Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3172/2021 09.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, Cavabdeh6 kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xnömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin x saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin olunmaqla, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 65545 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 65.575 (altmış beş min beş yüz yetmiş beş) manat pulun tutularaq İddiaçı ö dənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh5 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1602/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh6 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsindən görünür ki, 65.575 manat pulun bütün cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Qətnamə cavabdehlərdən biri olan Cavabdeh5 kassasiya şikayəti əsasında Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən yoxlanılmış və məhkəmə aktı bütövlükdə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, eyni aktın digər cavabdehin kassasiya şikayəti əsasında yenidən yoxlanılması yolverilməzdir. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarında da vurğulanmışdır. Həmin qərarın 41, 42, 46 və 53-cü bəndlərinə görə, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır;...şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir;...kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin icraata qəbulunun mümkünlüyünü yoxlayarkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır;...aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbu l edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa şikayət geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəl lənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh6 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xnömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3172/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3172/2021
09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver