Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3167/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının idiaçı İddiaçı Cavabdeh1 qarşı, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun və təmirə çəkilmiş xərcin tutulması” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, C avabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-107/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2020-ci il tarixli qərarına əsasən, Cavabdeh2 və X13 qarşılıqlı şikayətləri əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh2 və X13 inzibati qaydada məsuliyyətə cəlb edilmələrini təmin etmək məqsədilə qəbul edilmi ş qərarın surətinin Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisinə təqdim edilməsi qərara alınmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ilə X19 arasında 18 iyun 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 445 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 28 mart 2013-cü il təvəllüdlü X9 X13 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh3 hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X15 verilməsi qət edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7785/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 45a, 37 saylı mənzildən üçüncü şəxs Cavabdeh3 qeydiyya tdan çıxarılması vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 4. xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X10 mübahisəli evi 18.600 ABŞ dollarına Cavabdeh1 satmışdır.
5. Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair 1983-cü il tarixli pasporta əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı evin mülkiyyətçisi X7 olmuşdur. Sonuncu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli yazılı iltizamdan müəyyən olunmuşdur ki, o, mübahisəli evi 18.600 ABŞ dollarına Cavabdeh1 xx.xx.2012-ci il tarixdə öz razılığı və təşəbbüsü ilə satmış, o cümlədən xx.xx.2012-ci il tarixdə İddiaçı adına 50 il müddətinə ümumi etibarnamə vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5549/2022 nömrəli 9 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh3, İddiaçı və Cavabdeh2 Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 3 saylı evdən çıxarılmaları barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1337/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. 7. 55 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, mübahisəli ünvanda Cavabdeh3, onun atası İddiaçı, anası Cavabdeh2 qeydiyyatsız yaşamış, Cavabdeh1 isə ev sahibi olmaqla xx.xx.2012-ci il tarixdən həmin ünvanda qeydiyyatda olmuşdur.
8. Mübahisəli evə dair kommunal xidmətlərə görə müqavilələr Cavabdeh1 ilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat
9. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus ünvan 1ndəki 3 nömrəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli evi xx.xx.2012-ci il tarixdə əvvəlki sahibi Sədəf Həmzəyevadan almışdır. Cavabdeh3 Salyan rayonunda yaşamış, Bakıda yaşamağa yeri olmadığı üçün iddiaçı ona özünə məxsus evdə yaşamağa icazə vermişdir. Nəvəsi olduqdan sonra qudaları – cavabdehlər İddiaçı və Cavabdeh2 nəvələrini görmək üçün tez-tez Bakıya gəlməyə başlamış, Bakıda yaşamağa yerləri olmadığından həmin vaxtlar iddiaçıya məxsus evdə qalmışlar. Nikahın pozulmasından sonra cavabdehlər iddiaçının gözdən əlil və köməksiz olmasından istifadə edərək onu və qızını evdən qovaraq, evi zəbt etmişlər.
11. Cavabdeh İddiaçı iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, oğlu iddiaçının qızı ilə ailə qurduqdan sonra ev onların, yəni yeni ailə quran şəxslərin yaşaması üçün 14.500 manata alınmış, həmin pulun 2100 manatını o, qalan hissəsini isə iddiaçı ödəmişdir. Razılığa görə ev iddiaçının adına alınmalı, cavabdeh tərəf evin əldə edilməsi üçün iddiaçının ödədiyi pulu qaytardıqdan sonra cavabdeh tərəfin adına keçirilməli idi. Yaşamaq üçün yararsız olduğuna görə cavabdeh tərəf evi sökmüş, Salyan rayonunda özlərinə məxsus evi satmış, pulun bir hissəsi ilə iddiaçıya olan borcu ödəmiş, pulun qalan hissəsi ilə isə yeni ev inşa etməyə başlamışlar. Təxminən 1 ilə yeni ev tikib həmin evə köçmüşlər. İddiaçı isə bir gün də olsun həmin evdə yaşamamış, özünün ayrıca mənzili olmuşdur. Oğlu iddiaçının qızı ilə bo şandıqdan sonra hazırkı iddianı qaldırmış, bu vaxta kimi onların evdə yaşamasına heç bir pretenziyası olmamışdır.
12. Cavabdeh tərəfdən təqdim edilmiş xx.xx.2018-ci il tarixli notarial ərizələrdən müəyyən edilmişdir ki, X8 və Vəkilov Ramin Mustafa oğlu (qonşular) 2012-ci ilin iyul ayında mübahisəli evdə cavabdeh İddiaçı ailəsi ilə birlikdə məskunlaşdığını, həmin vaxt evin yaşayış üçün yarasız vəziyyətdə olduğunu, cavabdehin 2013-cü ilin yayından həmin evi yenidən tikərək yaşayış üçün tam hazır vəziyyətə saldığını və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşamağa başladığını bildirmişlər.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, X10 onun arvadı olmuşdur. Arvadı ilə birlikdə evi iddiaçıya satmış və evin dəyəri olan pul məbləğini iddiaçının özündən al mışlar. Hər hansı digər şəxsdən evinin dəyəri kimi pul məbləği almamışlar.
14. Digər şahid X2 isə ifadəsində bildirmişdir ki, mübahisəli ev yaşayış üçün yararlı vəziyyətdə olmamış, evin əvvəlki sahibi dəyişdikdən sonra həmin evdə cavabdehlər yaşamışdır. Orda iddiaçının yaşadığını görməmiş, sonradan ev cavabdehlər tərəfindən yenidən inşa edilmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilmiş, Cavabdeh3, İddiaçı və Cavabdeh2 Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 3 saylı evdən çıxarılması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə hazırda qeydiyyatda olduğu mübahisəli evi almış, evin texniki pasportu nun əsli itdiyi üçün həmin evdə qeydiyyatda olan X10 ilə evin alğı-satqı müqaviləsini imzalamış, lakin notariat kontorunda təsdiq etməmişlər. Evin sahibi Sədəf Həmzəyeva xx.xx.2012-ci il tarixdə iltizam yazaraq evi iddiaçıya satdığını təsdiq etmiş və ona 50 il müddətinə baş etibarnamə vermişdir. Cavabdehlər həmin evin sökülərək yerində yeni ev inşa edildiyini bildirsələr də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan sənədlərdən və şahid ifadəsindən evi alan şəxsin iddiaçı olduğu öz təsdiqini tapmışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 152.5, 157.2, 178.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Birinci instansi ya məhkəməsində ikinci iş üzrə icraat
18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun xeyrinə 29.500 manatın, həmçinin ödədiyi dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun həmin evdən çıxarılmasının eyni vaxtda icra edilməsinin göstərilməsini məhkəmədən xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş qudasıdır. Onun oğlu ilə cavabdehin qızı bir-birlərini bəyənmiş və evlənmək istəmişlər. Onlar da oğlunun xoşbəxtliyi üçün onların bu qərarını dəstəkləmişlər. 2012-ci ilə qədər onlar Salyan rayonunda yaşamışlar. Nişan ərəfəsində qudası onlara təklif etmişdir ki, bəlkə elə onlar da oğlanlarını evləndirib Bakıya köçsünlər və birlikdə y aşasınlar. Qudası həmçinin bildirmişdir ki, çox ucuz və sərfəli qiymətə elə onların yaşadığı Nərimanov rayonunda uşaqlara ev alsınlar və kirayədə yaşamasınlar. Həmin vaxt onların maddi imkanı ev almağa çatmadığından aralarındakı razılaşmaya görə cavabdeh mübahisəli evi 2012-ci ilin yay ayında 17.000 manata almış və onlar həmin evə köçərək orada yaşamağa başlamışlar. Aralarındakı razılıq bundan ibarət olmuşdur ki o, cavabdehin evə görə ödədiyi pulu ona tam qaytardıqdan sonra cavabdeh evin sənədlərini onun adına keçirəcək. Həmin ərəfədə onun əlində az pul olduğundan o, maklerə 150 manat, cavabdehə isə ilkin olaraq 2.100 manat vermiş, qalan pulu isə hissə-hissə qaytaracağını bildirmişdir. 2017-ci ilə qədər o, cavabdehə 13.100 manatı hissə-hissə qaytarmışdır. Borcunu ödəmək üçün Salyandakı evi ni də satmışdır. Pulların çox hissəsini də məhz cavabdehin qızı-keçmiş gəlininə vermiş, o da anasına vermişdir. 2018-ci ildə cavabdeh yaşadıqları evi təmir etdirmək istədiklərini, ustaların təmirə 2.000 manatdan çox pul istədiklərini bildirmiş, o isə təklif etmişdir ki, 1.500 manata o təmiri edə bilər və cavabdeh razılaşmışdır. Cavabdehin qardaşı oğlu və bacısının yeznəsi ilə birlikdə onun evini təmir etmişlər və cavabdeh ona olan borcundan təmirə görə 1.500 manat çıxdığını bildirmişdir. Mübahisəli ev alınanda cəmi 1 otaq və qarşısında balaca mətbəx olmaqla, sahəsi təxminən 48 kv.m olardı. O, 2014-cü ildə həmin evi sökərək yerində 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəx tikmiş, təmir etmişdir. Hazırda evin sahəsi 96 kv.m-ə yaxın olmuşdur. Bütün bunlara isə 12.650 manat xərci çıxmışdır. O, özü usta olduğundan tikintinin çox hissəsini özü həyata keçirmiş, bu işdə ona qonşu, oğlunun dostları kömək etmişdir, bəzi işlərin görülməsinə isə fəhlə bazarından bir neçə fəhlə çağırmışdır. O, cavabdehdən həmin evin sənədlərini onun adına keçirməsini tələb etdikdə, cavabdeh evin çıxarışı olmadığı üçün sənədləşməni edə bilməyəcəyini bildirmişdir. Onun həmin pulları verməsi ilə bağlı telefon danışıqları da var ki, onların köçürüldüyü disk də iddia ərizəsinə əlavə edilmişdir. Mübahisəli evdə həmişə o, həyat yoldaşı, oğlu və gəlini yaşamış, cavabdeh heç vaxt həmin evdə yaşamamış, həmişə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 45 A, mənzil 37-də yaşamışdır. Son illər cavabdehin qızı ilə oğlunun münasibətləri pisləşdiyindən və nikahları pozulduğundan cavabdeh onlardan evi boşaltmağı tələb etmiş, o isə cavabdehə demişdir ki, gətirib pullarını ödəsin, o da evdən çıxsın. Lakin cavabdeh onun evə görə çəkdiyi xərcləri ödəmədən onu məhkəməyə vermiş və məhkəmə tərəfindən də yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Alınması, sökülüb yerində daha böyük ev tikilməsi və təmiri ilə birlikdə ona 29.500 manata başa gələn evdən onun çıxarılması qərara alındığından və həmin ev cavabdehə qaldığından, bununla da cavabdeh onun hesabına həmin məbləğdə əsassız yerə varlandığından həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Onun cavabdehdən tələb etdiyi məbləğ mübahisəli evlə bağlı olduğundan, cavabdehdən fərqli olaraq, onun başqa evi olmadığından, qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun həmin evdən çıxarılmasını n eyni vaxtda icra edilməsi göstərilməlidir.
20. Cavabdeh1 tərəfindən iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, uzun illər ərzində əllilik pensiyasını toplayıb xx.xx.2012-ci il tarixində hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 3 saylı evi almışdır. Evin texniki pasportunun əsli itdiyi üçün evin sahibi Sədəf Həmzəyeva ilə alğı-satqı müqaviləsi imzalamışlar, lakin notariat kontorunda təsdiq etdirə bilməmişlər. Evin texniki pasportunun əslinin itməsi ilə bağlı Respublika qəzetinin xx.xx.2012-ci il tarixli buraxılışında elan vermişdir. Evin sahibi Sədəf Həmzəyeva xx.xx.2012-ci il tarixində iltizam yazaraq evi ona satdığını bildirmiş və ona 50 il müddətinə baş etibarnamə vermişdir. 2012-ci ildə evə dair Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinin Nərimanov rayon MKTB 55 saylı MKİS tərəfindən “X26 küçəsi, ev 3 X1 evinin sxemi” tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Evin bütün kommunal xidmətlərinə dair müqavilələr onun adına olmuşdur. Evdə o, və oğlu qeydiyyatda olsalar da, qızı X14 qeydiyyatda olmamışdır. Qızı xx.xx.2013-cü il tarixində iddiaçının oğlu Cavabdeh3 ilə ailə qurmuşdur. Birgə nikahdan İlkin adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh3 ailəsi ilə Salyan rayonu, Qarabağlı kəndindən yaşadığı üçün və Bakı şəhərində yaşamağa yeri olmadığı üçün ona öz evində yaşamağa icazə vermişdir. Bakıda yaşamağa yerləri olmadıqları üçün Bakıya gələndə ona məxsus evdə qalmışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu Cavabdeh3 ilə qızı arasında bağlanmış nikahın pozulması, uşağı n anasının yanında saxlanması və uşağın saxlanılması hər ay 175 manat sabit məbləğdə aliment tutulması qət edilmişdir. Nikah pozulandan sonra iddiaçı və onun ailə üzvləri qızını evdən qovmuşlar. İddiaçı və onun ailəsi qanunsuz olaraq onu yaşadığı evdən məhrum etdikləri, əllilik pensiyası ilə əziyyətlə aldığı evə sahiblik və istifadə hüquqlarını pozduqları üçün o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmiş və hazırkı etiraza əlavə etdiyi sənədlərin əsillərini məhkəməyə təqdim etmişdir. Hazırkı iddianın əsassız olması ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsində yazılanlar həqiqəti əks etdirmir, iddiaçının uydurması olmuş və hər hansı hüquqi əsası olmamışdır. Bu dəlil ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə hər hansı razılaşmaları olmamış, bu iddiaçının uydurması olmuşdur. Mübah isəli evin sənədləri olmadığı üçün o, evin alğı-satqı müqaviləsini notariat qaydada təsdiq etdirə bilməmişdir. Lakin evin sahibindən iltizam və evlə bağlı baş etibarnamə almışdır. İddiaçı o zaman qudası kimi bu proseslərdə iştirak etmiş və gözdən əlil olduğu üçün yanında olmuşdur. Əgər iddiaçı ilə belə bir razılaşmaları olsaydı, öz aralarında müvafiq ilkin müqavilə bağlaya bilərdilər və ya digər yazılı formada bu razılaşmanı qeyd edərdilər. İddiaçı ilə belə bir razılaşmaları olmadığı üçün aralarında hər hansı sənəd imzalamamışlar. Bundan başqa, iddiaçı öz ərizəsində qeyd etmişdir ki, guya 150 manat maklerə, 2.100 manat ona, 2017-ci ilədək ona 13.100 manat pul vermişdir. Məhkəməyə bildirmişdir ki, iddiaçının bu dəlili də digəri kimi əsassızdır. Çünki alğı-satqı müqaviləsi onunla bağlanmışdı r və iddiaçı da oğlu ilə birlikdə şahid kimi həmin müqaviləni imzalamışlar. Əgər bu zaman iddiaçı 150 manat maklerə və 2.100 manat evin pulunu vermiş olsaydı, onda müqavilə iddiaçının adına bağlanardı və müqavilə üzrə hissəhissə ödəniş olardı. Digər tərəfdən, iddiaçı əgər ona pul versəydi, bunun yazılı qəbzini tələb edərdi və o da, təbii ki, verməli idi, çünki gözdən əlil olsa da sənədləşmə işlərinə çox həssasdır. Evin təmiri ilə bağlı, həqiqətən ev təmir olunmuş, lakin bütün mal-materialın pulunu o ödəmişdir. İddiaçı həmin pullarla mal-material almış və evi təmir etmişdir. Evin təmiri ilə bağlı iddiaçı ilə aralarında hər hansı danışıq olmamışdır. İddiaçı qeyd etmişdir ki, pullarla bağlı disk və şahidlərin ifadələri mövcuddur, lakin həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, onlara dair münasibət bildirə bilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçı hazırkı iddia ərizəsində qeyd edilənləri bildirsə də, məhkəməyə hər hansı disk təqdim edə bilməmişdir. Həmin məhkəməyə şahid qismində qonşular dəvət olunmuşlar və onlar bildirmişlər ki, mübahisəli evdə onu görməmişlər, həmin evdə iddiaçını və onun ailə üzvlərini və onun qızını görmüşlər. Həmçinin evin təmir olunduğunu da təsdiq etmişlər. Məhkəməyə bildirmişdir ki, bu faktları o da etiraf edir, həqiqətən həmin evdə o yaşamamışdır, evi qızı üçün almış və orada qızı öz ailəsi ilə yaşamışdır. Sonradan qudaları-iddiaçı və arvadı onun razılığı ilə həmin evə köçmüşlər. Evin iddiaçı tərəfindən təmir edildiyini də inkar etməmişdir, çünki iddiaçı usta olduğu üçün evin təmirində köməklik göstər miş, lakin bütün xərcləri o ödəmişdir. Beləliklə, məhkəməyə dəvət olunan şahidlər onun qeyd etdiyi faktları təsdiq etmişlər, işin mahiyyəti ilə bağlı heç nə deyə bilməmişlər. Məhkəmədə şahid qismində ifadə verən, evin əvvəlki sahibi Qocayeva Sevincin əri Qocayev Nəbi məhkəmədə bildirmişdir ki, evi ona satıblar, evin pulunu ondan alıblar, başqa şəxslərdən pul almayıblar. Bu qətnamədə öz təsdiqini tapmışdır. Əlavə olaraq onu məhkəməyə bildirmişdir ki, iddiaçının özünə məxsus olmayan bir ev üçün 29.500 manat pul xərcləməsi real deyildir. O, gözdən əlil, köməksiz, yaşlı və xəstə qadın ev üçün ödədiyi 18.600 ABŞ dolları üçün alğı-satqı müqaviləsi, iltizam, etibarnamə və s. sənədlər tərtib etdirmiş, bütün bunlar iddiaçının yanında olmuş, lakin 29.500 manat pul xərcləyən iddiaçı heç bir sənəd tər tib etməmişdir. Bütün bunlar onu göstərmişdir ki, iddiaçının öz ərizəsində qeyd etdiyi dəlillər əsassız olmuş və təmin olunması qeyri-mümkün olmuşdur. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Əksinə, hazırkı etiraza əlavə olunan sənədlərlə etirazda istinad olunan hallar tam sübuta yetirilmişdir.
21. Məhkəmə tərəfindən CD diskə baxış keçirilmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, X3 əri olmuşdur. Arvadı ilə birlikdə evi Cavabdeh1 satmış, amma satdıqları qiyməti xatırlamamışdır. Ev satılan zaman yaşayış üçün yararlı olmuşdur. Əvvəllər həmin evdə arvadının bibisi yaşamışdır. Ev giriş və iki otaqdan ibarət olmuşdur. Orada əlavə otaq olmamışdır. Sadəcə üç divardan ibarət tikili kimi bir yer olmuş, hansı ki üstü a çıq amma kənar divarları olmuşdur.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusu olmuşdur. Mübahisəli ev alınan zaman evə bənzəmirdi. İddiaçı evi aldıqdan sonra tikib təmir etmişdir. Belə ki, iddiaçı özü usta olduğundan ustalarla birlikdə evi yenidən tikmişdir. İddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının keçmiş gəlininin anasını tanımamış, heç vaxt mübahisəli evdə görməmişdir. Gəlinini həmin evə gəlib-gedəndə görmüşdür. Cavad müəllimdən qabaq həmin evdə bir ləzgi qadın yaşamış əri də həbsdə olmuşdur. Ora pis gündə olduğundan iddiaçı oranı yenidən tikib qurmuşdur. Deyirdi ki, evi oğlunu evləndirəcəyi üçün almışdır. Onun evi ilə iddiaçının evi arasında bir ev olmuşdur. Həmin y erdə ünvanlar sıra ilə müəyyənləşməmişdir. Evin təmiri üçün xərclərin kimin tərəfindən aparılmasını bilməmiş və evin əvvəllər neçə otaqlı olmasından məlumatı olmamışdır. İddiaçı həyəti təmiz dağıdıb yenidən ev tikmişdir.
24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusu olmuşdur. Qonşuluqda qəzalı tikili olmuş, iddiaçı oranı sökərək ev tikmişdir. Həmin ev uçuq vəziyyətdə olmuşdur. Həmin evlə aralarında bir divar olmuş və öz həyətlərindən baxanda həyətdə taxtadan ibarət bir tikili görünmüşdür. İddiaçıdan əvvəl həmin tikilidə kimin yaşadığını bilməmişdir. İddiaçı özü usta kimi işləmişdir. Zülfiyyə xanımı tanımamış, əvvəllər məhkəmədə şahid olanda görmüşdür. Hazırda həmin yerdə tikilmiş yeni evi olmuş, lakin evə gediş-gəlişi olmamışdır. Cava d müəllimin ailəsini həmin uçuq ev sökülüb yerində yenisi tikiləndən sonra ailəsi ilə yaşadığını görmüşdür. Lakin evin tikilməsi üçün materiallara kimin pul verməsini bilməmişdir.
25. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)2741/2022 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.
26. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh tərəf iddiaya etirazında həqiqətən evin təmir olunduğunu, lakin bütün mal-materialın pulunu özü ödədiyini, iddiaçının isə onun verdiyi pullarla mal-material alıb evi təmir etdiyini, evin təmiri ilə bağlı iddiaçı ilə aralarında hər hansı danışıq olmadığını, evi qızı üçün ald ığını və orada qızının öz ailəsi ilə yaşadığını, qudaları-iddiaçı və onun arvadının onun razılığı ilə həmin evə köçdüyünü, sonradan iddiaçının oğlu ilə qızının nikahı pozulduğundan, iddiaçının, Cavabdeh3 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini və məhkəmə qətnamələrinə əsasən iddiasının təmin edildiyini bildirmişdir. Bundan başqa, iddiaçı izahatında evi təmir etməsini özü cavabdehə təklif etdiyini, sonuncu da bu təkliflə razılaşdığını bildirmişdir. Məhkəmə baxışı zamanı iddiaçının evi təmir etməsi üçün 1.500 manat usta xərcinin evi almasına görə cavabdehə olan borcundan çıxılması barədə sonuncu ilə razılığa gəlməsi halı da öz təsdiqini tapmamışdır.
27. Məhkəmə, iddiaçının evin alınması üçün pulların çox hissəsini cavabdehin qızıke çmiş gəlininə verməsi ilə bağlı iddiaçının dəlillərini əsassız hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən CD disk dinlənilmiş və iddiaçı ilə Qaracayeva (Əzizova) Günay Adil qızı arasındakı telefon danışıqları zamanı iddiaçının mübahisəli evin alınması üçün Qaracayeva (Əzizova) Günay Adil qızına hər hansı məbləğdə pul verməsi, sonuncunun həmin pulları iddiaçıdan almasını təsdiq etməsi müəyyən edilməmişdir. Əksinə həmin danışıqlar zamanı iddiaçı tərəfindən yönləndirici suallar verilməklə, həmin suallara təsdiqedici cavabların verilməsinə cəhd etmişdir. Bununla belə həmin CD diskdəki səs yazısı hazırkı mübahisəli halın təsdiqlənməsi üçün hər hansı qənaətə gəlməyə imkan verməmişdir. 28. Мəhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin ifadələr işin məhkəmə iclasında a raşdırılan digər halları ilə üst-üstə düşməmiş, həmçinin məhkəmə, şahidlərin iddiaçı ilə tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadələri iddiaçının tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etməmişdir. Digər tərəfdən də iddiaçı tərəfindən təqdim edilən şahid ifadələri ilə evin alğı-satqısı zamanı tərəflərin arasındakı danışıqların nədən ibarət olması, eyni zamanda evin təmiri üçün çəkilən xərclərin məhz iddiaçı tərəfindən qarşılanması müəyyən edilməmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1-ci maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci iş üzrə icraat
30. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)1337/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, nəticə hissəsində cavabdehin iddiaçıya qarşı irəli sürdüyü mübahisəli evlə bağlı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə iddiaya baxılıb qurtaranadək təxirə salınmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş qudası olmuş, həmin evin alınmasında çox hissə iddiaçı tərəfindən ödənilsə də, aralarındakı razılaşmaya əsasən borc kimi hesablanmış və onun tərəfindən hissə-hissə qaytarılmışdır. İddiaçının qızı ilə oğlunun nikahı pozulduğundan iddiaçı onlardan e vi boşaltmağı tələb etmiş, o isə pullarını ödəyəcəyi halda evdən çıxacağını bildirmişdir. Lakin iddiaçı evə görə çəkdiyi xərcləri ödəmədən onu məhkəməyə vermişdir. Hazırda iddiaçıya qarşı əsassız varlanma nəticəsində yaranmış pul tələbinə dair iddia qaldıraraq, məhkəmədən xahiş etmişdir ki, qətnamənin nəticə hissəsində iddiaçı tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun evdən çıxarılmasının eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul edilsin. İddiaçıya inanaraq Salyandakı evini satıb bu evin xərclərini ödəmişdir, iddiaçının isə özünün ayrıca yaşadığı evi olmuşdur. Maddi imkanı olmadığından kirayə yaşamağa da imkanı olmamışdır.
32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)5549/2022 nömrəli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və m əruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev iddiaçının sahibliyində olmuş, sahiblik iddiaçının iradəsi olmadan cavabdehlər tərəfindən pozulmuşdur. Belə ki, evə aid olan Bakı Şəhər İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosunun 1983-cü ildə verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un surətindən görünmüşdür ki, ev əvvəlcə Sədəf Həmzəyevaya aid olmuş, sonuncu xx.xx.2012-ci il tarixdə iltizam verərək evi 18.600 dollara iddiaçıya satdığını bildirmiş, o cümlədən xx.xx.2012-ci il tarixdə iddiaçının adına 50 il müddətinə ümumi etibarn amə vermişdir. Bundan başqa, iddiaçı evdə yaşayış yeri üzrə qeydiyyatda olmuş və kommunal xidmətlərlə bağlı müqavilələr onun adına olmuşdur. Cavabdehlər evdə qeydiyyatda olmamış, evə dair onların adına heç bir sənəd olmamışdır. Cavabdehlərin hazırda evdə yaşaması iddiaçının iradəsinə zidd olmuşdur. Odur ki, onların evdə yaşaması Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən qanunsuz sahiblik sayılmışdır.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən irəli sürülmüş əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə iddia həll edilənədək hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci iş üzrə icraat
35. Cavabdeh İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(103)-5549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-727/2023 nömrəli qərarı ilə (hakim Zaur Əliyevin məruzəsi ilə, hakimlər Əhməd Nurməmmədov və Abiddin Hüseynovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
37. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinin əvvəlki sahibi olması mübahisə olunmamışdır. Bununla belə, apellyasiya instansiyası mə hkəməsi iddiaçının yaşayış sahəsinə sahiblikdən qadağan edilmiş özbaşınalıqla (iradəsi xaricində) məhrum edilməsi, yoxsa bu halın onun iradəsinə uyğun şəkildə baş verməsini işdəki sübutlar əsasında müzakirə etməmiş, bu xüsusata hüquqi qiymət verməmişdir. Halbuki, iddianın sahibliyin müdafiəsi qaydasında təmin edilməsi üçün bu halın düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə iddianın əsaslı olması qənaətinə gələrkən həm də cavabdehin sahibliyinin qanunsuz olmasını (sahibliyin hər hansı müqavilə və ya qanuni əsasa söykənməməsini), eləcə də tələbin qanunla nəzərdə tutulmuş müddətdə irəli sürülməsini əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən hallar üzrə araşdırma aparılmadan iddianın sahibliyin müdafiəsi qaydasında əsaslı sayılması, maddi hüq uq normalarının səhv tətbiq olunduğuna, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılması barədə prosessual hüquq normalarının tələblərinə əməl olunmadığına dəlalət etmişdir.
38. Bundan əlavə bildirmişdir ki, o və ailəsi iddiaçı ilə razılaşmaya uyğun olaraq mübahisəli yaşayış sahəsinə köçdükdən sonra orada inşaat işləri aparmış, yəni vəsait qoyaraq yaxşılaşdırmalar etmişdir. İddiaçı bildirdiyinə görə həmin yaxşılaşdırmaların əvəzinin əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmasına dair ayrıca icraatda iddia qaldırmışdır. Belə olan halda, iddiaçının cavabdehi evdən çıxarmaq tələbi əsaslı sayılsa belə, sonuncunun evə qoyduğu yaxşıl aşdırmaları geri almaq tələbinin bu iş üzrə iddianın həllinə təsiri, o cümlədən yaxşılaşdırmaların əvəzini almadığı halda cavabdehin yaşayış sahəsini öz sahibliyində saxlamaq hüququnun olub-olmaması müzakirə edilməli, gəlinən nəticə əsaslandırılmalı, İddiaçı əsassız varlanma iddiası üzrə işə apellyasiya instansiyası məhkəməsində baxıldığı halda isə işlər eyni icraatda birləşdirilməklə məsələyə bütövlükdə hüquqi qiymət verilməlidir..
39. Kassasiya instasiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7. 159, 163.1, 164.1, 164.2, 165.1, 165.2, 1091.1, 1091.2 və 1092.2-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci iş üzrə icraat
40. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)2741/2022 nöm rəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin, mübahisəli-yararsız köhnə evin otaqlarının sökülüb yerində təxminən 96 kv.m.-ə yaxın 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəxin tikilib və təmir edilməsinə çəkilən xərcin müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən xx.xx.2022-ci il tarixli vəsatətin təmin edilməsi xahiş edilmişdir.
41. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçnin göstərilmişdir ki, evin həqiqətən də 1 otaq və qarşısında balaca mətbəx olmasını məhz cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahid X16 da təsdiq etmişdir. Bundan başqa, mübabisəli evin satılmas ı zamanı xx.xx.2012-ci il tarixdə evi satan S.Həmzəyevanın iltizamı var ki, orada da evin 2 otaqlı olması göstərilmişdir. Digər sübutlar onun vəsatəti əsasında xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında dindirilmiş şahidlər: X8 və X4 ifadələridir ki, onlar da ifadələrində mübahisəli evin yerində əvvəl olmuş evin yararsız vəziyyətdə olduğunu, evin iddiaçı tərəfindən sökülüb yerində təzə-mübahisəli evin tikildiyini bildirmişlər. Şahid ifadələri işin iddia etdiyi bütün halları ilə tam üst-üstə düşmüşdür ki, məhkəmə bu halı görməmişdir. Digər bir sübut məhkəməyə təqdim etdiyi iddiaçı və onun keçmiş gəlini-cavabdehin qızı arasında olan telefon danışıqlarının köçürüldüyü diskdir ki, məhkəmə həmin diski də sübut kimi qəbul etməmişdir. Halbuki, həmin diskdən də müəyyən olunur ki, cavabdehin qızı iddiaçıya 12.650 manat vermələri şərtilə, iddiaçının evdən çıxmağa razı olub-olmamasını dəqiqləşdirmişdir. Diskdəki səs yazısı məhkəmə iclasında tədqiq olunan zaman da iddiaçıya verilmiş suallara cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehə verdiyi pulların bəzilərini məhz cavabdehin özünün istəyi ilə qızı vasitəsilə göndərmiş, sonradan həmin pulların həqiqətən də cavabdehə verilməsini soruşduqda cavabdeh qızının həmin pulları ona verdiyini təsdiqləmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatında ümumiyyətlə, evin yenidən tikilməsi, yeni otaqlar əlavə edilməsi və təmiri barədə heç nə bildirməmiş, bununla bağlı suallara yayındırıcı cavablar verməyə çalışmışdır. Yalnız özlərinin gətirdikləri şahidin ifadəsində köhnə evin 1 otaq və 1 balaca mətbəx olması bild irildikdən sonra evin tikilməsinə və təmirinə çəkilən xərclərin onun tərəfindən qarşılandığını bildirmiş, xərcin miqdarı barədə verilmiş suala isə təxminən 5.000 - 6.000 manat cavabını bildirmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında isə cavabdeh məhkəmənin özü tərəfindən çəkilən xərcin məbləği ilə bağlı suala 3.000-4.000-5.000 manat deyərək cavab vermişdir. Cavabdehin ziddiyyətlərlə dolu mövqeyindən biri də özünü bunda göstərir ki, mübahisəli evlə bağlı bundan əvvəl qaldırdığı xx.xx.2022-ci iltarixli iddia ərizəsində guya özünün də mübahisəli evdə cavabdehlərlə birlikdə yaşadığını iddia etmişdir. Hazırkı işdə isə digər sübutlar onun bu mövqeyini aşkar şəkildə təkzib etdikdə cavabdeh mübahisəli evdə yaşamadığını təsdiq etməyə məcbur olmuşdur. Birləşdirilmiş mülki iş üzrə icraat.
42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)3701/2023 nömrəli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.
43. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8138 nömrəli ekspert rəyinə əsasən ünvan 1ndə yerləşən 3 saylı evə dair iş materiallarının 28-33-cü vərəqlərində olan texniki inventarizasiya və qiymətləndirməyə aid pasportda əks olunmuş evin sxemi ilə hazırkı vəziyyəti müqayisə edilərək, tikililərin planda yerləşməsi, ölçüləri, təyinatı və digər texniki parametrlə ri uyğun gəlmədiyindən, aparılmış əlavə tikinti və təmir işlərinin dəyərini müəyyən etmək mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. ünvan 1ndə yerləşən 3 saylı evə dair iş materiallarının 43-cü vərəqində olan evin sxemi ilə hazırkı vəziyyəti müqayisə edilərək, yaşayış evində aparılmış yenidənqurma və tikinti-təmir işlərinin 2014-cü ilin bazar qiymətləri nəzərə alınmaqla təqribən 7.027 manat məbləğində dəyəri müəyyən olunmuşdur.
44. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (birləşmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər quda olduqları üçün heç kim qəbz almamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iş normal araşdırılsaydı, sonradan qərar araşdırmaya uyğun olmamışdır. Məhkəmə sübutların olmadığını bildirmişdir. Qarşı tərəfin vəsatəti əsasında evi satan adam dindirilmiş, izahatında bildirmişdir ki, satan zaman ev 1 otaqdan ibarət olmuş, qarşısında kiçik mətbəx və natamam hasar olmuşdur. Evin alğı-satqısı zamanı cavabdehdən iltizam alınmışdır. Həmin iltizamda cavabdeh evin iki otaqlı olmasını bildirmişdir. Qeyd edilmişdir ki, ev alınan zaman 48 kv.m olmuşdur. İddiaçı evin yalnız təmirinə 12.650 manat xərc çəkmişdir. Bundan başqa birinci instansiya məhkəməsi icraatı zamanı şahidlər təqdim etmişlər. Onlar ifadələrində evin yararsız vəziyyətdə olduğunu və evin iddiaçı tərəfindən sökülərək yerində tikildiyini bildirmişlər. Məhkəmə isə şahid ifadələrinə tənqidi yanaşaraq, şahid ifadələrinin işin halları ilə uyğun olmadığını, şahidlərin iddiaçı ilə tanışlıq əlaqəsində olmağını bildirmişdir. Hazırkı işdən əvvəl iddiaçının evdən çıxarılmasına dair məhkəmə işi olmuşdur. Həmin iş üzrə heç bir yerdə cavabdeh tərəfindən evin sökülüb tikilməsi ilə bağlı bir cümlə belə qeyd edilməmişdir. Hazırkı iş üzrə isə cavabdeh yalnız şahidlərin ifadələrindən sonra bildirmişdir ki, evi iddiaçı təmir etmiş, pulu cavabdeh vermişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı ondan pulu qaytardıqca qəbz verməli idi, əgər qəbz almayıbsa deməli pulu iddiaçı verməyib. İddiaçı savadsız olduğunu və sənəd işlərini bilmədiyini etiraf etmişdir. Eyni zamanda, aradan illər keçdiyi üçün tələb etdikləri məbləği indeksləşdirilməklə 4.850 manat da cavabdehdən tutulmalıdır.
45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tar ixli, 2(103)107/2024 nömrəli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Akif İsgəndərov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2741/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmişdir. Cavabdeh1 7.027 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birləşdirilmiş iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1337/2022 nömrəli qətnaməsi İddiaçı aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi ona qarşı təmin edilmişdir. İddiaçı Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 3 saylı evdən çıxarılması, İddiaçı 7.027 manat məbləğində vəsaitin ödənilməsi ilə onun evdən çıxarılması eyni vaxtda icra edilməsi qət edilmişdir.
46. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəmələri gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermişlər.
47. Birinci işə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, evin 17.000 manata alınmasını, evə görə ödənilmiş vəsaitin Cavabdeh1 tam qaytarıldıqdan sonra evin sənədlərinin İddiaçı adına keçirəcəyi ilə bağlı aralarında razılıq olmasını, Cavabdeh1 evin pulunun hissə-hissə ödənildiyini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
48. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı tərəfindən həmin evə təmir xərclərinin çəkilməsi işdə olan sübutlarla təsdiq olunmuşdur. Belə ki, işdə olan şahid ifadələrinə əsasən ailəsi ilə birgə mübahisəli evdə yaşayan İddiaçı həmin evdə təmir işləri aparmışdır. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 sözügedən ünvanda ümumiyyətlə yaşamamışdır. Cavabdeh1 təmir işlərinin onun vəsaiti hesabına İddiaçı tərəfindən həyata keçirildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
49. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh1 yaşamadığı evin təmirinə görə vəsait xərcləməsi ağlabatan deyildir. Bundan başqa, məhkəməyə təqdim olunmuş CD diskdə olan səs yazısından aydın olmuşdur ki, Cavabdeh1 qızının keçmiş qaynatası İddiaçı ilə telefon danışığında İddiaçı evin təmirinə 12.000-13.000 manat məbləğində xərc qoyduğunu, Cavabdeh1 qızı isə onun gözünün qabağında evin təmirinə nağd 7.000 manat pul xərcləndiyini bildirmişdir.
50. Məhkəmə kollegiyası ekspert rəylərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, təmir xərcinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh1 7.027 manat məbləğində vəsait tutulmalıdır.
51. Məhkəmə kollegiyası iddiaçının tələb edilən məbləği indeksləşdirilməklə 4.850 manatın da cavabdehdən tutulmalı olduğu tələbi ilə bağlı qeyd etmişdir ki, mülkiprosessual qanunvericiliyin tələblərinə əsasən yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməmişdir.
52. Birləşdirilmiş işə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İşdən göründüyü kimi, Cavabdeh1 ona məxsus evi keçmiş qudası İddiaçı əvəzsiz istifadəsinə vermişdir. Tərəflər arasında bununla bağlı hər hansı müddət müəyyən edilməmişdir, çünki qohumluq münasibətlərinin gələcəkdə pozulacağı tərəflərə bəlli deyildir.
53. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı həmin evin vicdanlı sahibi olmuş, yəni Cavabdeh1 vaxtilə iradəsinə uyğun orada yaşadığından və təmirə cəkilmiş xərclərin ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlı olduğundan, təmir xərclərinin əvəzi olaraq İddiaçı 7.027 manat vəsaitin ödənilməsi ilə onun ünvan 1ndə yerləşən 3 saylı evdən çıxarılması eyni vaxtda icra edilməlidir.
54. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 159, 163.1, 732, 734.1, 736.3, 736.4, 1091.1, 1091.2 və 1094-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, səs yazıları ona aid olmamış və başqa şəxslərin ifadələri onun mülki məsuliyyətə cəlb olunmağı üçün əsas ola bilməzdi. Digər tərəfdən, səs yazılarında İddiaçı yönəldici suallar verməsi və təzyiq etməklə cavabların alınması əks olunmuşdur. Məhkəmə nəzərə almamışdır ki, həmin səs yazıları təsədüfi səs yazısı deyil, iddiaçı tərəfindən əvvə lcədən hazırlanmış ssenari üzrə həyata keçirilmiş və məqsədi nəyin bahasına olmasına baxmayaraq qızından etirafedici ifadələrin əldə edilməsi olmuşdur. Məhz bu səbəbdən də iddiaçı təzyiqlə eyni sualları bir neçə dəfə təkrar edərək “istədiyi” cavabın alınmasına səbəb olmuşdur. Digər tərəfdən, qızı təmir xərcləri barədə məlumatsız olmuş, o birinci və apellyasiya instansiyasında bildirmişdir ki, həmin səs yazıları onun intihar cəhdlərindən xəstəxanada və oradan yeni çıxdığı dövrə aid olmuş, həmin dövrdə o, yorğun və ağrılı olmuş və telefonla çox danışmaq taqəti olmamışdır. Məhkəmənin “ağlabatan” mövqeyini hansı dəlillərlə əsaslanıdırması bəlli olmasa da, övladlarının yaşadığı mənzillərin onların valideynləri tərəfindən təmir etdirilməsi təcrübəsi geniş yayılmışdır. Təəssüflər olsun ki, apelly asiya instansiyası məhkəməsi bunları nəzərə almamışdır.
57. Qətnamədən İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilməyən hissədində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
58. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın. dəyərindən artıq olma maq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
61. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
62. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
63. Maddə
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
64. Maddə 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək v əzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir.
65. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
66. Maddə 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər.
67. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
68. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmay a haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
69. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
79. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
81. Cavabdehin kassasiya şikayətinin işin faktiki ha llarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
82. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasi ya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
85. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 27 may 2024-cü il tarixli 2(103)107/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir