Məhkəmə qərarları › İş №2(102)-317/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-317/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-317/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Cavabdeh Cavabdeh: X7 Cavabdeh: X3 iddia tələbi: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Fərid Saleh oğlunun, Cavabdeh iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-266/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il t arixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -xx.xx.2014-cü il tarixli, **********24014 saylı kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, «xxxx» ASC tərəfindən X6 illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. -xx.xx.2014-cü il tarixli, **********24014/01/İP saylı sonrakı ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan ünvanında 0,019 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45 nömrəli, 1 mərtəbəli, 125,2 kv.m. ümumi, 61,7 kv.m. yaşayış, 63,5 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi «xxxx» ASC-yə ipoteka qoyulmuşdur. Müqavilənin 3.5-ci bəndindən görünür ki, ipoteka predmetinin likvid dəyəri 45.000 manat müəyyən edilmişdir. -DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan ünvanında yerləşən fərdi yaşayış evi və 0,019 ha torpaq sahəsi «xxxx» ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. -«xxxx» MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvanında yerləşən fərdi yaşayış evi və 0,019 ha torpaq sahəsinin hazırki bazar dəyəri 45.000 manatdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019 -cu il tarixli, 13160 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində borcun hesablandığı xx.xx.2016-cı il tarixə X5 “xxxx” ASC-yə olan borcu 29.222,76 ABŞ dolları məbləğində, o cümlədən 28.890,52 ABŞ dolları əsas və 332,24 ABŞ dolları faiz borcu təşkil etmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31154 saylı ekspert rəyindən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli **********24014 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixə X5 “xxxx” ASC-yə olan borcu 37.490,66 ABŞ dolları, o cümlədən 28.827,88 ABŞ dolları əsas və 6039,44 ABŞ dolları faiz borcu, xx.xx.2018-ci il tarixə 28.827,88 ABŞ dolları əsas və 8662,78 ABŞ dolları faiz borcu təşkil etmişdir. Birinci və apellyasiya ins tansiyası məhkəməsində icraat İddiaçı «xxxx» ASC iddia ərizəsi və MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminə dəyişiklik edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2014-cü il tarixli, **********24014/01/İP nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli, **********24014 nömrəli kredit müqaviləsi üzrə borc alan X5 iddiaçı «xxxx» ASC qarşısındakı 27.968,48 ABŞ dolları əsas borc, xx.xx.2017-ci il tarixinə illik 18% dərəcəsi ilə kreditdən istifadəyə görə hesablanmış 7.012,01 ABŞ dolları məbləğində faiz borcu, cəmi xx.xx.2017-ci il tarixdən xx.xx.2018- ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış 2.686,53 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 37.667,02 (otuz yeddi min altı yüz altmış yeddi ABŞ dolları, 02 sent) ABŞ dolları və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X7 və X3, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 45.000 manat məbləğində təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(043)-18/2018 saylı qətnaməsi ilə (hakim Y.X.Həşimov) iddia qismən təmin edilərək, cavabdeh X4 27.968,48 ABŞ dolları və 1.052,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 29.021,47 (iyirmi doqquz min iyirmi bir ABŞ dolları qırx yeddi sent) ABŞ dolları milli manat ekvivalentində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ünvanında yerləşən fərdi yaşayış evinə və 0,019 ha torpaq sahəsinə yönəldilməsi, həmin evin açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 (qırx beş min) manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, iddia tələbinin digər hissələrdə rədd olunması qət edilmişdir. Qətnamədən iddiaçı «xxxx» ASC və Cavabdeh apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-266/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) iddiaçı «xxxx» ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(043)-18/2018 saylı qətnaməsinin cavabdeh X4 1.052,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, həmin məbləğ 7012,01 (yeddi min on iki dollar bir sent) ABŞ dolları olmaqla, cavabdeh X4 27.968,48 ABŞ dolları və 7012,01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 34.980,49 (otuz dörd min doqquz yüz səksən dollar qırx doqquz sent) ABŞ dolları milli manat ekvivalentində pulun tutulması, qətnamənin fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 (qırx beş min) manat dəyərində müəyyən edilməsi hissəsində dəyişdirilməsi, həmin məbləğin 50.000 (əlli min) manat müəyyən edilməsi, qətnamənin iddia tələbinin fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X7 və X1, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X7 və X3, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, xx xxxxxxxx 2019-cu il ta rixli 13160 saylı və xx xxxxxx 2020-ci il tarixli ekspertiza rəylərinin alınması üçün keçirilmiş ekspertizanın dəyəri olan cəmi 290 (iki yüz doxsan) manat məbləğində pul cavabdeh X4 tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə tutmanın ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi və mənzilin tərk edilməsi hissəsində səhvə yol vermiş, məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etməmiş, cavabdehə faiz hesablanması dayandırılmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, eyni ekspertiza tərəfindən borc fərqli rəqəmlərlə hesablanmış, lakin apellyasiya instansiyası məhkəməsi heç bir səbəb göstərmədən daha çox hesablanan ikinci rəyi əsas götü rmüşdür və həddindən artıq cərimə borcu hesablamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Fərid Saleh oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı «xxxx» ASC-nin nümayəndəsi, cavabdehlər X7 və X3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olm adan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. -399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. -203.3.1-ci maddəsinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alın masına yol verilir. -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ilə ipoteka olan, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərra cdan satmaq hüququna malikdir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.2-ci maddəsinə əsasən isə zərər həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. -472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -739.1-c i maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. -39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. -39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -59.1-ci maddəsinin tələbinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. -59.3-cü maddə sinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin hallarından göründüyü kimi bankın cavabdehlə bağladığı kredit müqaviləsi üzrə kreditin verilməsinin müddəti xx.xx.2017-ci ildə bitmişdir. İddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borclana 18% ödənilməsi şərti ilə kredit verilmişdir. Bu səbəbdən kassasiya kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31154 saylı ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində faiz borcunun məbləği 6039,44 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Yəni apellyasiya instansiyası məhkəməsi müqavi lə müddəti bitdikdən sonra da faiz borcunun 18%-lə xx.xx.2018-ci ilə qədər hesablanmasının düzgün olmamasını nəzərə almamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə istinad etməklə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, fərdi yaşayış evinə tutma yönəldikdən sonra 1 ay ərzində orada yaşayan cavabdehlər və onların ailə üzvləri həmin evi tərk etməlidirlər. Buna görə fərdi yaşayış evinin boşaldılmalı olmamasına dair kassasiya şikayətinin dəlili əsassızdır. İşin şərh olunan hallarını müzakirə edən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə faiz borcuna aid hissədə dəyişdirilməli, faiz borcun məbləği 6039,44 ABŞ dolları məbləğində müəyyən edilməli və qə tnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-266/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Faiz borcu 6039,44 ABŞ dolları məbləğində müəyyən edilsin.Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar