Məhkəmə qərarları › İş №2(102)-3169/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3169/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3169/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-705/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şi kayətinə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 301804-145543/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir.

2. Bank ilə Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, 301804145543/1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 3. 29 iyun 2022-ci il tarixli maliyyə arayışına görə Cavabdeh2 10 avqust 2021-ci il tarixli, 301804-145543/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən 11180,14 manat məbləğində əsas və 1457,19 manat faiz olmaqla, cəmi 12637,33 manat borcu var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11180,14 manat məbləğində əsas borc və 1457,19 manat faiz borcu olmaqla, ümumilikdə 12637,33 manat və 128,31 manat məbləğində dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər.

6. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddia tələbini qism ən qəbul etdiyini, yaranmış borcu Cavabdeh2 uzun müddət xəstə olması və maddi vəziyyətinin ağır olması səbəbindən ödəyə bilməməsini bildirmişdir. Sözügedən kredit müqaviləsi üzrə zamin olduğundan, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(004)3918/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 11180,14 manat əsas borc və 1457,19 manat faiz borcu olmaqla, cəmi 12637,33 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,31 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit v əsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır.

10. Məhkəmə gəld iyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 739.2, 743, 470.1, 472.1, 472.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, bank tərəfindən göstərilən əsas və faiz borcları düzgün hesablanmamış, onun ödəniş etdiyi məbləğlər nəzərə alınmamışdır. Bu səbəbdən iş üzrə müvafiq məhkəməmühasibatlıq ekspertizası təyin olunmalı idi. Bildiriş məktublarında onun yaşadığı ünvan düzgün göstərilməmiş, sonuncu məhkəmə ic lasına bir gün qalmış axşam saat 18:17-də mobil telefon nömrəsinə zəng olunaraq məhkəmə prosesinin növbəti gün səhər saat 09:15-ə təyin olunduğu bildirilmiş, o isə Qusar şəhərində yaşadığına görə həmin vaxt məhkəmə prosesinə gəlməyi və məhkəmə prosesinin başqa vaxta təxirə salınmasına dair vəsatət verməyi praktiki olaraq mümkünsüz olmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/618 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilmişdir ki, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imz alanmış 10 avqust 2021-ci il tarixli 301804-14543/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə sualda soruşulan xx.xx.2022-ci il tarixinə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan borcu əsas borc üzrə 11531,17 manat, faiz borcu üzrə 675,54 manat müəyyən edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-705/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Məhəmməd Rüstəmli) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3918/2022 saylı iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilmiş və iddiaçının xeyrin ə tutulmalı olan faiz borcunun məbləği 675,54 manat məbləğində müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunvericiliyin müvafiq normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, cavabdehlərin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Cavabdeh2 apelyasiya şikayətində borc məbləğini mübahisələndirərək, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini göstərmişdir. Eyni zamanda Cavabdeh2 nümayəndəsi-vəkili ərizə ünvanlayaraq iş üzrə m əhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə kollegiya tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/618 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 10 avqust 2021-ci il tarixli 301804-14543/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə sualda soruşulan xx.xx.2022-ci il tarixinə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan borcu əsas borc üzrə 11531,17 manat, faiz borcu üzrə 675,54 manat müəyyən edilmişdir.

17. İddianın əsas borc məbləğinə aid hissəsində kollegiya qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 11180,14 manat məbləğində əsas borcun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə isə əsas borcun məbləği 11531,17 manat müəyyən edilmişdir. Belə olan halda kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır, odur ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün kollegiya hesab etmişdir ki, iddia tələbi əsas borca aid hissədə iddia tələbi həcmində təmin edilməlidir, belə olan halda əsas borca aid hissədə məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Faiz borcuna münasibətdə isə iddiaçı 1457,19 manat faiz borcu tələb etmiş, məhkəmə tərəfindən faiz borcu həmin məbləğdə tutulmuşdur. Ekspert rəyi ilə isə faiz borcunun 675,54 manat məbləğində olduğu müəyyən edilmişdir. Kollegiya faiz borcuna dair hissədə məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsas tutmuş və hesab etmişdir ki, həmin hissədə ekspertiza rəyi üzrə müəyyən edilmiş məbləğ – 675,54 manat cavabdehlərdən tutulmalıdır.

19. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1. 442, 443.1, 448.1, 472.1, 472.2, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri

20. Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 11.04. 2023-cü il tarixli, 2(103)-705/2023 saylı qətnaməsi aşağıdakılara əsasən ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, məhkəmə qətnaməsində göstərilmişdir ki, işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bildirilir ki, məhkəmə baxışının tarixi və vaxtı barədə nə cavabdehə, nə də nümayəndəsinə müvafiq qaydada məlumat verilməmişdir. İş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə nə cavabdeh, nə də nümayəndəsi tanış edilməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borcun məbləği də düzgün hesablanmamış, cavabdeh tərəfindən ödənilmiş məbləğlər həmin rəydə öz əksini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi isə mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutlar və mülki-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmadan apellyasiya şikayətini qismən təmin etmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin materialları ilə yoxlayaraq işdə olan bütün sübutları tədqiq edib qiymətləndirərək ədalətli qərar qəbul etməlidir.

22. Kassasiya şikayəti ə saslandırılarkən Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 418.1, 418.2-ci maddələri, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

29. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizl ərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərə findən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-705/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar