Məhkəmə qərarları › İş №2(102)-315/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-315/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-315/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə, Maraqlı şəxs1 və X4 qarşı; Cavabdeh ASC-nin İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcu) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6164/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları 1. 09 aprel 2015-ci il tarixli MM/69304/50/23 saylı kredit razılaşmasına əsasən, İddiaçı 92 ay müddətinə, illik 23 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13.188 (on üç min yüz səksən səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 zamin durmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh ASC-yə, Maraqlı şəxs1 və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, MM/69304/50/23 nömrəli kredit sazişinə əsasəngötürülmüş əsas kredit məbləğinə, hesablanmış faiz və cərimə məbləğinə dair artıq hesablanmış məbləği n silinməsinə və faizin hesablanmasının dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 09.04.2015-ci il tarixdə bağlanmış MM/69304/50/23 nömrəli kredit sazişinə əsasən nəğd pul layihəsi müqaviləsinə əsasən 92 ay müddətinə, illik 23% olmaqla 13188 ABŞ (on üç min yüz səksən səkkiz) dolları məbləğində kredit götürmüşdür. Kreditin ödənişi ilə bağlı 2015-ci il tarixdə 2618 (iki min altı yüz on səkkiz) manat, 2016-cı ildə 3720 (üç min yeddi yüz iyirmi) manat, 2017ci ildə 2700 (iki min yeddi yüz) manat və 2018-ci ildə 600 (altı yüz) manat, ümumilikdə 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində pul cavabdehin hesabına ödəmişdir. 2018ci ildə ödəniş edə bilmədiyi üçün iddiaçıy a ödənişlə bağlı güzəştlər edilməsi üçün 05 aprel 2018ci il tarixdə cavabdehə məktubla müraciət edilmiş, lakin məktuba cavab verilməmişdir. Yuxarıda qeyd olunduğu kimi götürülən kredit 13188 ABŞ (on üç min yüz səksən səkkiz) dolları təşkil edir, həmin məbləği manata konvertasiya etsək 22419,60 (iyirmi iki min dörd yüz on doqquz) manat təşkil edir. Hazırki dövrə kimi ödənilən 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləği 22419,60 (iyirmi iki min dörd yüz on doqquz) manat məbləğdən çıxılsa yerdə 12781,60 (on iki min yeddi yüz səksən bir manat 60 qəpik) qalır. Lakin qeyd olunanlara baxmayaraq bank iddiaçıdan 16.01.2020-ci il tarixə (yeddi min doqquz yüz doxsan üç dollar 50 sent) ABŞ əsas, 8692,42 (səkkiz min altı yüz doxsan iki dollar 42 sent) ABŞ faiz və 201,88 (iki yüz bir dollar 88 sent) ABŞ dolları dolları cərimə borcunu tələb edir. Sual yaranır - iddiaçının 2015-ci ildən 2018ci il tarixə kimi ümumilikdə ödədiyi 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğ niyə bankın iddiaçıdan tələb etdiyi məbləğdən çıxılmayıb? Digər sual- 2018-ci ildən banka ödəniş edə bilmir, nəyə görə və hansı səbəbdən bank, 2 ildir ki, borcun tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmir? Axırıncı ödəniş iddiaçı tərəfindən 2018-ci ildə olmuşdur. Lakin cavabdeh yalnız 31.01.2019-cu il tarixdə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Mülki iş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin hakimi Günel Abbasovanın icraaatına daxil edilmişdir. Cavabdehə iddia ərizəsi ilə məhkəməy ə müraciət etməyinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bunun da nəticəsində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin iş № 2(001)-3080/2019, 29.04.2019-cu il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmışdır. Cavabdeh məhkəməyə müraciət etməmişdən öncə iddiaçıya və zaminlərə bir neçə dəfə müxtəlif vaxtlarda və məbləğlərdə kreditin ödənilməməsi ilə bağlı məktubla müraciət etmişdir. İddiaçıya – Cavabdeh ASC-i tərəfindən göndərilən PK-İ № 3941 nömrəli bildirişdə kredit məbləğinin 09.07.2018-ci il tarixinə 14077,41 (on dörd min yetmiş yeddi dollar 41 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zamin - Maraqlı şəxs2 Cavabdeh ASC tərəfindən göndərilən PK-İ № 657 09.07.2018-ci il tarixli bildirişdə kredit məbləğinin 09.07.2018ci il tarixinə 14096,59 (on dörd min do xsan altı dollar 59 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zamin - Maraqlı şəxs1 Cavabdeh ASC-i tərəfindən göndərilən PK-İ № 656 09.07.2018-ci il tarixli bildirişdə kredit məbləğinin 09.07.2018-ci il tarixinə 14096,59 (on dörd min doxsan altı dollar 59 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zaminlər - Maraqlı şəxs1 və Maraqlı şəxs2 Cavabdeh ASC-i tərəfındən göndərilən PK İ № 930 nömrəli bildirişdə kredit 4. 5. 6. 7. 8. məbləğinin 18.10.2018-ci il tarixinə 14635,79 (on dörd min altı yüz otuz beş dollar 79 sent) ABŞ dolları olması qeyd edilmişdir. İddiaçıya – Cavabdeh ASC-i tərəfindən göndərilən PK-İ № 6820 ci il tarixli bildirişdə kredit məbləğinin 18.10.2018-ci il tarixinə (on dörd min beş yüz doxsan üç dollar 5 sent) ABŞ dolları olması qeyd edilmişdir. İddiaçıya – Cavabdeh AS C-i tərəfindən göndərilən № MZF-996/18-ci il tarixli bildirişdə kredit məbləğinin 26.07.2018-ci il tarixinə 14179,61 (on dörd min yüz yetmiş doqquz dollar 61 sent) ABŞ dolları olması qeyd edilmişdir. Cavabdeh 31.01.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində 7993,50 (yeddi min doqquz yüz doxsan üç dollar 50 sent) ABŞ əsas, 8692,42 (səkkiz min altı yüz doxsan iki dollar 42 sent) ABŞ faiz və 201,88 (iki yüz bir dollar 88 sent) ABŞ dolları cərimə borcunu qeyd etmişdir. Kreditin ödənişi ilə bağlı iddiaçı tərəfindən 2015-ci il tarixdə 2618 (iki min altı yüz on səkkiz) manat, 2016-cı ildə 3720 (üç min yeddi yüz iyirmi) manat, 2017-ci ildə 2700 (iki min yeddi yüz) manat və 2018-ci ildə 600 (altı yüz) manat, ümumilikdə 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində pulu cavabdehin hesabına ödənilmişdir. Ümumilikdə cavabdehin hesabına ödənilən 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində vəsait barədə cavabdeh nə bildirişlərində nə də ki, məhkəməyə verdiyi iddia ərizəsində qeydlər aparmamışdır. Müxtəlif məbləğlər hesablandığı üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Əsas, faiz və cərimə məbləğləri yenidən hesablanmalıdır. İddiaçı Cavabdeh ASC, cavabdeh İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 iddiaçı Cavabdeh ASC-nin xeyrinə 7993,5 ABŞ dolları məbləğində əsas borcun, 8855,93 ABŞ dolları məbləğində faiz borcunun, 201,88 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 17051.31 ABŞ dolları borcun və 30 man at məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 09.04.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 92 ay müddətinə, illik 23% olmaqla 13188 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda borclu “ödəniş cədvəli” nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) 16 mart 2020-ci il tarixli, 2(001)-2592/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “ kredit, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiası üzrə 2(001)-2592/2020 saylı mülki işlə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASCyə və maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “artıq hesablanmış məbləğin silinməsi və faizin dayandırılması” tələbinə dair iddiası üzrə 2(005)-1386/2020 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraata birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 01 dekabr 2020-ci il tarixli, 2(005)-1386/2020 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, 09.04.2015-ci il tarixli müqavilə üzrə cavabdeh İddiaçı artıq hesablanmış 405,96 ABŞ dolları faiz borcun ilk iddia üzrə Cavabdeh ASC tərəfindən silinməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, b irləşdirlmiş iş üzrə cavabdehlər İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 7993,5 ABŞ dolları əsas, 8449,97 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə borcu (ödəniş günü manata olan məzənnə ilə) olmaqla, ümumilikdə 16473,47 ABŞ (on altı min dörd yüz yetmiş üç ABŞ dolları, 47 sent) məbləğində pul və 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, birləşdirilmiş iş üzrə iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh ASC-dən, İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 müştərək qaydada tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə s əviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ASC-nin xeyrinə 7993,5 ABŞ dolları əsas borc, 8855,93 ABŞ dolları faiz borcu, 201,88 ABŞ dolları cərimə borcunun ödənilməsinə dair iddia tələbinin əsaslandırılmasını 23.02.2020-ci il tarixli maliyyə arayışına əsasən istəmişdir. Bununla belə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 noyabr 2020-ci il tarixli 9/4611 nömrəli rəyinə əsasən İddiaçı banka borcu birləşdirilmiş iş üzrə iddiaçının tələb etdiyi tarixə, yəni 23 fevral 2020-ci il tarixə əsas borc 8032,84 ABŞ dolları, faiz borcu 8449, 97 ABŞ dolları olduğu müəyyən edilmişdir. 23.02.2020-ci il tarixə faiz borcunun 8449,97 ABŞ dolları müəyyən edilsə də bank tə rəfindən faiz borcuna görə 8855,93 ABŞ dolları cavabdehlərdən tələb edilməkdədir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) 04 avqust 2021-ci il tarixli, 2(103)-6164/21 nömrəli qətnaməsi ilə birləşdirilmiş iş üzrə iddiaçı- ilk iddia üzrə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, ilk iddia üzrə iddiaçı-birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(005)-1386/2020 saylı qətnaməsi ekspertiza xərci ilə bağlı hissədə dəyişdirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 192 (yüz doxsan iki) manatı müştərək qaydada İddiaçı, Maraqlı şəxs1 və X3, 8 (səkkiz) manatı Cavabdeh ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi, qətnamə mübahisələndirilən-ilk iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən və rədd edilən hissələrində, birləşdirilmiş iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək, kredit məbləği ilkin iddia üzrə iddiaçıy a verilmiş, sonuncu tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, birləşdirilmiş iş üzrə iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd etmişdir ki, o, birinci instansiya məhkəməsinin qətnaməsində hesablanan məbləğlərlə və təyin edilən ekspertiza rəyi ilə razı deyil. Məhz bu narazılığını da iki ekspert rəyi arasında olan aşkar bö yük fərqlə əsaslandırırdı. Əgər iş üzrə təyin edilən 26 avqust 2020-ci il tarixli 9/2900 nömrəli ekspert rəyində əsas borc 8.200 ABŞ dolları, faiz borcu isə 5623,11 ABŞ dolları qeyd edilmişdirsə, maraqlıdır ki, bundan təxminən 3 ay sonra verilən 02 noyabr 2020-ci il tarixli 9/4611 nömrəli ekspert rəyində bu məbləğlər əsas borc üzrə 8.032,84 ABŞ dolları, faiz borcu üzrə isə 9.727,87 ABŞ dolları kimi qeyd edilmişdir. Nəzərə alınsa ki, hazırda ölkədə kredit üzrə ödəniş qaydaları məhz annuitet qaydasında həyata keçirilir və həmin qaydalarda ödəniş qrafıklərində ilk aylar öhdəliklər üzrə faizlər əsas məbləğdən artıq olur, o zaman ikinci ekspert rəyində faiz məbləğinin əsas məbləği keçməsi məntiqli görünmür. Çünki, borclu tərəfindən edilən ödənişlərin böyük hissəsi əvvəlcə faizin silinməsinə, so nra isə əsas məbləğin silinməsinə yönəldilir. Nəticədə həm kreditorun gəlirləri formalaşır, həm də ki, borc məbləği ödənilmiş olur. Tərəflər arasında bağlanan müqavilədə məhz annuitet qaydaları ilə bağlanılmış və ödəniş də məhz bu qaydalar çərçivəsində həyata keçirilmişdir. Bu isə onu deməyə əsas verir ki, ekspert rəyində öz əksini tapan məbləğlər həqiqəti əks etdirə bilməz. Təəssüflər olsun ki, ilk iddia üzrə iddiaçı bu barədə və ödədiyi vəsaitin nəzərə alınmaması barədə birinci instansiya məhkəməsində qeyd etsə də, məhkəmə bunu nəzərə almamışdır. Məhz buna görə də ilk iddia üzrə iddiaçı öz apellyasiya şikayətində faiz məbləğləri və ödədiyi vəsaitin nəzərə alınmaması ilə bağlı iradlarını bildirmişdir. Lakin, apellyasiya instansiyasında ilk iddia üzrə iddiaçının iştirakının təmin olunmamas ı onun bu qeyd edilənləri sübut etməkdən məhrum etmişdir. Belə ki, iş materiallarında olan və ilk iddia üzrə Cavabdeh ASC tərəfindən 26.07.2018-ci il tarixli, MZF-996/18 nömrəli məktubda İddiaçı 09.04.2015-ci il tarixli, MM/69304/50/23 saylı müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 92 ay müddətinə 13188 ABŞ dolları kredit götürüldüyünü və 26.07.2018-ci il tarixinə banka olan borcun 14.179,61 ABŞ dolları məbləğ (7993,50 ABS dolları əsas borc, 5984,23 ABS dolları faiz borcu, 201,88 ABS dolları) təşkil edir. 19.06.2014-cü il tarixli müqaviləyə əsasən 850 AZN kredit götürüldüyünü və 26.07.2018-ci il tarixinə banka olan borcun 901,52 AZN məbləğ (759,87AZN əsas borc, 141,65 AZN faiz borcu) təşkil edildiyi qeyd edilmişdir. Hətta ilkin iddia üzrə cavabdehin verdiyi bildirişlərin özündə də m araqlı məqam odur ki, faiz məbləği heç bir halda əsas məbləği üstələməmişdir. İş üzrə təyin edilən ilkin məhkəmə ekspertizasında da bu qanuna uyğunluq gözlənildiyi halda, ikinci məhkəmə ekspertizasının rəyində göstərilən fərq nisbəti tamamilə əks istiqamətə dəyişmiş və bu dəfə faiz məbləği əsas məbləği üstələmişdir. Bu hal isə nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiya məhkəməsində araşdırılmamışdır. Bu isə onu deməyə əsas verir ki, ilk iddia üzrə iddiaçı birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları məhkəmələr tərəfindən nəzərə alınmamış və pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarını n izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclu dan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bor clu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

21. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldıl ması istisna edilir.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə

740. Borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

24. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

31. MM/ 69304/50/23 nömrəli, 09 aprel 2015-ci il tarixli kredit sazişindən görünür ki, İddiaçı, illik 23%-lə, 92 (doxsan iki) ay müddətinə, 13188 ABŞ dolları (on üç min yüz səksən səkkiz ABŞ dolları) məbləğində kredit verilmişdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 zamin durmuşlar.

32. Kassa məxaric orderindən görünür ki, 13.188 ABŞ dolları (on üç min yüz səksən səkkiz ABŞ dolları) məbləğində olan pul vəsaitini İddiaçı imzalayaraq qəbul etmişdir.

33. Cavabdeh ASC tərəfindən 26.07.2018-ci il tarixli, MZF-996/18 nömrəli məktubda İddiaçı 09.04.2015-ci il tarixli MM/69304/50/23 saylı müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 92 ay müddətinə 13188 ABŞ dolları kredit götürüldüyünü və 26.07.2018-ci il tarixinə banka olan borcun 14.179,61 ABŞ dolları məbləğ (7993,50 ABŞ dolları əsas borc, 5984,23 ABŞ doll arı faiz borcu, 201,88 ABŞ dolları) təşkil edir. 34. 23.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı banka 7993,5 ABŞ dolları əsas, 8855,93 ABŞ dolları faiz və 201,88 ABŞ dolları cərimə borcu vardır.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2020-ci il tarixli 9/1352 nömrəli rəyi ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 09 aprel 2015-ci il tarixli MM/69304/50/23 nömrəli kredit müqaviləsi üzrə borcalanın Cavabdeh ASC-yə ödənilməli olan 26 iyul 2018-ci il tarixə əsas borc 8200,0 ABŞ dolları, faiz borcu 5623,11 ABŞ dolları müəyyən edilmişdir.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 noyabr 2020-ci il tarixli 9/4611 nömrəli rəyi ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 09 aprel 2015 -ci il tarixli MM/69304/50/23 nömrəli kredit müqaviləsi üzrə borcalanın Cavabdeh ASC-ə ödənilməli olan 23 fevral 2020-ci il tarixə əsas borc 8032,84 ABŞ dolları, faiz borcu 8449, 97 ABŞ dolları, 02 noyabr 2020-ci il tarixə 8032,84 ABŞ dolları əsas kredit borcu, 9727,87 ABŞ dolları faiz borcu müəyyən edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək, kredit məbləği ilkin iddia üzrə iddiaçıya verilmiş, sonuncu tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, birləşdirilmiş iş üzrə iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Rayon məhkəməsinin əsas, faiz və cərimə borcunun ilkin iddia üzr ə iddiaçıdan birləşdirilmiş iş üzrə iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına, birləşdirilmiş iş üzrə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması barədə gəldiyi nəticə isə MPM-nin 119.1-ci maddəsinin müddəasına uyğun olmuşdur.

38. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd ol unanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2020-ci il tarixli 9/1352 nömrəli rəyində həmçinin qeyd olunur ki, İddiaçı tərəfindən ödənişlər Azərbaycan manatı ilə ödənilmiş və bank tərəfindən həmin ödənişlər hər gün üçün konvertasiya edilərək nəzərə alınmışdır.

40. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan normaları düzgün tətbiq etmiş, qətnamənin ilk iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən və rədd edilən hissələrində, birləşdirilmiş iddianın ilkin iddia üzrə İddiaçı aid qismən təmin edilən hissələrində qanuni və əsaslı qərar qəbul etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissələrdə faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin dən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6164/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a ndan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar