Məhkəmə qərarları › İş №2(102)-3186/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3186/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3186/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iş üzrə Şirvan Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1635/2019 nömrəli, 31 may 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 müştərək qaydada 022R********** nömrəli kredit razılaşması üzrə 18017,17 ABŞ dolları məbləğində kredit borcu, 4744,86 ABŞ dolları məbləğində faiz borcu, 10028,33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 32790,36 ABŞ dollları məbləğində borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulmasını, tələbin Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən İddiaçı2 mülkiyyətində olan 147A nömrəli fərdi yaşayış evinə (0,01003 hektar torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ümumilikdə cəmi 32.790,36 ABŞ dolları məbləğində borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesa bına İddiaçı1 QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 müştərək qaydada tutulması, Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən İddiaçı2 mülkiyyətində olan 147A nömrəli fərdi yaşayış evinə (0,01003 ha. torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı2 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Salyan Rayon Məhkəməsinin (hakim Muradağa Qasımov) 25 yanvar 2019-cu il tarixli, 2(057)-03/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 v ə İddiaçı2 müştərək qaydada İddiaçı1 QSC-nin xeyrinə 022R********** kredit razılaşması üzrə 18017,17 ABŞ dolları məbləğində kredit borcu, 4623,52 ABŞ dolları məbləğində faiz borcu, 10028,33 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 32669,02 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, İddiaçı1 QSC-nin xeyrinə verilməsi, ipotekaya qoyulmuş İddiaçı2 mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evinin (0,01003 ha. torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin tərəflərin qarşılıqlı razılığı ilə 21000 ABŞ dolları (16472 manat) müəyyənləşdirilməsi, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı2 mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evinə (0,01003 hektar t orpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına cəmi 32669,02 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının İddiaçı1 QSC-yə ödənilməsi, satışdan artıq qalan pul vəsaitinin cavabdeh İddiaçı2 verilməsi, ipoteka predmeti olan İddiaçı2 mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evi (0,01003 ha. torpaq sahəsi ilə birlikdə) satıldıqdan 1 ay sonra İddiaçı2 fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia qismən təmin olunduğu üçün 30 manat dövlət rüsumunun 01 manatının iddiaçıya, 29 manatının cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 29 manat məbləğində pulun tutulub İddiaçı1 QSC-yə verilməsi, eyni zamanda mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh1, xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 124 manatın isə cavabdeh İddiaçı2 aid edilməsi, Cavabdeh1 150 manatın, cavabdeh İddiaçı2 124 manatın alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

3. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 442, 448.1, 448.2, 449.1, 443.1, 470.1, 472.1, 472.2, 317.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3 və 217.4-cü maddələrinə istina dla əsaslandırmışdır.

4. Qətnamədən İddiaçı1 QSC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2(106)-1635/2019 nömrəli qətnaməsi ilə İddiaçı1 QSC-nin və Cavabdeh1 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(057)-03/2019 nömrəli qətnaməsinin iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və iddiaçının xeyrinə cavabdehlərdən cərimə borcunun tutulması hissələrində dəyişdirilməsi, ipotekaya qoyulmuş İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,01003 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 23000 manat müəyyən edilməsi, İddiaçı1 QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 müştərək qaydada tutulan cərimə borcunun məbləğinin ödəniş vaxtı Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarına münasibətdə müəyyən etdiyi məzənnə üzrə Azərbaycan manatı ilə hesablanmaqla 3000 ABŞ dolları müəyyən edilməsi, Salyan Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(057)-03/2019 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə təyin edilmiş ipoteka predmetinin qiymətləndirilməsinə dair ekspertizanın keçirilməsinə görə 250 (iki yüz əlli) manat ekspertiza tədqiqatının dəyərinin Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

6. Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 28 avqust 2019-cu il tarixli, 2(106)-1635/2019 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2(106)-1635/2019 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə, həmçinin həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə Cavabdeh1 tərəfindən verilmiş ərizələrin təmin edilməməsi qərara alınmışdır.

8. Cavabdeh1 tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmiş dir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadı ilə İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

10. Cavabdeh1 tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmiş və kassasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2023cü il tarixli, 2(102)-1148/2023 nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin geri qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadı ilə İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilm iş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

13. Cavabdeh1 13 may 2023-cü il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: M.K.Həsənov (sədrlik edən və məruzəçi), O.N.İsmayılov və S.F.Həsənov) 2(106)-1635/2019 nömrəli, 31 may 2023-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfind ən verilmiş ərizə təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadının surəti 13 dekabr 2022-ci il tarixdə Cavabdeh1 rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh1 sözügedən qərardaddan 13 dekabr 2022-ci il tarixdən məlumatlı olmasına baxmayaraq sözügedən qərardaddan qanunvericiliklə müəyyən edilmiş müddətdə kassasiya şikayəti verməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2(102)-1148/2023 nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(106)1635/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin geri qaytarılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(106)-1635/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmış və həmin qərardadın surəti Cavabdeh1 göndərilmişdir. Cavabdeh1 13 may 2023-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddətin üzrl ü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 133.1, 133.5, 405.0.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr cavabdehin şikayətlərini geri qaytararaq onun məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdırmış, cavabdehin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, prosessual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdi r. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

22. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

23. Maddə135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

33. Məhkəmə koll egiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həy ata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir

34. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

35. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.

36. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkə tin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəb lər müəyyən etməmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən s axlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1635/2019 nömrəli, 31 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar