Məhkəmə qərarları › İş №2(102)-3167/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3167/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3167/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı-nin vəkili X2 Cavabdeh1 nümayəndəsi X4 və maraqlı şəxs X1 nümayəndəsi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli 2(103)4211/2018 nömrəli qərardadından Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cav abdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icra edilməməsi səbəbindən 25 sentyabr 2014-cü il tarixə onun banka əsas kreditə görə 28 774,19 manat, faizə görə 948,81 manat, cəmi 29 723 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməklə, onun açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Raziya Ataşova) 2(011)-7248/14 nömrəli, 03 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə bank arasında bağlanmış 13.04.2007-ci il tarixli 142 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 28774.19 manat kredit borcu 948.81 ma nat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 29753.00 manat İddiaçı-nin xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Samədbəy Mehmandarov prospektində istifadədə 0.036263 ha torpaq sahəsində yerləşən 20 nömrəli 3 mərtəbəli binada 65.11 kv.m ümumi, 51.00 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 4 saylı mənzilə tutmanın yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospektində istifadədə 0.036263 ha torpaq sahəsində yerləşən 20 nömrəli 3 mərtəbəli binada 65.11 kv.m ümumi, 51.00 kv.m yaşayış sahəsindən ib arət 3 otaqlı 4 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov, İkram Şirinov, Elşən Kazımov) 2(103)-4211/2018 saylı 24 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-7248/14 nömrəli, 03 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2018-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət və kassasiya şikayəti 18.12.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə dəftərxana vasitəsi ilə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının (hakimlər Tofiq Səmədov, İkram Şirinov, Elşən Kazımov) 2(103)-4211/2018 saylı 07 fevral 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2018-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-ci il tarixli 2(103)-4211/2018 nömrəli qərardadının ləğv edilərək buraxılmış müddətin bərpa edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən işin faktiki halları düzgün araşdırılmamış və maddi hüquq normaları düzgün tətbiq edil məmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X6 və maraqlı şəxs X1 nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İşin materiallarında olan poçt qəbzindən (xəbər namədən) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2018-cı il tarixli qətnaməsinin surəti Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilmiş və 08 iyun 2018-cı il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət 18.12.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə dəftərxana vasitəsilə daxil olmuşdur. Kassator müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, qətnamədən müəyyən olunmuş prossesual müddətdə 25.07.2018-ci il tarixdə kassasiya şikayəti verilmiş, lakin vəkillə müqavilə bağlamaq üçün kifayət qədər maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına vəkil verilməsinə dair həmin tarixli ərizə və ondan imtina haqqında qərardadından verilən kassasiya şikay ətinə baxılması 04.12.2018ci il tarixədək uzanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti heç bir üzrlü səbəb olmadan müəyyən edilmiş müddət ötürülməklə verildiyindən buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. İşdən görünür ki, kassator dövlət büdcəsi hesabına vəkil verilməsinə dair ərizəsinin təmin edilməməsi barədə qərardaddan qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığı halda, açıq-aşkar əsassız kassasiya şikayəti vermiş, həmin kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada geri qaytarıldıqda isə bu dəfə də, həmin qərardaddan kassasiya şikayəti verməklə, işə baxılmas ını yubatmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, vəsatətdə göstərilənlər kassasiya şikayəti verilməsi müddətini 4 ay buraxılması üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. “Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy ğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu 13.02.2007-ci il tarixli qərarında həmçinin qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyin də mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “resjudicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Belə mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, «Brumaresku Rumıniyaya qarşı» 28.10.1999-cu il tarixli qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas asp ektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 25.01.2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.02.2019-cu il tarixli 2(103)-4211/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar