Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3172/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pul tələbi) 20.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-501/2023 nömrəli 4 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.20 20-ci il tarixli Sifariş Sözləşməsinə əsasən İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) oğlu arasıda podrat müqaviləlsindən irəli gələn münasibət yaranmışdır.Belə ki, Cavabdeh qapı sifariş etmiş və sifariş alan firma X3 Karakocaya 28.000 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək əsas borc 13.000 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında qapı alışverişi üzrə mülki münasibətlər olmuş, cavabdeh aldığı qapılara görə ona ümumilikdə 28000 manat pul ödəyəcəyini öhdəsinə götürmüş, həmin borc puldan xx.xx.2020-ci il tarixdən sonra 10.000 manat, 10-15 gün sonra 5000 manat ödəniş etmiş və nəticədə ona 13000 manat borcu qalmışdır. Həmin pulu iş tamamlananda qaytaracağını vəd versə də, dəfələrlə tələb etməsinə baxmayaraq pulu qaytarmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 02 sentyabr 2021-ci il tarixli,2(067)-1848/2021 nömrəli qiyabi qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin olunması, cavabdehdən 13.000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 13030 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
5. Cavabdeh qiyabi qətnamənin ləğv edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin və ona da ir verilmiş müvafiq icra vərəqinin ləğv edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) məhkəmənin 02 sentyabr 2021-ci il tarixli, 2(067)-1848/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, işin icraatı təzələnərək mahiyyəti üzrə baxılması üçün təyin edilməsi qərara alınmışdır.
7. Məhkəmənin 27 may 2022-ci il tarixli,2(067)-1290/2022 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilm əsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd etmişdir ki,cavabdehin iddiaçıya pul borclu olduğu sübuta yetirilmir.Belə ki, cavabdehin iddiaçıya borclu olmasını və cavabdehin həmin pulu iddiaçıya qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə düşdüyü halda bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1-ci,Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi,cavabdehdən 13.000 manat məbləğində əsas borcun,650 manat məbləğində faiz borcun,vurulmuş zərərə görə 2000 manatın və 30 manat məbləğində dövlət rüsumunun,ümumilikdə 15.680 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdehlə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmasına və həmin müqavilənin əslinin məhkəməyə təqdim edilməsinə baxmayaraq,həmin müqavilə qətnamədə ümumiyyətlə qeyd edilməmişdir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə,əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə,gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Cavabdehin 13.000 manat məbləğində pulu ona vaxtında verməməsi nəticəsində ona maddi zərər dəymiş, o, çox pis vəziyyətə düşmüş,evinin və dükanının kirayə pullarını verə bilmir. Cavabdeh həmin məbləği özündə saxlayaraq ondan faydalanmışdır. Buna görə də cavabdeh ona gecikdirilmiş v axt üçün 1300x5% =650manat faiz ödəməlidir. Cavabdeh ona 13.000 manat məbləğində pulu vaxtında ödəmədiyinə görə əlindən 10000 manat gəlir (fayda) əldən çıxmışdır. Həmçinin cavabdeh onu söymüş,təhqir etmiş,bununla da şərəf və ləyaqətinə toxunmuş,mənəvi iztirablar keçirməyinə səbəb olmuşdur. Buna görə isə cavabdeh ona 1.000 manat mənəvi zərərə görə pul verməlidir. İddiaçı qeyd edir ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamədə nə cavabdehlə olan müqavilə,nə də şahid qismində ifadə vermiş Türkyılmaz İhsanın ifadəsi nəzərə alınmamışdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-501/2023 nömrəli,4 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Gülnar Cabbarova) apellyasiya şikayəti qismən təmin olunaraq,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamənin qəbul olunması və cavabdehdən 13.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında ol an sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki,tərəflər arasında işlər görülməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (sifarişçi) otaq qapılarının düzəldilməsini sifariş etmiş,muzd olaraq 28.000 manat ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh tərəfindən həmin məbləğin 15.000 manatı ödənilmiş, iddiaçı tərəfindən işlər görülüb təhvil verilməsinə baxmayaraq,hazırkı vaxtadək qalan 13.000 manat məbləğ ödənilməmişdir.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ilk öncə iddiaçı ilə cavabdehin qardaşı Mahir adlı şəxs arasında işlərin görülməsi ilə bağlı şifahi sövdələşmə olmuş, daha sonra Mahir və iddiaçının razılığı ilə şifahi razılaşmanın məz mununa uyğun Mahirin qardaşı- iş üzrə cavabdeh yazılı saziş bağlanmış, sonuncu üzərinə öhdəlik götürmüşdür.Kollegiya hüquq normalarına əsasən qiymət verərək hesab etmişdir ki, öhdəlik kreditorun (iddiaçının) razılığı ilə üçüncü şəxsə (cavabdeh) verildiyindən və sonuncu saziş bağlamaqla öhdəliyinin yerinə yetirilməsi üçün üzərinə öhdəlik götürdüyündən cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət və cavabdehlik daşıyır.
15. Apellyatorun tələbi cavabdehdən 13.000 manat məbləğində əsas borcun, 650 manat məbləğində faiz borcu, vurulmuş mənəvi zərərə görə 2000 manat və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 15.680 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması ilə bağlıdır.Məhkəmə kollegiyası apellyatorun bu tələbini MPM-nin 372.2-ci maddəsinin göstərişlər inə uyğun hesab etmir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1,386.1,522.2,752.2,753.1 və 755-ci, MPM-nin 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı gördüyü işə görə cavabdehə 13000 manat pul tələbini irəli sürmüşdür. Lakin bütün görülən işlər və mətbəx işləri müqa vilə əsasında yerinə yetirilməmişdir. İddiaçı cavabdehdən qapılar üçün 28 000 manat və mətbəx üçün 12 000 manat pul almışdır. Bu barədə sübutlar və pulun alınması barədə iltizam sənədləri vardır.
19. İddiaçı və onun nümayəndəsi şikayətçinin xəstə olmasından istifadə edərək öz hiyləgər əməllərini həyata keçirmişlər. Bununla da məhkəmə prosesində hakimlərdə çaşqınlıq yaratmışlar. Birinci instansiya mıhkəməsi iş üzrə düzgün və obyektiv qərar qəbul etmiş, sübutlara düzgün qiymət verilmişdir. Kasatorun bütün sübutlarına baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə qeyri-obyektivliyə yol vermiş, maddi hüquq normalarının tələbləri baxımından qətnaməni əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutlar və mülki- prosessual qanunvericiliyin tələbləri nəzərə alınmadan iddianı təmin etmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin materialları ilə yoxlayaraq işdə olan bütün sübutları tədqiq edib qiymətləndirərək ədalətli qərar qəbul etməlidir.
20. Məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işə birtərəfli qaydada baxaraq işin hallarına tam uyğun olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz işin halları ilə əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
25. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podrat çı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
26. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
27. Maddə 755.Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən,yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tu taraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-501/2023 nömrəli 4 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.