Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3152/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativi və Cavabdeh1nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın ödənilməsi tələblərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativi və Cavabdeh1nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 20 iyun tarixli 2(105)- 662/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 Mənzil-Tikinti Kooperativi (bundan sonra – MTK) ilə X7 (payçı) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış ********* nömrəli payçı müqaviləsi ilə MTK Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı isə mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin MTK-ya ödənilməsini və yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə mənzilin ümumi dəyəri 105.835 manat təşkil etmiş və payçı bu məbləği, illik 10% olmaqla, 240 ay müddətinə payçı, MTK və "xxxx" ASC arasında bağlanacaq üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya Bank arasında i mzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda MTK Bank və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Payçı tərəfindən Bank ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda payçı qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır (müqavilənin 1.1, 1.2, 2.1, 2.2, 2.3, 2.4, 4.2.7, 8.1, 8.11 bəndləri).
2. Bank (borcverən) ilə X7 (borcalan) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli təminatlı kredit müqaviləsinə görə borcverən borcalana, borcalanla MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 459 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 105.835 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə (240 ay) və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri (illik 10%) borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə ilə müəyyən edilən öhdəliklərin icrasının təminat üsulu ipoteka və 491-xx-xx-2016-MA-Bİ nömrəli, xx.xx.2016cı il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xx.xx.2016-cı il tarixli 459 nömrəli MTK və X7 arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilməkdə olan bina 2, blok 1, mərtəbə 10, ümumi sahəsi 69.4 kv.m ibarət 2 otaqlı 73 nömrəli mənzil üzrə bütün hüquqlar borcverənə keçir (müqavilənin 2.2, 2.3, 4.1, 15.8 bəndləri).
3. Bank (borcverən), X7 ( borcalan) və MTK (zamin) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli zaminlik müqaviləsinə görə, kreditorla borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli 491-xx-xx-2016-MA-Bİ nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə zamin kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri hesabına ödənilməsini öhdəsinə götürmüşdür.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 24 may tarixli 2(001)2075/2023 nömrəli qətnaməsinə əsasən MTK ilə X7 arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq id diaçı MTK-ya qaytarılması qət edilmişdir.
5. Qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü tarixdə icraya yönəldilərək, icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.
6. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda göstərilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar əvvəlcədən iş üzrə borcluya rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, icra yerinə gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Tərəflərindən qapı açılmış və mənzilə baxış keçirilmişdir. Mənzilə baxış zamanı heç bir qiymətli əşya, qızıl-zinət əşyaları və ya pul vəsaitləri aşkar edilməmişdir. Baxış zamanı 2 otaqlı mənzildə olan 34 adda məişət əşyaları - 2 ədəd televizo r, 1 ədəd ikigüzgülü kamot, 1 ədəd stenka, 1 ədəd bir qapılı stenka, 1 ədəd televizor altı, 1 ədəd jurnalnı, 1 ədəd dairəvi xalça, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd künc divan, 1 ədəd uşaq stolu, 2 ədəd matraslı taxt, 13 ədəd döşək, 3 ədəd yorğan, 8 ədəd yastıq, 1 ədəd dolab, 2 ədəd tumbuçka, 7 ədəd yastıq (karopka), 1 dəst mətbəx mebeli, 1 ədəd (Eurolux) paltaryuyan, 1 ədəd (Heiner) soyuducu, 1 ədəd fırın (İltimat), 1 ədəd dörd gözlü qaz plitəsi (Öztürklər), 1 ədəd aspirator (Zuxell), 1 ədəd tozsoran (Eurolux), 1 ədəd tozsoran (Galaksi star), 1 ədəd şirəçəkən (Bergamo), 1 ədəd toster (Haeger), 1 ədəd kombi (Eca), 1 ədəd blender (Raf), 1 ədəd lüstur, 1 ədəd iki gözlü divan dolabı, 10 dəst pal-paltar dəsti siyahıya alınmaqla iş üzrə tələbkar MTK-nın nümayəndəsi-komendantı Faiq Abbasova təhvi l verilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303cü maddəsinin məsuliyyəti elan edilmişdir. Faiq Abbasov 73 nömrəli mənzili boş vəziyyətdə təhvil almışdır.
7. Cavabdeh1 2024-cü il 20 iyun tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2075/2023 nömrəli icra sənədinə xitam verilməsi qərara alınmışdır.
8. Bundan sonra MTK xx.xx.2024-cü il tarixli payçı müqaviləsi əsasında Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında yerləşən yaşayış kompleksində inşa olunan 2-ci bina, 1 blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili X1.
9. Bank tərəfindən MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, X7 xx.xx. 2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixdə əsas borc 98.061,36 manat, faiz borcu 20.685,17 manat olmaqla, ümumilikdə 118.746,53 manat vəsait zamin MTK-nın ******************** nömrəli hesabından silinib kredit bağlanmışdır.
10. İddiaçı (Əbilovanın) xx.xx.2020-ci ildə X5 aidiyyəti qurumunda xx.xx.1972-ci il təvəllüdlü Mehmet Tekinlə bağlanmış nikahı haqqında məlumatlar xx.xx.2022-ci ildə xarici ölkədə qeydə alınmış akt kimi Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər MTK və Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023cü il 24 may tarixli 2(001)-2075/2023 nömrəli qətnaməsi ilə ləğv edilmiş müqavilə üzrə tərəfindən ödənilmiş 93.000 manat məbləğdə pul vəsaitinin, faiz borcları və digər tutulmalar çıxılmaqla 73.000 manat məbləğdə pul vəsaitinin cavabdeh MTK-dan və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara: TV LC Smart 82 ekran televizor - 1 ədəd, dəyəri 1.000 manat, 2 ədəd xrustal şamdanlı çilçıraq dəyəri - 250 manat (ümumilikdə 500 manat), Almaniya istehsalı servis naboru dəyəri 500 manat, mətbəx mebeli ümumi dəyəri 1.500 manat, klassik stildə qonaq otağı şkafı (qorka) 1 - ədəd qiyməti 700 manat, 3 ədəd dolab hər biri 350 manat olmaqla, ümumilikdə 1050 manat, 12 ədəd xrustal stəkan 50 manat, y ataq otağında asılqan dolab - 1 ədəd 300 manat, 2 qapılı dolabın güzgüləri hər biri 150 manat olmaqla 300 manat, Karaca qaşıq bıçaq dəstləri - 1 dəst olmaqla ümumi dəyəri 100 manat olmaqla, vurulan ziyan nəticəsində ona dəymiş 6.000 manat məbləğdə maddi zərərin əvəzinin Binəqədi rayon İcra şöbəsi və MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 327 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh MTK-ya aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilm iş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar cavabdeh MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini, icra tədbirləri həyata keçirərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə Binəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində xüsusi qərardad çıxarılmasını, aidiyyəti üzrə İcra Baş İdarəsinə təqdimatın ünvanlanmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, icra məmurları və MTK-nın əməkdaşları tərəfindən qətnamə icra edilərkən və mənzil boşaldılarkən mənzildə ona məxsus olan ev əşyaları kobud şəkildə çölə atılmış, bir çoxu zədələnmiş, məhv olmuşdur. Belə ki, icra məmurları tərəfindən mənzil boşaldılarkən mənzil də ona məxsus olan qab-qacaq əşyaları tamamilə sındırılmış, “LG Smart TV” markalı televizor, çilçıraqlar, mebellər, bütün mətbəx əşyaları və digər əşyalar yararsız hala salınmış, bununla da ona külli miqdarda zərər vurulmuşdur. Müvafiq müqavilə məhkəmə tərəfindən ləğv edilmiş olsa da, mənzilə münasibətdə müqavilə üzrə onun tərəfindən ödənişlər həyata keçirilmiş, ümumilikdə 73.000 manat məbləğdə pul vəsaiti ödənmişdir. Müqavilə ləğv edildiyi təqdirdə həmin ödənişlər (faiz borcları çıxılmaqla) və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində ona dəymiş 6.000 manat məbləğdə maddi zərərin əvəzi, ümumilikdə 79.000 manat məbləğdə pul vəsaiti MTK tərəfindən ona qaytarılmalı, qətnaməni icra edərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə B inəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində xüsusi qərardad qəbul edilməlidir.
13. Məhkəmə iclasında cavabdeh MTK-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddiaçının tələb etdiyi faiz məbləği Banka ödənilmiş puldur ki, onu MTK-dan tələb edə bilməz, bu hal müqavilədə də öz əksini tapmışdır. MTK iddiaçının əvəzinə həm krediti həm də qalıq məbləğini ödəmişdir. 20.700 manat gecikdirilmiş borc üzrə, ümumilikdə 118.746 manat ödəniş edilmişdir. Hazırda mənzil başqa şəxsə satılmış və onun mülkiyyətindədir. Mənzilin girovdan çıxarılması üçün ödənişləri MTK etmişdir. MTK iddiaçıya müqavilə üzrə nəzərdə tutulmuş şəkildə yalnız 10.000 manat ödəniş etməyə razıdır. Mənzilin boşaldılması üçün MTK və İcra şöbəsi tərəfindən dəfələrlə iddiaçıya müraci ət edilsə də, iddiaçı mənzili boşaltmaqdan boyun qaçırmışdır. Ona görə də məcburi icra tədbirləri həyata keçirildi. Mənzil boşaldılarkən icra məmurunun iştirakı ilə kamera qeydiyyatı aparılaraq əşyalar təhvil verilmişdir. Heç bir əşyaya zərər vurulmamışdır. Əşyalar binanın zirzəmisinə yığılmışdır. Daha sonra iddiaçı həmin əşyalardan bəzilərini götürmüş, əşyalardan yalnız televizora ziyan dəymişdir. İddia tələbinin ödənilmiş pulun geri qaytarılması hissəsində qismən, yəni 10.000 manat ödənilməsinə razı olduğunu, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında Cavabdeh1 icra məmuru Nümayəndə2 İcra şöbəsinə qarşı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya şəxsən bildiriş təqdim edilmişdir. Daha sonra İcra şöbəsin ə gəlib razılıq əldə edilməsi üçün səy göstərilib, amma barışıq və razılıq olmamışdır. Ona görə də məcburi icra tədbirinin həyata keçirilməsinə başlanılıb və qapı xüsusi alətlə açılaraq mənzil MTK-ya təhvil verilib, əşyaların təhvil-təslimi həyata keçirilmişdir. Mənzil təhvil verilərkən əşyalara heç bir ziyan dəyməmişdir.
15. Məhkəmənin sorğusuna cavab olaraq MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən payçı xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixə qədər Bankın ödəniş cədvəli üzrə 66.865,90 manat ödəmişdir, bu məbləğin 7.773,64 manat əsas məbləğ, 59.092,26 manat isə kreditin faiz məbləği olaraq hesablanmışdır. Tekin (Əbilova ) Arzu İxtibar qızının qeyd olunan mənzilə görə Banka qalıq kredit borcu 98.061,36 manat təşkil etmişdir. Qeyd edilən məbləğ xx.xx.2024- cü il tarixdə MTK tərəfindən Banka ödənilmiş, ümumilikdə MTK tərəfindən həmin tarixdə Banka 118.746,53 manat ödənilmişdir. Bunlardan əlavə X3 MTK-ya 4.250 manat borcu var, əlavə olaraq mənzilin yenidən təmirinə 7.666 manat məbləğində xərc çəkilmişdir. Müştəriyə qaytarılacaq məbləğ 10.000 manat hesablanmışdır.
16. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2025-ci il 13 yanvar tarixli 2(012)-293/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinə əsasən ödənilmiş 10.000 manat məbləğində pul və dövlət rüsumuna görə 120 manat pul vəsaitinin MTK-dan alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında hazırkı mübahisəli məsələ onlar arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 8.1-ci bəndi ilə bağlıdır. Həmin bənddə qeyd edilmişdir ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. İş materiallarından görünür ki, müqavilə ləğv edildikdən sonra MTK tərəfindən Banka olan borc ödənilmiş və mənzil artıq digər şəxsə satılmışdır. Həmçinin, mə hkəmə sorğusuna əsasən əldə edilmiş materiallardan görünür ki, X7 müqavilə ləğv edilənədək xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək kredit müqaviləsi üzrə 7773.64 manat əsas borc üzrə, 59092.91 manat məbləğində faiz borcu üzrə ödənişlər edilmişdir. Belə olan halda müqavilənin 8.1-ci bəndi əsas götürülərək, MTKdan iddiaçının xeyrinə ödənilmiş əsas məbləğin tutulması hissəsində iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənləri və cavabdeh MTK-nın nümayəndəsinin izahatını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 10.000 manat (cavabdehin nümayəndəsinin izahatı nəzərə alınaraq) məbləğdə pul vəsaiti cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməlidir.
18. İddia tələbinin mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara vurulan ziya n nəticəsində ona dəymiş 6.000 manat məbləğdə maddi zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2075/2023 nömrəli icra sənədinin icrası zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əksinə, borclu qanuni qüvvəsini almış qətnamənin könüllü icrası ilə əlaqədar məlumatlandırılmış, lakin o, məhkəmə qətnaməsini icra etməkdən yayınmışdır. İcra zamanı iddiaçıya məxsus 34 adda əşyalar akt tərtib edilərək, MTK-nın nümayəndəsinə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı icra zamanı hər hansı qanun pozuntusu aşkarlanmamış, həmçinin iddiaçı bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişidir.
19. Məhkəmə tutmanın ipoteka predmeti o lan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh MTK-ya aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar cavabdeh MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin mənzil artıq 3-cü şəxsə satıldığından, MTK-nın həmin mənzilə dair hüquqları olmadığından tutmanın yönəldilməsi yolverilməzdir, ona görə də bu hissədə iddia təmin edilə bilməz.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 389, 421, 424, 1096, 1097-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2, 12-ci madd ələrinə, «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları kifayət qədər hərtərəfli araşdırmamış, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə dəymiş 6000 manat məbləğdə maddi zərəri nəzərə almadan, xx.xx.2016-cı il tarixli payçı müqaviləsinə əsasən ödənilmiş 10.000 manat məbləğində pul vəsai ti MTK-dan alınaraq iddiaçıya verilməsini təmin edərkən mənzilə və ya əşyalara münasibətdə verilməsini əsaslandırmadan, eyni zamanda əmlakın ümumi dəyərini müəyyən etmədən qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı əmlakın ümumi dəyərini müəyyən edilməsi istiqamətində kifayət qədər pul vəsaiti ödəmişdir. Tərəfindən vəsatət verilərək mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası, habelə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlər verilsə də, məhkəmə tərəfindən vəsatətləri təmin edilməmişdir. Bundan əlavə, MTK ilə X4 arasında bağlanmış həmin mənzilə dair xx.xx.2024-cü il tarixli payçı müqaviləsi məhkəməyə təqdim olunmalı və məhkəmə tərəfindən bu məsələ X4 mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilərək düzgün, obyektiv, tam, hərtərəfli araşdırılmalı idi. İddia tələbin in qalan hissədə təmin edilməməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2025-ci il 20 iyun tarixli 2(105)-662/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması, cavabdeh MTK-dan 26.993,47 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 125 manatı olmaqla, cəmi 27.113,47 manat pulun alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir(hakimlər - Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari).
24. Apellyasiya instansiya məhkəməsinin 2025-ci il 20 iyun tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmi ş apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqda haqlı olmamışdır. Belə ki, cavabdeh Binəqədi rayon İcra şöbəsi inzibati orqan hesab olunmaqla, iddiaçı cavabdeh Binəqədi rayon İcra şöbəsi tərəfindən mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində ona məxsus əmlaklara ziyan vurulmasını iddia etməkdədir ki, bu da icra şöbəsinin ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından v ə ya həmin sahədə səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlərindən irəli gəlmişdir.
26. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Binəqədi rayon İcra şöbəsinə qarşı tələbə mülki məhkəmə icraatı qaydasında baxılması ilə prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı normaları pozulmuşdur.
27. Məhkəmə kollegiyası mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
29. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində qətnamə ləğv edilərək, həmin hissədə iddia tələbinin icraatına xitam verilməklə, qanunsuz qərardad çıxarılmışdır. Məhkəmə tərəfindən həmin əşyalarla bağlı dəymiş zərərə dair heç bir araşdırma aparılmamış, bütünlükdə icr aata xitam verilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən gəlinmiş nəticə qanunsuz və əsassız hesab edilməlidir. Cavabdeh qismində Binəqədi rayon İcra şöbəsi ilə yanaşı eyni zamanda MTK da çıxış edir. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, bir cavabdehə münasibətdə, yəni Binəqədi rayon İcra şöbəsinə münasibətdə qərardad qəbul edilmişdir. Məhkəmə tərəfindən qərardad qəbul edilərkən digər cavabdeh olan MTK-ya qarşı tələbə münasibət bildirilməmişdir.
30. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 135, 152, 385, 389, 412, 424, 1096, 1097-ci, “İcra haqqında” Qanunun 2, 3, 7, 8, 87-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 385, 387-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 72.4. İcra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur.
33. Maddə 72.5. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. 34. 72.6. İcra məmuru, borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitd ikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır.
35. Maddə 72.7. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur.
36. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
37. Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nöm rəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”
41. Bənd 2.1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan hesab olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı
42. Bənd 7.1. İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmədiyinə görə mübahisələndirilən qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
46. Belə ki, baxılan mübahisə, X3 Biləcəri qəsəbəsində yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq MTK-ya qaytarılması barədə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası zamanı A.Əbilovaya vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. İşə baxmış apellyasiya instansiyası məhkəməsi bu iddiaya inzibati məhkəmə icraatında baxılmalı olduğu barədə nəticəyə gəlmişdir.
47. İlk növbədə qeyd olunmalıdır ki, MPM-in 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. 48. “Məhkəmələr və hakimlər haqq ında” Qanunun 15-ci maddəsində də işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağan edilmişdir.
49. Məhkəmə aidiyyətinə ciddi əməl olunması barədə qayda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat hüququ ilə bilavasitə bağlıdır. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd olunan “qanunla müəyyən edil miş məhkəmə” müddəası, işlərə baxılması zamanı aidiyyət qaydalarına əməl olunmasını, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunu, habelə digər əhəmiyyətli şərtləri əhatə edir.
50. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur.
51. Buna görə də verilmiş iddia tələbinin mümkünlüyü zamanı ilk növbədə iddianın aidiyyəti müəyyən edilməlidir. Bu zaman işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınır.
52. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən şikayətin aidiyyəti “İcra haqqında” Qanunun 87.1-ci maddəsində müəyyən edilmişdir. Həmin normaya görə, icra sənədinin icra olunmas ı ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.
53. X6 Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 54. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyəti nə (hərəkətlərinə) də şamil olunur.
55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan kimi müəyyən edilmişdir.
56. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inz ibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir.
57. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Lakin nəzərə alınmalıdır ki, tərəfin inzibati orqan olması, özlüyündə həmin işə məhz inzibati məhkəmə icraatı qaydasında baxılmasını şərtləndirmir. Hər bir halda inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğu müəyyən edilməlidir. Bu zaman inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirak çısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 58. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 7.1-ci bəndində deyilir ki, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daş ıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
59. Lakin nəzərə alınmalıdır ki, icra məmurunun icra sənədi üzrə «İcra haqqında» Qanuna uyğun olaraq qəbul etdiyi hər hansı qərar və ya icranın həyata keçirilməsinə yönəlmiş hərəkətləri bir qayda olaraq tərəflərin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmayan faktiki xarakterli hərəkətlərdən ibarət olur. Yaşayış sahəsinin boşaldılması barədə icra sənədi əsasında icra məmurunun bilavasitə mənzilin boşaldılması ilə bağlı hərəkətləri və bu zaman hər hansı əşyanın korlanması, İPM-nin 2.2.7-ci maddəsi və “İcra haqqında” qanunun 87.1-ci maddəsi baxımından, inzibati məhkəmədə baxılmalı olan mü bahisə deyil. Həmin norma, icra məmurunun öz publik səlahiyyətlərindən çıxış etməklə hər hansı qərar qəbul edilmədən, məhkəmə qərarının icrası ilə bağlı adi axarda həyata keçirilən faktiki xarakterli hərəkət səbəbindən yaranan ziyan tələbinə inzibati məhkəmədə baxılmasını nəzərdə tutmur. Bu normalar, icra məmurunun adi icra hərəkətlərinin kifayət etmədiyi halda, tərəflərə münasibətdə əlavə tədbirlərin görülməsinə yönələn qərar və ya hərəkətləri ehtiva edir.
60. Başqa sözlə İPM-nin 2.2.7-ci və “İcra haqqında” Qanunun 87.1-ci maddələri, icra məmurunun qanunsuz qərarları, publik səlahiyyətlərə bağlı (qərar xarakterli) hərəkətləri və ya hərəkətsizliyi səbəbindən ziyan vurulduğu hallarda mümkündür. İcra məmurunun bir sıra fəaliyyətləri hər hansı hüquqi vəziyyəti dəyişmir, qərar xarakteri daşımı r və inzibati xarakter daşıyan hərəkət hesab edilmir. Yaşayış sahəsinin faktiki boşaldılması, əşyaların yığılması, daşınması, qapının açılması, bağlanması, inventarın götürülməsi və s. kimi hərəkətlər, texniki xarakterli olmaqla icra sənədinin icrasının təşkilinə yönəlib və fərqli bir hüquqi nəticə doğuran inzibati xarakterli hərəkət deyil.
61. İcra məmurunun mübabahisələndirilən fəaliyyəti İPM-nin 2.2.7-ci və “İcra haqqında” Qanunun 87.1-ci maddələrinin tətbiq dairəsinə daxil deyil. İcra məmurunun bu cür hərəkəti nəticəsində əmlakın korlanması (onun inzibati səlahiyyətlərindən kənarda baş verən fəaliyyət olub), mülki hüquq pozuntusu (zərərvurma) hesab olunur və bununla bağlı iddiaya mülki məhkəmə qaydasında, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinin dispozisiya şərtlər i əsasında baxılmalıdır.
62. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsi” barədə tələbə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymət verilməsi və həmin tələbə inzibati məhkəmə icraatında baxılmalı olduğu barədə gəldiyi nəticə əsassızdır.
63. MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 20 iyun tarixli 2(105)-662/2025 nömrəli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.