Məhkəmə qərarları › İş №2(102)-3164/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3164/2019

29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3164/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3164/2019 29 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı «xxxx» ASC-nin vəkili***nun və cavabdeh «X4» MMM-nin vəkili Əliyev İsa Musa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli, 2(103)1542/2018 nömrəli qətnaməsindən iddiaçı «xxxx» ASC-nin və cavabdeh «X4» MMM-nin kassasiya şikayətləri üzrə mü lki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər «X4» MMM-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X4» MMM-dən 698613 manat əsas, 63078,36 manat faiz borcunun, cəmi 761691,36 manat məbləğdə pulun, ipotekaya tutma yönəldilməsinin reyestrdə qeydə alınması üçün 30 manat məbləğində rüsumun və xidmət haqqının, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun əvəzinin «xxxx» ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsində yerləşən 31 saylı binanın zirzəmisi və 1ci mərtəbəsində yerləşən 532,9 kv.metr ümumi, 205.3 kv.metr əsas, 327,6 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılması və satışdan ə ldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Şamayev) 26 yanvar 2017-ci il tarixli, 2(004)-351/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, «xxxx» ASC ilə «X4» MMM arasında bağlanmış 17 iyun 2015-ci il tarixli, 325/H-15 №-li «Kredit müqaviləsi»nə əsasən 05 iyul 2016-ci il tarixə ödənilməmiş 698613 manat məbləğində əsas, 31640,78 manat faiz borcu, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat, ümumilikdə 730293,78 manat (yeddi yüz otuz min iki yüz doxsan üç manat yetmiş səkkiz qəpik) məbləğində pul «X4» MMM-dən t utularaq «xxxx» ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsində istifadədə olan - ha torpaq sahəsində yerləşən 31 saylı binanın zirzəmisinə və 1-ci mərtəbəsində yerləşən 532.9 kv.metr ümumi, 205.3 kv.metr əsas, 327.6 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon iki yüz qırx min) manat məbləğində müəyyən edilməsi, keçirilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının xərci olaraq «X4» MMM-dən 200 (iki yüz) manat məbləğində pulun tutulara q «xxxx» MMCnin hesabına ödənilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinin hesabına «X4» MMM-dən 50 (əlli) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışinski) 13.11.2018-ci il tarixli, 2(103)-1542/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdeh «X4» MMM tərəfindənverilmişapellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi – cavabdehdən iddiaçının xeyrinə tutulacaq faiz borcunun məbləgi 26401,18 (iyirmi altı min dörd yüz bir manat 18 qəpik) manat, həmçinin ipoteka predmet inin ilkin satış qiyməti ******* (bir milyon iki yüz min) manat müəyyən edilməklə dəyişdirilmiş, məhkəmə xərci cavabdeh «X4» MMM-yə aid edilmişdir. Cavabdehdən aparılmış qiymətləndirmənin dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq «xxxx» MMC-ninhesabına (H/h № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar bank: «xxxx» ASC, Kodu: 505817, VÖEN: **********, Müxbir hesab: AZ75NABZ********************, S.W.İ.F.T BİK:AZEGAZ22), həmçinin 145 (bir yüz qırx beş) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE00000 **********88501) ödənilməsi, qətnamənin qa lan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı «xxxx» ASC və onun vəkili***, cavabdeh «X4» MMM və vəkili ***iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı «xxxx» ASC və onun vəkili***, cavabdeh «X4» MMM və vəkili ***iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri verərək, iddiaçı onun faiz borcunun 26.401,18 manat müəyyən olunması hissəsində ləğv, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə, cavabdeh isə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etm işdirlər. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası tərəfindən təyin edilmiş ekspert rəyi müqavilə müddətinin bitdiyi tarixə, 17 iyun 2016-cı il tarixə olan məbləğlərin nə qədər təşkil etməsi sualı qoyulmuşdur. Göründüyü kimi müqavilə müddətinin bitdiyi tarixdən 12 gün qabaqkı günə hesablanmış faiz məbləğinin müddətin bitdiyi tarixə olan faiz məbləğində az olması qeyri-mümkündür. Cavabdeh tərəfindən həmin müddətdə heç bir ödəniş edilməmişdir. Lakin nədənsə məhkəmə bu hallara nəzər yetirməmiş, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, məbləğlərin necə hesablandığı müəyyən olmayan ekspert rəyinə istinad edərək əsassız qətnamə qəbul etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməs i tərəfindən təyin edilmiş ekspertizalar üzrə tərtib edilmiş ekspert rəyləri bir-birinə ziddidir. Ekspert rəyləri arasında fərq məbləği 5.239.60 manat təşkil edir. Belə olduğu təqdirdə apellyasiya instansiya məhkəməsinin niyə məhz özü tərəfindən təyin edilmiş ekspertiza üzrə ekspert rəyinə üstünlük verməsi məlum deyil və eyni zamanda apellyasiya məhkəməsi bu məsələni əsaslandırmamış, bu barədə nümayəndələrinin verdiyi izahata əhəmiyyət verməmiş, bununla da MPM-nin 88-ci, 103.2-ci və 103.2-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi sübutlar içərisində niyə məhz 25 aprel 2016-cı il tarixli rəyə istinad etməsini heç bir şəkildə əsaslandırmamış, bununla da cavabdehlərin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına yol vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin vəkili*** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcunun 26.401,18 manat müəyyən olunması hissəsində ləğv, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «X4» MMM-nin vəkili ***kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 13.11.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsini dəyişdirərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Be lə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, kreditor «xxxx» ASC ilə borcalan «X4» MMM arasında bağlanmış 17 iyun 2015-ci il tarixli 325/H-15 saylı kredit müqaviləsinə əsasən bank borcalana dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 12 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 700.000 manat məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan «xxxx» ASC ilə ipoteka qoyan Cavabdeh1 və borcalan «X4» MMM arasında bağlanmış 17 iyun 2015-ci il tarixli, 325/H-15-01 №-li ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiq laliyyat küçəsində istifadədə olan - ha torpaq sahəsində yerləşən 31 nömrəli binanın zirzəmisini və 1-ci mərtəbəsində 532,9 kv.metr ümumi, 205,3 kv.metr əsas, 327,6 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini ipoteka saxlayanla borcalan arasında 17 iyun 2015-ci il tarixli 325/H-15 №-li kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmeti ******* manat məbləğində qiymətləndirilmişdir. «xxxx» ASC tərəfindən «X4» MMM-yə və Cavabdeh1 ünvanlandırılmış 17 iyun 2016cı il tarixli bildirişin surətinə əsasən cavabdehlər iddiaçıya olan borcun ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşlar. Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 01 iyul 2016-cı il tarixli məktubuna əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. «xxxx» ASC-nin arayışına əsasən «X4» MMM-nin 698613,00 manat əsas borcu, 63078,36 manat faiz borcu vardır. İşdə olan tərəflər arasında bağlanmış 17 iyun 2015-ci il tarixli, 325/H-15 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 12 ay müddətinə, illik 15 faiz olmaqla 700.000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr, 22546 saylı ekspert rəyinə əsasən, 17 iyun 2015-ci il tarixli, 325/H-15 saylı kredit müqaviləsinin şərt ləri nəzərə alınmaqla cavabdehin 05 iyul 2016-cı il tarixə borcu 740.732,97 manat məbləğində, 29 sentyabr 2016-cı il tarixə banka olan borc isə 768.684,5 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi, kreditin qaytarılması müddəti 17 iyun 2016-cı il tarixdə bitsə də, ekspert qarşısında həmin müddətə hesablanmış faizlərin məbləği barədə sual qoyulmamış, ekspert tərəfindən həmin müddətə yaranmış faiz borcu hesablanmamışdır. Halbuki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddə t bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli rəyinə görə, müqavilə müddətinin bitdiyi 17.06.2016-cı il tarixə cavabdehin banka 698613 manat əsas borcu, 26401,18 manat faiz borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 26401,18 manat faiz borcu mövcud olmuşdur. Belə olan halda, iddiaçının xeyrinə tutulması olan faizlərin məbləği 26401,18 manat həddində müəyyən olunmalıdır. Bundan başqa, i şdə olan ipotekamüqaviləsindəngörünürki, tərəflərinqarşılıqlırazılığınaəsasənipotekanındəyəri ******* manathəddindəmüəyyənolunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici təyin edilmiş, müstəqil qiymətləndiricinin 20 dekabr 2016-cı il tarixli rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ******* manat müəyyən edilmişdir. «xxxx Xidməti» MMC-nin 20 dekabr 2016-cı il tarixli, 439 saylı hesabatına əsasən, X1 məxsus Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən, 31 saylı qeyriyaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti ******* manat təşkil edir. «xxxx» MMC-nin 24 iyul 2017-ci il tarixli, QR 03/E saylı qiymətləndirmə rəyinə əsasən, ün van 2 ünvanda yerləşən X1 məxsus qeyri-yaşayış sahəsinin 24 iyul 2017-ci il tarixə bazar dəyəri ümumilikdə ******* manat müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğ (1240000 manat) ipoteka müqaviləsində (1700000 manat) və «xxxx» MMC-nin 24 iyul 2017-ci il tarixli, QR 03/E saylı qiymətləndirmə rəyində (1865150 manat) göstərilən məbləğlərdən fərqlənir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında mə hkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduğundan, müvafiq qiymətin obyektiv müəyyən olunması istiqamətində bir daha müstəqil qiymətləndiricinin rəyinin alınması zərurəti yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinə daxil olmuş ipoteka predmetinin qiymətləndirilməsinə dair 25 aprel 2016-cı il tarixli rəyə («xxxx» Consulting MMC) görə ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən, istifadədə olan torpaq sahəsində yerləşən 31 nömrəli binanın zirzəmisi və 1-ci mərtəbəsində 532,9 kv.m ümumi, 205,3 kv.m əsas, 327.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin dəyəri (orta bazar qiyməti) ******* manat məbləğində müəyyən edilir. Qeyd edilənləri nəzərə alan apelly asiya instansiyası məhkəməsi ipotekanın ilkin satış qiymətinin ******* manat həddində müəyyən olunmasını obyektiv və ədalətli hesab etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçıının kassasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, kassator faiz borcunun ekspertiza rəyinə uyğun olaraq tutulmasını əsassız hesab etsə də, işə a şağı instansiya məhkəməsində baxılarkən buna dair hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, təkrar ekspertizanın təyin edilməsi üçün prosessual qanunvericilikdə konkret əsaslar müəyyən edilmişdir. Hazırki işdə isə həmin əsasların mövcudluğu müəyyən edilməmiş, habelə kassator hər hansı qanunla müəyyən edilmiş əsaslara istinad etmədən formal şəkildə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının kassasiya şik ayəti əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə isə kolleguya qeyd edir ki, Həqiqtən də cavabdeh tərəf apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi qiymətlə razı olmadığını bildirsə də, həmin rəyin nəticələrini şübhə altına ala biləcək hər hansı sübuta istinad etməmişdir. Bu səbəbdən də məhkəmələr “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini keşirdiyi rəyin əsasında müəyyən etmişdir. Kassasiya kollegiyası, sübut növü olan həmin rəylərin məzmununa qiymət vermədən səlahiyyəti çərçivəsində kassasiya şikayətinin dəlillərinə qiymət verərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan qiymətləndirmə rəylər inin biri-birindən fərqli olan nəticələrini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verib qənaətə gəldiyindən bu nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə hesab edilməlidir. Beləliklə, kolleguya hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin və cav abdeh «X4» MMC-nin kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli, 2(103)-1542/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar