Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3166/2020 04.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxx qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlamadan irəli gələn pul tələbi, müddətin təbiqindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili xxxnın iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)625/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şik ayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-6192/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia təmin edilmiş, Cavabdeh 15000 ABŞ dolları məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx xx 2020-ci il tarixli, 2(105)625/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-6192/2019 nömrəli qətnaməsini deyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkil xxx kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-625/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçının pul tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə çıxrmış, iddiaçının cavabdehə sənədsiz olan evinin alınması üçün 15000 ABŞ dolları məbləğində pulu versə də, sonradan nə evə köçmış, nə də ki, pulu istəmiş, yalnız 8 il onra 15000 ABŞ dolları məbləğində pulu tələb etmişdir. İddiaçı tərəfindən müddətlər ötürülsə də, məhkəmə iddianı təmin etmişdir. Cavabdeh pulu alan zaman ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi aşağı olduğu halda, məhkəmə pulun qətnamə icra olunduğu günə, yəni daha yüksək məzənnə ilə qaytarılmasını qət etmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkil xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏL ƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pros essual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Cavabdeh İddiaçı 19500 ABŞ dollarına satmağa razılaşması, 15000 ABŞ dollarını almasına, 4500 ABŞ dollarını 6 ay müddətində İddiaçı tərəfindən ona çatdırılmasına dair xx xxxxx 2013-cü il tarixdə C.Mustafayev, X.Ağayev və X.Əmirovun iştirakları ilə akt tərtib olunmuşdur. Cavabdeh Sumqayıt şəhər prokurorluğuna verdiyi xx xxxxxx 2019-cu il tarixli izahatının surətindən görünür ki, o, həqiqətən Minadan 15500 ABŞ dolları pul alaraq, həyətindəki 2 otaqlı evi ona satmağa razılaşmışdır. Ümumilikdə isə 19500 ABŞ dollarına razılaşmışlar. Cav abdeh xx xxxxxx 2019-cü il tarixdə iltizam yazaraq göstərmişdir ki, o, xx xxxxx 2013-cü ildə 2 otaqlı evinin İddiaçı satılması üçün aldığı 15000 ABŞ dollarını yaxın vaxtlarda İddiaçı qaytaracaqdır. İddianı təmin edən birinci instansiyası məhkəməsi və cavabdehin apellyasiya şikayətini rədd edən apellyasiya instanasiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 646, 567, 144.1, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə istinad edərək hesab etmişlər ki, cavabdeh əsassız varlanmış şəxs olaraq, əldə etdiyini iddiaçıya qaytarmalıdır. Məhkəmə kollegiyası razılaşır ki, hazırki iddia tələbinin hüquqi əsasını əsassız varlanma təşkil edir ki, cavabdehin iddiaçıya verdiyi pul vəsaitinin eyni növlü valyutada qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MM-in 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmı ş şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin iddiaçının hesabına əsassız varlanması qənaətinə gəlmiş və müvafiq olaraq iddiaçının cavabdehə verdiyi pul vəsaitinin sonuncudan tutulmasının əsaslı hesab etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pulu tələb etmək hüququ cavabdehin müqavilə öhdəliklərinin icrasından yayınmasından irəli gələrək yaranmış və həmin öhdəliklər hazıradək icra olunmamışdır. Odur ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi ilə müəyyən olunmuş müddətin buraxılmasından söhbət gedə bilməz. Digər tərəfdən müəyyən olunur ki, t ərəflər arasında iddiaçının sahibliyinə verilməsi razılaşdırılmış özbaşına tikili 2018-ci ildə cavabdeh tərəfindən üçüncü şəxsə satılmışdır. İddiaçının həmin vaxta kimi hüquqlarının pozulması, cavabdehin onun hesabına əsassız varlanması ilə əlaqədar məhkəməyə müraciət etmək üçün əsaslar mövcud olmamışdır. Həmin tarixdən hazırki iddia verilən tarixədək isə Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddət ötməmiş və bu səbəbdən müddətin ötürülməsi ilə bağlı iddianın rədd edilməli olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Cavabdehdən tutulan məbləğin Azərbaycan manatına məzənnəsi ilə bağlı da kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı evin alınması məqsədi ilə Cavabdeh məhz 15000 ABŞ dolları vermişdir. Ona görə də cavabdeh həmin məbləği aldığı valyutanın ödəniş anında, ödəniş yerinin məzənnə qiyməti ilə qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndinə görə qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Сavabdeh Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)625/2020 nöm rəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3166/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3166/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver