Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3162/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nın və vəkili Qurbanov Tahir Süleyman oğlunun, cavabdeh x2nun vəkili Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakı ilə, cavabdeh x2nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-528/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Qədimov) iddia tələbi təmin edilərək, cavabdeh x2ndan 65.000 ABŞ do lları məbləğində pulun tutularaq iddiaçı x1na verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 26 dekabr 2018-ci il tarixli, 2(103)12783/2018 saylı qətnaməsi ilə (hakimlər: N.Cəfərov, Ş.Məmmədova və V.Həsənov) Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-528/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 26 dekabr 2018-ci il tarixli, 2(103)-12783/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2na qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 65.000 ABŞ dolları məbləğində pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsini n 31 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdehin ərizəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə iki qızı və bir nəvəsi ilə daimi yaşamaq üçün münasib qiymətə ev axtardığını bildirmişdir. Həmin vaxt cavabdeh x2 ilə satıcısı qismində tanış olmuşdur. İlk danışıqlarında cavabdeh x2 ona bildirmişdir ki, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində özünün inşa etdiyi ayrıca tikili olan bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi vardır. Cavabdeh ona həmin evi özü yaşaması üçün tikdiyini, lakin son vaxtlar atası ilə aralarındakı münasibətlərdə soyuqluq yarandığına və özünə başqa yerdə ev al maq istədiyinə görə satmaq istədiyini bildirmişdir. Ona bildirmişdir ki, həmin evi 68.000 ABŞ dollarına satır. Cavabdehə sənədli ev almaq niyyətində olduğunu bildirdikdə sonuncu ona demişdir ki, ev əsaslı olmaqla yanaşı, bütün tikinti normalarına uyğun inşa edilmiş və evin yerləşdiyi torpaq sahəsi də müvafiq icra hakimiyyətinin sərəncamı əsasında onlara verilmişdir. Həmçinin dediyinə görə, evi alacağı təqdirdə, o, tez bir zamanda bütün lazımi sənədləri toplayıb, DƏDRX-ə təhvil verəcək və bir-iki ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alıb həmin evi və evin yerləşdiyi torpaq sahəsinə dair onunla alqı-satqı müqaviləsi bağlayacaq. Aralarında baş tutmuş razılaşma üzrə cavabdeh x2 ilkin olaraq, həmin məbləğdən 64.000 ABŞ dolları vermişdir. Qalan 4.000 ABŞ dolları isə evin sən ədləri tam hazır olanda, alqı-satqı müqaviləsi bağlanan zaman verilməli idi. Cavabdeh x2 pulu aldığına dair özü şəxsən qəbz yazıb imza edərək ona vermişdir. 2014-cü ilin avqust ayının əvvəllərində evə köçüb yaşamağa başladıqdan bir neçə gün sonra cavabdeh x2 evin çıxarışının artıq hazır olma mərhələsində olduğunu demiş və guya DƏDRX-dən çıxarışın onun (iddiaçının) adına verilməsi üçün onun (iddiaçının) və ailə üzvlərinin evdə qeydiyyatda olmalarının mütləq olduğunu bildirmişdir. Bu bəhanə ilə cavabdeh onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürmüş, onları ünvan 1 ünvanı üzrə qeydiyyata aldırmışdır. Bundan 20 – 25 gün sonra cavabdeh onun verdiyi pulla guya özünə ev aldığını, əlində pul qalmadığını və evi sənədləşdirməsi üçün ona pul lazım olduğunu bildirərək qalıq 4.000 ABŞ dolları nı da istəmişdir. Lakin o, cavabdehə qalıq 4.000 ABŞ dollarından yalnız 1.000 ABŞ dolları verilmiş və bildirmişdir ki, qalan 3.000 ABŞ dollarını evə dair sənədlər tam hazır olduqdan sonra verəcəkdir. O, və ailə üzvləri evdə daimi yaşamaq niyyətində olduqlarından ilk günlərdən evdə və evin həyətində bəzi kosmetik təmir işləri həyata keçirmiş, həyətin qonşu ilə arakəsmə daş hasarını 60 sm hündürlüyündə qaldırmışlar. Lakin bir neçə ay yaşadıqdan sonra evin tavanında və divarlarında böyük çatlar əmələ gəlmiş və bu zaman onlara məlum olmuşdur ki, cavabdeh x2 tərəfindən satılmış bu ev yalnız satış məqsədləri üçün tikilmiş, tikinti normalarına zidd inşa edilmiş, evin konstruktiv quruluşu, möhkəmliyi, özülü-bünövrəsi qəti olaraq tikinti-inşaat normalarına cavab vermir. Qeyd edir ki, həmin evin yer ləşdiyi torpaq sahəsi çökəklik ərazidə yerləşdiyindən yığılan yeraltı və qrunt sularının təsirindən ev tədricən çökə və hətta uça bilər. Həmçinin o, da məlum olmuşdur ki, cavabdeh x2 onları aldatmış, nə onlara satdığı evin, nə də ki, evin yerləşdiyi torpaq sahəsinin cavabdehə verilməsinə dair hər hansı bir icazə sənədləri ümumiyyətlə mövcud olmamışdır. Bu səbəbdən evdə yaşamağa başladıqdan 3 ay sonra, cavabdeh x2dən verdiyi pulları geri tələb etdiyi zaman sonuncu ona bildirmişdir ki, yaxın vaxtlarda Rusiyada yaşayan bacısı daimi yaşamaq üçün Azərbaycana gələcək və istəmir ki, qonşusu yad və tanımadığı adamlar olsun, buna görə də evi öz bacısına verəcək və 65.000 ABŞ dollarını da bacısından alıb ona geri qaytaracaqdır. Cavabdeh daha sonra ona demişdir ki, Binə qəsəbəsi ərazisində, “Atçılıq“ adlanan yerdə satış məqsədilə tikdiyi digər bir evi də vardır ki, bacısının gəlməsini gözləmədən belə tez bir zamanda həmin evi satıb aldığı müvafiq məbləği iddiaçıya geri qaytara bilmir. Cavabdeh x2 çoxsaylı vədlər versə də, bunlara əməl etməmiş və aldığı 65.000 ABŞ dollarını geri qaytarmamışdır. İddiaçı həmçinin qeyd edir ki, evi 14 dəfə təmir etdirmiş, lakin qəzalı vəziyyətdə olduğundan orada yaşamaq mümkünsüz olmuşdur. Hazırda evsiz qalıb. Cavabdehdən dəfələrlə verdiyi pulu qaytarmasını tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələrlə pulu bu günədək qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 26 dekabr 2018-ci il tarixli, 2(103)-12783/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2nun vəkili Məmmədov Səyyad Məhəmməd oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı x1 və vəkili Qurbanov Tahir Süleyman oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan əlyazmada qeyd olunur ki, «Mən x2 evimi x1 68.000 dollara evi satdım. 64.000 dollar aldım, 4.000 dollar sənədə çıxdım. 02.10.2014”. İddiaçı bildirir ki, bu əlyazmanı cavabdeh x2 öz xətti ilə yazmış və şəxsən imzalamışdır. Cavabdeh tərəf iddiaçının istinad etdiyi bu halı mübahisələndirməmiş və təkzib etməmişdir. İddiaçı həmçinin qeyd edir ki, cavabdehə yuxarıda qeyd olunan 64.000 ABŞ dollarından başqa daha 1.000 ABŞ dolları verib. Cavabdeh tə rəf iddiaçının istinad etdiyi bu halı da işin məhkəmə baxışı zamanı mübahisələndirməmiş və təkzib etməmişdir. İddiaçı tərəf məhkəməyə həmçinin mübahisəli evin fotoşəkillərini təqdim etmişdir. İş materialları ilə müəyyən edilir ki, 2014-cü ilin oktyabr ayında cavabdeh iddiaçıya fərdi yaşayış ev satmış, buna görə iddiaçıdan 65.000 manat pul almışdır. Alqısatqı şifahi formalı müqavilə asında həyata keçirilmişdir. Həmin müqavilə əhəmiyyətsiz əqddir, çünki ev özbaşına tikinti obyektidir, dövlət reyestrində qeydiyyatdan keçməyib. Mülki Məcəllənin 337.3 və 337.5-ci maddələrinə görə əhəmiyyətsiz əqd özlüyündə etibarsız olan əqddir, belə əqd üzrə tərəflərdən hər biri aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Ona görə də cavabdeh müqavilə üzrə aldığını pulu iddiaçıya qaytarmağa bor cludur. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməyib. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Göründüyü kimi, 1 illik müddətin axımının başlanğıcı “əqdin icrasına başlandığı gün kimi göstərilib. Cavabdeh (satıcı) əhəmiyyətsiz alqı-satqı əqdinin icrasına indiyə kimi başlamayıb. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə görünür ki, alqı-satqı müqaviləsində satıcının öhdəliyi “əşyanı alıcının mülkiyyətinə vermək” kimi göstərilib. Lakin cavabdeh ötən müddətdə tikilini iddiaçının mülkiyyətinə verməyib, bu isə o deməkdir ki, əqdin icrasına başlanmayıb, buna müvafiq olaraq 354.1- ci maddədə göstərilən 1 illik müddətin axımı da başlanmayıb. Hazırkı işdə Mülki Məcəllənin 1095-ci maddəsinin göstərişi (əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür) tətbiq oluna bilməz. Belə ki, bəzən bu cür vəziyyətlərdə aşağıda göstərilən 2 münasibət səhvən eyniləşdirilir: 1. əsassız varlanma; 2. restitusiya. Etibarsız əqdlər 1-ci münasibəti (əsassız varlanmanı) deyil, 2-ci münasibəti (restitusiyanı) yaradır. Restitusiya, yəni etibarsız əqd üzrə alınanların qaytarılması ayrıca mülki münasibətdir, ayrıca norma (Mülki Məcəllənin 337.5-ci maddəsindəki norma) ilə tənzimlənir və onun yaradan ayrıca hüquq fakt (etibarsız əqdlər) var. Mülki Məcəllənin 337.4-cü maddəsində “etibarsız əqd on un etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur” müddəasındakı “etibarsızlığıilə bağlı nəticələr istisna olmaqla” ifadəsi ilə istisna müəyyən olunub, ona görə də etibarsız əqd ayrıca mülki münasibət (restitusiya) yaradan hüquq fakt rolunu oynayır. Bu səbəbdən də restitusiyanın əsassız varlanmaya aidiyyəti yoxdur, əsassız varlanma ayrıca mülki münasibətdir, ayrıca normalarla (Mülki Məcəllənin 1091-1095-ci maddələrindəki normalarla) tənzimlənir, onu yaradan hüquqi faktlar var, etibarsız əqdlər bu hüquqi faktların sırasına daxil deyil. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təm in edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3162/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3162/2019
08.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver