Məhkəmə qərarları › İş №2(102)-3155/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3155/2019

06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3155/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı İKB ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(001)4647/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ödəniş günün ə olan məzənnə üzrə 4427 (dörd min dörd yüz iyirmi yeddi) ABŞ dolları 50 (əlli) sent əsas borc, 1436 (min dörd yüz otuz altı) ABŞ dolları 13 (on üç) sent faiz borcu, 140 (yüz qırx) ABŞ dolları 05 (beş) sent gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə, cəmi 6053 (altı min əlli üç) ABŞ dolları 68 (altmış səkkiz) sent məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə Cavabdeh1 tutularaq İddiaçı İKB ASCnin xeyrinə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 50 %-i yəni 15 manatı iddiaçıya aid edilməsi, digər 50%-i isə yəni 15 manatı Cavabdeh1 tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 50 %-i yəni 72.50 manatı İddiaçı İKB ASC-dən, digər 50%-i yəni 72.50 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İddia tələbi qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12960/2018 sayılı 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T,Səmədov, İ.Şirinov və E.Kazımov) İddiaçı İKB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə 24 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən əsas, faiz və cərimə borcunun tutulması hissəsində İddiaçı İKB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı İKB ASC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 0 6.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən irəli gələn 4427.45 ABŞ dolları əsas borc, 1786.99 ABŞ dolları faiz borcu və 472.45 ABŞ dolları cərimə borcu cəmi 6686.94 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırıması ilə bağlı ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4427.5 ABŞ dolları əsas borc, 1668,23 ABŞ dolları faiz borcunun və 472,45 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29.01.2018-ci il tarixdən 19.09.2018ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 140.05 ABŞ dolları məbləğində əldən çıxmış fayd a olmaqla, ümumilikdə cəmi 6708.23 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İKB ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarmda olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. Hesab edirik ki, təkrar ekspertiza təyin edilməli və ekpert rəyi təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Ona görə də Bakı Apelyasiya məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apelyasiya məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh1 nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndə rilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan biri nci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı İKB ilə Cavabdeh1 və Cavabdeh2 arasında b ağlanmış 06.01.2015-ci il tarixli ********* saylı bank hesabı, kredit və zaminlik müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, bank borcluya illik 22% ödəmək şərtilə 24 ay müddətinə 6350 ABŞ dolları pul vəsaiti vermiş və zamin Cavabdeh2 bank qarşısında kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2015-ci il tarixdə bağlanmış 06.01.2015-cü il tarixli ********* saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, 24 ay sözləri 36 ay 23 gün sözləri ilə əvəz edilmiş, 29.01.2018 sözləri 29.01.2018 sözləri ilə əvəz edilmiş, kreditin bitmə tarixi 29 yanvar 2018 hesab edilərək, illik faiz dərəcəsi 21% müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ve rilmiş 08.08.2018-ci il tarixli, 17196 saylı rəydən görünür ki, borclunun 29.01.2018-ci il tarixə banka olan borcu əsas borcu üzrə 4789.76 ABŞ dolları, faiz borcu 1436.13 ABŞ dolları olmaqla ümumilikdə 6225.88 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 19.09.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 06.01.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 19.09.2018-ci il tarixə banka 4427.5. dollar əsas borc, 1786.99 dollar faiz borcu, 140.05 ABŞ dolları əldən çıxmış fayda, 472.45 dollar cərimə borcu olmaqla, ümumilikdə 6686.94 dollar məbləğində borcu vardır. Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı İKB ASC-dən 6350 ABŞ dolları məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasın ı təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh2 münasibətdə iddia haqlı olaraq təmin edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş zaminlik müqaviləsinin 11-ci bəndiin şərtlərindən görünür ki, zaminin məsuliyyətini ağırlaşdıran və ya onun üçün qeyri qənaətbəxş olan şərtləri müqaviləyə əlavə edildikdə zaminliyə xitam verilir. Bankla Cavabdeh1 arasında bağlanmış 06 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə 18.04.2016-cı il tarixli əlavə sazişdə müəyyən edilmiş şərtlər borclu Cavabdeh2 məsuliyyətini artırmış, lakin, bu barədə ona məlumat verilməyərək sonuncunun razılığı alınmamışdır. Bundan əlavə, işə baxan birinci instansiya məhkəməsi dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edərək, dəbbə pulunu 50 ABŞ dolları məbləğinədək azaldılması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd olunan qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qətnamənin cavabdehlərdən əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsinə heç bir hüquqi əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ö hdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məh kəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllən in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliy yət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının təkrar ekspertiza keçilməməsi barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, işdən göründüyü kimi ekspertin rəyindən sonra, tərəf eksperizanın nəticəsi barədə hər hansı bir müddəalar irəli sürməmişlər. Həmçinin qeyd edilməlidi r ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Gö stərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar