Məhkəmə qərarları › İş №2(102)-3164/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3164/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3164/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:fərdi yaşayış evinin boşaldılması barədə 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(106)-407/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti üzrə işə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hall arı İşin hallarına görə, iddiaçı "xxxx" ASC məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, Astara şəhəri, H.Aslanov küçəsində yerləşən 0,3254 hektar torpaq sahəsi ilə birlikdə 24 saylı qeyri-yaşayış binasının cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin 29 sentyabr 2021-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.İ.Məmmədov) iddia təmin edilərək, Astara şəhəri, H.Aslanov küçəsində yerləşən 0.3254 hektar torpaq sahəsi ilə birlikdə 24 saylı qeyri yaşayış binasının (şadlıq sarayının) cavabdehlər tərəfindən boşaldılması və bütün əşyalar çıxarılmaqla boşal dılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Astara Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əsas borca görə 173.691 manat, faiz borcuna görə 29.929 manat, hesablanmış cəriməyə görə 300 manat olmaqla, cəmi 203.920 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Astara şəhəri, H.Aslanov küçəsində yerləşən 0.3254 ha torpaq sahəsi ilə birlikdə 24 saylı qeyri yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, qeyri yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin binadan çıxarılması və binanın boşaldılması qət edilib. X1 Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Astara Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli qətnaməsi “ipoteka predmeti olan Astara şəhəri, H.Aslanov küçəsində yerləşən 0.3254 hektar torpaq sahəsi ilə birlikdə 24 saylı qeyri yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin binadan çıxarılması və binanın boşaldılması hissəsinin təmin olunması hissədə”ləğv edilib, iddia ərizəsinin həmin hissədə rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlamılması qət edilib. Bundan sonra, “Hərracın yekunları haqqında” 12 aprel 2019-cu il tarixli, 29 saylı protokoluna əsasən, "xxxx" MMC tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə təşkil olunmuş hərracda ipoteka predmeti olan sözügedən qeyri-yaşayış binasının ilkin satış qiyməti 265.000 manat olmaqla hərracdan satışa çıxarılıb və həmin qeyri-yaşayış binası “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq 168.937,50 manat borc əvəzinə "xxxx" ASC təklif edilib və sonuncu ipoteka predmetini həmin məbləğdə borc əvəzinə balansına qəbul edib. 12 aprel 2019-cu il tarixdə hərracın təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan "xxxx" ASC arasında 12 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanıb. 13 iyun 2019-cu il tarixli Çıxarışa əsasən sözügedən qeyri-yaşayış binası d aşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə "xxxx" ASC adına qeydə alınıb. Daha sonra, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 "xxxx" MMC və digərlərinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddiası əsassız olduğundan rədd edilib. Göründüyü kimi sözügedən qeyri yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlərin həmin qeyri-yaşayış binasını könüllü boşaltmamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozur və məhdudlaşdırır. Bu baxımdan iddiaçı mülkiyyətçi kimi cavabdehlərin qanunsuz sahibliyində olan sözügedən qeyri-yaşayış binasını onlardan geri tələb etməkdə haqlı olub. Ona görə iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyi ni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov sədrlik edən və məruzəçi, T.X.Heydərov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Astara Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti verərək iş üzrə ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Astara Rayo n Məhkəməsinin 22 aprel 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC iddiası qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əsas borca görə 173.691 manat, faiz borcuna görə 29.929 manat, hesablanmış cəriməyə görə 300 manat olmaqla, cəmi 203.920 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Astara şəhəri, H.Aslanov küçəsində yerləşən 0.3254 ha torpaq sahəsi ilə birlikdə 24 saylı qeyri yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, qeyri yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin binadan çıxarılması və binanın boşaldılması qət edilib. X1 Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2015-ci il tarixli qə tnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Astara Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli qətnaməsi “ipoteka predmeti olan Astara şəhəri, H.Aslanov küçəsində yerləşən 0.3254 hektar torpaq sahəsi ilə birlikdə 24 saylı qeyri yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin binadan çıxarılması və binanın boşaldılması hissəsinin təmin olunması hissədə”ləğv edilib, iddia ərizəsinin həmin hissədə rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlamılması qət edilib. Bundan sonra, “Hərracın yekunları haqqında” 12 aprel 2019-cu il tarixli, 29 saylı protokoluna əsasən, "xxxx" MMC tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə təşkil olunmuş hərracda ipoteka predmeti olan sözügedən qeyri-yaşayış binasının ilkin satış qiyməti 265.000 manat olmaqla hərracdan satışa çıxarılıb və həmin qeyri-yaşayış binası “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq 168.937,50 manat borc əvəzinə "xxxx" ASC təklif edilib və sonuncu ipoteka predmetini həmin məbləğdə borc əvəzinə balansına qəbul edib. 12 aprel 2019-cu il tarixdə hərracın təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan "xxxx" ASC arasında 12 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanıb. 13 iyun 2019-cu il tarixli Çıxarışa əsasən sözügedən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə "xxxx" ASC adına qeydə alınıb. Daha sonra, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nəriman ov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 "xxxx" MMC və digərlərinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddiası əsassız olduğundan rədd edilib. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, sözügedən qeyri yaşayış binası iddiaçının xüsu si mülkiyyətində olduğundan və cavabdehlərin həmin qeyri-yaşayış binasını könüllü boşaltmamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozduğundan, məhdudlaşdırdığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iddiaçı mülkiyyətçi kimi cavabdehlərin qanunsuz sahibliyində olan sözügedən qeyri-yaşayış binasını onlardan geri tələb etməkdə haqlı olub. Kassator kassasiya şikayətində sözügedən qeyri-yaşayış binasının dəyərindən olduqca aşağı qiymətlə iddiaçının mülkiyyətinə keçdiyini, buna görə də ekspertiza təyin edilməklə qeyri-yaşayış binasının yenidən qiymətləndirilməli olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi kassatorun bu dəlilləri ilə razılaşmı r. Belə ki, sözügedən qeyri-yaşayış binasının ilkin satış qiyməti qanuni qüvvyə minmiş Astara Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilib. Ona görə də həmin qətnamə ilə müəyyən edilmiş faktlar hazırki işdə iştirak edən şəxslər üçün preyudsial əhəmiyyət daşıyır və yenidən mübahisələndirilə bilməz. Digər tərəfdən, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, cavabdehlər etirazlarının əsası kimi istinad etdikləri bu halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alı nmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara a ldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(106)-407/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar