Məhkəmə qərarları › İş №2(102)-3150/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3150/2020

01.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3150/2020 01.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçıtərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)737/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron rayon məhkəməsinin (hakim Zülfüqar Sadiqov) 2(012)-4022/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddi a qismən təmin edilərək Cavabdeh 604,80 manat məbləğində dəymiş ziyanın və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 614,80 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Fuad Məmmədov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Lətifə Məmmədova) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləİddiaçı apelyasiya şikayəti təmin olunmamış, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3020,89 manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində ödənil miş dövlət rüsumu olmaqla, cəmi 3050,89 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçındə qaz istehlakçısı kimi qeydiyyatda olmaqla Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi həyət evi “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx xxxx 2017-ci il tarixli 14/25662 nömrəli müqavilə əsasında fasiləsiz olaraq təbii qazla təchiz edilmiş və həmin ünvana **********00370 nömrəli abonent kodu verilmişdir. Həmin ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1102AQ**********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qayd aları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış və bununla bağlı iddiaçının əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməklə və qanunsuz qoşulmalar ləğv edilməklə aktlar tərtib edilərək cərimələr hesablanmış olsa da, cavabdeh həmin cəriməni ödəməmişdir. Yəni, xx xxxx 2017-ci ildə İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00370 olan Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə baxış keçirilərkən həmin ünvanda sayğacdan kənar qoşulma müəyyən edilərək, xx xxxxx 2017-ci il tarixli ******* №-li akt tərtib edilmiş və həmin qanunsuzluq müvafiq qaydada sənədləşdirilərək, həmin qanunsuz qoşulmaya görə ona cəmi 604,80 manat məbləğində pul hesablanmışdır. Bundan əlavə, xx xxxx xx 2018-ci ildə, xx xxxx 2018-ci ildə, xx xxxx 2018-ci ildə, xx xxxx 2018ci ildə, xx xxxxxxxx 2018-ci ildə, xx xxxxxxx 2018-ci ildə, xx xxxxxx 2018-ci ildə, xx xxxxxx 2019-cu ildə, xx xxxxxx 2019-cu ildə, xx xxxx 2019-cu ildə, xx xxxxx 2019-cu ildə, xx xxx 2019cu ildə, xx xxxx 2019-cu ildə və xx xxxx 2019-cu ildə də İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00370 olan Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada aktlaşdırılmış və həmin aktlar əsasında sayğacdan kənar təbii qazdan istifadəyə görə müvafiq məbləğlərdə pul hesablanmışdır. Yəni, həmin aktlar əsasında müvafiq olaraq iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərərin məbləği hesablanmış və müəyyən olunmuşdur ki, həmin aktlar üzrə hesablanmış dəymiş zərər olaraq cəmi 3020,89 manat pul vəsaitini İddiaçınə ödəməlidir. Lakin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh dəymiş zərər qismində hesablanmış olan həmin 3020,89 manat pul vəsaitini ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçıkasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kasasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nə ticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili oğlu məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan ap elyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tər əfindən işin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx xxxx 2017-ci il tarixli 14/25662 nömrəli müqaviləyə əsasən sonuncunun Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00370 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələ rin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərəri ödəmək istehlakçının vəzifəsidir. İddiaçı İB-nin əməkdaşları tərəfindən abonent kodu **********00370 olan Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə xx xxxxx 2017-ci ildə, xx xxxxxx 2018-ci ildə, xx xxxx 2018-ci ildə, xx xxxx 2018-ci ildə, xx xxxx 2018-ci ildə, xx xxxxxxxx 2018-ci ildə, xx xxxxxxx 2018-ci ildə, xx xxxxxx 2018-ci ildə, xx xxxxxx 2019cu ildə, xx xxxxxx 2019-cu ildə, xx xxxx 2019-cu ildə, xx xxxxx 2019-cu ildə, xx xxx 2019-cu ildə, xx xxxx 2019-cu ildə və xx xxxx 2019-cu ildə baxış keçirilərkən həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada ******* №-li (604,8 manat), ******* №-li (776,40 manat), ******* №-li (436,80 manat), ******* №-li (129,60 manat), ******* №-li (115,20 mana t), ******* №-li (115,20 manat), ******* №-li (57,60 manat), ******* №-li (57,60 manat), ******* №-li (219,60 manat), ******* №-li 64,80 manat), ******* №-li (133,20 manat), ******* №-li (133,20 manat), ******* №-li (32,40 manat), ******* №-li (32,40 manat) və ******* №-li (32,40 manat) aktlar tərtib edilmiş və həmin aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq cəmi 3020,89 manat dəymiş zərər hesablanmışdır. Lakin, həmin aktların hamısında yoxlamanın yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır. Eləcə də, ilk dəfə xx xxxxx 2017-ci ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşu lma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilibedilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bi r sənəd təqdim olunmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qərarla təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər m əsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından göründüyü kimi cavabdehin evində qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək, qanunsuz xətt aşkar edildikdə dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq və s. cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini istehlakçı barəd ə hər ay bir akt tərtib etməklə bitmiş hesab etmiş, iddia etdiyi halla bağlı hər hansı bir tədbir görməmiş, hər hansı bir orqana müraciət edilməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh izahatında bildirmişdir ki, yalnız bir dəfə, yəni 2017-ci ilin aprel ayında sayğacdan kənar qaz xəttinə qoşularaq təxminən bir ay təbii qazdan bu üsulla istifadə etmişdir və sonradan özü həmin qoşulmanı aradan qaldıraraq, bir daha sayğacdan kənar qaz xəttinə qoşulmamış və 2017-ci ilin aprel ayında bir dəfə qaz xəttinə sayğacdan kənar qoşulduğu üçün iddiaçı tərəfindən təqdim edilmiş xx xxxxx 2017-ci il tarixli ******* saylı akt üzrə ondan tələb olunan 604,80 manat məbləğində pulun tutulması hissəsində iddia tələbini qəbul edir. Birinci instansiya məhkəməsi cavabdehin etirafını qəbul edərək iddia tələbini etiraf edilən hissədə qismən qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi düzğün nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apelyasiya şikayətində göstərdiyi hallarla kasasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apelyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiy a hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kasasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kasasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-737/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar