Məhkəmə qərarları › İş №2(102)-3190/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3190/2022

29.04.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3190/2022 29.04.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Əlimusa qızı və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-174/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı3 Əli qızı tərəfindən verilmiş kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İdd iaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Əlimusa qızına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-120/2021 saylı iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(106)174/2022 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı3 Şirvan Apelyasiya Məhkəməsi mülki kollegiyasının 13 yanvar 2022ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə kolleg iyası verilmiş kassasiya şikayətləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Proosessual Məcəlləsinin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddənin məzmununa görə kassasiya şikayəti verən şəxsin tələblərinin apelyasiya instansiyasında təmin olunmamasını nəzərdə tutur. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia bütövlükdə rədd edilmiş, həmin qətnamədən yalnız İddiaçı1 apellyasiya şikayəti vermiş, İddiaçı3 qətnamədən şikayət verməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə İddiaçı3 təmin edilmə yən tələbi olmamışdır, bu səbəbdən də onun kassasiya şikayəti vermək hüququ əmələ gəlməmişdir. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı3 Əli qızının Şirvan Apelyasiya Məhkəməsi Mülki kolle giyasının 2(106)174/22 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar