Məhkəmə qərarları › İş №2(102)-318/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-318/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-318/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9602/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Pirallahı rayon məhkəməsinin (hakim Rəşad Mustafayev) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi, Cavabdeh xx.xx.2017-ci il t arixli kredit (borc) müqaviləsi üzrə qaytarılmamış 60000 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2017-ci il tarixli kredit (borc) müqaviləsi üzrə qaytarılmamış 60000 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat məbləğində dö vlət rüsumunun tutularaq İddiaçı ödənilməsi (qaytarılması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx xxxxxxx 2017ci il tarixdə kredit (borc) müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən, iddiaçı olaraq Cavabdeh 60000 ABŞ dolları məbləğində, manat məbləğinə ekvivalent olaraq 102000 manat məbləğində borc verilmişdir (müqavilənin 1-ci bəndinə əsasən). Qeyd edilən borc müqaviləsi tərəflər arasında yazılı olmaqla, həmçinin notarial qaydada təsdiq edilmişdir. Belə ki, Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən qeyd edilən müqavilə 3M-826 nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra müqavilənin təsdiq edilmiş formaları tərəflərdə və eləcə də, bir nüsxəsi notariat kontorunda s axlanılmışdır (müqavilənin 12-ci bəndinə əsasən). Bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən, götürülmüş kredit (borc) xx.xx.2018-ci il tarixdə borc verənə qaytarılmalı idi. Eyni zamanda tərəflərin razılığı ilə bu məbləğ hər ay 34000 ABŞ dolları olmaqla, qaytarıldığı günün məzənnəsinə uyğun olaraq həyata keçirilməli idi (müqavilənin 3-cü bəndi). Ancaq bu günədək hələ də götürülmüş məbləğdən heç bir vəsait qaytarılmamışdır. Baxmayaraq ki, müqavilə üzrə borc alan götürdüyü borcun vaxtında qaytarılmamasına və ya lazımi qaydada qaytarılmamasına görə müvafiq qaydada məsuliyyəti də yaranmışdır. Bu məsuliyyət gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi öhdəliyidir(Mülki Məcəllənin 445.7-ci maddəsi). Bu məsuliyyətin əsası isə müqavilənin 8-ci bəndidir. Həmin bəndə görə verilmiş borc müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarılmadığı təqdirdə, qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyır. Cavabdeh tərəfindən borcun qaytarılmaması qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilələrin tələblərinin kobud şəkildə pozulması və bunun nəticəsində də, pul vəsaitinin qaytarılmaması ilə nəticələnmişdir. Beləliklə, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə cavabdeh 60000 ABŞ dolları məbləğində vəsaiti (borc məbləğini) iddiaçıya, İddiaçı qaytarmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv ed ilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçıdan borc pul almamış, aralarında borc münasibətləri olmamışdır. 11 saylı notariat kontorunda cavabdeh ona borc pul verməmişdir. Çünki İddiaçılə onların ailələri arasında 2016-cı ildən məhkəmə çəkişmələri gedir. Pirallahı rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(094)-22/2018 saylı qərardadı ilə İddiaçı onun (cavabdehin) həyat yoldaşı X2 qarşı borc tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmə icraata xitam verərkən İddiaçı xx xxxxxxx 2017-ci il tarixli ərizəsinə əsaslanmışdır. Həmin ərizədə İddiaçı "N. İsmayılova tərəfindən ona borcun tam şəkildə ödənilməsini və xxxxx qarşı heç bir iddia tələ binin olmadığını" göstərmişdir. Bu ərizədən görünür ki, xx xxxxxxx 2017-ci il tarixdə onun ailəsinin iddiaçı xxxx borcu var, xx xxxx 2018-ci il tarixli qərardaddan görünür ki, İddiaçılə aralarında olan məhkəmə çəkişməsi hələ bitməmişdir. Belə olan halda məhkəmə çəkişmələri gedə-gedə xx xxxxxxx 2017-ci il tarixdə İddiaçı ona borc pul verməzdi. İddiaçı ilə arasında bağlanmış hazırki müqavilə həqiqəti əks etdirməyən yalan əqddir. Həmin müqavilə başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır. Müqavilədə göstərilən pul ona verilmədiyi üçün iddia rədd edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüq uqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 60000 ABŞ dolları məbləğində borcun tutulması hissədə dəyişdirilərək, 60000 ABŞ dolları pulun ödəniləcək günə manata olan məzənnəsi ilə tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 60000 ABŞ do lları xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh borc vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili xxxxxxxxx kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-10107/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2018ci il tarixli, 2(005)-2223/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs Bakı şəhəri, 11 saylı Notariat Kontoruna qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçının nümayəndəsi xxxxxxx qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)10107/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırki tələblə tərəflər arasında bağlanmış kredit müqaviləsinə istinad edərək cavabdehdən 60000 ABŞ dolları borc tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 60000 ABŞ dolları xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh borc vermişdir. Sonuncu tərəfindən qeyd olunan müqavilənin etibarsızlığı mübahisələndirilsə də, iddiası təmin edilməmişdir. Ona görə də, iddiaçı müqavilə üzrə verdiyi pulu tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurla rla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxilolan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh üzərinə götürmüş öhdəliyi icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlanmasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh məhkəmədə cavabdeh İddiaçı və üçüncü şəxs Bakı şəhəri, 11 saylı Notaria t Kontoruna qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən onunla cavabdeh arasında notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə guya o, cavabdehdən 102000 manat (60000 ABŞ dolları ekvivalentində) borc pul almışdır. Həmin məbləği xx xxxxxx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan xx xxxxxxx 2017-ci il tarixli kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, o, cavabdehdən xx xxxxxxx 2017-ci il tarixdə borc pul almamış, aralarında borc münasibətləri olmamışdır. Cavabdeh notarial qaydada ona borc pul verməmişdir. Həmin müqavilə yalan əqdir, müqaviləhəqiqəti əks etdirmir. Həmin müqavilə başqa əqdi pərdələmək mə qsədilə bağlanmışdır. Qeyd olunan iddia tələbi Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 27 iyun2018-ci il tarixli, 2(005)-2223/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Qətnamə apellyasiya qaydasında mübahisələndirilsə də, dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiya məhkəməsinin qətnaməsi də kassasiya qaydasında mübahisələndirilmiş, lakin həmin kassasiya şikayəti də təmin edilməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixdə kredit (borc) müqaviləsinin cavabdehin qeyd etdiyi əsaslar üzrə etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilsə də sonda iddiası rədd edilmişdir. Belə olan halda işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcu iddiaçıya ödəməlidir. Cavabdeh kassasiya şikayətində də eyni dəlilləri irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri hüquqi qiymət verdiyindən məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, tutulacaq 60000 ABŞ dolları məbləğində pulun Azərbaycan manatına olan məzənnəsi ilə tutulmasını qətnamədə qeyd etməməklə səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hala diqqət yetirməmişdir. Tərəflər arasnda bağlanmış müqavilənin 2-ci bəndində 60000 ABŞ dolları borcun qaytarılacaq günün məzənnəsinə uyğun manatla ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə görə, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il ta rixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən eidlən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Odur ki, qətnamə dəyişdirilərək 60000 ABŞ dolları pul ödəniləcək günə manata olan məzənnəsi ilə tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehkassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9602/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 60000 ABŞ dolları məbləğində borcun tutulması hissədə dəyişdirilsin. Cavabdeh 60000 ABŞ dolları məbləğində pul icra olunduğu günə olan məzənnə ilə manatla alınıb İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar