Məhkəmə qərarları › İş №2(102)-315/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-315/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-315/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: 5.353,47 ABŞ dolları məbləğində borc tələbi Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil, Cavabdeh1 qızının vəkili X4 oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (104)-35/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən şəxsi məqsədlə cavabdehə illik 26 faiz olmaqla, 24 ay müddətinə 6.500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Kreditor”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 1097-14 USD nömrəli kredit müqaviləsinə 494 saylı əlavə sazişdən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit verilməsi haqqında bağlanmış müqavilənin müddəti 19 ay təyin edilir. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, 1097-14 USD nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kreditin əsas məbləğinin və ondan istifadə edilməsinə görə hesablanmış faizlərin ödənilməsi qrafiki üzrə hər ayın 10-11-dən gec olmayaraq, hər ay dəyişilməz olaraq 351,0 ABŞ dolları məbləğində, sonuncu ay isə 338,0 ABŞ dolları məbləğində ödəniş etməli idi. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 1097-14 USD nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 69872388-ci kredit hesabı üz rə qrafikdən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit verilməsi haqqında bağlanmış müqavilənin müddəti 19 ay təyin edilir və Cavabdeh1 ona verilmiş kreditin əsas məbləğinin və ondan istifadə edilməsinə görə hesablanmış faizlərin ödənilməsi qrafiki üzrə hər ayın 08-dən gec olmayaraq, hər ay dəyişilməz olaraq 288,13 ABŞ dolları məbləğində, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə 257,86 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə isə 257,85 ABŞ dolları məbləğində ödəniş etməli idi. İşdə olan xx xxxx 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 6.500 ABŞ dolları pul ödənilmiş və sonuncu tərəfindən order imzalanmaqla həmin məbləğ alınmışdır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, 1097-14 USD-ZM saylı zaminlik müqavil əsindən görünür ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 12136 saylı ekspertiza rəyinə əsasən, Cavabdeh1 xx.xx.2016-cı il tarixədək 4234,02 ABŞ dolları əsas, 865,08 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, Cavabdeh1 restruktruzasiyaya çıxarılacaq borcunun məbləği 3571,48 manat təşkil edir Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyə ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4.230,71 ABŞ dolları əsas, 865,43 ABŞ dolları faiz, 257,33 ABŞ dolları cərimə borcu, cəmi 5.353,47 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun “xxxx” ASCnin xeyrinə tutulmasına və “xxxx” ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 1097-14 USD nömrəli kredit müqaviləsinə əsasən borcalan “xxxx” ASC-dən şəxsi məqsədlə illik 26 faiz dərəcəsi ilə, 24 ay müddətinə 6.500 ABŞ dolları məbləğində borc almışdır. xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli, 494 nömrəli əlavə sazişə əsasən xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 4.401,0 ABŞ dolları təşkil etmiş və kreditin müddəti 19 ay müəyyən edilmişdir. Borcalan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 52 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunmuş, əks halda pul vəsaitlərinin qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin tətbiq ediləcəyi barədə dəfələrlə “xxxx” ASC tərəfindən şifahi və rəsmi xəbərdarlıqlar edilmi şdir. Lakin cavabdeh bu xəbərdarlıqlara məhəl qoymamış və borc məbləğini ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixli, ZM - 1097-14 USD saylı zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi, yəni kredit borcunu və ona hesablanmış faizləri ödəmədiyinə görə cavabdehlərin xx xxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə 4.230,71 ABŞ dolları əsas, 865,43 ABŞ dolları faiz, 257,33 ABŞ dolları cərimə borcu, cəmi 5.353,47 ABŞ dolla rı borcu yaranmışdır. Kəlbəcər Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(040)- 1446/2016 saylı qətnaməsi ilə (hakim H.S.Qəniyev) iddia tələbinin qismən təmin edilməsi, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 1097-14 USD nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx xxxx 2014-cü il tarixli, 1097-14 USD nömrəli kredit müqaviləsi üzrə 4.230,71 ABŞ dolları (dörd min iki yüz otuz ABŞ dolları - 71 sent) əsas kredit borcu, 865,43 ABŞ dolları (səkkiz yüz altmış beş ABŞ dolları -43 sent) faiz borcu, 57,33 (əlli yeddi ABŞ dolları -33 sent) ABŞ dolları cərimə borcu, cəmi 5.153,47 (beş min yüz əlli üç ABŞ dolları -47 sent) ABŞ dolları borcun qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə alınaraq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzinin alınaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-35/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Bayramov (sədrlik edən və məruzəçi), L.Süleymanov və F.Mehtiyev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Kəlbəcər Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(040)-1446/2016 saylı qə tnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 3.571,48 (üç min beş yüz yetmiş bir manat qırx səkkiz qəpik) manat və ödənilmiş rüsum xərcinə görə 15 (on beş) manat pul müştərək qaydada alınaraq iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, ekspertiza tədqiqatının dəyərinin təşkil edən 145 (bir yüz qırx beş manat) manat pulun iddiaçı Ləğv prosesində olan “xxxx” ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X1, KOD-210005, VÖEN-**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT B İK: CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE**********0002088501 hesabına keçirilmişdir. Apelyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləğinə münasibətdə qeyd etmişdir ki, ödənilməmiş borc məbləğini dəqiqləşdirmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tədqiqatı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixədək 4.234,02 ABŞ dolları əsas, 865,08 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli, 494 nömrəli əlavə saziş üzrə yaranmış kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairə sinə düşmüşdür. Cavabdehə kredit müqaviləsinin restruktruzasiyası ilə bağlı müraciət edilmiş, lakin cavabdeh bununla bağlı banka yaxınlaşmamış, kredit borcunun restruktruzasiyasına dair müqavilə bağlamamışdır. Cavabdehin kredit müqaviləsi üzrə restruktruzasiyaya çıxarılacaq borcu 3.571,48 manat əsas borc məbləği təşkil etdiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulacaq borc 3.571,48 manat məbləğində müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin kredit borcunun restrukturizasiya dair müqavilə bağlamaması ondan faiz borcunun tələb edilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti kas asiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və xx.xx.2020ci il tarixli maliyyə arayışında göstərilən 2.100,87 (3.571,48 manat) ABŞ dolları əsas, 2.941,80 ABŞ dolları faiz, 4.728,42 ABŞ dolları cərimə, 344,81 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, 10.115,90 ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rövşən oğlundan tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yox lanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 qızının vəkili X4 oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhb ər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. -429.1.3-cü maddəsinə əsasən, əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. -442-ci maddəsinə əsasə n, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə il ə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. -465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhd əliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə g ötürür. -472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) k eçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı 6 öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olar aq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh1 və Alışanov Natik Rövşən oğlundan əsas borca görə 3.571,48 manat məbləğində borcun tutulmalı olması nəticəsinə gələrkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad etmişdir. İş materiallarından göründüyü kimi Problemli Kreditlərin Kompensiyasına dair portaldan çıxarışda xx.xx.2019-cu il tarixinə Cavabdeh1 banka əsas borcu 7.192,11 manat müəyyən edilmişdir (i/v 136). Fərmanın tələblərinə əsasən həmin 7.192,21 manat əsas borcdan 3.620,72 manat kompensasiya çıxılaraq 3.571,48 manat əsas borc qalmışdır. Həmin Fərmana əsasən müəyyən edilmiş əsas borc məbləği üzrə tərəflər arasında yeni güzəştli illik 1% hesabı ilə yeni müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli Kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiya məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Lakin apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan yeni güzəştli kredit müqaviləsinin hansı səbəblərdən bağlanmamasını, bununla əlaqədar müəyyən edilmiş əsas borc üzrə faiz və cərimə məbləğinin necə hesablanmalı olmasını müəyyən etmədən tutulmalı olan ümumi borc məbləğinə dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbayc an Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)35/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar