Məhkəmə qərarları › İş №2(102)-3167/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3167/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3167/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı x4 və onun vəkili x3, Cavabdeh və onun vəkili Vəkil1, 3-cü şəxs x16 və onun vəkili x5 iştirakları ilə, iddiaçı x1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Rəhimov x7 Apelyasiya Məhkə məsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Behbudova, iş № 2(060)-1665/2019) iddia tələbi təmin edilmiş, Cavabdeh 31.175 (otuz bir min yüz yetmiş beş) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı x2 verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 (yüz otuz səkkiz) manatın Cavabdeh tutularaq Azərbaycan Res publikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)401/2020) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1665/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanv ar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. x15 vəkili x9 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. x1 vəkili x6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tari xli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı x4 «xxxxxxxx» MTK-nın təsisçilərindən biridir və mənzillərin tikilib, satılması fəaliyyəti ilə məşğuldur. 2015-ci ildə arvadı İddiaçı məxsus qeyri-yaşayış sahəsini “xxxxxxxxxx” MMC-yə icarəyə vermiş və bu barədə Cəmiyyəti idarə edən şəxslərdən biri Tolqa Tuna ilə razılığa gəlmişlər. MMC Türkiyədən mətbəx və restoran avadanlıqlarını n gətirilib satılması ilə məşğul olmuşdur. Müəyyən müddət sonra MMCnin göstərdiyi biznes fəaliyyətində problemlər yarandığından, bu səbəbdən də icarə haqqını ödəyə bilmədiyindən Cəmiyyət Azərbaycanda işlərini dayandırmaq qərarına gəlmişdir. Həmin vaxt Cəmiyyətin iddiaçının arvadına məxsus qeyri-yaşayış sahəsində yerləşən anbarında 216000 ABŞ dolları həcmində satılmamış malı qalmışdır. Daha sonra Tolqa Tuna əmlak satıldıqca onun dəyərinin ödənilməsi şərtilə 216000 ABŞ dolları dəyərində əmlakı iddiçıya tapşıraraq Türkiyəyə qayıtmışdır. Bundan sonra iddiaçı Vahib İsmayılov malların satışından daxil olan 80 000 ABŞ dolları məbləğində pulu Tolqa Tunaya vermiş, o da izahatında bunu qəbul etdiyini, lakin “xxxxxxxxxx” MMC-yə verdiyini bildirmişdir. Hazırda iddiaçı V.x12 çatdırılması məqsədilə Ca vabdeh verdiyi 31.175 ABŞ dolları məbləğində pulun Cavabdeh tərəfindən mənimsənildiyini əsas gətirərək, həmin pulun qaytarılmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-777.2, 779.1, 385.1, 386.1, 425.1, 1096.1, 1091.1, 1093.1ci maddələrini tətbiq etmişdir. x14 çatdırılması məqsədilə Cavabdeh verdiyi 31.175 ABŞ dolları məbləğində pulun Cavabdeh tərəfindən mənimsənildiyini əsas gətirərək, həmin pulun qaytarılmasını tələb edir. Cavabdeh isə iddianın dəlillərini rədd edərək bildirdi ki, Vahib İsmayılov və Tolqa Tunanın hər ikisinin razılığı ilə Vahibdən aldığı pulu Tolqa Tunaya verməyi öhdəsinə götürmüşdür və bu müddət ərzində Vahib İsmayılovdan cəmi 31.175 ABŞ dolları məbləğində pul alaraq Tolqa Tunaya və onun göstərdiyi şəxslərə ödəmişdir. Apelyasiya məhkəməsinin icraatı müddətində Tolqa Tuna 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Apelyasiya məhkəməsinin qətnaməsində olan 3-cü şəxsin izahatından görünür ki, iddiaçıdan yalnız 80 000 ABŞ dolları məbləğində pulu aldığını və sonra həmin məbləği “xxxxxxxxxx” MMC-yə verdiyini bildirmişdir. Göründyü kimi iddia tələbi ilə məhz Tolqa Tuyaa verilməli olan pul cavabdehdən tələb olunur. Apelyasiya məhkəməsinin isə hazırkı iş üzrə yeganə araşdırılmalı olduğu məsələ pul məbləğini almış cavabdehin həmin məbləği 3-cü şəxsə ödəyib-ödənilməməsinin müəyyən edilməsindən ibarətdir. İş materialları ilə müəyyən olunur ki, 3-cü şəxs apelyasiya məhkəməsinə onun izahatının protokolda düzgün qeyd edilmədiyini, ona düzəliş edilməsini xahiş etmiş, məhz məhkəmə iclası nda pul məbləğinin cavabdeh tərəfindən ona ödənildiyini bildirdiyini, lakin məhkəmənin onun izahatını düzgün qeyd etmədiyini göstərir. Hazırkı kasassiya icraatında da 3-cü şəxs olan Tolqa Tuna mübahisə predmeti olan pul məbləği ilə bağlı eyni mövqedən çıxış etmişdir. Apelyasiya məhkəməsi isə işin məhz bu halını araşdırıb qiymətləndirməli olduğu halda mübahisə ilə əlaqəsi olmayan halları sadalamaqla kifayətlənmişdir Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ m üdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instans iyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şik ayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar