Məhkəmə qərarları › İş №2(102)-3162/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3162/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3162/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: "xxxx" MMC Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pul tələbi barədə) 16.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(104)-3971/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti üzrə işə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" MMC məhk əmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən əsas borca görə 4.600 manat, faizə görə 1.314 manat, hesablanmış cəriməyə görə 3.165 manat olmaqla, cəmi 9.079 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tərtər Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Bayramov) iddia qismən təmin edilərək, cavabdehdən əsas borca görə 4.600 manat, faizə görə 1.314 manat, hesablanmış cəriməyə görə 1.582,5 manat olmaqla, cəmi 7.496,5 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehə 03 oktyabr 2018-ci il tarixli girov biletinə əsasən hər ay 6 faiz olmaqla, 12 ay mü ddətinə cəmi 72 faiz dərəcəsi ilə 2.500 manat; 01 mart 2019-cu il tarixli girov biletinə əsasən hə ay 6 faiz olmaqla, 12 ay müddətinə cəmi 72 faiz dərəcəsi ilə 1.000 manat; 23 mart 2019-cu il tarixli girov biletinə əsasən hər ay 7 faiz olmaqla, 12 ay müddətinə cəmi 84 faiz dərəcəsi ilə 300 manat; 25 aprel 2019-cu il tarixli girov biletinə əsasən hər ay 6 faiz olmaqla, 12 ay müddətinə cəmi 72 faiz dərəcəsi ilə 800 manat pul verib. Həmin müqavilələrin 5.6-cı bəndində hər gecikən günə 100 manat ssudaya 1 manat cərimə ödəniləcəyi göstərilib. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 26 iyul 2019-cu il, 04 noyabr 2019-cu il tarixli bildirişlərə və 05 noyabr 2019-cu il tarixli son xəbərdarlıq məktubuna əsasən iddiaçı tərəfindən cavabdehdən yaranmış borcun ödənilməsi tələb edilib, əks təqdirdə məh kəməyə müraciət ediləcəyi bildirilib. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına görə cavabdehin sözügedən müqavilələr üzrə 1.000 manat əsas borca görə hər ay üçün 60 manat faiz borcu ilə 4 ay ərzində 240 manat, hər gün üçün 10 manat gecikmə borcu ilə 120 gün ərzində 1.200 manat, 2.500 manat əsas borca görə hər ay üçün 150 manat faiz borcu ilə 5 ay ərzində 750 manat, hər gün üçün 25 manat gecikmə borcu ilə 150 gün ərzində 3.750 manat, 300 manat əsas borca görə hər ay üçün 21 manat faiz borcu ilə 4 ay ərzində 84 manat, hər gün üçün 3 manat gecikmə borcu ilə 127 gün ərzində 381 manat, 800 manat əsas borca görə hər ay üçün 48 manat faiz borcu ilə 5 ay ərzində 240 manat, hər gün üçün 8 manat gecikmə borcu ilə 125 gün ərzində 1.000 manat hesablanıb, beləliklə cavabdehin 4.600 manat əsas, 1.3 14 manat faiz borcu, 6.331 manat cərimə olmaqla, cəmi 12.245 manat borcu var. Göründüyü kimi cavabdeh sözügedən müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, faiz borcu yaranıb. İddiaçı həmçinin cavabdehdən tələb etdiyi 3.165 manat cərimə məbləğinin yarısını güzəşt edib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 423.2, 424.2, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilib, faiz, cərimə və girov qoyulmuş qızıl-zinət əşyaları ilə bağlı məsələlərin yenidən araşdırılması barədə yeni qətnamə qəb ul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, A.H.Hüseynzadə və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tərtər Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsinə cərimənin tutulması hissəsində dəyişiklik edilək, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin məbləği 200 manat müəyyən edilib və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 443.1, 445.2.1, 462.1, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, M.T.Əhmədova və İ.K.Xəlilov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev sədrlik edən, məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Tərtər Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehə 03 oktyabr 2018-ci il tarixli girov biletinə əsasən hər ay 6 faiz olmaqla, 12 ay müddətinə cəmi 72 faiz dərəcəsi ilə 2.500 manat; 01 mart 2019-cu il tarixli girov biletinə əsasən hə ay 6 faiz olmaqla, 12 ay müddətinə cəmi 72 faiz dərəcəsi ilə 1.000 manat; 23 mart 2019-cu il tarixli girov biletinə əsasən hər ay 7 faiz olmaqla, 12 ay müddətinə cəmi 84 faiz dərəcəsi ilə 300 manat; 25 aprel 2019-cu il tarixli girov biletinə əsasən hər ay 6 faiz olmaqla, 12 ay m üddətinə cəmi 72 faiz dərəcəsi ilə 800 manat pul verib. Həmin müqavilələrin 5.6-cı bəndində hər gecikən günə 100 manat ssudaya 1 manat cərimə ödəniləcəyi göstərilib. Göründüyü kimi iddianı qismən təmin edən birinci instansiya məhkəməsi cərimə borcunu azaldıb. Cavabdehin dəlili isə ondan ibarət olub ki, iddiaçı faktiki olaraq lombard fəaliyyəti ilə məşğul olub və bu fəaliyyətlə əlaqədar onunla bağlanmış müqavilələr üzrə borcu və ona hesablanmış faizləri 30 gün ərzində ödəmədiyi halda girov qoyulmuş qızıl-zinət əşyalarını satmaq və əldə edilmiş vəsaiti borcun ödənilməsinə yönəltmək iddiaçının vəzifəsi olduğu halda bu vəzifəsini icra etməyib və nəticədə onun bu hərəkətsizliyi borcun artmasına səbəb olub. Eyni zamanda cavabdeh əsas borcunu ödədiyini, iddiaçıya borcu olmadığını bildirir. İddiaç ının cavabdehə qızıl-zinət əşyalarının girov qoyulması müqabilində faizlər hesablamaqla kredit verməsi üçün onun xüsusi razılığı (lisenziyası) olmalıdır. Qanunun mənasına görə lombard fəaliyyəti göstərmək üçün lisenziya olmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh əsas borcu ödəyib. Faiz və cərimə borcunu tələb etmək üçün iddiaçının hüququ yoxdur, belə ki, buna dair sübut təqdim etməyib. Bununla belə, cavabdehin əsas borcu ödəməsini tərəflər mübahisələndirmir. Ona görə də iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 302.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iş tirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üç ün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçir ə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışını n hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəy yən edilmiş hallarına görə, iddiaçı cavabdehə 03 oktyabr 2018-ci il tarixli girov biletinə əsasən hər ay 6 faiz olmaqla, 12 ay müddətinə cəmi 72 faiz dərəcəsi ilə 2.500 manat; 01 mart 2019-cu il tarixli girov biletinə əsasən hə ay 6 faiz olmaqla, 12 ay müddətinə cəmi 72 faiz dərəcəsi ilə 1.000 manat; 23 mart 2019-cu il tarixli girov biletinə əsasən hər ay 7 faiz olmaqla, 12 ay müddətinə cəmi 84 faiz dərəcəsi ilə 300 manat; 25 aprel 2019-cu il tarixli girov biletinə əsasən hər ay 6 faiz olmaqla, 12 ay müddətinə cəmi 72 faiz dərəcəsi ilə 800 manat pul verib. Həmin müqavilələrin 5.6-cı bəndində hər gecikən günə 100 manat ssudaya 1 manat cərimə ödəniləcəyi göstərilib. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və i poteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öh dəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə rayzalışmayıb, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi yalnız cərimə borcunu azaldıb. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olub ki, iddiaçı faktiki olaraq lombard fəaliyyəti ilə məşğul olub və bu fəaliyyətlə əlaqədar onunla bağlanmış müqavilələr üzrə borcu və ona hesablanmış faizləri 30 gün ərzində ödəmədiyi halda girov qoyulmuş qızılzinət əşyalarını satmaq və əldə edilmiş vəsaiti borcun ödənilməsinə yönəltmək iddiaçının vəzifəsi olduğu halda bu vəzifəsini icra etməyib və nəticədə onun bu hərəkətsizliy i borcun artmasına səbəb olub. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdırıb qeyd etmişdir ki, cavabdeh əsas borcunu ödədiyini, iddiaçıya borcu olmadığını bildirir. Eyni zamanda iddiaçının cavabdehə qızılzinət əşyalarının girov qoyulması müqabilində faizlər hesablamaqla kredit verməsi üçün onun xüsusi razılığı (lisenziyası) olmayıb. Belə olan halda iddia təmin edilə bilməz. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respubl ikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işə əlavə edilmiş sübutlardan, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsindən görünür ki, cavabdeh iddiaçıdan sözügedən pul vəsaitini qızıl-zinət əşyalarını lombarda girov qoymaqla götürüb. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şi kayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin iddiaçıya olan sözügedən borcu onun girov qoyduğu qızıl-zinət əşyaları ilə təmin edilmiş olduğundan, ilk növbədə iddiaçının hüququ var ki, cavabdeh öhdəliyini icra etmədiyi halda girov qoyulmuş həmin qızıl-zinət əşyalarının dəyərindən digər kreditorlara nisbətdə üstün qaydada təminat alsın. Hazırki halda iddiaçı iddia etdiyi borcun ödənilməsini girov predmeti olan qızıl-zinət əşyalarına yönəldib və onları satıb borcun ödənilməsini təmin etmək əvəzinə, girov predmetini özününküləşdirməklə yanaşı cavabdehə qarşı pul tələbinə dair iddia da qaldırıb. Digər tərəfdən, cavabdehin sözügedən müqavilələr üzrə ödənişlər etməməsi iddiaçının 26 iyul 2019-cu il tarixli yazılı bildirişi ilə də istisna olunur. Belə ki, həmin yazılı bildirişlə müəyyən olunur ki, cavabdeh 2.500 manat pulun son ödənişini 03 iyun 2019-cu il tarixədək, 300 manat pulun son ödənişini 23 iyun 2019-cu il tarixədək, 800 manat pulun son ödənişini 25 iyun 2019-cu il tarixədək ödəyib. Beləliklə, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş halları üzrə düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya inst ansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" MMC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(104)-3971/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar