Məhkəmə qərarları › İş №2(102)-3156/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3156/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3156/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X11 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2, vəkili X5 və Cavabdeh5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(074)-17/2018, hakim E.Z.Hümbətov) "İddiaçı" QSC-nin X2, X6, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7, C avabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iddiası qismən təmin edilmiş, X2 ilə iddiaçı arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə, xx.xx.2015-ci il tarixli sazişə, xx.xx.2015-ci il tarixli kredit razılaşmasına,xx.xx.2015-ci il tarixli sazişə, xx.xx.2015-ci il tarixli kredit razılaşmasına və xx.xx.2015-ci il tarixli sazişə xitam verilməsi, X2, X6, X4 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 26.192 ABŞ dolları məbləğində əsas borc, 14.208 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 40.501 ABŞ dolları, həmin tarixli digər kredit razılaşması üzrə 34.888 ABŞ dolları məbləğində əsas borc, 18.435 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləği ndə cərimə borcu olmaqla, cəmi 53.423 ABŞ dolları məbləğində borcun, iki müqavilə üzrə ümumilikdə cəmi 93.924 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə tutulması, tələbin Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 14 nömrəli evin 84 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin 75.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və iddiaçıya olan borcun ödənilməsi, hərracda satışdan olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, X6, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməs i qət edilmiş, X1 "İddiaçı" QSC-yə qarşı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1179/2019, hakimlər F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş, X2, X6, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 25.982 ABŞ dolları məbləğində əsas borc, 13.935 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 40017 ABŞ dolları, həmin tarixli digər kredit razılaşması üzrə 33731 ABŞ dolları məbləğində əsas borc, 17571 ABŞ dolları əbləğində faiz borcu və 100 ABŞ d olları məbləğində cərimə borcu olmaqla, cəmi 51402 ABŞ dolları olmaqla, ümumilikdə 91420 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutulması qət edilmiş, iddia hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, X6, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutulması hissəsində və ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi və alıcıya təhvil verilməsi hissəsində iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq bankla X6, X4 və Cavabdeh4arasında zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda ipoteka müqaviləsi ilə kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində yerləşən 14 nömrəli evin 84 nömrəli mənzilinə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və qarşılıqlı razılaşmaya əsasən ipoteka predmeti 70.400 ABŞ dolları (55.221 manat) məbləğində qiymətləndirilmişdir. Kredit xətti müqaviləsi üzrə bank tərəfindən Cavabdeh2 xx xxxxxx 2015- ci il tarixli kredit razılaşması əsasında aylıq 1,75% olmaqla, 48 ay müddətinə 40.000 ABŞ dolları və həmin tarixli digər kredit razılaşması əsasında aylıq 1,75% olmaqla, 48 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC xx xxxxx 2019-cu il tarixdə X2, X6, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin kredit razılaşmaları üzrə hesablanmış əsas, faiz borcu və cərimənin borclu və zaminlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılaraq evin boşaldılması və alıcıya təhvil veri lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X2 "İddiaçı" QSC-yə qarşı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzzrə əhəmiyyət kəsb edən hallara tam, hərtərəfli və obyektiv qiymət verilməmişdir. O, 2015-ci ilin fevral ayında baş vermiş devalvasiya nəticəsində Azərbaycan man atının xarici valyuta qarşısında dəyərini birdən-birə 34 faiz, xx xxxxxx 2015-ci ildə isə 100 faizdən çox itirdiyindən öhdəliklərini icra edə bilməmişdir. Yəni kredit müqaviləsi üzrə öhdəliklərin icrası ondan asılı olmayan səbəblərdən gecikdirilmişdir. Belə olan halda, tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz. Eyni zamanda, ipoteka predmetinin ilkin satış qiyməti də onun real bazar qiymətini əks etdirmir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, digər cavabdeh isə vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şi kayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı QSC Cavabdeh2 kredit müqavilələri üzrə icra etməli olduğu ödənişləri həyata keçirmədiyinə, bununla da üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyinə istinad edərək həmin müqavilələr üzrə əsas borc, faiz borcu və dəbbə pulunun sonuncudan və zaminlərdən onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə y önəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və alıcıya təhvil verilməsi tələblərini irəli sürmüşdür. Cavabdeh2 isə onunla İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 30000 manata dair kredit müqaviləsi bağlamış, lakin sənədlər saxtalaşdırılaraq onun bank qarşısında dollar öhdəliyi yaradılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi ilə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin anlayışı təsbt edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı həqiqətən cavabdehlə kredit müqaviləsi bağladığını və ona 30000 manat kredit ayrıldığını, lakin mübahisəli kredit xətti müqaviləsi üzrə cavabdehdən 30000 ABŞ dolları ilə kredit götürmədiyini və kredit müqaviləsindəki imzaların ona məxsus olmadığını göstərsə də, həmin hallar tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamış, o cümlədən kreditin manatla verildiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yanaşı yoxlanılmış kredit razılaşmaları ilə kreditin ona ABŞ dolları ilə verildiyi təsdiq edilmişdir. Yuxarıda qeyd ediliyi kimi, İddiaçı QSC-niniddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz bor cunun və dəbbə pulunun borclu və zaminlərdən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satıldıqdan sonra boşaldılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarıl malıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı borc (kredit) müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqavilələlərində göstərilmiş məbləğlərdə kredit vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12 sentyabr 2019-cu il tarixli rəyi iləxx xxxxxx 2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə Cavabdeh1əlim Səlim oğlunun İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 25982 ABŞ dolları, faiz borcu üzrə 13935 ABŞ dolları olmaqla, cəmi 39917 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 33731 ABŞ dolları, faiz borcu üzrə 17571 ABŞ dolları olmaqla, cəmi 51302 ABŞ dolları borcu olması müəyyən edilmişdir. İddiaçı QSC əsas borc və faiz borcu ilə bərabər müvafiq olaraq 11.134 BAŞ dolları və 15.706 ABŞ dolları cərimənin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından iddiaçı tərəfindən tələb edilən dəbbə pulunu tənasübsüz yüksək hesab edərək hər iki müqavilə üzrə cəmi 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması barədə nəticəyə gəlmişdir. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəl iyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka müqaviləsində ipoteka predmeti olan mənzilin bazar dəyəri tərəflərin razılığı ilə 70.400 ABŞ dolları (55.221 manat) məbləğində müəyyən edilmişdir. İş üzrə alınmış xx xxxx 2019-cu il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmeti olan əmlakın real bazar dəyəri 65.000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qiymətləndirici rəyində ipoteka predmetinin qiyməti birinci instansiya məhkəməsinin qətnaməsindən göstərilən məbləğdən az olmuşdur. Belə olan halda, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar