Məhkəmə qərarları › İş №2(102)-319/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-319/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-319/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-829/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02 xx xxxx 2015-ci il tarixli, 344 2/nkBRD/15 saylı kredit müqaviləsinə əsasən, «xxxx» KB ASC Cavabdeh illik 25 faiz dərəcəsi ilə 48 ay müddətinə 8630 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. Buna baxmayaraq cavabdeh öhdəliyin icrasını gecikdirmişdir və bank xx.xx.2017-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı «xxxx» KB ASC ərizə ilə məhkəməyə müraciət edərək (iddia tələbinin həcmi azaldılmışdır), Cavabdeh 4443,21 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pulun cavabdehdən alınaraq, «xxx x» KB ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc məbləği ondan müştərək qaydada tutulmalıdır.

4. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, tələb edilən faiz məbləği həddindən artıq dərəcədə şişirdilmişdir.

5. Bərdə Rayon Məhkəməsinin (hakim Ə.Kərimov) xx xxxxxxxx 2019-cu il tarixli, 2(021)-40/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx xxxx 2015-ci il tarixli, 3442/nkBRD/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 4443.21 (dörd min dörd yüz qırx üç dollar iyirmi bir sent) ABŞ dolla rı kredit borcunun öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq, iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh əlavə olaraq 10 manat dövlət rüsumunun tutularaq, dövlət nəfinə keçirilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesaba ödənilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını tam şəkildə təmin etməmişdir. b) Apelyasiya instansiy ası məhkəməsindəki icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və R.Muradov) xx xxxxxx 2020ci il tarixli, 2(104)-829/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi şişirdilmişdir. Borcun yaranmasına devalivasiya səbəb olmuşdur. Kompensasiyanın hesablanması düzgün aparılmamışdır. Banka indiyənədək 8000 ABŞ dolları ödəmişdir, bununla bağlı banka onun borcu qalmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 385.1. Öhdəliyə əsa sən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

15. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13394 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2017-ci il tarixinə “xxxx” KB ASC-yə olan borcu əsas borc üzrə 7843.04 ABŞ dolları, faiz borcu üzrə 1216.46 ABŞ dolları olmaqla, cəmi 9059.50 ABŞ dolları məbləğində müəyyən edilir. 23. “xxxx” KB ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 4443.21 ABŞ dolları əsas borcu vardır.

24. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdi r. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği cavabdehə borc vermiş, tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir.

26. Belə olan halda, iddiaçının 4443.21 ABŞ dolları kredit borcunun cavabdehdən tutulması tələbi yuxarıda qeyd edilən maddi hüquq normalarının (§13-15) dispozisiya şərtləri ilə uzlaşır. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, həmin iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, ona görə ki, manatın devalvasiyası nəticəsində cavabdehin ödəmə imkanının aşağı düşməsi mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.

28. Bundan əlavə, cavabdeh borcunun qalmadığını bildirsə də, bu faktı təsdiqləyən sübutu məhkəmələrə təqdim etməmişdir. Halb uki, həmin hala istinad edən cavabdeh onu sübuta yetirmək vəzifəsini daşıyır (§16).

29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-829/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar