Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3169/2020 01.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)4609/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Zəngilan rayon məhkəməsinin (hakim Gülsarə İmanova) 2(034)-430/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Zəngilan ra yon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-632/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Fuad Məmmədov, Məhəmmədli Rzayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavebdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Zəngilan rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi hər uşaq üçün 160 manat olmaqla iki uşaq üçün cəmi 320 manat sabit pul məbləğində aliment tutulmasına dair hi ssədə dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə Zəngilan rayon məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin d əlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər uşaq üçün 160 manat alimentin ödənilməsi cavabdehin imkan xaricindədir. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh məcburi köçkündür, bundan başqa həbsdən yenicə çıxmışdır, hal-hazırda işləmir. Məhkəmənin bu cür yanaşmasını əsassız hesab edir. Əgər cavabdeh özü normal yaşayırsa alimenti ödəməlidir. Məhkəmə uşaqların mənafeyini nəzərə almaq əvəzinə cavabdehin mənafeyini üstün tutmuşdur.Məc buri köçkün olması ona hər hansı üstünlük vermir. Nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin özlərinə dövlət qayğı göstərir. Amma bu o, demək deyildir ki, məcburi köçkün olan atanın aliment ödəməməkdə hər hansı bir üstünlüyü vardır.Apellyasiya məhkəməsi işə birtərəfli qaydada baxmış, nəticədə qərəzli qətnamə çıxarmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçı kasasiya şika yəti verərək iddia tələbinin rədd edilən hissədə qətnaməni mübahisələndirir. Cavabdeh isə qətnamədən kasasiya şikayəti verməmişdir. Ona görə də, qətnamənin mübahisələndrilməyən hissəsi kasasiya qaydasında yoxlanılmadı. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh tarixdə nikahlarını xx.xx.2006-cı il tarixdə rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birg ə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Aysel və xx.xx.2008-ci il təvəllüdlü Fidan adlı uşaqları doğulmuş, Zəngilan rayon məhkəməsinin 2(034)-557/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında olan nikah ləğv edilmişdir. Zəngilan rayon məhkəməsinin 2(034)-632/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan uşağının saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 77 manat olmaqla, cəmi 154 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı tələbində Zəngilan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)632/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına ç atana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutuilmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Tələbin hüquqi əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin normaya görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Pelunumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsasl ı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Plenumun qərarında həmçinin qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və ali ment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” Apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin ödənilməsi cavabdehin imkanı xaricindədir. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh məcburi köçkündür, bundan başqa həbsdən yenicə çıxmışdır, hal-hazırda heç bir yerdə işləmir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq və azyaşlı uşaqların mənafeyini, elədə də, cavabdehin maddi vəziyyətini əsas götürərək hesab etmişdir ki, cavabdehdən hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərl ə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cavabdehin maddi durumunu nəzərə alaraq iddia tələbini qismən təmin etmişdir. Eyni zamanda məhkəmə uşaqların mənafeyini nəzərə alıb, məcburi köçkün olan və həbsdən yeni çıxmış cavabdehdə qarşı alimentin artırılması barədə tələbi qis mən təmin etmişdir. İddiaçı kasasiya şikayətində məcburi köçkün olan cavabdehin aliment ödəməməkdə hər hansı bir üstünlüyünün olmadığını qeyd edir. Lakin iddiaçı bu halı qeyd edərkən nəzərə almamışdır ki, məhkəmə qətnaməsi ilə cavabdehdən alimentin tutulması qət edilmiş, hazırki mübahisələndirilən qətnamə ilə də həmin alimentin miqdarının artırılmışdır, iddiaçının qeyd etdiyi kimi alimentin ödənilməməsi halı mövcud deyildir. Məhkəmə haqlı olaraq aliment məbləğini müəyyən edərkən cavabdehin də maddi durumunu nəzərə almış, iddia tələbini qismən təmin etmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb davam edən münasibət olmaqla cavabdehin maddi durumundan dəyişiklik olduğu halda iddiaçı yeni tələblə məhkəməyə müraciət edərək alimentin artırılmasını tələb edə bilər. Azərb aycan Respublikası MPM-in 233.4-cü maddəsində göstərilir ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişdikdə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmə dən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-4609/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3169/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3169/2020
01.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver