Məhkəmə qərarları › İş №2(102)-318/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-318/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-318/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “İddiaçı” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia - borcun ödənilməsi, ipoteka predmetinə yönəldilmə və xərclərin əvəzinin tutulması, evin boşaldılması; qarşılıqlı iddia - qarşı ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-470/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxx 2015-il il tarixli 032-15B nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 15800 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxx 2015-ci il tarixli 032-15B nömrəli Sonrakı ipoteka (girov) müqaviləsinə əsasən, kreditin təminatı kimi Bərdə şəhəri, Koroğlu küçəsində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümüumi birgə mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 95.0 kv.m yaşayış, 85.7 kv.m yardımçı, 180.7 kv.m ümumi sahədən ibarə t 1 mərtəbəli, 4 otaqlı 15 A №-li fərdi yaşayış evi və onun tərkibindəki həyətyani tikili və qurğular banka girov qoyulmuşdur. Həmin yaşayış evinin dəyəri 24000 manat qiymətləndirilmişdir. Cavabdeh xx xxx 2015-ci il tarixli 032-15B nömrəli kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında, icra etmədiyindən, onun hazırda 13479.24 ABŞ dolları əsas, 5843.18 ABŞ dolları faiz, 8489,08 ABŞ dolları cərimə, cəmi 27811.50 ABŞ dolları borcu yaranmışdır. İş üzrə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməxəttşünaslıq ekspertizasının verdiyi xx xxxxxx 2017-ci il tarixli 25859 nömrəli rəyə görə, ekspertizaya təqdim olunmuş, mülki işin 10-13-cü vərəqələrində “İddiaçı” ASC “Ağcabədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış olan xx xxx 2015-ci il tarixli 032-15B nömrəli Kredit (Borc) müqaviləsinin 1-4-cü vərəqələrində “təminat verən” qrafalarındakı imzalar (4 ədəd) və 3-cü vərəqəsində “2.ipoteka qoyan:” qrafasında imza (1 ədəd), 4-cü vərəqəsində isə “3.İpoteka qoyan:” qrafasında “imza” sözü qarşısındakı imza (1 ədəd) və mülki işin 1518-ci vərəqələrində “xxxx” ASC “Ağcabədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış olan xx xxx 2015-ci il tarixli 032-15B nömrəli Sonrakı ipoteka (Girov) müqaviləsinin 1-4-cü vərəqələrində “İpoteka qoyan” qrafalarındakı imzalar (5 ədəd) və 4-cü vərəqəsinsə isə “İpoteka qoyan” qrafasında “İmza:” sözü qarşısındakı imza (1 ədəd)- Cavabdeh2 tərəfindən icra olunmuşdur. İş üzrə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmünasibatlıq ekspertizasının verdiyi iş materiallarında olan arayış məlum atları, kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixə “xxxx” BOKT ASC-yə əsas borc üzrə 13465,00 ABŞ dolları məbləğində, faiz borcu üzrə 2111,52 ABŞ dolları məbləğində olmaqla, cəmi 15576,52 ABŞ dolları məbləğində kredit borcunun olduğu müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat “İddiaçı” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi, ipoteka predmetinə yönəldilmə və xərclərin əvəzinin tutulması, evin boşaldılması tələbinə dair ilk iddia, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “İddiaçı” ASCyə qarşı ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ilə Bərdə rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Bərdə rayon Məhkəm əsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim M.Allahverdiyev, iş № 2(021)-960/2017) iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1, Məmmədova Elmizə İmdad qızı və Cavabdeh3 qarşı borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tutulması və evin boşaldılmasına dair ilk iddia tələbinə dair iddiası qismən təmin edilmiş, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Məmmədova Elmizəİmdad qızından və Cavabdeh3 müştərək qaydada 13479.24 ABŞ dolları əsas, 5843.18 ABŞ dolları faiz, 489.08 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 19811.5 ABŞ dolları məbləğində kredit borcunun icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ö dənilməsi, borcun ödənilməsinin ipoteka qoyulmuş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məxsus, Bərdə şəhəri, Koroğlu küçəsində ümüumi birgə mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 95.0 kv.m yaşayış, 85.7 kv.m yardımçı, 180.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 15 A №-li fərdi yaşayış evinə və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, Bərdə şəhəri, Koroğlu küçəsində ümümi birgə mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 95.0 kv.m yaşayış, 85.7 kv.m yardımçı, 180.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 15 A №-li fərdi yaşayış evi və onun tərkibindəki həyətyani tikili və qurğuların ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, Bərdə şəhəri, Koroğlu küçəsində ümüumi birgə mülkiyyətind ə olan 0.06 ha torpaq sahəsində yerləşən, 95.0 kv.m yaşayış, 85.7 kv.m yardımçı, 180.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 15 A №-li fərdi yaşayış evi və onun tərkibindəki həyətyani tikili və qurğuların açıq hərracda satılması, Bərdə şəhəri, Koroğlu küçəsində ümüumi birgə mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 95.0 kv.m yaşayış, 85.7 kv.m yardımçı, 180.7 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 15 A №-li fərdi yaşayış evi və onun tərkibindəki həyətyani tikili və qurğuların satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manatın cavabdehlər Cavabdeh1, Məmmədova Elmizəİmdad qızından və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ilk iddia tələbinin qalan hissəd ə, Cavabdeh1, Məmmədova Elmizə İmdad qızı və Cavabdeh3 “İddiaçı” ASC-yə qarşı ipoteka müqaviləsinin əməmiyyətsiz əqd olmaqla etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin isə bütünlüklə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə Cavabdeh1 15800 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 13479.24 ABŞ dolları əsas, 5843.18 ABŞ dolları faiz, 8489,08 ABŞ dolları cərimə, cəmi 27811.50 ABŞ dolları borcu yaranması sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə Cavabdeh1 04 may 2015-ci il tarixli 032-15B nömrəli kredit müqaviləsi üzrə yaranmış 13479.24 ABŞ dolları əsas, 5843.18 ABŞ dolları faiz, 8489,08 ABŞ dolları cərimə, cəmi 27811.50 ABŞ dolları borcun ödənilməsini təsdiq edən h eç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 13479.24 ABŞ dolları məbləğinə mütənasib olmadığından 8489,08 ABŞ dolları məbləğində cərimə pulunun 489.08 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. Birinci instansiya məhkəməsi X1, Cavabdeh2 və Cavabdeh3 “İddiaçı” ASC-yə qarşı ipoteka müqaviləsinin əməmiyyətsiz əqd olmaqla etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbini araşdıraraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verərək, bildirmişdir ki, qətnamə maddi maddi və prosessual hüquq no rmalarının pozulması ilə çıxarılmışdır. Belə ki, borcun hesablanması üçün ekspertiza təyin olunmasını xahiş etsələr də iş üzrə məhkəmə mühasibat ekspertizası keçirilməmişdir. Kredit borcu isə düzgün hesablamamışdır. Bank kredit müddətini uzatmaq əvəzinə, məhkəməyə müraciət etmiş və nəticədə qətnamə çıxarılmışdır. Odur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-960/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Əliyeva, iş № 2(104)-470/2020) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-960/2017 saylı mülki iş üzr ə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş, kredit borcunun cavabdehlər Məmmədova Elmizə İmdad qızından və Cavabdeh3 müştərək qaydada tutulması hissəsində ləğv edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-960/2017 saylı mülki iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş, Cavabdeh1 kredit borcunun 13479.24 ABŞ dolları məbləğində əsas borc, 5843.18 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 19811.5 ABŞ dolları məbləğində cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 “xxxx” BOKT ASC-yə olan kredit borcu 13465,00 ABŞ dolları məbləğində əsas borc, 2111,52ABŞ dolları məbləğində faiz borcu və 489,08 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 16065,6 (on altı min altmış beş) ABŞ dolları 60 sent məblə ğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, kredit borcunun Cavabdeh1 başqa həm də digər cavabdehlər Məmmədova Elmizə İmdad qızından və Cavabdeh3 müştərək qaydada tutulması barədə qərar qəbul etməklə məhkəmə iddia tələbindən kənara çıxmış və nəticədə doğru olmayan nəticəyə gəlmişdir. İddia ərizəsindən də müəyyən olunur kredit borcunu qaytarmalı olan cavabdeh kimi iddia yalnız Cavabdeh1 qarşı yönəlmişdir. Digər cavabdehlər iş üzrə nə birgə borclular, nə də ki, zaminlər deyillər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, alınmış ekspert rəyinə əsasən, iddiaçı ilə cavabdeh Məmmədov Camal Kamal oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 032-15B saylı kredit müqaviləsi üzrə cava bdehdən tələb edilən 13479.24 ABŞ dolları məbləğində əsas və 5843.18 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu düzgün hesablanmamış, ekspert rəyinə görə Cavabdeh1 xx.xx.2016-cı il tarixə “xxxx” BOKT ASC-yə əsas borc üzrə 13465,00 ABŞ dolları məbləğində, faiz borcu üzrə 2111,52 ABŞ dolları məbləğində müəyyən edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)470/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yen idən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmələr ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məh kəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcə lləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Qanunun 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxs lər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədənotariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiya sı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilmədiyinə istinad etmişdir. Kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ b irinci instansiya məhkəməsinin qətnaməsi ilə həll olunmuş və cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin yüksək olmasından apellyasiya şikayəti verməmiş, həmin hallar apellyasiya baxışının predmetini təşkil etməmişdir. Həmçinin apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinə əsasən qətnamə qeyd olunan hissələrdə cavabdehin ziyanına dəyişdirilməmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilm əməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiy ası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-470/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar