olunmuş halı kimi qəbul edərkən Cavabdeh Nin izahatına və yalnız birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nun arvadı X2 və Cavabdeh Nin dostu olmasını bildirən X1 ifadələrinə əsaslanmışdır. Həmin ifadələrində X5 mərhum əri N olan borcun təsdiqlənməsi üçün Cavabdeh Nin xx xxxxxxxx 2010-cu il tarixdə Nla borc müqaviləsini bağlamasını, (səh.48) X3 isə Na evin pulunun onun maşınında əvvəlcə 25.000 manat, 1 ay sonra isə 5000 manatın Cavabdeh N tərəfindən ödənilməsini göstərmişlər. 2008-ci ildə Nla Cavabdeh N arasında nisyə alqı-satqı müqaviləsinin bağlanıbbağla nmaması, müqavilənin hansı səbəbdən notariatda bağlanmaması, əgər onlar arasında evlə bağlı borc münasibəti yaranmışdırsa bunun hansı səbəblərdən onların arasında, Nun ölümündən sonra isə onun arvadı N ilə rəsmiləşdirilməməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamışdır. İşdən görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh Nin nümayəndəsi xx xxxxx 2019-cu il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmişdir. Lakin, həmin etirazda Cavabdeh N arasında evə görə borc münasibətinin yaranması və Nla olan müqavilənin həmin əqdin pərdələnməsi məqsədi ilə bağlanması barədə heç bir məlumat verilməmişdir. (səh.27-28) Bundan təxminən 1 ay sonra xx xxx 2019-cu il tarixdə Cavabdeh Nin nümayəndəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tar ixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia verilmiş və həmin ərizədə hazırkı borc müqaviləsinin evə görə Cavabdeh N arasında borc münasibətinin olması barədə məlumat verilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi belə bir ziddiyyətli vəziyyətdə qarşılıqlı iddia ərizəsində göstərilənləri həqiqət kimi qəbul edərək borc müqaviləsinin etibarsız olması barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi borc müqaviləsinin bağlanmasının tərəflər arasında öhdəliyin yaranması üçün kifayət etməməsi barədə nəticəyə gələrkən Azərbaycan Resublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbini nəzərə almamışdır. Qanunun həmin normasına görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlm əsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdən göründüyü kimi, mərhum Nla Cavabdeh N arasında bilavasitə onların iştirakı ilə borc müqaviləsi bağlanmış, müqavilə onun iştirakçıları tərəfindən imzalanmış, müqavilədə tərəflərin öhdəlikləri müəyyən olunmuş və notariatda təsdiq olunmuşdur. Tərəflər müqaviləni imzalamaqla orada göstərilənlərin həqiqiliyini təsdiq etmişlər. Müqaviləyə görə, N Cavabdeh Nə 56.000 manat (70.000 ABŞ dolları) verir, Cavabdeh N isə xx xxxxxxxx 2016-cı il tarixə kimi həmin borcu qaytarması barədə üzərinə öhdəlik götürür. Müqavilənin notariatda təsdiqinə görə Cavabdeh N tərəfindən 61 manat dövlət rüsumu, 9.15 manat xidmət haqqı ödənilmişdir. Müqavilənin məzmunu və notariatdan təsdiqindən keçən uzun müddət ərzində onun iştirakçıları tərəfindən mübahisələndirilməməsi borcun verilməsi və həmin məbləğin borc alan Cavabdeh N tərəfindən alınması barədə nəticəyə gəlmək üçün əsas verməsinə baxmayaraq, məhkəmə kollegiyası həmin sənədi qanunun tələbinə zidd olaraq borcun verilməsini təsdiq edən sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə borcun verilməsini təsdiq edən sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, qanunun tələblərinə əməl edilməklə notariatda təsdiq olunmuş müqavilə ən mötəbər və etibarlı sübut hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi ö hdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd, qarşılıqlı iddanı təmin edərkən işin göstərilən hallarını nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. Cavabdeh Nin davranışı və irəli sürdüyü dəlillər isə belə bir nəticəyə gəlməyə əsas verir ki, o borcun qaytarılması üzrə öhdəliyinin icrasını təmin etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, qarşılıqlı iddia təmin edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddətin ötürülməsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsız lığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) Qanun göstərilən vəziyyətdə 1 ildən sonra əqdin etibarsız hesab edilməsini istisna etdiyindən, kollegiya hesab edir ki, işə yenidən baxılarkən həmin hal da qiymətləndirilməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsi nin nəticəsini əsassız sayır, hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Resppublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar