Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-316/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, müqavilənin etibarlılığının mübahisələndirilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(103)1795/2023 nömrəl i qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 10 aprel 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 120000 ABŞ dolları məbləğində pulu faizsiz şəkildə borc vermiş, Cavabdeh isə həmin məbləğin 10 aprel 2019-cu il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. 2. 13 avqust 2021-ci il və 14 avqust 2021-ci il tarixli ödəniş qəbzlərinə əsasən, həmin tarixlərdə 200 manat, 200 manat, 200 manat və 300 manat olmaqla, cəmi 900 manat məbləğində pul vəsaiti “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə İddiaçı ******************** saylı hesabın a köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 aprel 2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş “Kredit (borc) müqaviləsi” üzrə 120000 ABŞ dolları məbləğində pulun və 495 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, pretenziya qaydasına riayət edilərək, cavabdehə 08 aprel 2022-ci il tarixli bildiriş göndərilsə də, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, 10 aprel 2018-ci il tarixli borc müqaviləsi üzrə ona pul verilməmiş, müqaviləsi Mülki Məcəllənin 339.1-ci maddəsinin təsir dairəsinə düşdüyü üçün etibarsızdır. Həmçinin 10 aprel 2018-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icrası üçün Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müəyyən edilmiş 3 illik iddia müddəti keçmişdir.
6. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 aprel 2018-ci il tarixli Kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 10 aprel 2018-ci il tarixli borc müqaviləsi öz-özlüyündə etibarsızdır. Belə ki, həmin kredit müqaviləsi üzrə heç bir pul verilməmişdir. Borc müqaviləsi bağlanan zaman qarşılıqlı iddia üzrə cava bdeh həmin tələb üzrə iddiaçının həmin vaxt həddən artıq ağır maddi durumda olmasından istifadə etmiş, yalandan pul vərəcəyini vəd edərək, onu aldatmışdır. Lakin sonradan heç bir pul verə bilməmiş və ona qarşı da bu müqavilə üzrə hər hansı pul tələbi irəli sürməmişdir.
8. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X2 qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinad etməklə, qarşılıqlı iddiaya münasibətdə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2 022-ci il tarixli, e2(008)-3162/2022 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) ilk iddia tələbi qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh 117705 ABŞ dolları pul vəsaitinin (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 450 manat ödənilmiş dövlət rüsumunun tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi ilk olaraq qarşılıqlı iddiaya hüquqi qiymət verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.1, 339.3, 340.1, 340.2-ci maddələrinə istinad etməklə göstərmişdir ki, mülki dövriyyənin sabitliyinin qorunması məqsədi ilə hər iki tərəfin iradə ifadəsini irəli sürərək bağlamış olduğu əqdi n etibarsız olmasının qanunvericiliklə müəyyən olunmuş konkret əsasları mövcuddur. Hazırki, iddia tələbində əqdin etibarsız olmasına əsas olan hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, habelə qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin onun çətin vəziyyətə düşməsi nəticəsində bu haldan istifadə etməsi səbəbindən bağlanmış olduğunu irəli sürsə də məhkəmə iclası zamanı göstərilmiş hallar sübuta yetirilməmişdir.
11. Belə olan halda, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibrasızlığına dair əsaslar mövcud olmadığından qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin təqdim etmiş olduğu iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsi üçün zərurət aradan qalxmışdır.
12. İlk iddia üzrə məhkəmə qeyd etmişdir ki, cavabdeh qeyd edilən kredit müqaviləsinin bağlanması zamanı ona hər hansı bir pul məbləğinin verilmədiyini israrla təkid edərək, buna dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 08 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında İddiaçı izahatını sübut qismində məhkəmənin nəzərinə çatdırsa da, cavabdeh nə üçün kredit müqaviləsi bağlanan zaman alınan borcun məbləğinin 120000 ABŞ dolları kimi yazılmış olduğunu məhkəmə iclasında əsalandıra bilmədiyindən, cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatı yalnız öhdəliyin icrasından yayınma kimi qəbul edilməlidir. Bundan başqa cavabdeh iddiaçıya məxsus hesaba 4 dəfə ayrı-ayrı vaxtlarda ümumilikdə 900 manat məbləğində, habelə cinayət işinin araşdırılması zamanı 3000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödədiyini onunla iddiaçı arasında mövcud olan başqa bir öhdəlik münasibətlərinə uyğun aparmış olduğunu bildirsə də, bu halı təsdiq edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, 3900 manat məbləğində olan ödəniş hazırki dövrün məzənnəsi ilə ABŞ dollarına hesablanmaqla ümumi məbləğdən çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Daha sonra, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 10 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin son icra edilməli olduğu gün 09 aprel 2019-cu il tarix olduğu halda, ilkin iddia ərizəsi məhkəməyə 10 aprel 2022-ci il tarixdə daxil olmasına baxmayaraq, mülki işin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 13 avqust 2021-ci il tarixdə "xxxx" MMC vasitəsi ilə cavabdeh tərəfindən iddiaçıya məxsus olan hesab 300 manat məbləğində ödəniş həyata keçir ilərək, iddia müddətinin axımı kəsilmiş olduğundan iddia müddətinin tətbiqinə dair ərizə təmin edilə bilməz.
14. Bu hissədə gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 740.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2(008)-3162/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(103)-1795/2023 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.H.Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2(008)-3162/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk və qarşılıqlı iddialar qismən təmin edilmiş, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh arasında 10 aprel 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 114176,47 ABŞ dolları məbləğində pulun, ödənişin icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun 484,10 manat hissəsinin əvəzinin tutularaq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və mülki işin materiallarına istinadən qeyd etmişdir ki, tərəflər arasında 10 aprel 2018-ci il tarixdə kredit müqaviləsinin bağlanmasına və həmin müqavilədə İddiaçı tərəfindən Cavabdeh 120000 ABŞ dolları məbləğində pulun 10 aprel 2019-cu il tarixədək borc verildiyinin göstərilməsinə baxmayaraq, onların hər biri ayrı-ayrılıqda həmin tarixdə müqavilədə göstərilən 120000 ABŞ dolları məbləğində pulun verilmədiyini bildirirlər.
18. İddiaçı müqavilədə göstərilən məbləği 2017-ci ilin may, oktyabr və noyabr ayla rında hər dəfə 40000 ABŞ dolları olmaqla, 3 dəfəyə Cavabdeh qaytarmaq şərti ilə borc verdiyini, həmin məbləğin bir hissəsinin başqa şəxslərdən alınaraq, Cavabdeh verildiyindən, müqaviləni bu şəxslərə göstərmək, yəni onlara Cavabdeh ilə aralarında borc münasibətlərinin olmasını sübut etmək üçün bağladığını bildirir. Həmin məbləğin bu günədək qaytarılmadığını qeyd edir.
19. Cavabdeh bu müqavilənin onun həddən artıq ağır maddi durumda olmağından istifadə edilməklə, yalandan pul veriləcəyi vədi altında, həqiqətdə isə əvvəlki borcları rəsmiləşdirmək məqsədi ilə bağlandığını, lakin ona hər hansı məbləğdə pul verilmədiyini bildirir, əslində müqavilədə göstərilən həmin məbləğin onun tərəfindən qaytarıldığını (iddia müddətinin tətbiqi barədə ərizə), İddiaçı 3600 manat məbləğində əvvəlki haqq-hesabd an borcunun, 2020-ci ildə götürdüyü borcdan isə 3000 ABŞ dolları məbləğində borcunun qaldığını bildirir.
20. Bununla belə, apellyasiya kollegiyası tərəflərin mövqeyini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, 10 aprel 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh hər hansı məbləğdə pul verilməmişdir. Hüquqi nəticə etibarı ilə 10 aprel 2018-ci il tarixdə tərəflər öz aralarında artıq yaranmış borc məbləğinə aydınlıq gətirmişlər və bunun nəticəsi olaraq, borcun 120000 ABŞ dolları məbləğində olmasını müəyyən etməklə (razılaşdırmaqla), bu məbləğin (Cavabdeh tərəfindən etiraf edilməsi yolu ilə) mövcudluğunu aralarında bağlanmış müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin bağlanması ilə tərəflər, xüsusilə də İddiaçı üçüncü şəxslərdə (onun borc aldığı digər ş əxslərdə) buna dair fikir formalaşdırmaq məqsədini də güdmüşlər. Başqa sözlə, 10 aprel 2018-ci il tarixdə bağlanmış müqavilə tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməyən və görüntü üçün bağlanmaqla tərəflər arasında yaranmış borc münasibətlərini pərdələyən və üçüncü şəxslərdə buna dair fikir formalaşdıran müqavilə kimi qiymətləndirilməlidir. Bu da hüquqi nəticə etibarı ilə bu müqavilənin yalan əqd olmaqla əhəmiyyətsiz olmasını təsdiq edir və onun etibarsız hesab edilməsini şərtləndirir, eyni zamanda, kəsici müddətin tətbiq edilməsini istisna edir. 21. 10 aprel 2018-ci il tarixdə tərəflər arasında əslində borcun etirafı müqaviləsinin bağlandığı müəyyən edildiyindən mübahisəyə məhz bu əqdə aid olan qaydalar tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Bu baxımdan Cavabdeh həmin müqavilə nin onun həddən artıq ağır maddi durumda olmağından istifadə edilməklə, yalandan pul veriləcəyi vədi altında bağlanması barədə dəlilləri də əsassızdır.
22. İddiaçı Cavabdeh 120000 ABŞ dolları məbləğində borcun verildiyini, lakin həmin məbləğin qaytarılmadığını bildirsə də, Cavabdeh onun İddiaçı cəmi 3600 manat və 3000 ABŞ dolları məbləğində borcunun olduğunu qeyd edir. Lakin iddia müddətinin tətbiqi barədə ərizədə Cavabdeh əslində 120000 ABŞ dolları məbləğində borcun onun tərəfindən qaytarıldığını bildirməklə faktiki olaraq ona bu məbləğdə borcun verildiyini etiraf etmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bu məbləğin verilməsi faktını sübut etmə vəzifəsindən azad etmişdir. Buna baxmayaraq, Cavabdeh bu borcun tam qaytarıldığını sübut edə bilməmişd ir. Məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən isə onun tərəfindən 2021-ci ilin avqust ayında 4 dəfəyə ümumilikdə (200 manat, 200 manat, 200 manat və 300 manat) 900 manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapır.
23. Apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən pulun ABŞ dollarının alışı və satışının həyata keçirilməsi və bunun nəticəsində gəlir əldə edilməsi məqsədi ilə verilməsinin, eyni zamanda Cavabdeh bu məbləğin müəyyən faiz dərəcəsi ödəmək şərti ilə verilməsinin öz təsdiqini tapmadığını, kredit müqaviləsində də faizlərin ödənilməsi ilə bağlı hər hansı şərtin təsbit edilmədiyini nəzərə alıb hesab etmişdir ki, Cavabdeh tərəfindən qazanc kimi verilməsi göstərilən 3000 manat, 2500 manat, 1500 manat və 2000 manat, cəmi 9000 manat məbləğində pul da (İddiaçı cinayət işini n başlanmasının rədd edilməsi haqqında 08 yanvar 2022-ci il tarixli qərarda olan izahatı) 120000 ABŞ dolları məbləğində borcdan ödənilən pul kimi qiymətləndirilməlidir.
24. Bununla belə, apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, borcun olmaması və qaytarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Tərəflər arasında 10 aprel 2018-ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əhmədov X1 Zərinə Əli qızına 120000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş və bu məbləğin 10 aprel 2019-cu il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü bu öhdəliyi müəyyən edilmiş müddətdə lazımi qaydada icra etməmiş, ötən dövr ərzində borclu olduğu məbləğdən cəmi (200 + 200 + 200 + 300 + 3000 + 2500 + 1500 + 2000) 9900 manat hissəsini qaytarmış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və hazırda qalıq qalmış (9900 manat / 1,70 manat = 5823,53 ABŞ dolları, 120000 ABŞ dolları – 5823,53 = 114176,47 ABŞ dolları) 114176,47 ABŞ dolları məbləğində borcunu iddiaçıya ödəməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi 10 aprel 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin 10 aprel 2019-cu il tarixədək icra olunmalı olmasını, 2022-ci ilin 09 və 10 aprel tarixlərinin müvafiq olaraq həftənin şənbə və bazar günlərinə (qeyri-iş günləri) təsadüf etməsini, hazırki iddianın isə 11 aprel 2022-ci il tarixdə, yəni növbəti iş günündə qaldırıldığını nəzərə alıb, hesab etmişdir ki, 3 illik iddia müddəti ötürülməmişdir. Bu səbəbdən İddiaçı iddiasına iddia müddəti tətbiq edilə bilməz.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.3, 337.5, 339.1, 340.2, 354.1, 372.1, 372.2, 373.2, 739.1, 740.2, 882.1, 882.2, 882.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 128.3, 129.1, 129.2, 217.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
27. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(103)-1795/2023 nömrəli qətnaməsinin ilk iddianın təmin olunan hissəsində ləğv edilməsi və ilk iddianın borcun etiraf edildiyi hissədə (36000 manat və 3000 ABŞ dolları) təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni Mülki Məcəllənin 386.1, 739.1, 740.1, 882.1-ci, Mülki Prosessual Məcəllənin 77-ci maddələrinin pozulması ilə qəbul etmişdir.
29. Belə ki, apellyasiya məhkəməsi əsassız olaraq mübahisənin predmeti olan borc müqaviləsini “borcun etirafı” kimi qiymətləndirmişdir. İddiaçı mübahisə predmeti olan borc müqaviləsini əvvəlki borcların rəsmiləşdirilməsi məqsədi ilə, cavabdeh isə, ona əvvəlki borclarına əlavə olaraq yazılan məbləğə qədər pul veriləcəyi vədi kimi bağlandığını bildirmişlər. Borc müqaviləsi üzrə kreditorun vəzifəsi borc müqaviləsi üzrə müəyyən edilmiş pul məbləğini borcalana vermək, borcalanı n vəzifəsi isə həmin alınmış pul məbləğini müqavilə şərtlərinə uyğun olaraq geri qaytarmaqdır. İddiaçı 10 aprel 2018-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bundan başqa, tərəflər arasında cavabdehin iddiaçı qarşısında pul öhdəliyi daşımasına dair müqavilə etibarsız hesab edilmişdir. Tərəflər arasında bağlanmış 10 aprel 2018-ci il tarixli borc müqaviləsi etibarsız hesab edildiyi halda, hər hansı borc öhdəliyi istisna olunmalıdır. Tələb olunan məbləğin həqiqətən cavabdehə verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmənin, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair verilən ərizədə “həmin pul tərəfimdən qaytarılmışdır” ifadəsini borcun etirafı kimi qiymətləndirməsi düzgün deyil. Qeyd olunan ərizə şablon digər bu cür əriz ələrin üzərində yazılmış və cavabdeh tərəfindən məhz bu hala məhkəmə iclasında ayrıca izahat verilərək aydınlıq gətirilmişdir. Cavabdeh məhkəmədə verdiyi ifadələrdə, bundan əvvəl iddiaçıya 3600 manat deyil, 36000 manat borcunun olmasını, daha sonra qızılları qoyub 2021-ci ildə daha 6000 ABŞ dolları almasını bildirmiş və bu borcu etiraf etmişdir.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
31. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan f aktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissədə mübahisələndirilməmişdir. Cavabdeh isə qətnaməni yalnız ilk iddianın təmin oluna n hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm d ə ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra e dilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslan an iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məh kəməsi işdə olan sübutları və tərəflərin izahatlarını səlahiyyətləri çərçivəsində qiymətləndirməklə, mübahisə predmetini təşkil edən müqaviləni yalan əqd, yəni tərəflər arasında əvvəllər mövcud olmuş borc münasibətlərinin pərdələmək məqsədi ilə bağlanıldığı nəticəsinə gəlmiş və Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq mübahisəyə borcun etirafı haqqında mücərrəd müqaviləsinin qaydalarını tətbiq etmişdir.
39. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən müqavilədə qeyd olunan vəsaitin verilməməsi, cavabdehin borcunun 36000 manat və 3000 ABŞ dolları təşkil etməsinə dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına yönəldilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(103)-1795/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 114176,47 ABŞ dolları məbləğində pulun ödənişin icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun 484,10 manat hissəsinin əvəzinin tutularaq, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.