Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3169/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)2205/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərə k, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(060)-431/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4749 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 12,15 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)-2205/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(060)431/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(105)-2205/2021 nömrəli qətnaməsinin ləğ v edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-2205/2021 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, onun tərəfindən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1- ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qayt arılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, Cavabdeh 4749 manat məbləğində dəymiş ziyanın əvəzi tutulmuş, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, apellyasiya şikayətini yalnız cavabdeh verməklə apellyasiya məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda da, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyindən kassasiya şikayəti ilə mübahisələndirilən məbləğ 4749 manat təşkil edir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 4 07-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh əvvəllər də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)-2205/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin 28 oktyabr 2021ci il tarixli, 2(102)-6792/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti ndə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilməmişdir. Müəyyən olunur ki, həmin kassasiya şikayəti cavabdeh tərəfindən 23 sentyabr 2021-ci il tarixdə verilmiş və MPM-in həmin zaman qüvvədə olmuş 404-1-ci maddəsinə əsasən mübahisələndirilən qətnamədən kassasiya şikayəti vermək imkanı mövcud olduğundan Ali Məhkəmənin qərardadında məbləğ şikayəti icraata qəbul edilməsinə imkan verməyən hal kimi qeyd edilməmişdir. Lakin hazırki kassasiya şikayəti verilərkən artıq MPM-in 402.1-ci maddəsinin yeni redaksiyası qüvvəyə mindiyindən kassasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə ak tı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(105)-2205/2021 nömrəli qətnaməsindən Cavabdehn tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayı
Məhkəmə qərarları › İş №2(102)-3169/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3169/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver