Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-317/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, abonent borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2021-ci il tarixli, 2(103)2624/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh istifadəsindədir və həmin ev İddiaçı İB tərəfindən təbii qazla təchiz olunur. İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən qaz sayğacına müdaxilə və istehlakçı tərəfindən sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edildiyinə görə tərtib edilmiş Təbii X1nın pozulması haqqında 26 may 2016-cı il tarixli 080471 saylı akt əsasında 226,80 manat; 31 mart 2018-ci il tarixli ******* saylı akt əsasında 1767,20 manat; 28 fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; 28 fevral 2019-cu il tarixli ******* saylı akt ə sasında 486 manat; 29 mart 2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30 aprel 2019-cu il tarixli ******* saylı akt əsasında 207 manat; 30 may 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28 iyun 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31 iyul 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30 avqust 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28 fevral 2020-ci il tarixl i ******* saylı akt əsasında 295,20 manat; 11 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 108,20 manat məbləğində olmaqla, ümumilikdə 3148,90 manat məbləğində zərər hesablanmışdır. Həmin aktların hər biri istehlakçının adının qarşısında “imtina etdi” qeydi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 6952,70 manat məbləğində dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin ünvanında fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 11 mart 2020-ci il tarixdə Zenner markalı, G-4 mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına müdaxilə edildiyi aşkar edilmişdir. Cavabdehin təqsirli hərəkətləri (qaz xəttinə qeyri-qanuni qoşulma) nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında iddiaçıya cəmi 3148,90 manat məbləğində maddi zərərin vurulması müəyyən olunmuşdur. Həmçinin abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 3784,20 manat məbləğində borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 69 52,70 manat təşkil etməkdədir (AGİS aktları üzrə 3148,90 manat + GASREP qalıq borcu 3784,20 manat + İstifadə edilmiş qaz sərfiyyatına görə cari borc 5,90+13,70 manat = 6952,70). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)3310/2020 nömrəli qətnaməsi ilə (hakim A.A.Qasımov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 149,70 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 169,70 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabineti nin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın tələblərinə uyğun tərtib olunmamışdır. Bundan başqa, ilk dəfə 26 may 2016-cı ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma və sayğaca müdaxilə müəyyən edildiyi halda - həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülübgörülməməsi həmin Aktlarda qeyd olunmamışdır. Həmçinin, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin Aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Göstərilənləri ümumiləşdirən məhkəmə hesab etmişdir k i, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulmalarla əlaqədar tərtib edilən məlum Aktların yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3148.90 manat məbləğində pulun” tutulmalı olmasının əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini heç bir hissədə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Bununla belə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən **********03710 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi nəticəsində 2020-ci ilin altı ayı üçün 149,70 manat yaranmış borcu mövcuddur. b) Apellyasiya instansiyası m əhkəməsində icraat İddiaçı İB apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)-3310/2020 nömrəli qətnaməsinin təmin olunmamış hissəsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2021-ci il tarixli, 2(103)-2624/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)-3310/2020 nömrəli qətnaməsi 17 akt üzrə cəmi 3148,9 manat zərərin tutulmasının təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 351 manat zərərin tutulması, qətnamənin 169,7 manat cəmi məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cəmi məbləğin 520,7 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya baxışı zamanı keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizasının 14 iyun 2021-ci il tarixli, 10/1587 və 9/2388 saylı rəylərinə əsasən ünvan 2 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə borucuq vardır ki, həmin borucuq vasitəsi ilə iş materiallarına əl avə edilmiş “Təbii X1nın pozulması haqqında” aktlarda göstərilən şəraitdə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. Mülki iş materiallarına əlavə edilmiş “təbii X1nın pozulması haqqında” aktlara əsasən itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat düzgün aparılmışdır. 01.03.2014-cü il tarixdən 01.05.2020-ci il tarixə abonent saldo vərəqəsinə əsasən qalıq borcu 3784,20 manat təşkil edir. Hesabatda göstərilən rəqəmlərin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, aktların bəzilərinə əlavə olaraq sayğa cdan kənar qeyri-qanuni istifadəyə görə aktlar tərtib edilmiş, aktlarda təbii qazın qaynaq vasitəsi ilə dayandırıldığı göstərilmişdir. Adı çəkilən hər iki növ akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” aktların hər birində demək olar ki, yoxlama zamanı istehlakçının sayğacdan kənar təbii qazdan istifadə etməsi qeyd edilmişdir. Həmçinin aktların bəzilərinə fotoşəkillər əlavə edilmişdir. Həmin aktlar öyrənilərkən görünür ki, fotoşəkillərin hər biri bir-birinə eynilik təşkil edir, yəni eyni vaxtda çəkilmiş fotoşəkillər müxtəlif aktlara əlavə edilmişdir. Həmçinin fotoşəkillər kifayət qədər keyfiyyətli və izahedici deyil. Belə ki, aktlarda sayğacdan kənar qoşulmanın paylayıcı qaz xəttinə birləşmə və yaşayış evinə doğru çəkilmə üsulunu müə yyən etmək olmur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi “X1”nın 6.5-ci bəndinə əsasən qeyd etmişdir ki, əgər cavabdeh tərəfindən 17 akt üzrə sayğacdan kənar qazd an istifadə halları olmuşdursa, iddiaçı tərəfindən qazın verilməsinin dayandırması və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq cavabdehdən vaxtında tələb edilməsi müəyyən olunmur. Məhkəmə apellyatorun təqdim olunmuş fotoşəkillərlə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, ekspert rəyində də qeyd olunduğu kimi, həmin fotoşəkillər eyni vaxtda çəkilən fotoşəkillərdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə borucuq olduğundan, birinci qoşulma halı nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən 17 akta görə zərərin tutulması hissəsində iddia tam rədd olunduğundan, qətnamə həmin hissədə ləğv olunmalı, bir akta görə borc müəyyən edilməli, digər aktlarla bağlı hissədə iddia təmin olunmamalıdır. 31 mart 2018-ci il tarixli akt istisna olmaqla, müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma və sayğaca müdaxilə müəyyən edildiyi halda həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin Aktlarda qeyd olunmamışdır. Həmçinin, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin Aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və t alanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş (31 mart 2018-ci il tarixli akt istisna olmaqla) məlum Aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Daha sonra, apellyasiya məhkəməsi “X1nın Təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 5.5-ci bəndinə və “Qaz təchizatı haqqında” Qanununun 6-cı maddəsinin 4 -cü bəndinə istinadən göstərmişdir ki, istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı 31 mart 2018ci il tarixli akt əsasında dəymiş ziyanın hesablanması ilə bağlı hesabat dövrü kimi 151 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi hesabat dövrünün 151 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır. Belə olan halda 31 mart 2018-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməli, 151 gün üçün zərər 1767,2 manat təşkil etdiyi halda, 30 gün üçün 351 manat təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı İB kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2021-ci il tarixli, 2(103)-2624/2021 nömrəli qətnaməsini qismən, iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Cavabdeh məhkəmə iclaslarında şifahi sözlə təbii X1nı pozmadığını, qaz xəttinə qanunsuz qoşulmadığını bildirsə də, birinci instansiya məhk əməsi tərəfindən cavabdehin ünvanına keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz xəttinə kənar müdaxilə olunmuşdur. Lakin apellyasiya məhkəməsi həmin halı nəzərə almamışdır. Həmçinin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehə məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma halı sonuncu dəfə 2020-ci il mart ayında aradan qaldırılmış (kəsilmiş) olduğundan, 1 il 3 ay sonra ekspertin həmin ünvanda hər hansı qanunsuz qoşulma halını aşkar etməməsi normaldır. Lakin həmin rəylə cavabdehə məxsus ünvanda qaz sayğacından kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkün hesab olunmuşdur. Cavabdehin adına qeydiyyata alınmış smart və mexanika tipli qaz sayğaclarının Abonent saldolarından müəyyən olunur ki, təbii X1nı pozmasına görə cavabdeh barəsində aktlar tər tib edildiyi tarixlərdə cavabdeh tərəf ümumiyyətlə heç bir ödəniş etməmişdir. Daha sonra, apellyasiya məhkəməsi 31 avqust 2018-ci il tarixli akta əsasən itirilmiş təbii qazın həcmini 30 gün hesabat dövrü üzrə nəzərə almış olsa da, Birliyin xeyrinə cavabdehdən tutulmalı zərərin məbləğini düzgün hesablamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı İB-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. M əhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki halların ın prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 22-ci maddəsinə görə “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əs asən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və d əymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməl i, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilməd iyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin mate riallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı pul tələbini bir neçə əsasla irəli sürmüşdür: cavabdehin qaz sayğacına müdaxilə etməsi (26 may 2016-cı il və 28 fevral 2019-cu il tarixli aktlar), cavabd ehin sayğacdan kənar qazdan istifadə etməsi (qalan aktlar), əvvəldən istifadə etdiyi təbii qaza görə borc. Ümumi cavabdeh barəsində tərtib olunmuş aktlara əsasən 3148,90 manat, qalıq borca görə 3784,20 manat məbləğində pul vəsaiti tələb olunmuşdur. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi yalnız sayğacdan kənar təbii qazdan istifadəyə görə tərtib olunmuş 31 mart 2018-ci il tarixli akt üzrə 30 gün müddətində ziyanı hesablayaraq, həmin məbləğin cavabdehdən tutulmasını əsaslı hesab etmişdir. Lakin apellyasiya məhkəməsi iddia tələbinin digər əsaslarına hüquqi qiymət verməmişdir. Halbuki, iş materiallarında olan Abonentin saldosu adlı sənəddə 2020-ci ilin əvvəlinə cavabdehin 3784,20 manat məbləğində borcun olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin borc un yaranmasının vaxtı və əsasları, sonrakı dövrdə ödənilib-ödənilməməsi, o cümlədən həmin borca iddiaçının istinad etdiyi aktlara əsasən hesablanmış ziyanın məbləğinin təkrar daxil edilib-edilməməsi məsələləri araşdırılmadan, iddianın həmin hissəsinə hüquqi qiymət verilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab oluna bilməz. Bundan əlavə apellyasiya instansiyası məhkəməsinin iddianın qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanla bağlı nəticəsi ziddiyyətli olmuşdur. Belə ki, məhkəmə ilk olaraq iddiaçının təqdim etdiyi sübutları (aktları, fotoşəkilləri) və iş üzrə keçirilmiş ekspertizanın rəyini qiymətləndirərək, qanunsuz qoşulmanın sübut olunmadığını göstərmişdir. Digər tərəfdən məhkəmə cavabdehin iddiaçının qaz xəttinə 31 mart 2018-ci il tarixli akta əsa sən qanunsuz qoşulmanı qəbul edərək, sonrakı qoşulmalara görə məsuliyyəti iddiaçının vəzifəli şəxslərinin üzərinə qoymaqla (kənar qoşulmaların qarşısının alınması istiqamətində hər hansı bir tədbirin görülməsinə dair sübutların təqdim edilməməsi) iddianı yalnız 30 gün müddəti üçün təmin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, istehlakçının təbii qaz xəttinə sayğacdan kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, iddiaçının qazın verilməs ini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Bu halda araşdırılmalı olan məsələ aktlar tətbiq olunduğu dövrdə cavabdehin yaşayış sahəsində istifadə olunmuş təbii qaza görə hər hansı ödənişin edilib-edilməməsidir. Belə ki, həmin dövrdə qaz sayğacı vasitəsi ilə qazdan istifadə olunmadığı və həmin istifadəyə uyğun ödənişlər edilmədiyi halda, qazdan sayğacdan kənar istifadə edilməsi aşkardır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arq umentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2021-ci il tarixli, 2(010)-3310/2020 nömrəli qətnaməsi iddianın rədd olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-317/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-317/2022
24.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver