Məhkəmə qərarları › İş №2(102)-316/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-316/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-316/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi; apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hər racdan satılması” barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6688/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı “X2 Azərbaycan” QSC iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 45383,94 USD məbləğində əsas kredit borcu, 2400,34 USD məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 547,99 USD məbləğində hər gecikdirilmiş günə görə cərimə borcu, 14,50 AZN müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin pretenziyanın göndərilməsi və ipoteka qoyulmuş əmlaka tut manın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərcinin və 30 AZN (otuz manat) iddia ərizəsi üçün dövlət büdcəsinə köçörülmüş dövlət rüsumunun- cəmi 48332,27 USD (qırx səkkiz min üç yüz otuz iki ABŞ dolları 27 sent) 44.50 AZN (qırx dörd manat 50 qəpik) məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, habelə, Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 2010-cu il buraxılış ili olan, şassi/ban nömrəsi 5YMGZ0C58ALK13734 olan, **-EL-*** dövlət qeydiyyat nişanlı, qara metal rəngli BMW X6 minik markalı nəqliyyat vasitəsinin hərracdan satılması, satışdan əldə olunan pul vəsaitindən “X2 Azərbaycan” QSC-nin xeyrinə tələb həcmində məbləğin tutulması (ödənilməsi) barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 2(010)5032/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 45383,94 USD əsas kredit borcu, 3833.98 USD əsas məbləğə hesablanmış faiz borcu, 1905.62 USD cərimə borcu, 14,50 AZN bildirişin göndərilməsinə dair poçt xidməti xərcləri və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumuümumilikdə 51.123,54 USD və 44,50 AZN məbləğində borc “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi və ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “BMW X6” minik markalı, **-EL*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010 -cu il olan, ban 5YMGZ0C58ALK13734, qara metal rəngli nəqliyyat vasitəsi açıq hərracdan satılması, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, çatışmayan məbləğin borclunun başqa əmlaklarının satışı hesabına ilə əldə edilən məbləğlərdən iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

3. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)5032/2015 nömrəli qərardadı ilə (hakim L.O.Talıbova) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, apellyasiya şikayətinin geri q aytarılması qət edilmişdir.

5. Cavabdehlər apellyasiya şikayəti verərək, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilərək, apellyasiya şikayətinə baxılması üçün cavabdehlərin elektron portalda qeydiyyatın təmin edilməsi xahiş etmişlər.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.Rüstəmli (məruzəçi), A.İsgəndərov və V.Sadıqov) 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5032/2015 nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5032/2015 nömrəli qərardadının ləğv edilmə si və mülki işin, cavabdeh tərəfin ərizəsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən qeyd olunan qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)5032/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)5032/2015 saylı qərardadından cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəməninin 23 iyul 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2(103)- 5437/2024 saylı qərardadı ilə cavabdehlər tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)-5032/2015 saylı qərardadının ləğv edilməsi, mülki iş materialları apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(010)5032/2015 saylı qərardadı ilə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 04 oktyabr 2015ci il tarixli, 2(010)-5032/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2024-cü il tarixli, 2(103)-6688/2024 saylı qətnaməsi ilə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan yazılı izahatlardan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli izahatında; digər Cavabdeh2 isə daha əvvəl, xx.xx.2018-ci il tarixdə Abşeron Rayon İcra və probasiya şöbəsində verdiy i yazılı izahatında məhkəmə qətnaməsi ilə tanış olduqlarını qeyd etmişlər.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi, həmçinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün elektron portala əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən ərizəyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə kimi qiymət verilərək baxılmış və müvafiq qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İşdən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən ümumiyyətlə hər hansı prosessual müddətin bərpasına dair ərizəyə baxıla bilməz. Ərizədən görünür ki, cavabdeh tərəfin xahişi apellyasiya şikayətinin verilməsi üçün onun elektron məhkəmə informasiya sisteminə əlavə edilməsi ilə bağlıdır. Cavabdeh tərəf hesab edir ki, onun tərəfindən prosessual müddət buraxılmamışdır. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf elektron məhkəmə informasiya sistemə əlavə edildikdən sonra apellyasiya şikayəti ilə müraciət etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən şikayətin qanun vericiliklə nəzərdə tutulmuş müddətdə verilib-verilməməsi araşdırıla (iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən artıq bununla bağlı araşdırılma aparılmış və sənədlər toplanmışdır) və prosessual müddətin buraxılıb-buraxılmamasına münasibət bildirilə bilər.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2(103)-5437/2024 saylı qərardadında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərardadında şərh olunan məsələləri araşdırmamış, cavabdeh tərəf elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayəti ilə müraciət etdikdən sonra şikayətin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilibverilməməsini aydınlaş dırmamışdır.

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(010)5032/2015 saylı qərardadında birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sisteminə xx.xx.2024-cü il tarixdə əlavə edilmiş, lakin bundan öncə onun tərəfindən apellyasiya şikayəti verilsə də, həmin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab olunması barədə ərizəsi və apellyasiya şikayəti xx.xx.2024cü il tarixdə geri qaytarılmışdır. Cavabdeh tərəf xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sisteminə xx.xx.2024-cü il tarixdə əlavə olunduğundan ape llyasiya şikayəti üçün verilmiş prosessual müddət ötürülməmiş hesab edilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan icra mərhələsində cavabdehlərin xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli izahatlarına əsasən Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 04 oktyabr 2015-ci il tarixli, 2(010)-5032/2015 saylı qətnaməsindən məlumatlı olmaları nəzərə alınmaqla, qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verdilyindən və müddətin bərpası barədə ərizə verilmədiyindən qeyri-mümkün hesab edilməldir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə g əlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

19. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi). 20. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X1 Hüqüqları Məhkəməsi göst ərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakı təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.

21. Hazırki işdən göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə verdikləri yazılı izahatları ilə qətnamədən məlumatlı olduqlarını bildirdiklərinə baxmayaraq, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, ötürülmüş prosess ual müddətin bərpa olunması barədə vəsatət təqdim edilməmişdir.

22. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verdilyindən və ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət təqdim edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.3, 363.1.3, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tar ixli, 2(103)- 6688/2024, qəraradadı ləğv edilərək, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iş üzrə cavabdehlərin qətnamədən məlumatı olmasını rəsmi qaydada verilmiş kimi qiymətləndirmişdir. Bu isə nə qanuna nə də ki, hüquqa sığmaması ilə yanaşı ədalətsiz bir mövqeydir. Qətnamədən məlumatlı olunması qanunda ümumiyyətlə nəzərdə tutulmamışdır. Xüsusi ilə qeyd edir ki, mübahisə edilən qətnamə cavabdehə ərizə ilə müraciət edildikdən sonra verilmişdir. İkincisi, mübahisə edilən qətnamə cavabdehlərin Konstitusiya və Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarının pozulması ilə qəbul edilmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 10.1.3, 360, 363. 1.5-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

29. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

30. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qət namənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən kassasiya instans iyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətində qeyd olunan dəlillər mülahizə xarakterlidir və əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdən göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə verdikləri yazılı izahatları ilə qətnamədən məlumatlı olduqlarını bildirdiklərinə baxmayaraq, ca vabdehlərin nümayəndəsi və vəkili tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, ötürülmüş prosessual müddətin bərpa olunması barədə vəsatət təqdim edilməmişdir.

40. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verdilyindən və ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət təqdim edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin e dilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2024-cü il tarixli 2(103)-6688/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar