Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3183/2021 12.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Nurməmmədov Əhməd Güləhməd oğlu, İddiaçı və üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayələrini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı və üçüncü şəxs “xxxx” ASC Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1919/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Üçüncü şəxs “xxxx” ASC-nin kassasiya şikayəti MPM-nin tələblərinə uyğun olsa da, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-408ci maddələrinin tələblərinə cavab vermədiy indən, iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə geri qaytarılır. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş həmin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki işin iddiaçının kassasiya şikayətinin geri qaytarıl ması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alındığından, üçüncü şəxs “xxxx” ASC-nin kassasiya şikayətinə baxılmasl iddiaçının kassasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403.1, 407.3, 408.1.1, 408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1919/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3183/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3183/2021
12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver