Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3163/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim: R.H.Ataşova; 2(011)-1959/2017) iddia təmin edilmiş, Cavabdehlər Cavabdeh1 və İsmayılov X2 müştərək qaydada 12622.99 ABŞ dolları əsas, 4047.11 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16670.1 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi və Cavabdeh1 və X2 10 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: S.F.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov, F.Ş.Talışınski; 2(103)-1376/2018) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 10 aprel 2017- ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada əsas borc 12.615,90ABŞ dolları, faiz borcu üzrə isə 3.421,89 ABŞ dolları olmaqla cəmi borc 16.037,79 ABŞ d olları məbləğində borc ödəniş anında ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla məbləği və 20 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsi, Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Hesab № ******* X1, Kod **********, VÖEN **********, Müxbir hesab-AZ*******************, SFİFT-B1K CTREAZ22) ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 12622.99 ABŞ dolları əsas, 4047.1 1 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16670.1 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsa slandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2015-ci il tarixli “nağd pul layihəsi” müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 27% faiz ödəmək şərti ilə 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını təmin edə bilər. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılm asını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin8.9,88,217,218,407-ci maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən 10.04.2015-ci il tarixli ************* saylı Kredit Sazişi müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik 27% hesabı ilə 15000 ABŞ dolları məbləğində kredit vermiş, İsmayılov X3 isə zamin durmuşdur. 10.04.2015-ci il tarixli 4024 saylı məxaric orderindən görünür ki, 15000 ABŞ dolları Cavabdeh1 verilmişdir. 10.04.2016-cı il tarixli arayışdan görünür ki, 10.04.2015-ci il tarixli ************** saylı Kredit Sazişinə əsasən Cavabdeh1 12622.99 ABŞ dolları əsas, 4047.11 ABŞ dolları faiz bo rcu olmaqla, cəmi 16670.1 ABŞ dolları məbləğində borcu vardır. 26.12.2016-cı il tarixli 680 saylı ödəniş tapşırığından görünür ki, bank tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə təyin edilmiş mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi ekspertizasının 10 avqust 2018-ci il tarixli 21106 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10 aprel 2015- ci il tarixli, *********** nömrəli kredit sazişinin şərtləri əsas götürülməklə Cavabdeh1 27.12.2016-cı il tarixə (iddia tarixinə) banka olan borcu 16.037,79 USD məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 12615,90 USD, faiz borcu üzrə 3421,89 USD. Ekspertiza tədqiqatı nın dəyəri 145 manatdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müq avilə olmalıdır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit m üqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyə t daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Lakin iddiaçı tərəfindən tələb edilən borcun məbləği - əsas və faiz borcu ayrı- ayrılıqda işin faktiki hallarını əks etdirmir.İşin obyektiv həllinə nail olmaq üçün apellyasiya baxışı zamanı cavabdehin vəsatəti təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli MK/70610/50/14 saylı kredit sazişi üzrə 27 dekabr 2016-cı il tarixinə Cavabdeh1 əsas və faiz borcunun müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə 27.12.2016-cı il tarixə (iddia tarixinə) Cavabdeh1 banka olan borcu 16.037,79 USD məbləğində müəyyən olunmuş, o cümlədən əsas bor c üzrə 12615,90 USD, faiz borcu üzrə 3421.89 USD.birinci instansiya məhkəməsi işə baxarkən iddiaçı tərəfindən hesablanmış borcun məbləğini əsas götürməklə, əsas borc eləcə də faiz borcu məbləğinin həddini düzgün müəyyən etməmişdir.Cavabdeh1 iddiaçı ilə kredit müqaviləsi bağlamaqla üzərinə müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər götürdüyündən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün də tam şəkildə cavabdehlik daşımalıdır. cavabdehin maliyyə vəziyyətinin pisləşməsi onun qeyd edilən risk dairəsinə daxil olduğundan bu dəlil onun götürülmüş öhdəliklərdən azad edilməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə cavabdehdən iddiaçının xeyrinə tutul ması kredit müqaviləsi üzrə əsas borc 12.615,90ABŞ dolları, faiz borcu üzrə isə 3.421,89 ABŞ dolları olmaqla cəmi borc 16.037,79 ABŞ dolları müəyyən edilməlidir. Həmçinin Mülki Prosessul Məcəllənin 119.1-ci maddəsinə əsasən ekspertiza xərci Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə koll egiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3163/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3163/2019
06.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver