Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3174/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-432/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(067)-57/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Sadıqov) İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “dəymiş zərərin əvəzinə görə 17.00 0 manat pul tələbinə” dair iddiası qismən təmin edilərək, sonuncudan 445 manat pulun tutulub iddiaçı ödənilməsi qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-432/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, sonuncudan dəymiş zərərin əvəzinə görə 17.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məh kəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili xx və cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respu blikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəlləsnin 21.1, 21.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdiri lməsi üçün əsaslar yoxdur. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı, Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi, 1-ci dalan 18 saylı evdə yaşayır, həmin evlə qonşuluqda isə “xxxx” MMC yerləşir, xx xxxxxxxx 2013-cü il tarixli dövlət reyestrindən çıxarışa və təsis sənədlərinə əsasən “xxxx” MMC kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Hazırda iddiaçı, iddia edir ki, fərdi yaşayış evi cavabdeh təşkilatın arxa istinad divarı ilə paralel istiqamətdə yerləşir, istinad divarının üzərində cavabdeh təşkilatın sanitar qovşağının arxa divarı inşa edilib. Divarın arxa hissəsində isə divara bitişik vəziyyətdə cavabdeh təşkilatın su anbarı inşa olunub. Su anbarından mütəmadi olaraq su sızması nəticəsində həyətyanı torpaq sahəsində çirkab sulardan gölməçələr və evində çatlar əmələ gəlib, daim i nəmişliyə görə evinin döşəmələri yarasız hala düşüb və sair. Nəticədə cavabdeh təşkilatın təqsiri üzündən ona 17.000 manat məbləğində maddi zərər dəyib. Cavabdeh təşkilat isə su anbarından sızma hallarının baş vermədiyini, cavabdeh təşkilatın təqsiri üzündən iddiaçıya hər hansı ziyan dəymədiyini göstərib iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx xxxxxx 2018-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus yaşayış evinə cavabdeh təşkilat tərəfindən uzun müddət su anbarına su doldurulmadığından hazırda sızmalar müəyyən edilmir, sanitar qovşağından kiçik miqdarda su sızması aşkar edilir, hasarda çökmə hallarına və çatlara rast gəlinmir. Topağın yüksək nəmlikli olmasına səbəb atmosfer sularının torpaqdan kənar edilməməsi götərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən isə görünür ki, iddiaçıya məxsus evə cavabdeh təşkilat tərəfindən uzun müddət su anbarına su doldurulmadığı üçün hazırda sızmalar yoxdur. Baxış zamanı iddiaçıya məxsus torpağın yüksək nəmlikli olması müəyyən edilir, bunun səbəbinin atmosfer sularının torpaqdan kənar edilməməsidi r və nəticədə tikililərdə xırda, birtərəfli çatlar əmələ gəlib, cavabdeh təşkilatın ümumi ayaqyolundan iddiaçıya məxsus köməkçi tikilinin divarlarına susızmasının olduğu müəyyən edilir. Su sızması nəticəsində iddiaçının istifadəsində olan köməkçi tikiliyə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 445 manat müəyyən edilir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən isə görünür ki, iddiaçının istifadəsində olan həyətyanı sahəyə, oradakı fərdi yaşayış evinə, həyətyanı tikiliyə (tövlə), eləcə də daş hasara, qonşuluqda yerləşən cavabdeh təşkilatın yanğın əleyhinə su anbarından (anbarın su ilə dolu olduğu halda) və s anitar qovşağından suyun sızması, suyun sızması nəticəsində tikililərin ayrı-ayrı konstruktiv elementlərində qüsurların əmələ gəlməsinə səbəb ola bilməsi müəyyən edilir. Cavabdeh təşkilatın avtovağzal kompleksinin sanitar qovşağından suyun sızması nəticəsində iddiaçının istifadəsində olan köməkçi tikiliyə (tövlə) dəymiş ziyanın aradan qaldırılması üçün 445 manat pul tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveric iliyin normalarını pozan) əməldir (hərəkət və yahərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma i lə razılaşıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini və işə əlavə edilmiş sübutları, o cümlədən mütəxəssis və ekspert rəylərini araşdırıb müəyyən etmişdir ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və o, əmlakına dəyən zərərin əvəzini zərərvurandan tələb edə bilər. Lakin, vurulan zərər həm də o, zaman tələb oluna bilər ki, bu zərərin cavabdehin fəaliyyəti nəticəsində vurulması sübut olunsun. Bir halda ki, iddiaçının tələbi cavabdeh tərəfindən ona məxsus yaşayış evlərinə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir, bu halda iddiaçı əmlakına vurulmuş zərərin məhz həmin həcmdə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini sübut etməlidir. İşdən görünür ki, iddiaçıya dəyən zərərin məbləği 445 manathəcmində müəyyən edilir, iddiaçı bunun əksinə, zərərin həcminin 17000 manat olduğunu iddia etsə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqə dar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymə t verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-432/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3174/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3174/2020
16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver