Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3184/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı şəhəri 6 saylı Notariat Kontoruna, Cavabdeh2-yə, mütəqil tələb irəli sürən 3-cü şəxs X8 cavabdehlər İddiaçı, X2, X5, X12 və X13 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3184/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, maddi ziyan, evdən çıxarma) Bakı şəhəri, 18 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Müstəqil tələb irəli sürən 3-cü şəxs X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7875/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2-yə və Bakı şəhəri 6 saylı Notariat Kontoruna qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, evə dair qiymətləndirmənin keçirilməsi, Cavabdeh1, hərracı keçirən Cavabdeh2-nin əməkdaşlarının cinayət əməlləri barədə cinayət işi başlamaq barədə qərardad çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən keçirilmiş hərracların nəticələrinin etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən qəbul edilmiş qiymətin ləğv olunması, yeni qiymətləndirmənin keçirilməsi, icra işinin dayandırılması barədə qətnamə, Cavabdeh1 və hərracı keçirən Cavabdeh2-nin əməkdaşlarının cinayət əməlləri barədə cinayət işi başlamaq barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı X19 cavabdehlər İddiaçı, X2, X5, X12 və X13 qarşı “maddi ziyanın ödənilməsi, istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, ona dəymiş 10000 manat ziyanın ödənilməsi, cavabdehlər İddiaçı, X6, X14, X20, X21 və onların yetkinlik yaşına çatmayan ailə üzvlərini (X22 20.09.2007, X24, 23.09.2012, X18 22.03.2010) ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbinio onunla əsaslandırmışdır ki, onunla X19 ilə arasında 06 avqust 2016-cı il tarixində kredit və ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən o, 39 000 ABŞ dolları borc pul almış və həmin məbləği 06 dekabr 2016-cı il tarixə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. İpoteka müqaviləsinə əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.3 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Əslində isə R tərəfindən ona hər hansı pul məbləği verilm əmişdir. Yəni borc müqaviləsinin predmeti olan pul mövcud olmamışdır. Kredit və ipoteka müqaviləsi Run təkidi ilə bağlanılmışdır. R ümumi qiyməti 39000 ABŞ dolları olan iki avtomaşını satmaq üçün ona vermişdir. Həmin avtomobillərdən biri satılmış, onun dəyəri 7000 ABŞ dolları pul Ra verilmişdir. İkinci avtomobil isə satılmamışdır. Həmin avtomobilin satılmadığını və geri qaytarmaq istəyini bildirsə də, R bundan qəti imtina etmişdir. Bu səbəbdən ipoteka qoyulmuş evin banka girov qoyularaq pul götürülməsini xahiş etsə də, evin ipotekadan azad olunmasına razılıq verməmişdir. Aralarında ipoteka müqaviləsi bağlanan zaman razılaşmışlar ki, əgər avtomaşın satılmasa, ev banka girov qoyulmaqla pul götürüləcək və avtomobilin dəyəri ödəniləcəkdir. X33 müxtəlif bəhanələrlə yayınmış, 32000 ABŞ dollarını n üzərinə faiz hesablamış və hal-hazırda ondan 40 000 ABŞ dolları pul tələb edir. Onun bu hərəkətləri nəticəsində öz gəlirlərindən məhrum olur. Yəni, onun verdiyi avtomaşın satılmadığından, eyni zamanda evi ipotekadan azad etməyə razılıq vermədiyindən biznes sahəsində fəaliyyətində maddi çətinlik çəkir. Hərraca çıxarılacaq mənzilin ilkin satış qiymətinin Cavabdeh2 tərəfindən 100.000 manat müəyyən olunması və qiymətləndirmənin kim tərəfindən və hansı meyarlara əsasən keçirilməsi məlum deyil, onun iradəsinə ziddir, hüquqlarını kobud surətdə pozur, qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan təşkilatlara müraciət olunmalıdır. Bakı şəhəri 6 saylı Notariat Kontoru kreditin təminatı kimi ipoteka predmetinə tələbin yönəldilməsinə dair 3M-1188 saylı 19.06.201 7-ci il tarixli İcra qeydi vermişdir. Notariat Kontoru icra qeydi verməmişdən əvvəl ona xəbərdarlıq göndərməmiş, icra qeydi barədə məlumatlandırılmamışdır. Hərracın keçirilməsi barədə sifariş verən Cavabdeh1 tərəfindən icra işi barədə ona hər hansı məlumat verilməmişdir. Şöbənin əməkdaşlarının hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Evlə bağlı Hərrac Mərkəzi MMC tərəfindən 01 aprel 2019-cu il tarixində birinci hərrac, 11 mart 2019-cu il tarixində ikinci hərrac keçirilmişdir. Hər iki hərrac baş tutmamış və ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana 05.04.2019-cu il tarixli təklif göndərilmişdir. Hərrac mərkəzində keçirilən hərraclar barədə icra Şöbəsi tərəfindən verilən məlumatdan sonra xəbər tutmuşdur. Keçirilmiş hər iki hərrac barədə ona əmlaklarının hərra cı ilə bağlı hər hansı bir məlumat verilmədiyindən və onun hərracda iştirak etmək hüquqları pozulduğundan, hərracın nəticələri etibarsız hesab olunmalıdır. İddianın əsasını təşkil edən sübutlar, yəni ipoteka qoyana verilməsini təsdiqetmə üsulu ilə verilməli olan hərracın keçirilməsi barədə bildirişlər ona verilmədiyindən, həmin sübutların məhkəməyə verilməsini qeyri-mümkün edir. Belə olan halda bildirişin verilib-verilməməsi halını təsdiq edən sübutlar cavabdehlərdən tələb olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3775/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X19 tələbini onunla əsaslandırmışdır ki, o nunla 06 avqust 2016-cı ildə cavabdeh İddiaçı arasında bağlanmış 06.08.2016-cı il tarixli 3M/1188 reyestrli ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi tərəfindən 14.04.2016-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63.3 kv.m olan fərdi yaşayış evi İddiaçı kredit öhdəliklərinin (06 avqust 2016-ci il reyestrdə 3M-1187) icrasını təmin etmək üçün onun xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 05.08.016-ci ildə 326298 saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən həmin ünvanda qeydiyyatda olanlar İddiaçı ilə bərabər onun ailə üzvləri - X14 (03.11.1988); X15 14.06.2011); X16 (13.12.2007), X3 06.08.2016-cı il tarixli (reyestrdə 7E-6525) ərizə alınıb. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə E saylı fərdi yaşayış evi adına rəsmiləşdirilərək nəticədə ona 10.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış verilmişdir. O, cavabdehə dəfələrlə artıq onun mülkiyyətində olan mənzilin tərk edilməsi barədə müraciət etməyinə baxmayaraq, onun qanuni tələbi icra olunmur. O, şifahi olaraq adlarını qeyd etdiyi cavabdehlərin mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə Sabunçu rayon Polis idarəsinə müraciət etməsinə baxmayaraq, həmin qurumdan ona bildirilmişdir ki, o nların belə bir səlahiyyəti yoxdur, bunun üçün məhkəməyə müraciət etməlidir. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər ona məxsus E fərdi yaşayış evindən dərhal çıxarılmalıdır. Hesab edir ki, ona məxsus E fərdi yaşayış evinin əldə olunmasında qanunvericiliyin tələbləri tam yerinə yetirilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-375/2020 saylı, 12.02.2020-ci il tarixli (hakim Anar Rzayev) qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən tərtib edilmiş 15 aprel 2019-cu il tarixli hərracın yekunları barədə 19/01 nömrəli Protokol və 15 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia tələbinin qalan hissədə və müstəqil tələb irəli sürtən 3-cü şəxsin qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə ilk öncə ilkin iddia tələbində hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə qeyd edir ki, birinci hərracın keçirilməsi 11 mart 2019-cu il tarixə təyin edilmiş və bu barədə bildirişlər 08.02.2019-cu il və 22.02.2019-cu tarixlərdə göndərilmiş, lakin, 08.02.2019-cu il tarixli qaimə ilə, İddiaçı ünvanlanmış bildiriş, “ev satılıb, bu şəxsi tanıyan yoxdur” səbəbi ilə çatdırılmadan, 26.02.2019-cu il tarixli qaimə ilə, İddiaçı ünvanlanmış bildiriş, “ev satılıb, qonşular da təsdiq edirlər ki, bu şəxsi tanımırlar” səbəbi ilə çatdırılmadan geri qaytarılmışdır. Daha sonra ikinci hərracın keçirilməsi isə 01.04.2019-cu il tarixə təyin olunmuş və bu barədə bildiriş 15.03.2019-cu il tarixdə göndərilmişdir. Yenə də 27.03.2019-cu il tarixli qaimə ilə, İddiaçı ünvanlanmış bildiriş, “ev satılıb, bu şəxsi tanıyan yoxdur” səbəbi ilə çatdırılmadan, 05.04.2019-cu il tarixli qaimə ilə, İddiaçı ünvanlanmış bildiriş, “ev satılıb, bu şəxs haqqında heç bir məlumat yoxdur” səbəbi ilə çatdırılmadan geri qaytarılmışdır. Hərrac təşkilatı bildirişləri qanunla müəyyən olunmuş qaydada ipoteka qoyana çatdırmamaqla, qanunvericiliyin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və onun ailə üzvləri hal-hazırda da mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 20B saylı fərdi yaşayış evində yaşayırlar, məhz müstəqil tə ləb irəli sürən üçüncü şəxs X19 həmin şəxslərin mənzildən çıxarılması barədə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Göründüyü kimi mübahisəli mənzildə İddiaçı və ailə üzvləri yaşadığı halda yuxarıda göstərilən bildirişlər əsassız olaraq, həmin ünvana çatdırılmamış, eyni zamanda əsassız olaraq “ev satılıb, qonşularda təsdiq edirlər ki, bu şəxsi tanımırlar”, “ev satılıb, bu şəxsi tanıyan yoxdur” səbəbi ilə çatdırılmadan imtina edilmişdir. Hazırki mübahisədən görünür ki, mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Eakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 20B saylı fərdi yaşayış evi ilkin hərrac zamanı (11 mart 2019-cu ildə) satışı 100 000 manat qiymətlə hərraca çıxarılmış, lakin, ilkin hərrac baş tutmamış 01 aprel 2019-cu ildə təkrar hərrac zamanı fərdi yaşayış evi aşağı olmaqla, yəni (10 0 000 manat 15%=85 000 manat) manata hərraca çıxarılmışdır. Lakin mübahisəli fərdi yaşayış evi təkrar hərrac zamanı satılmadığından, qanunvericilik normalarının tələblərinə əsasən, təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmaqla tələbkara təklif edilmişdir. Lakin Cavabdeh2 hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti, yəni 100 000 manat dəyişməmiş saxlanılmalı olduğu halda, bunu etməmiş, mübahisəli əmlakı ümumilikdə ilkin satış qiymətindən (100 000 -15%=85 000 manat25%=63750 manata) 40% aşağı qiymətlə tələbkara təklif etmiş və nəticədə alqı-satqı müqaviləsi imzlamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən tərtib edilmiş 15 aprel 2019cu il tarix li hərracın yekunları barədə 19/01 nömrəli Protokol və 15 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə ilkin iddia tələbini ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmiş qiymətin ləğv olunması, yeni qiymətləndirmənin keçirilməsi, icra işinin dayandırılması hissəsində əsassız hesab edir. Belə ki, ilkin iddiaçı məhz 06.08.2016-cı il tarixli ipoteka müqaviləsi imzalanan zaman öz iradəsi ilə fərdi yaşayış evinin 100 000 manat məbləğində qiymətləndirilməsinə razılıq vermiş, məhkəmə tərəfindən araşdırma zamanı keçirilmiş ekspertiza zamanı da mübahisəli fərdi yaşayış evinin qiyməti təxminən həmin məbləğə uyğun rəqəmlə qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, tə xminən üç illik zaman fasiləsi ilə 5% qiymət fərqinin olması yolveriləndir. Bundan başqa ilkin iddiaçı məhkəməyə mübahisəli fərdi yaşayış evinin daha yüksək məbləğdə qiymətinin olmasını sübuta yetirə biləcək hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə eyni zamanda ilkin iddia tələbində evə dair qiymətləndirmənin keçirilməsi, Cavabdeh1, hərracı keçirən Cavabdeh2-nin əməkdaşlarının cinayət əməlləri barədə cinayət işi başlamaq haqqında xüsusi qərardad çıxarılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərildiyi kimi iddia tələbi qiymətləndirmənin ləğvi hissəsində məhkəmə tərəfindən əsas hesab edilərək, təmin edilməmiş, bundan başqa məhkəmə araşdırması zamanı Cavabdeh1, hərracı keçirən Cavabdeh2-nin əməkdaşlarının hər hansı bir cinayət əməlini özündə əks etdirən hər əkət (hərəkətsizliyi) müəyyən edilməmişdir. Bu baxımdan ilkin iddia tələbi həmin hissədə də əsassızdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X19 ona dəymiş 10000 manat ziyanın ödənilməsini tələb etmiş, lakin nə iddia tələbində, nədə ki, ona əlavə edilmiş sənədlərdə 10000 manat zərərin nədən ibarət olması, nəyin əsasında tələb etməsini ümumiyyətlə əsaslandırmamış, bununla bağlı məhkəməyə mötəbər dəlillərini təqdim etməmişdir. Həmin hissəsə sübutetmə yükü məhz müstəqil tələb irəli sürən üçüncü şəxs N.V.Kərimovun üzərinə düşdüyündən, bununla bağlı isə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Belə ki, yuxarıda göstərilən əsaslarla mübahisəli ə mlak ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin müstəqil tələb irəli sürən üçüncü şəxs X8 adına rəsmiləşdirilməsinə əsas olmuş Cavabdeh2 tərəfindən tərtib edilmiş 15 aprel 2019-cu il tarixli hərrac və onun nəticələri haqqında 19/01 nömrəli Protokol, eyni tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, qarşılıqlı iddia tələbi hazırki vəziyyətdə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-c, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.1.1, 43.6, 43.7, 43.8-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 6, 7, 8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh e dilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X19 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 2(103)-7875/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-375/2020 saylı iş üzrə 12 fevral 2020-ci il tarixli qətnaməsinin i lkin iddianın qismən təmin olunaraq ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən tərtib edilmiş 15 aprel 2019-cu il tarixli hərracın yekunları barədə 19/01 nömrəli Protokolun və 15 aprel 2019-cu il tarixli “hərracın yekunları üzrə alqısatqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunması, ilkin iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, İddiaçı, X1, X4, X9, X10, habelə sonuncuların azyaşlı uşaqları olan 20.09.2007-ci il təvəllüdlü X11, 23.09.2012-ci il təvəllüdlü X17 və 22.03.2010-cu il təvəllüdlü X7 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onların həmin evdən çıxarılmaları, qarşılıqlı i ddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən sözügedən müqavilələr üzrə 19.06.2017-ci il tarixdə icra qeydi verilərək Sabunçu rayon icra (probasiya) şöbəsinə göndərilmiş, icra məmurunun 28.01.2019-cu il tarixli sifariş məktubu əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən açıq hərraca çıxarılmış, adı çəkilən MMC-nin 22.02.2019-cu il tarixdə tərəflərə göndərdiyi bildirişlə evin 11 mart 2019-cu il tarixdə 100 000 manat qiymətlə hərraca çıxarılacağı, hərracın keçiriləcəyi tarix və vaxt barədə məlumat verilmiş, həmçinin “Birja yenilikləri” qəzetinin 08-14 fevral 2019-cu il və 22-28 fevral 2019-cu il tarixli buraxılışlarında müvafiq elan yerləşdirilmiş, bu hərracda ev satılmadığından 01.04.2019-cu il tarixə təkrar hərrac təyin olunaraq tərəflərə 15.03.2019-cu il tarixdə bununla bağlı məktub ünvanlamış və “Birja yenilikləri” qəzetinin 15-21 mart 2019-cu il tarixli buraxılışında müvafiq elan yerləşdirilmiş, təkrar hərrac da baş tutmadığından bununla bağlı “Birja yenilikləri” qəzetinin 05-11 aprel 2019-cu il tarixli buraxılışında elan dərc edilərək əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almaq istəyib-istəmədiyi məsələsinə münasibət bildirməsi üçün Ra 05.04.2019-cu il tarixdə məktub göndərilmiş, bu barədə İddiaçı da məlumat verilmişdir. İşin müəyyən olunan digər halına görə, notarius tərəfindən icra qeydi verildikdən sonra İddiaçı Rla ba ğladığı kredit və ipoteka müqavilələrinin etibarsız sayılması barədə iddia qaldırmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.08.2017ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, R ipoteka predmetinə dair təklifi qəbul etmiş, 15 aprel 2019cu il tarixdə onunla hərrac təşkilatçısı (Cavabdeh2), habelə hərracın sifarişçisi arasında evin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə, yəni 63 750 manata ona satılmasına dair protokol imzalanmış və 10.06.2019-cu il tarixdə Run adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Kollegiyanın qənaətinə görə İddiaçı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin h ərraca çıxarılacağından məlumatsız olduğunu qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir; çünki notariusun icra qeydi verməsindən sonra o, müvafiq müqavilələrin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, yəni icra qeydinin mövcudluğunu bilmişdir. Onun, hərracın keçiriləcəyi tarix və vaxt barədə məlumatsız olması da inandırıcı deyildir və məlum olan ünvanına göndərilmiş bildirişlərin orada yaşamaması səbəbilə çatdırılmamasının məsuliyyəti hərrac təşkilatçısına aid edilə bilməz. İşin hallarından görünür ki, hərrac təşkilatçısı qanunla üzərinə qoyulmuş vəzifəni icra etmiş, borclunu (İddiaçı) məlumatlandırmaq üçün onun ünvanına sürətli poçt xidməti vasitəsilə bildirişlər göndərmiş, eləcə də qəzetdə elanlar yerləşdirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı ipoteka predme tinin Ra təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə təklif edilməsi barədə bildirişi 09.04.2019-cu il tarixdə almışdı və belə olan halda onun, əmlakın satıldığı 15.04.2019-cu il tarixinə qədər Ra olan borcunu ödəyərək ipoteka predmetinin satışına xitam verdirmək imkanı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən İddiaçı müvafiq iddia tələbinin təmin edilməsi üçün əsas mövcud deyidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. İlkin iddia tələbi üzrə gəldiyi nəticənin məntiqi davamı olaraq kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni də əsassız hesab edir. Belə ki, yuxarıda göstərildiyi kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 10.06.2019cu il tarixdə Run adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, həmin evdə digər şəxslərlə yanaşı, İddiaçı özü, X6, X14, X20, X21, 20.09.2007-ci il təvəllüdlü X22, 23.09.2012-ci il təvəllüdlü X24, 22.03.2010-cu il təvəllüdlü X18 qeydiyyatdadırlar və onlardan İddiaçı həyat yoldaşı olan Aygün Ələkbərova ipoteka müqaviləsi bağlanarkən əmlaka ödəniş yönəldiləcəyi təqdirdə oranı tərk edəcəyinə dair öhdəlik götürmüşdür. Yuxarıda qeyd olunduğu kimi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış eviipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülk iyyətçisi dəyişmişdir. Məhz bu səbəblə kollegiya hesab edir ki, həmin mənzildə qeydiyyatda olan qarşılıqlı iddia üzrə cavabdehlərin (onların yetkinlik yaşına çatmayan uşaqlarının) orada mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Həmin şəxslərin müdaxiləsi nəticəsində R öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də onun qarşılıqlı iddia tələbi müvafiq hissədə təmin edilməlidir. Bununla belə kollegiya, Run “maddi ziyanın ödənilməsi” tələbini əsaslı hesab etmir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür; çünkü o, həmin tələbinin araşdırılmasına imkan verəcək hər hansı sübutu məhkəməyə tədim etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci hərracın keçirilməsi 11 mart 2019-cu il tarixə təyin edilmiş və bu barədə bildirişlər 08.02.2019-cu il və 22.02.2019-cu il tarixlərdə göndərilmiş, lakin, 08.02.2019-cu il tarixli qaimə ilə, İddiaçı ünvanlanmış bildiriş, “ev satılıb, bu şəxsi tanıyan yoxdur ” səbəbi ilə çatdırılmadan, 26.02.2019-cu il tarixli qaimə ilə, İddiaçı ünvanlanmış bildiriş, “ev satılıb, qonşularda təsdiq edirlər ki, bu şəxsi tanımırlar” səbəbi ilə çatdırılmadan geri qaytarılmışdır. Daha sonra ikinci hərracın keçirilməsi isə 01.04.2019-cu il tarixə təyin olunmuş və bu barədə bildiriş 15.03.2019-cu il tarixdə göndərilmişdir. Yenə də 27.03.2019-cu il tarixli qaimə ilə, İddiaçı ünvanlanmış bildiriş, “ev satılıb, bu şəxsi tanıyan yoxdur” səbəbi ilə çatdırılmadan, 05.04.2019-cu il tarixli qaimə ilə, İddiaçı ünvanlanmış bildiriş, “ev satılıb, bu şəxs haqqında heç bir məlumat yoxdur” səbəbi ilə çatdırılmadan geri qaytarılmışdır. Hərrac təşkilatı bildirişləri qanunla müəyyən olunmuş qaydada ipoteka qoyana çatdırmamaqla, qanunvericiliyin tələbini pozmuşdur. Mübahisəli mənzildə İddiaçı və ailə üzvləri yaşadığı halda yuxarıda göstərilən bildirişlər əsassız olaraq, həmin ünvana çatdırılmamış, eyni zamanda əsassız olaraq “ev satılıb, qonşularda təsdiq edirlər ki, bu şəxsi tanımırlar”, “ev satılıb, bu şəxsi tanıyan yoxdur” səbəbi ilə çatdırılmadan imtina edilmişdir. Digər tərəfdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 20B saylı fərdi yaşayış evi ilkin hərrac zamanı (11 mart 2019-cu ildə) satışı 100 000 manat qiymətlə hərraca çıxarılmış, lakin, ilkin hərrac baş tutmamış 01 aprel 2019-cu ildə təkrar hərrac zamanı fərdi yaşayış evi 15% aşağı olmaqla, yəni (100 000 manat 15%=85 000 manat) manata hərraca çıxarılmışdır. Lakin, mübahisəli fərdi yaşayış evi təkrar hərrac zamanı satılmadığından, təkrar hərracdakı ilkin satış qiymətindən 25% a z olmaqla tələbkara təklif edilmişdir. Lakin, Cavabdeh2 hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti, yəni 100 000 manat dəyişməmiş saxlanılmalı olduğu halda, bunu etməmiş, mübahisəli əmlakı ümumilikdə ilkin satış qiymətindən (100000-15%=85000 manat-25%=63750 manata) 40% aşağı qiymətlə tələbkara təklif etmiş və nəticədə alqı- satqı müqaviləsi imzalamışdır. Ümumiyyətlə onun hərracın keçirilməsi barədə məlumatı olmamışdır. Bu səbəbdən də hesab edir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 tərəfindən tərtib edilmiş 15 aprel 2019-cu il tarixli hərracın yekunları barədə 19 01 nömrəli Protokol və 15 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kas asiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər Bakı şəhəri Cavabdeh1, Bakı şəhəri 6 saylı Notariat Kontorunun, Cavabdeh2-nin səlahiyyətli nümayəndələri, qarşılıqlı iddia üzrə cavabdehlər X6, X14, X20 və X21 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İlki iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin teleqrama səhhəti ilə əlaqədar hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X19 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə
416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 42.1. hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi inform asiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hər racın təşkilatçısı ipoteka preüdmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəl iliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, k asasiya şikayətinin dəlilləri əsasən birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməsi üzrə əsaslandırması ilə eynilik təşkil etmişdir. İlkin olaraq kasasiya şikayətinin hərracın keçirilməsindən məlumatının olmaması barədə dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, notariusun icra qeydi verməsindən sonra ilkin iddiaçı müvafiq müqavilələrin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, yəni icra qeydinin mövcudluğunu bilmişdir. Hərracın keçiriləcəyi tarix və vaxt barədə onun ünvanına göndərilmiş bildirişlərin orada yaşamaması səbəbilə çatdırılmamasının məsuliyyəti hərrac təşkilatçısına aid edilə bilməz. Hərrac təşkilatçısı qanunla üzərinə qoyulmuş vəzifəni icra etmiş, borclunu məlumatlandırmaq üçün onun ünvanına sürətli poçt xidməti v asitəsilə bildirişlər göndərmiş, eləcə də qəzetdə elanlar yerləşdirmişdir. Həmçinin İddiaçı ipoteka predmetinin Ra təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə təklif edilməsi barədə bildirişi 09.04.2019-cu il tarixdə almışdır və belə olan halda onun, əmlakın satıldığı 15.04.2019-cu il tarixinə qədər Ra olan borcunu ödəyərək ipoteka predmetinin satışına xitam verdirmək imkanı olmuşdur. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin hərracın keçirilməsi qaydasının pozulması, yəni ipoteka predmetinin satılmalı olmadığı qiymət (əmlakın dəyərindən 40% aşağı) əsasında hərracda satılması ilə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nətic əsində əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilməmişdir. Belə ki, hərracın keçirilməsi qaydasını tənzimləyən “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələri hərrac keçirildiyi zaman mövcud olmuş və həmin tələblərə uyğun formada hərrac keçirilmişdir. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7875/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.