Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3178/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3178/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 18 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-515/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı 1 ASC-nin ləğvedicisi İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2810.65 manat məbləğində əsas borc, 537.24 manat məbləğində faiz borcu, 2722.02 manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 904.33 manat, ümumilikdə 6974.24 manat vəsaitin və 31 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-n in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyini nəzərə alaraq, onun zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddia müddətinin ötürülməsini nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bank arasında bağlanmış 28 noyabr 2013-cü il tarixdə 101AZM000 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 i llik 28 faizlə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış, bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmış və bu günə kimi banka olan borcunu ödəməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09.04.2019-cu il tarixli, 2(044)-1499/2019 nömrəli qətnaməsi ilə (hakim – Emin Axundov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi 28 noyabr 2013-cü il tarixdə 24 ay müdd ətinə bağlanmışdır. Mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Cavabdeh1 tərəfindən banka sonuncu dəfə 03.06.2015-ci il tarixdə ödəniş olunmuşdur. İş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Belə ki, iddiaçının nümayəndəsinin vermiş olduğu izahatdan, eləcə də iş üzrə təqdim etdiyi sənədlərdən müəyyən edilidi ki, iddiaçı bank artıq kredit müqaviləsi üzrə öz hüquqlarının pozulduğunu bilirdi və həmin müqaviləyə əsasən öz hüquqlarından istifadə edə bilərdi. Məhkəmə hesab edir ki, iddiaçı Bank öz hüquqlarının pozuld uğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və kredit borcunun ödənilməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddətini ötürdüyündən əsas öhdəlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 377, 385.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 218.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəfiqə Əliyeva - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 22 iyul 2019-cu il tarixli, 2(104)-2809/2019 saylı qərardadı ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun restrukturizasiya olnmasınadək 2(104)-2809/2019 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəfiqə Əliyeva - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 02 iyun 2020-ci il tarixli, 2(104)-515/2020 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəfiqə Əliyeva - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 22 iyul 2020-ci il tarixli, 2(104)-515/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2(044)-1499/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, iddiaçı borc tələbinə dair iddia ilə yalnız 28.02.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da, iddiaçı borcun tələb edilməsi üçün Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsində nəzərdə tutulan üç illik iddia müddətini buraxmışdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyinə görə verilən tələb üzrə iddia müddətinin keçməsinə əsaslanaraq iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində “xxxx” ASC 02.10.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə... kredit üzrə iddia müddəti itirilməmişdir” dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən apelyasiya baxışına təqdim edilmiş 28 sentyabr 2018-ci il tarixli iddia ərizəsindən və həmin iddia ərizəsinin qaytarılmasına dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərardadından görünür ki, iddiaçı həqiqətən 28 sentyabr 2018-ci il tarixdə cavabdehlərə qarşı kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (həmin vaxtı iddia müddətinin axımı kəsilmişdir), lakin həmin iddia ərizəsi Gəncə şəhər Nizami Rayon M əhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(044)5103/2018 saylı qərardadı ilə geri qaytarıldığına görə buraxılmış iddia müddəti 10 oktyabr 2018-ci il tarixdə yenidən hesablanmağa başlamış və iddiaçı tərəfindən iddia ərizəsi 28.02.2019-cu il tarixdə verildiyinə (i.v.4) görə 3 illik iddia müddəti 2019-cu il tarixə kimi buraxılmışdır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən buraxılmış iddia müddətinin bərpa edilməsinə dair vəsatət də verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şərh olunanlara əsasən iddiaçının apelyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan kredit üzrə 02.10.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bundan sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli “ərizənin geri qaytarılması haqqında” qərardad qəbul edilmişdir. Göründüyü kimi, qeyd olunan kredit üzrə iddia müddəti itirilməmiş və məhkəməyə müraciət edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə koll egiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 vəkili Vəkil və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdir ilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə bütünlüklə mübahisələndi rildiyindən və məhkəmə aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı bütünlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin iddia müddətinin ötürülməməsi ilə əlaqədar dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, iddia müddə tinin ötürülməsi ilə əlaqədar cavabdeh ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə də mübahisəyə üç illik iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə düzgün hüquqi mövqedə olmuşdur. Belə ki, 28 sentyabr 2018-ci il tarixli iddia ərizəsindən və həmin iddia ərizəsinin qaytarılmasına dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərardadından görünür ki, iddiaçı həqiqətən 28 sentyabr 2018-ci il tarixdə cavabdehlərə qarşı kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (həmin vaxtı iddia müddətinin axımı kəsilmişdir), lakin həmin iddia ərizəsi Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(044)-5103/2018 saylı qərardadı ilə geri qaytarıldığına görə buraxılmış iddia müddəti 10 oktyabr 2018-ci il tarixdə yen idən hesablanmağa başlamış və iddiaçı tərəfindən iddia ərizəsi 28.02.2019-cu il tarixdə verildiyinə (i.v.4) görə 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-515/2020 nömrəli iş üzrə 22 iyul 20 20-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.