Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3152/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova, iş 2(011)-1026/2018) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı k redit müqaviləsi üzrə əsas borcun və hesablanmış faiz borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, 2(103)-10382/2018 saylı mülki iş) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 1669.42 manat əsas, 5.2 manat məbləğində faiz borcu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6139/17 saylı, 22.05.2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdi r. Cavabdeh 2(011)-6139/2017, 22.05.2017-ci il tarixli məhkəmə əmrinə etiraz edərək məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-6139/2017 saylı, 22.05.2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 22.03.2013-cü il tarixli, BS-DK0731818/13 saylı kredit müqaviləsinə əsasən bank borcluya illik 28 faiz olmaqla 52 ay müddətinə 4641 manat kredit vermişdir. Hazırda borclu kredit borcunu banka ödəməkdən yayınır və beləliklə müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Qeyd olunanları nəz ərə alıb iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü madd əsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan 22.03.2013-cü il tarixli, BS-DK0731818/13 sayl ı kredit müqaviləsinə əsasən bank borcluya illik 28 faiz olmaqla 52 ay müddətinə 4641 manat kredit vermişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə 1669.42 manat əsas, 5.2 manat faiz borcu vardır. İş materiallarından görünür ki, işə baxan birinci instaniya məhkəməsi tərəfindən məhkəmə- mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20.06.2018-ci il tarixli ekspertiza rəyindən müəyyən olunur ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 4641 manat məbləğində kredit götürməsi və müvafiq borc üzrə 5547.57 manat məbləğində ödəniş etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması v ə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -405.1-c i maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 22.03.2013-cü il tarixli BS-DK0731818/13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 4641 manat kredit verilmiş və tərəflər arasında bağlanmış razılaşmada və baş sazişdə illik faiz dərəcəsi müəyyən olunmamışdır. Ekspertiza rəyinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 4641 manat məbləğində kredit gö türməsi və müvafiq borc üzrə 5547.57 manat məbləğində ödəniş etməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilədə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirildiyindən və iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3152/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3152/2019
15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver