Məhkəmə qərarları › İş №2(102)-3159/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3159/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3159/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyət Cəmiyyəti, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlunun məruzəsi ilə, Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 36 ay müddətinə, illik 8 faizlə, 127800 manat məbləğində kredit xətti açılmışdır. Eləcə də kredit vəsaitlərini borcalana açılmış xətt üzrə tranşlarla, hər tranşın müddəti 1 il olmaqla verilməli, borcalan isə açılan kredit xətti çərçivəsində borc vəsaitinin t əyinatı üzrə istifadəsini və istifadəyə görə hesablanmış faizlərlə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2. 10 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir. 3. 10 mart 2011-ci il tarixli 8/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsin də yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir. 4. 10 mart 2011-ci il tarixli 8/3 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Tovuz rayonu Alakol kəndində yerləşən əmlak kompleksinin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evi 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh3 mükiyyətində olan Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən yaşayış e vi 10 mart 2011-ci il tarixli 8 kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. 8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMCyə illik 8 faiz olmaqla, 12 ay müddətinə 127800 manat kredit verilmişdir. 9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavədən görünür ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə illik 10 faiz həcmində, 11 ay müddətinə 125.000 manat məbləğində kredit verilmiş, cavabdeh Cəmiyyət qrafikdə müəyyən olunmuş qaydada və müddətdə əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan 10 mart 2011-ci il tarixli, 8 saylı kredit müqaviləsinə əsasən verilmiş 125.000 manat məbləğində kreditin 64.103 manat hissəsi üzrə (Cavabdeh1 aid əmlak üzrə verilən məbləğ) 26.589,70 manat əsas borc, 6.741 manat faiz borcu, 919,80 manat cərimə, cəmi 34.250,50 manat, 41.667 manat hissəsi üzrə (Cavabdeh2 aid əmlak üzrə verilən məbləğ)17.283,30 manat əsas borc, 4.381,70 manat fa iz borcu, 597,80 manat cərimə, cəmi 22.262,80 manat, 19.231 manat hissəsi üzrə (Cavabdeh3 aid əmlak üzrə verilən məbləğ) 7.976,90 manat əsas borc, 2.022,30 manat faiz borcu, 275,90 manat cərimə, cəmi 10.275,20 manat, ümumilikdə əsas borc, faiz və cərimələr daxil olmaqla 66.788,50 manat pulun və həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmetilərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra yaşayış evlərində yaşayanların 1 ay müddətində çıxarılaraq evlərin və əmlak kompleksinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.

11. İddia tələbi onunla əsaslandırlmışdır ki, borclu kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş və iddiaçıya tələb olunan məbləğdə borcu yaranmışdır.

12. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-2867/2016 nömrəli iş üzrə 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia təmin edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-113/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Azər Bayram ov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" MMC-dən 10 mart 2011-ci il tarixli, 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavə üzrə əsas borc üzrə 51.850 manat, faiz borcu üzrə 13.145 manat və cərimə üzrə 1.793,50 manat olmaqla, cəmi 66.788,50 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinə tutma yönəldilməsi tələbi ilə bağlı Mülki Məcəllənin 307, 309.1-ci, “İpoteka haqqında” Qanunun 10.5-ci maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, Kredit xətti müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 2 saylı əlavə üzrə öhdəliyin təminatı olaraq ipoteka müqaviləsi bağlanmadığından birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində qanunsuz nəticəyə gəlmiş, həmin hissələrdə mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iddianın həmin hissədə rədd olunması üçün əsasdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azə rbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli 2(104)-2181/2020 nömrəli qərarı ilə (hakimlər Abiddin Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Əhməd Nurməmmədovdan və Əhməd Əhmədovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli 2(104)-113/2019 nömrəli qətnaməsi ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradovun sədrliyi və məruzəsi, hakimlər Ədil Məmmədovdan və Çingiz Məmmədovdan ibarət tərkibdə) tutmanın ipoteka predmetlərinə yönəldilməsinin təmin edilməsi hissəsində cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(044)-2867/2016 nömrəli qətnaməsi “Tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Tovuz rayonu Alakol kənd sakini Cavabdeh1 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinə, Tovuz rayonu Əlimərdanlı kənd sakini Cavabdeh2 məxsus olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə və Tovuz rayonu Qaraxanlı kəndində yaşayan Cavabdeh3 məxsus Tovuz rayonu Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərrac yolu ilə satılaraq satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC Bank olmayan kredit təşkilatına olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə (əmlak sahiblərinə) qaytarılması, Cavabdeh1 məxsus Tovuz rayonu, Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinə, Cavabdeh2 məxsus olan Tovuz rayonu, Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə tutma yönəldikdən və əmlaklar satılqdıqdan sonra həmin evlərdə yaşayanların 1 (bir) ay müddətində evlərdən çıxarılaraq evlərin və Cavabdeh1 məxsus əmlak kompleksinin boşaldılması” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir.

23. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC BOKT-dan sorğu əsasında alınmış 07 aprel 2021-ci il tarixli 93 nömrəli sorğuya cavabdan, eləcə də sorğuya əlavə olunmuş sənədlərdən də müəyyən olunmuşdur ki, 10 mart 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə ilə "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə illik 8 faiz olmaqla, 12 ay müddətinə verilmiş 127800 manat kredit tam ödənilmişdir. Göründüyü kimi 10 mart 2011-ci il tarixdə açılmış kredit xətti və 16 mart 2011ci il tarixli 1 nömrəli əlavə üzrə öhdəlik kreditor və borcalan tərəfindən tam icra olunmuşdur. Lakin buna baxmayaraq, kreditor 10 mart 2011-ci il tarixli kredit xətti üzrə 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə ilə də yenidən "xxxx" MMC-yə illik 10 faiz olmaqla, 11 ay müddətinə 125000 manat kredit vermişdir. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi kredit xəttində verilməsi nəzərdə tutulan 127800 manat bir tranşla verilmiş və həmin müqavilə və ona 1 saylı əlavə üzrə öhdəliklər də tam icra olunmuşdur. 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə ilə yenidən 125000 manat kredit verilməsinə münasibətdə, kollegiya hesab etmişdir ki, bu kredit 10 mart 2011-ci il tarixli kredit xətti müqaviləsinin çərcivəsində verilmiş kredit (tranş) kimi qiymətləndirilə bilməz. Kollegiya gəlmiş olduğu bu qənaətini onunla əsaslandırmışdır ki, artıq 10 mart 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə nəzərdə tutulmuş 127800 manat 16 mart 2011-ci il tarixdə bir tranşla tam verildiyindən, eləcə də 10 mart 2011-ci il tarixli kredit xətti müqaviləsində nəzərdə tutulmuş 127800 manat kredit limitinin artırılması barədə tərəflər arasında hər hansı bir razılaşma olmamışdır. Kollegiya, həmçinin, onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə ilə yenidən 125000 manat kredit verilsə də, lakin həmin kreditin təminatı olaraq hər hansı bir daşınar və ya daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, eləcə d ə tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanmamışdır. Bundan əvvəldə qeyd olunduğu kimi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan daşınmaz əmlaklar 10 mart 2011-ci il tarixli kredit xətti müqaviləsində verilməsi nəzərdə tutulan kreditin təminatı kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsinə görə 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə üzrə öhdəliklərin icrasının təmin olunması üçün Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan (əvvəlki ipoteka ilə yüklü edilmiş) daşınmaz əmlaklar verilmiş 125000 manat kreditin təminatı olaraq ipotekaya qoyulmamışdır.

24. Məhkəmə öz mövqeyini “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 25 iyul 2019-ci il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(104)-638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir.

28. Maddə 307.4. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.

30. Maddə 14.1. İpotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır:

31. Maddə 1 4.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə.

32. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:

33. Maddə 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

34. Maddə 48.1.2. əsas öhdəliyə xitam verildikdə;

35. Maddə 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

36. Maddə 48.1.4. ipoteka predmeti məhv olduqda;

37. Maddə 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Qeyd: hər iki qanuna istinad tərəflər arasında ipoteka müqavilələrinin bağlandığı xx.xx.2011-ci tarixdə qüvvədə olmuş redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 8 8 İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kassasiya şikayətinə görə iddiaçı ilə borc alan arasında bağlanmış kredit xətti müqaviləsi yenilənə bilən (bərpa olunan) kreditləşmə olduğundan 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə kredit müqaviləsinin tərkib hissəsi olmuş və kredit xətti müqaviləsinin bütün şərtləri ipoteka müqavilələrində aydın əks olunduğundan tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair tələb qanuni olmuşdur.

44. Kollegiya aşağıdakı səbəblərdən kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır və hesab edir ki, borcun tutulma sının ipoteka predmetlərinə yönəldilməsi tələbinin rədd olunması qanuni və əsaslı olmuşdur.

45. Kredit müqaviləsinin 1-ci bəndinə görə müqavilənin predmeti “Kredit verən” tərəfindən “ Borcalana” kredit xəttinin açılmasından, açılan kredit xətti çərçivəsində borc vəsaitinin “Borcalan” tərəfindən təyinatı üzrə istifadəsi və istifadəyə görə hesablanmış faizlərlə birlikdə geri qaytarılmasından ibarətdir.

46. Həmin kredit xətti çərçivəsində isə, işdən göründüyü kimi, 127.800 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş və müqaviləyə 1 nömrəli əlavə ilə həmin məbləğ 16 mart 2011-i il tarixdə borcalana bir dəfəyə ödənilmişdir. “Borcalan “ tərəfindən isə həmin məbləğ kredit müqaviləsində müəyyən olunmuş 36 ay müddət başa çatmamış ödənilmişdir.

47. Kredit müqaviləsinn 6.1-ci maddəsində nəzərd ə tutulmuşdur ki, müqavilə imzalandığı andan qüvvəyə minir, kreditin və ona hesablanmış faizlərin bu müqavilənin şərtləri əsasında tam ödənilməsinə, öhdəliklərin tam yerinə yetirilməsinə qədər öz qüvvəsini saxlayır.

48. Kredit müqaviləsində onun yenilənə bilən (bərpa olunan) kreditləşmə olması göstərilməmiş və bu barədə ipoteka müqavilələrində heç bir şərt nəzərdə tutulmamışdır.

49. Cavabdehlərlə bağlanmış 10 mart 2011-ci il tarixli ipoteka müqavilələrin 4.1ci maddəsində müəyyən olunmuşdur ki, bu müqavilələr ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdirlər.

50. İşdən görünür ki, kredit müqaviləsi üzrə götürülmüş pul məbləği iddiaçıya tam qaytarılmaqla öhdəlik icra olunmuşdur. 2 nömrəli əlavəyə əsasən borcluya ödənilmiş pul məbləğindən, onun istifadə dərəcəsi nin 8%-dən 10%-ə qədər artırılmasından isə ipoteka qoyanlar xəbərsiz olmuşlar.

51. Göstərilən vəziyyətdə ipoteka qoyanlar yalnız kredit müqaviləsində müəyyən olunmuş pul məbləği həddində (127.800 manat) əmlaklarını yüklü etmiş, 2 nömrəli əlavəyə əsasən ödənilmiş kreditə görə əmlakları ilə üzərlərinə hər hansı öhdəlik götürməmişlər.

52. Kollegiya hesab edir ki, 2 nömrəli əlavə üzrə kreditin müqavilədə müəyyən edilmiş 36 ay müddət ərzində götürülməsi və həmin müddət ərzində də qaytarılmasının nəzərdə tutulması tələbin ipoteka predmetlərinə yönəldilməsi üçün əsas ola bilməz. 53. 2 nömrəli əlavə üzrə ödənilmiş pul məbləği qanunla müəyyən olunmuş qaydada ipoteka ilə təmin olunmamış və bununla əlaqədar ipoteka qoyanlar üçün öhdəlik yaratmamışdır.

54. Qeyd olunanları nəzərə alaraq, məhkəmə koll egiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar