Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3154/2024 27.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumu ” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-107/2024 saylı, 14 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8900 (səkkiz min doqquz yüz) manat borc pul və 109 (bir yüz doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlər X1 2200 (iki min iki yüz ) manat pul və 42 (qırx iki) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir.
3. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edərək və iddia tələbinin həmin hissədə də (tam şəkildə-8900 manat pulun cavabdehlərdən alınması) təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-107/2024 saylı, 14 may 2024-cü il tarixli qətnaməsi ilə (Hakimlər-Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məciov və Mahir Əsədli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx.xx.202 3-cü il tarixli, 2(024)-448/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, Cavabdeh1 4572 manat borc və 65,72 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Həmin qətnamədən İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin qismən (tələbin təmin edilməyən hissəsinə münasibətdə) ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
7. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
8. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
9. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
11. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda yuxarıda qeyd olunan prosessual normalara əməl etməklə kassasiya şikayətini vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
12. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi baxılan iş pul tələbi ilə bağlı iddia olmaqla, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4.328 manat, (8900-4572) yəni beş min manatdan azdır.
13. Bu halda apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qətnamələrə aid olub-olmamasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
14. Beləliklə, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.
15. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən k assasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
17. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir.
19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-107/2024 saylı, 14 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.