Məhkəmə qərarları › İş №2(102)-3170/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3170/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3170/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz borcun tələb edilməsi, dəbbə pulunun məhkəmə tərəfindən azaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iş tirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-623/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.05.2012-ci il tarixli, 016 saylı kredit müqaviləsinə əsasən iddiaçı Bank Cavabdeh1 illik 7 faiz olmaqla 60 ay müddətinə 200000 manat kredit verməyi, cavabdeh isə kredit müqaviləsində göstərilmiş şərtlər daxilində əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında 08.05.2012-ci ildə bağlanmış 016/1 saylı ipoteka müqaviləsinə əsasən 08.05.2012-ci il tarixli, 016 saylı kredit müqaviləsinin icrasının təminatı olaraq Cavabdeh2 məxsus olan ünvan, 107A saylı fərdi yaşayış evi, 0.04 ha torpaq sahəsi ilə birgə iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 160000 manat qiymətləndirilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında 08.05.2012-ci ildə bağlanmış 016/2 saylı ipoteka müqaviləsinə əsasən 08.05.2012-ci il tarixli, 016 saylı kredit müqaviləsinin icrasının təminatı olaraq Cavabdeh3 məxsus olan ünvan, 451 saylı fərdi yaşayış evi, 0.04 ha torpaq sahəsi ilə birlikdə iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 140000 manat qiymətləndirilmişdir. 30.09.2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı Bank Cavabdeh2 mülkiyyətində olan Gəncəşəhəri, Nizami rayonu, Bayan küçəsi, 107A saylı fərdi yaşa yış evi, 0.04 ha torpaq sahəsinə və Cavabdeh3 mülkiyyətində olan ünvan, 451 saylı fərdi yaşayış evi, 0.04 ha torpaq sahəsinə tələbin yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasını DƏDRX-in 3 saylı Ərazi İdarəsindən xahiş etmiş və yüklülüklər dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə diar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas məbləğ üzrə 75327.81 manat, faiz borcu üzrə 1929,84 manat, cəmi 77257.65 manat məbləğində vəsaitin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan, 107A saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi ilə birgə və Cavabdeh3 məxsus olan ünvan, 451 saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, mənzillər satıldıqdan və ya özgəninkiləşdirdikdən sonra ünvan, 107A saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsində və ünvan, 451 saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsində qeydiyyatda olan və qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, ünvan, 107A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin razılaşdırılmış 160000 manat, ünvan, 451 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin razılaşdırılmış 140000 manat məbləğində müəyyən edilməsi, 30 manat dövlət rüsumunun və DƏDRX-ə ödənilmiş 30 manat rüsumun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas məbləğ üzrə 75327.81 manat, faiz borcu üzrə 2823,59 manat, müqavilə müddəti bitdikdən sonrakı dövr üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 9046,45 manat faiz, 4116,27 manat cərimə məbləği olmaqla, cəmi 91332,12 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 26.02.2018-ci il tarixli, 12672 saylı ekspertiza rəyindən görünür ki, 08 may 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-nə 14.10.2016-cı il tarixə banka olan borcu 6 9496,1 manat, o cümlədən əsas borc üzrə 68523,44 manat və faiz borcu üzrə 972,65 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 31.05.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-nə olan borcu əsas məbləğ üzrə 75327.81 manat, faiz borcu üzrə 2823,59 manat, kredit üzrə müqavilə müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 9064,45 manat, cərimə borcu üzrə 4116.27 manat təşkil edir. Şəmkir Rayon Məhkəməsinin (hakim Mustafa Mustafayev) 03 iyun 2019-cu il tarixli, 2(076)-2261/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 08.05.2012-ci il tarixli, 016/2 saylı kredit müqaviləsi üzrə 68523,44 manat əsas borc və 972,65 manat faiz borcu, cəmi 69496,09 manat, 20 manat dövlət rüsumunun, sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün çəkilmiş 30 manat məhkəmə xərcinin alınıb İddiaçı KB ASC-yə verilməsi, ipoteka ilə yüklü edilmiş DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 10.05.2012-ci il tarixli, MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan, 107A saylı fərdi yaşayış evi, 0.04 ha torpaq sahəsi və 10.05.2012-ci il tarixli, MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan, 451 saylı fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi açıq hərracdan satılması və satışdan əldə olunmuş pul hesabına Cavabdeh1 08.05.2012-ci il tarixli 016/2 saylı kredit müqaviəsi üzrə 68523,44 manat əsas borc və 972,65 manat faiz borcu, cəmi 69496,1 manat, 20 manat dövlət rüsumu, sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün çəkilmiş 30 manat məhkəmə xərcinin İddiaçı KB ASC-yə ödənilməsi, ipoteka ilə yüklü edilmiş ünvan, 107A saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 160000 manat, ünvan, 451 saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 140000 manat müəyyənləşdirilməsi, ünvan, 107A saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi və ünvan, 451 saylı fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi satıldıqdan 1 ay sonra fərdi yaşayış evlərinin boşaldılması və İddiaçı KB ASC-yə təhvil verilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər kredit müqavilələrinə əsasən öhdəliyi müəyyə nləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürmələrinə baxmayaraq icra etməmişlər. Cavabdehlər kredit müqavilələri üzrə izərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı banka borcu yaranmışdır. Məhkəmə tələbin əsas borc və faiz borcu ilə bağlı hissədə ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddia tələbi əsas borc üzrə 68523,44 manat və faiz borcu üzrə 972,65 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək təlb edilən cərimə borcunu 500 manat məbləğində müəyyən etmişdir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 məxsus olan ünvan, 107A saylı fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi ilə birgə İddiaçı ASC ilə Cavabdeh2 arasında 08.05.2012-c i ildə bağlanmış 016/1 saylı ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 160000 manat, Cavabdeh3 məxsus olan ünvan, 451 saylı fərdi yaşayış evi, 0.04 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC ilə Cavabdeh3 arasında 08.05.2012-ci ildə bağlanmış 016/2 saylı ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 140000 manat qiymətləndirilmişdir. Ona görə də məhkəmə həmin qiymətləri nəzərə almışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş “xxxx” MMC-nin 20 avqust 2020-ci il tarixli, 1245/20 GB saylı mütəxəssis rəyinə əsasən, ipoteka premeti olan ünvan, 107A saylı fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi ilə birgəiddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 160000 manat qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş “xxxx” MMC-nin 20 avqust 2020-ci il tarixli, 1246/20 GB saylı mütəxəssis rəyindən görünür ki, ipoteka premeti olan ünvan, 451 saylı fərdi yaşayış evi, 0.04 ha torpaq sahəsi ilə birlikdə iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 50000 manat qiymətləndirilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Afiq Hüseynzadə sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Şamil Rzaquliyev) 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tutulan faiz məbləği və ipoteka premeti ola n ünvan, 451 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, Cavabdeh1 08.05.2012-ci il tarixli, 016/2 saylı kredit müqaviləsi üzrə 68523,44 manat əsas borc, 2823,59 manat faiz və 500 manat cərimə məbləği olmaqla, cəmi 71847,03 manat pulun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul hesabına Cavabdeh1 08.05.2012-ci il tarixli 016/2 saylı kredit müqaviəsi üzrə 71847,03 manat borc məbləğinin iddiaçıya ödənilməsi, ipoteka premeti olan ünvan, 451 saylı fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiymətinin isə 50000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanlmışdır. Məhkəmə hazırda mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ekspert rəyinin mötəbər olmaması, yəni ekspertin kredit müqaviləsinin şərtlərinə əsasən vaxtı keçmiş kredit məbləğləri üzrə illik faiz dərəcəsinin 72 faizlə müəyyən olunmasına baxmayaraq bu faktın nəzərə alınmaması ilə bağlı dəlili əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan tərəfindən müqavilənin 1.1-ci bəndində göstərilən 09 iyul 2016-cı il tarixinədək kreditin və ona hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda “borcalan” “borcverən”ə vaxtı ötmüş borc məbləği üçün illik 72 faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. Göründüyü kimi kredit müqaviləsinin həmin şərti öhdəliyin icrasının təmini şərti kimi müqavilədə təsbit olunmuşdur ki, Mülki Məcəllənin 4 62.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı isə cavabdehdən 4116,27 manat cərimə məbləği tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı qismən təmin etmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi tələbin Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun olaraq faiz borcu hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməs ini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanu nsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Yuxarıd qeyd olunanlara əsasən öhdəliyin icrası müddəti bitdikdən sonra əsas borca hesablanmış faiz məbləği o halda tələb edilə bilər ki, borclu şəxs iddiaçının pul vəsaitinin qanuns uz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya iddiaçının hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmiş olsun. İddiaçı tərəfindən cavabdehin pulu özündə saxlamaqla ondan faydalanması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad etsə də, apellyasiya şikayətində Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə, digər əsasdan çıxış edərək cavabdehdən faiz məbləğini tələb etdiyini iddia etmişdir ki, bu da yeni əsasla iddia tələbi anlamına gəlmişdir. Buna gö rə də məhkəmə iddiaçının apellyasiya şikayətinin bu dəlilini əsassız hesab etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ünvan, 107A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin razılaşdırılmış 160000 manat, ünvan, 451 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin razılaşdırılmış 140000 manat məbləğində müəyyən edilməsi tələbini irəli sürməsinə baxmayaraq birinci instansiya məhkəməsində vəsatət verərək yenidən qiymətləndirməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsində ipoteka predmetlərinin yenidən qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında isə mütəxəssis rəyi ilə ipoteka premeti olan ünvan, 107A saylı fərdi yaşayış evinin 0.04 ha torpaq sahəsi ilə birgə 160000 manat, ünvan, 451 saylı fərdi yaşa yış evinin 0.04 ha torpaq sahəsi ilə birlikdə isə 50000 manat məbləğində qiymətləndirilmiş, tərəflər isə həmin qiymətlə razı olduqlarını bildirmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan, 451 saylı fərdi yaşayış evinin 0,04 ha torpaq sahəsi ilə birlikdə isə 50000 manat məbləğində qiymətləndirilməlidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə müddəti qurtarandan sonrakı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% borcun tutulması hissədə iddia tələbinin rədd etməklə həmin normanın və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarının tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə əsassız olaraq cərimə borcunun azaltmış, cərimə azaldılarkən bankın mənafeləri nəzərə alınmamışdır. Məhkəmə əsas borcu eskspert rəyinə əsasən müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Çünki rəy kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti hissədə də düzgün nəticəyə gəlməmiş, evin dəyəri qat-qat artıq qiymətləndirilmiş, həmçinin əmlakın likvid dəyəri müəyyən edilməyərək Ali Məhkəmə Mülki və Kommersiya kollegiyaları tərkibinin 20.07.2020-ci il tarixli 1 № li qərardadının tələbləri pozulmuşdur. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı: “...Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra d a borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddia tələbinin rədd edilən hissələrində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisləndirilən hissələrdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisləndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisləndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin iddia tələbinin Konstiutusiya Məhkəməsi Plenumunun qərarına uyğun olaraq faiz borcunun tutulması hissəsi ilə bağlı dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank iddia tələbində gecikdirilmiş faiz məbləğini tələb edərkən iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etmiş, iddia tələbinin bu hissədə faktiki əsasını isə göstərməmişdir. Məhkəmə də Mülki Məcəlləninin 449.1-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olmaması əsası ilə bu hissədə iddia tələbini rədd etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.08.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını tə şkil edir”. İddia tələbinin həcminin artırılması barədə ərizədə iddiaçı bank Konstitusiya Məhkəməsi Plenum qərarına uyğun olaraq hesabalanan faiz borcu qismində 49064,45 manat faiz borcu tələb etmişdir. Lakin həmin ərizədə iddiaçı bank həmin faiz borcunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına uyğun olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % borcun, yaxud “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına uyğun olaraq bank uçot dərəcəsində faiz bo rcunun tələb edilməsini əsaslandırmamışdır. Apellyasiya şikayətində iddiaçı bank həmin tələbin Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlməsini göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu halı yeni əsasla iddia tələbinin irəli sürülməsi kimi qiymətləndirərək yeni tələbi qəbul etməmişdir. MPM-nin 372.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Dəbbə pulunun azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun zəlmir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək o lan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarım və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri he sabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Əsas borcun və ona hesablanmış faizlərin cavabdehin ödəyə bilməməsini, gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iş üzrə 75327,81 manat əsas borca 4116,27 məbləğində cərimə pulu tələb etməsi, cavabdeh tərəfin maddi vəziyyətinə uyğun olmadığından həmin məbləğin azaldılaraq iddiaçının tələb etdiyi məbləğdə deyil, 500 manat müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nətitəcəyə gəlmiş, maddi hüquq normasının tələblərini düzgün tədbiq etmişdir. Əsas borcun ekspert rəyinə uyğun müəyyən edilməsi, rəyin əsassız olması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil apellyasiya şikayətində də götərilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan əmlakla bağlı hərrac hazırki dövrdə keçiriləcəyindən və hərraca çıxarılacaq əmlakın qiyməti ümumiyyətlə hərrac keçirilən dövr üçün mövcud olan qiymətlər ilə müəyyən edildiyindən, mənzilin hərracdan ilkin satış qiymətini n apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş “xxxx” MMC-nin 20 avqust 2020-cu il tarixli hesabatına müvafiq olaraq 50000 manat müəyyən edilməsi əsaslı hesab edilməlidir. İddiaçı bank həmin qiymətin dəyərindən qat-qat yüksək olduğunu iddia etdiyi halda əmlakın qiymətinin əslində nə qədər olmasına dair apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən hazırki halda qeyd edilən əmlakın qiymətinin ipoteka müqaviləsində göstərilən qiy mətdən əhəmiyyətli dərəcədə çox olması bankın mənafeyinə uyğun olduğu halda, sonuncunun bu əsasla kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etməsi anlaşılmazdır. Belə ki, həmin evin hərracdan satılmasının məqsədi banka olan borcun ödənilməsini təşkil edir ki, bu halda da bank özündə yüklü olan əmlakı hərrac vasitəsilə almaqda deyil, ilk olaraq ona olan borcun bütövlükdə ödənilməsinin təmin edilməsi üçün yüksək qiymətə satılmaqda maraqlı olmalıdır. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı likvid qiymətin müəyyən edilməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin istinad edilən qərardadı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisləndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-623/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisləndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar