Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3188/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) 20.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı mülkiyyət hüquqlarının tanınmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2974/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşa ğıdakı qərarı qəbul etdi: İşin halları
1. Yasamal rayon Məhkəməsinin 2(103)-6971/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı, X2 və X3 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilindən çıxarılmaları qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(103)-6971/2021 nömrəli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 2(103)-6971/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2021-ci il tarixli, 2(102)-3213/2022- nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(103)-6971/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icr aat
4. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini işin faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, daima mənzilin mülkiyyətçisi olmalı olduğunu iddia etsə də və bunu mənzilin dəyərinin onun pulları hesabına ödənildiyini bildirsə də, bunun təsdiqi olaraq əlində, heç bir sübutu olmadığı üçün məhkəmələr onun bu iddiasını formal söz olaraq qəbul etmişdir. Lakin qısa müddət öncə evin boşaldılması məqsədi ilə yır-yığış zamanı sözügedən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə dair İH-nin Orderini tapmışdır və həmin orderdə də iki nəfərin: Cavabdeh1 və iddiaçı-İddiaçı adları yazılıb. Məhz bu fakt onun mənzilə olan mülkiyyət hüququ iddiasında haqlı olduğunu təsdiq edir.
6. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, hazırkı iddianın məhkəmədə qaldırılmasında məqsəd iddia ərizəsində qeyd edilən icra mərhələsində olan icra sənədinin icrasını yubatmaq məqsədi daşıyır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-467/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) ilə iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflərin arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə Cavabdeh1 tərəfindən x x.xx.2006-cı il tarixdə əldə edilmiş və İddiaçı 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başlamışdır.
9. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edildiyindən iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz və iddia rədd edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməs ini mübahisəli əmlakın birgə nikah dövründə əldə olunmayan əmlak olması ilə əsaslandırıb. Halbuki, əvvəla əmlak mənzil tikinti kooperativindən alınmış mənzil olmaqla, mənzilə dair orderdə onun adı yazılıb və mənzilə görə ödənilmiş pulların ödənilməsi iddiaçının vəsaiti hesabına olunduğu barədə tikinti kooperativinin müvafiq arayışı var. Yuxarıda sadalananlar onu deyir ki, mənzilə mülkiyyət hüququmun tanınması üçün onun cavabdehlə nikahda olmağı hər hansı əhəmiyyət kəsb etmir. İkincisi isə nikah, nikah şəhadətnaməsi ilə deyil tərəflərin birgə təsərrüfatı idarə etmələri ilə təsdiqlənir ki, burda da onunla cavabdeh arasında rəsmi nikah pozulmuş olsa da onlar bir ailə olaraq təsərrüfatı birgə idarə etmişlər və buna sübut kimi həmin dövrlərdə onun cavabdehlə münasibətlərindən iki övladı doğulma sıdır və onlar bir ailə olaraq bir mənzildə yaşamışla. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları demək olar ki, araşdırmamış, həqiqi halları müəyyən edə bilməmiş və yalnız, hazırkı iddiaya hər hansı təsirə malik olması mümkün olmayan məhkəmə aktlarına və nikahda olmamaya əsaslanmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi mühüm əhəmiyyətə malik faktiki halların düzgün qiymətləndirilmədiyini göstərir. Birinci instansiya məhkəməsinin iddiamın rədd edilməsi barədə nəticəsi iş üçün əhəmiyyətli olan halların, (mənzilə dair orderin adına olması, kooperativə mənzil üçün ödənilən pulların ona məxsus olması və sair). Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsini tərəflərin rəsmi nikahda olmaması ilə əlaqələndirməsi iş ü zrə nəticənin işin hallarına uyğun gəlməməsinin təsdiq edir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Fərrux Qaımov) 10 may 2023-cü il tarixli, 2(103)-2974/23 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş qətnamələrlə tərəflər arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verildiyi, mübahisəli mənzilin isə Cavabdeh1 tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edildiyi, və İddiaçı 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başladığı, mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edilmişdir və buna görə də iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz.
15. Məhkəmə kollegiya, həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan faktlara artıq qüvvədə olan məhkəmə qətnamələri ilə hüquqi münasibət bildirildiyindən və MPM-in 82.3-cü maddəsinə əsasən həmin faktların yenidən sübut edilməsinə yol verilmədiyindən iddia tələbi məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir.
16. Apellyasiya şikayətlərinin dəlilləri əsassız hesab edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğu qənaətinə gəlinmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublik ası Mülki Məcəllənin 225.1 və MPM-nin 82.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və təkrar araşdırılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzilə görə kooperativə ödənilən pulların hamısı iddiaçıya məxsus olub. Aşağı instansiya məhkəmələri isə kooperativdən alınmış mənzilin sənədlərinin Cavabdeh1 adına olmasına, mənzil alınarkən onların nikahda olmadıqları, aidiyyəti olmayan məhkəmə aktlarına əsaslanaraq, təqdim etdiyim sübutlara baxmadan, onları araşdırmadan tələbimi təmin etməyib. Məhkəmələr, iddiamın əsasını təşkil edən mənzilə d air orderi, həmin orderdə nədən iki nəfərin adsoyadının olmasının səbəblərini, mənzili verən şirkətin, mənzilə görə ödənilən pulların böyük bir hissəsinin mənim tərəfimdən ödənildiyi barədə, eləcə də Cavabdeh1 sözlərinə əsasən mənzilin sənədlərinin onun adına yazıldığı barədə verdiyi rəsmi sənədi araşdırmalı olduğu halda bunların əvəzinə işə heç bir aidiyyəti olmayan məhkəmələrin qərarlarına, cavabdehlə nikahda olmadığımıza əsaslanmaqla iddiam üzrə qeyri obyektiv, həqiqi hallara uyğun olmayan qərar qəbul ediblər. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı raz ılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Qətnamədən kassasiya şikayəti verən iddiaçı tərəfindən məhkəmə qətnaməsi tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli ol maqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnaməd ə göstərilən hallar işin materiallarına uyğun olsun.
31. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2974/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.