Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3162/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ET Dİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14472,05 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5146,93 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 848,70 ABŞ dolları borcun, ümumilikdə cəmi 20567,68 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli (sədrlik edən T.Məmmədov, hakimlər A.Rizalı və A.Abbasov) qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə qismən, müqavilənin bitmə tarixinə olan faiz borcuna aid hissədə dəyişiklik edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə müqavilənin bitmə tarixinə olan 4.379,19 (dörd min üç yüz yetmiş doqquz dollar 19 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ) faiz borcunun tutulması, qətnamənin qalan hissələrdə Cavabdeh1 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdır mamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsinin faiz borcunun qismən tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmiyyətin xeyrinə 14472,05 ABŞ dolları əsas, xx.xx.2018-ci il tarixinə hesablanmış 9521,73 ABŞ dolları faiz, 2753,71 ABŞ dolları cərimə, ümumilikdə cəmi 26747,49 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada hə ll edilmişdir. İddiaçının kasasiya şikayətindən göründüyü kimi apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kasasiya şikayəti yalnız “faiz borcunun qismən tutulması” hissəsində verilmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız faiz borcunun qismən tutulması hissəsində qanuniliyini və əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun qismən tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki İddiaçı ASC-nin Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, kredit müqaviləsinə əsasən Cavabdeh1 ill ik 25 faizlə 24 ay müddətinə 19.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 16.309,88 ABŞ dolları təşkil etmiş, müddəti 7 ay uzadılaraq xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. İş materiallarında olan X tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx xxxx 2018-ci il tarixli bildirişlərin surətlərindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 14472,05 ABŞ dolları, müqavi lənin bitmə tarixinə hesablanmış 5146,93 ABŞ dolları faiz, 3939,61 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 848,70 ABŞ dolları borc, cəmi borcu 24407,29 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, rəyindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2017-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 20.611,07 ABŞ dolları, o cümlədən əsas borc üzrə 16.231,88 ABŞ dolları, faiz borcu üzrə 4.379,19 ABŞ dolları məbləğində müəyyən olunur. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kredit borc u üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 16.231,88 ABŞ dolları, faiz borcu üzrə 5.323,80 ABŞ dolları məbləğində müəyyən olunur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi d edikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqay ıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25 faizlə 24 ay müddətinə 19.000 ABŞ dolları kredit verilmişdir. Lakin cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə Cavabdeh1 müqavilənin bitmə tarixinə, yəni xx xxxxxx 2017-ci il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli olan borcu ümumilikdə 20.611,07 ABŞ dolları, o cümlədən əsas borc üzrə 16.231,88 ABŞ dolları, faiz borcu üzrə 4.379,19 ABŞ dolları dolları olması müəyyən edilmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəməmüha sibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyində Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixə, yəni müqavilənin bitmə tarixinə iddiaçı ləğv prosesində olan İddiaçı ASCyə olan faiz borcu 4.379,19 ABŞ dolları müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4.379,19 ABŞ dolları faiz borcu tutulmalıdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcunun qismən tutulması hissəsində dəyişdirilmədən sax lanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsi faiz borcunun qismən tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3162/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3162/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver