Məhkəmə qərarları › İş №2(102)-319/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-319/2019

11.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-319/2019 11.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 yanvar 2019-cu il İş № 2(102)-8907/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı Cavabdeh1 və vəkili X3 oğlunun iştirakı ilə, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-100/2018 nömrəli iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 31 avqust 2016-cı il tarixl i qətnaməsi ilə (hakim N.İ.Abıyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 62.421,50 ABŞ dolları kredit borcu, 3.130,95 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 65.602 (altmış beş min altı yüz iki) ABŞ dolları 45 (qırx beş) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyriyaşayış binasına və ünvan 1-ə yönəldilməsi, Sumqayıt şəhəri, 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 24.000 ABŞ dolları (hərracın keçirildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla); ünvan 1-nin ilkin satış qiymətinin isə 52.155,95 manat müəyyən edilməsi, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış binası və mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaitinin hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 65.602,45 (altmış beş min altı yüz iki) ABŞ dolları 45 (qırx beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçıya ödənilməsi, qalan vəsaitin isə Cavabdeh3 qaytarılması, ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətinə məcburi qaydada bo şaldılması, iddianın qalan hissədə rədd olunması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), E.G.Rəhimov L.M.Məmmədova) 2(105)-100/2018 nömrəli iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi, Sumqayıt şəhər məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin mü əyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45D ünvanında yerləşən 47 saylı mənzilin ilkin satış qiyməti 69596 (altmış doqquz min beş yüz doxsan altı) manat və Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.metrdən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 40096 (qırx min doxsan altı) manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə 06.12.2013-cü il tarixdə bağladığı 03L********** saylı kredit xətti müqaviləsinə əsasən 120 ay ərzində 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 ilə “xxxx” QSC arasında 14.07.2015-ci il tarixdə bağlanmış 003R********** saylı kredit razılaşması əsasında cavabdehə aylıq faiz dərəcəsi 1,5% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şər ti ilə 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit xətti müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri gecikdirmiş, kredit razılaşması üzrə 14.01.2016-cı il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 003R********** saylı kredit razılaşması üzrə götürdüyü kreditdən cəmi 7.578,50 ABŞ dolları qaytarmış, onun 62.421,50 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi və 01 saylı əlavəyə görə kreditdən istifadə üçün 36 ay ərzində Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün 04.04.2016-cı il tarixə 81 gün üçün hesablanmış faiz borcu 3.470,92 ABŞ dolları təşkil edir. 003R********** saylı kr edit razılaşmasının 4.2.2 bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. 04.04.2016-cı il tarixə 81 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 4.929,01 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. 06.12.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 bank qarşısında üzərinə götürdükləri öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bankla 06.12.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45 D, mənzil 47- ni, 09.07.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında isə Sumqayıt şəhəri, 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyri-yaşayış binasını “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Göstərilənlərə əsasən cavabdehlərdən müştərək qaydada 0003R********** saylı kredit razılaşması üzrə 62.421,50 ABŞ dolları kredit borcu, 3.470,92 ABŞ dolları faiz borcu və 4.929,01 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70.821,43 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun “xxxx” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nı n 2(105)100/2018 nömrəli iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 və vəkili X3 oğlu kassasiya şikayətnin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən di gər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-100/2018 nömrəli iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Belə ki, iş materiallarında olan 06 dekabr 2013-cü il tarixli 03L000009842 №li kredit xətti müqaviləsindən görünür ki, “xxxx” QSC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh1 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılır. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyasının verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Kredit müqaviləsi və kredit razılaşması əsasında istənilən məbləğ 120 ay 04 dekabr 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavil ənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. Bundan əlavə, iş materiallarında olan 14 iyul 2015-ci il tarixli 003R********** saylı kredit razılaşmasından görünür ki, 06 dekabr 2013-cü il tarixli 03L000009842 №li kredit xətti müqaviləsinə əsasən “xxxx” QSC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iş materiallarında olan 10 dekabr 2013-cü il tarixli, 03S000019820 saylı “xxxx” QSCnin Sumqayıt filialı ilə Cavabdeh2 və 10 dekabr 2013- cü il tarixli 03S000019821 saylı Cavabdeh3 arasında zaminlik müqavilələrinin 1.1-ci bəndində göstərilmişdir ki, bu müqavilələr “borclu”nun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürürlər və borclu ilə birlikdə bank qarşısında məsuliyyət daşıyırlar. Bu müqavilələrin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.08.2016-cı il tarixli 13288 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları, 14.07.2015-ci il tarixdə bağlanmış 003R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla (illik 18% dərəcəsi ilə hesablanmaqla) iddia ərizəsində borc məbləği tələb edilən tarixə, yəni 04.04.2016-cı il tarixinə Cavabdeh1 iddiaçı “xxxx” QSC-nə olan borcu 70.678,88 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 62.618,92 ABŞ dolları, faiz borcu üzrə 3.130,95 ABŞ dolları, cərimə borcu üzrə 4.929,01 ABŞ dolları. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2018-ci il tari xli 24558 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatlarından və 06 dekabr 213-cü il tarixli, 03L000009842 nömrəli kredit xətti müqaviləsinə əsasən 14.07.2015-ci il tarixdə bağlanmış 003R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla 04.04.2016-cı il tarixinə Cavabdeh1 iddiaçı “xxxx” QSC-nə olan borcu 67020,87 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 62.618,92 ABŞ dolları, faiz borcu üzrə 3130,95 ABŞ dolları, cərimə borcu üzrə 1271 ABŞ dolları. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin təl əblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 425.1., 442, 4 45.1. və 448.1. maddələri). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (Mülki Məcəllənin 743-cü maddəsi). Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də cavabdehlərlə zaminlik müqaviləsi bağlanmış, həmçinin Cavabdeh3 mülkiyyətində olan mənzil və qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra edərək müqavilə ilə müəyyənləşdirilmiş öhdəliyi icra edərək pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyinə görə bank qarşısında müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. İddiaçı müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsindən ötrü iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh borc məbləği üzrə əsas borcu və faiz məbləğini mübahisələndirmiş, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyi əsasında kredit müqaviləsi üzrə əsas borc məbləğinin 62618,92 manat və əsas borca hesablanmış faiz məbləğinin 3130,95 manat olduğu müəyyən edilmişdir ki, həmin məbləğlərin də iddiaçı tərəfindən tələb edilən əsas borc və əsas borca hesablanmış faiz məbləğindən artıq olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinə tələbdə göstərilənlər həddə baxılmalı olduğundan əsas borc məbləği və ona borca hesablanmış faiz məbləği üzrə ekspertiza rəyində göstərilən məbləğ əsas götürülməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin əsas borc və əsas borca hesablanmış faiz məbləği üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməsi nəticəsinə gəlmişdir. İş materiallarında olan “xxxx” QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 06 dekabr 2013-cü il tarixdə bağlanmış 03M000001431 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” QSCnin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 03L000009842 №li kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 özünə məxsus ünvan 1-ni ipotekaya qoymuşdur. Bu müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka qoyulan əmlak bank tərəfindən 52.155,95 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan “xxxx” QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 06 dekabr 2013-cü il tarixdə bağlanmış 03M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” QSCnin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 03L000009842 №li kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 özünə məxsus Sumqayıt şəhəri, 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyri-yaşayış binasını ipot ekaya qoymuşdur. Bu müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka qoyulan əmlak bank tərəfindən 24.000 ABŞ dolları məbləğində qiymətləndirilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlardan görünür ki, ünvan 1 və Sumqayıt şəhəri, 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyri-yaşayış binası “xxxx” QSC-də müvafiq olaraq 06.12.2013-cü ildən 120 ay müddətinə və 09.07.2015-ci ildən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 30 may 2017-ci il tarixli 68 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiym əti 69596 (altmış doqquz min beş yüz doxsan altı) manat və Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.metrdən ibarət qeyri yaşayış binasının hazırkı vəziyyəti nəzərə alınmaqla ilkin satış qiyməti təqribən 40096 (qırx min doxsan altı) manat məbləğində müəyyənləşdirilir. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilələrdə ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45D ünvanında yerləşən 47 saylı mənzil 52155,95 manat, Sumqayıt şəhəri, 14cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyri-yaşayış binası isə 24000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuşdur ki, tərəflər ara sında ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsi ilə müəyyən edilmişdir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Buna görə də, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsin dən ötrü ekspertiza tədqiqatının keçirilməsi zəruri olsa da, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Apellyasiya icraatı zamanı məhkəmənin qərardadı əsasında müstəqil qiymətləndirici (“xxxx” MMC) ipoteka predmetlərinin ilkin satış qiyməti barədə rəy vermiş, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 69596 (altmış doqquz min beş yüz doxsan altı) manat və Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.metrdən ibarət qeyri yaşayış binasının hazırkı vəziyyəti nəzərə alınmaqla ilkin satış qiyməti 40096 (qırx min doxsan altı) manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi düzgün hesab etmişdir ki, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətinə aid olan hissədə dəyişdirilm əli və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 69596 (altmış doqquz min beş yüz doxsan altı) manat və Sumqayıt şəhəri, 14cü məhəllə ünvanında icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.metrdən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 40096 (qırx min doxsan altı) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin apellyasiya şikayətinin təmin edilməməsi, lakin Sumqayıt şəhər məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi barədə gəldiyi nəticə tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1. maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən Məcəllənin 319.1. və 319.6. maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ip oteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəl dilə bilər. Həmin Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Adıçəkilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)100/2018 nömrəli iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 verdiyi kassasiya şikayəti təm in edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-100/2018 nömrəli iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar