Məhkəmə qərarları › İş №2(102)-3173/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3173/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3173/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2607/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1845 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 28 % olmaqla, 24 ay müddətinə 12.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə xx.xx.2015-ci il tarixli, 487615 nömrəli əlavə sazişə əsasən kreditin ödənilmə müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. 2. xx.xx.2014-cü il tarixli 1845 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 U SD=1.4 AZN) 11.247,32 manat müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilib. Borcalanın kredit öhdəliyinin qalığının tərkibini 7.931 manat əsas borc, 2.640,05 manat faiz borcu və 676,27 manat cərimə borcu təşkil edib. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunub.

3. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3.005,45 manat əsas, 1.221,60 manat faiz, 4.285,89 manat cərimə, kedit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 263,76 manat faiz borcu olmaqla, cəmi 8.776,70 manat borcun və 107,77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırılmışdır ki, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirmə mişdir. xx.xx.2021-ci il tarixə cavabdehin kredit üzrə cəmi borcu 8776,70 manat təşkil edir. Bundan 3005.45 manat əsas, 1221.60 manat faiz, 4285.89 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 263.76 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fə aliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərək, bildirib ki, cavabdeh 27 avqust 2014-cü ildə 12500 dolları məbləğində kredit götürmüşdür. Ümumi borc 4285.48 manat hesablanıb. 2571.61 manat banka ödənilib, 1952 manat isə vətəndaşa ödənilmiş məbləğdir. Beləliklə cavabdehin banka borcu qalmayıb.

8. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 9/7047 saylı rəyi ilə müəyyən olunub ki, Cav abdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişinin şərtlərinə müvafiq olaraq, Cavabdeh İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: 10 sentyabr 2019-cu il tarixə (xx.xx.2019-cu il tarixinədək ümumilikdə 6640 manat pulun ödənilməsi nəzərə alınaraq) əsas borc üzrə 3005.45 AZN; 10 sentyabr 2019-cu il tarixə (ödənilmiş 2571.62 manat kompensasiya məbləği nəzərə alınmaqla 30xx.xx-2571.62=433.83) əsas borc üzrə 433.83 AZN; 28 mart 2020-ci il tarixə (müqavilə müddətinin sonuna) 3306.31 AZN: əsas borc üzrə 433.83 AZN, faiz borcu üzrə 2872.48 AZN. Qeyd edilir ki, xx.xx.2019-cu il tarixinə qalan əsas borca həmin tarixdən sonra hesablanmış faiz borcu 35.79 manat təşkil edir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2022-ci il tarixli, 2(007)-1332/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, Cavabdeh 433,83 manat əsas, 35,79 manat faiz, 30 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 263,76 manat məbləğində faiz borcu və 79,97 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 27,80 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 35,50 manatının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Ə manətlərin Sığortalanması Fondundan, 114,50 manatın Cavabdeh tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 3.005,45 manat, faiz borcunun məbləği 1.221,60 manat kimi göstərilmiş, məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci i tarixli, 9/7047 saylı rəyindən isə görünür ki, cavabdehin müqavilənin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixinə əsas borcu 433,83 manat, xx.xx.2019-cu il tarixinə qalan əsas borca həmin tarixdən sonra hesablanmış faiz borcu isə 35,79 manat təşkil edir. İddiaçı t ərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, tutulmalı əsas və faiz borcunun məbləği məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 03.112022-ci i tarixli, 9/7047 saylı rəyində göstərilmiş qaydada, əsas borc 433,83 manat, faiz borcu 35,79 manat müəyyən edilməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 263,76 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir.

12. Məhkəmə göstərmişdir ki, 4.385,89 manat miqdarında cərimə (dəbbə pulu) 433,83 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə ( dəbbə pulu) azaldılaraq 30 manat müəyyən olunmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 442, 448.1, 445.7, 449.1, 449.2, 467, 739.1, 739.2, 471, 472.1, 472.2, 477.0.4, 467, 449.1, 449.1-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsini, həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi b arədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə 4.285,89 manat məbləğində cəriməni 30 manata qədər əsassız azaldaraq 467-ci maddənin müddəalarını pozmuşdur. Məhkəmə yalnız dəbbə pulunu azalda bilər. Əsaslandırmadan yalnız ekspert rəyinə istinad edərək əsas və faiz borclarını da azaltmaqla 467-ci maddənin pozulmasına gətirib çıxarmışdır. Ekspert rəylə bağlı ünvanlanan suallara aydınlıq gətirə bilməmişdir. Ekspert 2.571,62 manat kompensasiya məbləğinin mübahisələndirilən kreditdən ödənilməsini göstərsə də, həmin məbləğin haradan əmələ gəlməsini əsas borcdan silinməsi əməliyyatının harada əks olunmasını sübuta yetirə bilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)- 2607/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

18. Borc məbləğlərinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı tələbində 3.005,45 manat əsas borcun tutulmasını tələb etmiş, keçirilmiş ekspert rəyi ilə əsas borc 433,83 manat müəyyən edilmiş, məhkəmə də ekspert rəyinə uyğun ol araq həmin məbləğdə əsas borc tutmuşdur. İddiaçı bu məbləği mübahisələndirərək göstərmişdir ki, ekspert 2.571,62 manat kompensasiya məbləğinin mübahisələndirilən kreditdən ödənilməsini göstərsə də, həmin məbləğin haradan əmələ gəlməsini, əsas borcdan silinməsi əməliyyatının harada əks olunmasını sübuta yetirə bilməmişdir. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. İddiaçının mübahisələndirdiyi 2571,62 manatın nəyə əsasən silinməsinə münasibətdə məhkəmə göstərmişdir ki, Fərmanın icrası ilə bağlı hesablanmış kompensasiya məbləğindən 2571,62 manat həmin kredit borcundan (əsas borcdan) silinmişdir. Yəni, ekspert tərəfindən əsas borc məbləği düzgün müəyyən edilmiş, məhkəmə də haqlı olaraq həmin məbləğdə əsas borcu tutmuşdur.

19. Faiz və cərimə borcuna mün asibətdə kollegiya qeyd etmişdir ki, kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları 1USD=1,4 manat məzənnəyə əsasən manata konvertasiya edilməklə ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki vaxtında və ya lazimınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Hesabdan çıxarışdan müəyyən edilir ki, borclu tərəfindən 2017-ci ilin aprel ayından etibarən hər ay ödəniş qrafikinə uyğun ödənişlər edilmiş, yalnız fevral-mart aylarında ödənişlər gecikmiş, lakin aprel ayında iki dəfə ödəniş edilərək qrafik üzrə ödənişlərin qüsursuz aparılması təmin olunmuşdur. 2019-cu ilin mart ayında sonuncu ödəniş edilmiş, bundan sonra isə ödənişlərin dayandırılmasının səbəni Fərmanın nəticəsinin gözlənilməsi olmuşdur. Belə olan halda borclu Əlavə Sazişin tələblərinə riayət etdiyi üçün həmin faiz borcu cavabdehə güzəşt edilməlidir. Buna görə də e kspert rəyində göstərmişdir ki, xx.xx.2019-cu il tarixinə qalan əsas borca həmin tarixdən sonra hesablanmış faiz borcu 35,79 manat təşkil edir. Göstərilən məbləğ xx.xx.2019-cu il tarixindən sonra qalıq qalmış 433,83 manat əsas borca müqavilə müddətinin sonuna (xx.xx.2020) hesablanmış faiz borcudur.

20. Cərimə məbləğinə münasibətdə isə, yuxarıda qeyd edildiyi kimi, faiz və cərimə məbləği güzəşt edilməli idi. Tərəflər arasında bağlanmış müqaviləyə əlavə sazişin şərtlərinə görə əslində iddiaçı tərəfindən hazırda cərimə məbləği tələb edilməməli idi, tələb edilmiş cərimə məbləği azaldılaraq 30 manat müəyyən edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qətnamə mübahisələndirilmədiyi üçün hazırda cərimə borcuna münasibət bildirmək mümkün deyildir. İddiaçının dəlilinə münasibətdə isə, artıq göstər ildiyi kimi, iddiaçı ümumiyyətlə cərimə məbləği hesablayıb tələb etməkdə haqlı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılmasına dair qərar qəbul edilməsi xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin martın 1-nə kimi Cavabdeh gecikməsi olmadığından hesablanmış kompensasiya məbləği, yəni 1952.86 manat cavabdehin Banka olan borcuna deyil, öz sərəncamına verilmişdir. Qeyd edilən bu məqamlar Bankın nümayəndəsi tərəfindən kollegiyanın diqqətinə çatdırılsa da, nəzərə alınmamış və nəticədə Bankın maraqlarına toxunan əsassız qətnamə qəbul edilmişdir.

23. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 4285,89 manat məbləğində cəriməni 30 manat qədər əsassız azaldaraq qismən təmin etməklə MM-nin 467-ci maddəsində göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Bundan başqa, həmin maddəyə əsasən məhkəmə yalnız dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsi əsaslandırmadan, yalnız ekspert rəyinə istinad edərək əsas və faiz borclarını azaltması Mülki Məcəllənin 467-ci maddəsinin pozulmasına gətirib çıxarmışdır.

24. Həm birinci instansiya məhkəməsi gedişatında, həm də apellyasiya instansiya məhkəməsinin gedişatında Bankın nümayəndəsi tərəfindən qeyd edilən bu məqamlar diqqətə çatdırılsa da, nəzərə alınmamış, məhkəmə tərəfindən ekspertin rəyi mötəbər sübut kimi qəbul edilərək 2571.62 manatın cavabdehin Banka olan borcuna silindiyi kimi göstərilmişdir.

25. Halbuki, məhkəmə baxış iclasına dəvət olunmuş rəyi tərtib edən ekspert X1 məhkəmə iclasının gedişatı zamanı iddiaçının nümayəndəsi tərəfindən rəylə bağlı ona ünvanlanan suallara heç cür aydınlıq gətirə bilməyərək cavablandırmaqdan yayınmışdır. Həmçinin ona verilən ilk sualı (2571,62 manat pulun kredit borcundan silinməsi harada öz əksini tapmışdır?) belə əsaslandıraraq cavablandırmışdır ki, Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış natamamdır. 26. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsu

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ö dəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülk iyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı

36. Bənd

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

37. Bənd 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

38. Bənd 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

39. Bənd 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

40. Bənd

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qət namə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Tərəflər arasında yaranan münasibətlər kredit müqav iləsi əsasında yaranmış borc münasibətlərdir və məhkəmə haqlı olaraq mübahisəyə borc münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir.

53. Məhkəmə kollegiyası, ekspertin cavabdehə hesablanmış kompensasiya məbləğini borcdan çıxmaqla gəldiyi nəticənin əsassız sayılması barədə iddiaçının dəlili ilə bağlı qeyd edir ki, bu dəlil əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlil araşdırılaraq qiymət verilmişdir və məhkəmə kollegiyası bununla bağlı məhkəmənin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Çünki əvvəla ekspert kompensasiya ilə bağlı araşdırma zamanı iddiaçının təqdim etdiyi hesablaşma məlumatlarına (o cümlədən mülki işin 110-cu vərəqində olan “Problemli kreditlərin kompensasiyası” barədə Mərkəzi Bank tərəfindən verilmiş müfəssəl cədvələ) əsasla nmışdır.

54. Bundan başqa, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3cü bəndlərinin icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanmışdır. Həmin Qayda fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir.

55. Adı çəkilən Qaydanın 4.3.1-ci bəndinə əsasən, kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir.

56. Qaydanın 4.3.2-ci bəndində deyilior ki, bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir.

57. Cərimə məbləğinin düzgün hesablanmaması barədə iddiaçının dəlillərini rədd etməkdə də məhkəmənin gəldiyi nəticə əsaslıdır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apell yasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2607/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar