Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3150/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-130/2023 nömrəli, 5 iyun 2023-cü il tar ixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" KB ASC məhkəməyə müraciət edərək Cavabdeh1 "xxxx" KB ASCnin xeyrinə xx.xx.2014-cü il tarixli 20/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 20-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə əsas borc məbləği üzrə 9.755,00 (doqquz min yeddi yüz əlli beş) ABŞ dolları, faiz borcu üzrə 1.290,36 ABŞ dolları, cərimə borcu üzrə 4.703, 23 ABŞ dolları, cəmi 15748,59 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulmasını, tutmanın ipo teka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 86.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qubadlı Rayon Məhkəməsinin (hakim V.Y.Ruvinov) 2(028)-222/2020 nömrəli, 2 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 əsas borca hörə 9.755 ABŞ dolları, hesablanmış faizə görə 1.290, 36 ABŞ dolları, cəriməyə görə isə 100 ABŞ dolları olmaqla cəmi 11.145,36 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilmədi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 86.000 manat müəyyən edilməsi, mənzlilin hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına Banka olan borcun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
3. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən təmin olunmayan hissəsində ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) 02 avqust 2021-ci il tarixli, 2(1050-389/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti tam təmin, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilib Cavabdeh1 milli manata məzənnədə xx.xx.2014-cü il tarixli əalvə kredit müqaviləsi üzrə əsas borca görə 9755 ABŞ dolları, hesablanmış faizə görə 323,25 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları olmaqla cəmi 10.178,25 ABŞ dolları kredit borcunun tutulub banka ödəni lməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86.000 manat müəyyən edilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına Banka olan kredit borcunun ödənilməsi, mənzilə tutma yönəldildikdə və o, satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildən cavabdehlərin çıxarılması qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimlər – (Ə. A.Əhmədov (sədrlik edən və məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) 17 may 2022-ci il tarixli 2(102)-1999/2022 qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)389/2021 nömrəli qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilmiş, mülki işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilımədən saxlanılması qət edilmişdir. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2023- cü il tarixli, 2(105)-130/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qub adlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(028)222/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - yəni ipoteka predmetinin ilkin satış qiymətinə likvid dəyər sözü əlavə edilməklə dəyişdirilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzilin likvid dəyəri 86.000 (səksən altı min) manat məbləğində müəyyən edilmişdir.
9. Bu qətnamədən Cavabdeh1 tərəfindən verilən kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli, 2(105)-130/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır.
10. Cavabdeh1 yenidən elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2023- cü il tarixli, 2(105)-130/2023 nömrəli qətnaməsindən kаssаsiyа şikаyəti vermiş, eyni za manda kassasiya şikayətinə “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə vəsatət əlavə etmişdir.
11. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(105)-130/2023 nömrəli qətnaməsindən Cavabdeh1 narazı olduğu üçün prosessual müddət çərçivəsində kassasiya şikayəti vermişdir. Lakin həmin kassasiya şikayəti məhkəmənin iş üzrə 15 may 2023-cü il tarixli qərardadı ilə prosessual nöqsanlar səbəbindən geri qaytarılmışdır. Adıçəkilən iş üzrə Cavabdeh1 hüquqi biliyə malik olmadığından kassasiya şikayətini kağız formatında və vəkil vasitəsilə deyil, şəxsən özü, eyni zamanda Elektron Məhkəmə Sistemi vasitəsilə deyil, poçt üsulu ilə məhkəməyə göndərmiş, bununla da Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur. Hazırda həmin nöqsanlar arad an qaldırılmaq cavabdeh tərəfindən yenidən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddət cavabdeh tərəfindən üzürlü səbəbdən ötürülmüşdür. Nəzərə almaq lazımdır ki, Mülki prosessual qanunvericilikdə prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi ilə əlaqədar şərtlərin dairəsi göstərilməmişdir və hakimi mülahizəsinə buraxılmışdır. Odur ki, yuxarıda qeyd edilənlər əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-130/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin buraxılması üzrlü hesab edilməlidir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla vəsatətdə prosessual müddətin üzrlü səbəblərdən ötürülməsinə dair heç b ir hal qeyd olunmamışdır. Mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-130/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə (i.v.178,179) şəxsən imza edilməklə qəbul edilmişdir. Beləliklə qətnamədən 2 ay müddətinə şikayət verilmə müddətinin axımı cavabdeh üçün xx.xx.2023cü il tarixdən başlayaraq, son gün xx.xx.2023-cü il tarixdə bitir. Sözügedən qətnamədən Cavabdeh1 tərəfindən verilən kassasiya şikayəti isə məhkəmənin dəftərxanasına xx.xx.2023-cü il tarixdə, yəni şikayət vermə müddəti üçün nəzərdə tutulan son gündən sonra daxil olmuşdur. Bu iş üzrə məhkəmənin 15 may 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin forma və məzmun tələblərinə cavab vermədiyindən (kassasiya şikayəti elektron kabinet və vəkil vasitəsilə verilmədiyindən) geri qaytarılmışdır.
13. Bundan sonra mübahisələndirilən qətnamədən Cavabdeh1 tərəfindən daha öncə qərardadda qeyd olunan prosessual nöqsanlar aradan qaldırılmaqla, yəni kassasiya şikayəti elektron kabinet vasitəsilə, vəkil tərəfindən tərtib olunmaqla, şikayətə vəkil orderi və dövlət rüsumu əlavə edilməklə yenidən verilsə də, müddətə riayət olunmamış, kassasiya şikayəti müddət ötürülməklə verilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin hazırkı kassasiya şikayəti MPM-in forma və məzmun baxımından prosessul tələblərinə cavab versə də, şikayət formal mülahizələrlə əsaslandırılmış, k assasiya şikayətinin məzmununda maddi və prosessual hüquq normalarının pozuntusunun hazırki işdə konkret nədə ifadə olması, mübahisəyə aidiyyəti göstərilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə kassasiya şikayətinin qaytarılması kassatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.
16. Mə hkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3, 129.1, 129.2, 130.1, 135.5, 135.6, 403.1, 402.2.2, 408.1, 408.1.7, 408.1.1, 408.3-cü maddələrinə və “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nin 16 avqust 2006-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ciil, 2(105)-130/2023 nömrəli qərardadını ləğv edərək, buraxılmış müddətin bərpasına dair ərizənin təmin olunma sını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-130/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı aşkar şəkildə Cavabdeh1 pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət imkanını aradan qaldırır. Nəzərə almaq lazımdır ki, şəxslərin hüquqi savadlılıq dərəcəsi müxtəlifdir və ölkə qanunvericiliyini bilməmək hər bir halda şəxsi məsuliyyətdən azad etməsə də, məhkəmələr bu tip hallarda şəxslərin məsələ ilə bağlı hüquqi savadsızlığına istinadən onlara yardım etməli və istənilən halda onlara mümkün olan bütün hüquqi yardımı göstərməlidir. Cavabdeh ilk dəfə kassasiya şikayətini göndərərkən şikayətin vəkil vasitəsilə verilməli olduğunu bilməmişdir, lakin məhkəmə də eyni zamanda nəzərə almalıdır ki, şəxslər tərəfindən gö ndərilmiş ərizə, şikayət və s. sənədlərin göndərilmə tarixi məhkəmə dəftərxanasına daxil olduğu tarixdən deyil, poçt vasitəsilə göndərilmə tarixindən etibarən hesablanır. Göründüyü kimi, cavabdeh ilkin olaraq prosessual müddəti ötürməmiş, sadəcə hüquqi biliyinin aşağı olması səbəbiylə prosessual formaya riayət edərək onu nəzərdə tutulan müddətə göndərə bilməmişdir.
19. Kassator bildirmişdir ki, bu tip işlərə əvvəlki məhkəmə təcrübələrində dəfələrlə qarşılaşmışlar. Buna misal olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1191/2022 nömrəli qərardadının çıxarıldığı işi göstərmək mümkündür. Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində şəxsin hüquqi savadsızlığı ilə bağlı məsələni araşdırmış, lakin Sumqayıt Apellyasiya Məhkəməsindən fərqli olaraq bu halı buraxılmış müdd ətin bərpası üçün üzrlü hal hesab etmişdir. Göründüyü kimi, konkret halların hansı olmasının qanunvericilikdə sadalanmaması və məsələnin hakim mülahizəsinə əsasən öz həllini tapmasını şəxslərin əleyhinə yönəldilə biləcək bir fakt olaraq əsaslandırmaq doğru sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
21. Mülki Prosessual Məcəllə
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 403.1.Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
26. Maddə 402.2.2.Kassasiya şikayətinin qaytarılması, 402.2.3-cü maddəsinin tələbinə görə isə kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə b ilər.
27. Maddə 408.1 və 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
28. Maddə 408.1.1.Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
29. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə veril mişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 31. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riay ət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-130/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.